www.vivo-book.com
747
öskürürdüm, babam heç başını qaldırıb mənə baxmırdı. Mən
də axırda çıxıb gedirdim. Evdə anam mənim yolumu
gözləyirdi, o, yatağında uzanmış olurdu, mən də nə varsa,
hamısını ona danışırdım, bu qayda ilə axşam keçib gedirdi,
mən babam barəsində gördüklərimi söyləyirdim, o da qulaq
asırdı. Deyirdim ki, bu gün o nə eləyirdi, mənə nə kimi
əhvalatlar danışırdı, bu gün mənə hansı dərsi deyib. Elə ki
Azorkadan danışmağa başladım, dedim ki, mən onu ağac
üstündən tullandırırdım, babam da baxıb gülürdü. Anam
birdən gülməyə başladı, xeyli güldü, sevindi, dediklərimi bir
də mənə söylətdi, sonra da dua eləməyə başladı. Mən də
fikirləşib öz-özümə deyirdim: “Niyə axı anam babamı belə
istəyir, amma babam anamı istəmir?” Sonra babamın yanına
gələndə anamın onu necə çox istədiyini qəsdən danışmağa
başladım. O qulaq asırdı, özü çox acıqlı idi, amma qulaq
asırdı, bircə kəlmə də söz demirdi. Sonra ona dedim ki, niyə
axı anam səni belə çox istəyir, həmişə səni soruşur, amma
sən onu heç soruşmursan? Babam bunu eşidəndə acıqlanıb
məni bayıra qovdu. Mən bir az qapının dalında dayandım,
birdən o, qapını açıb məni içəri çağırdı, ancaq özü çox acıqlı
www.vivo-book.com
748
idi, dinib-danışmırdı. Sonra mənə şəriət dərsi deyəndə mən
yenə ondan soruşdum: “Niyə axı həzrət İsa deyib ki, bir-
birinizi sevin, bir-birinizin günahından keçin, amma sən
anamın günahından keçmək istəmirsən?” Bunu deyəndə o,
tez yerindən qalxdı, çığıra-çığıra dedi ki, bunu sənə anan
öyrədib, itələyib məni evdən çıxartdı, dedi ki, bundan sonra
bir də buralara gəlmə. Mən də dedim ki, mən özüm daha
bura gəlməyəcəyəm, çıxıb getdim... Ertəsi gün babam o
otaqdan köçdü...
Nikolay Sergeiç üzünü pəncərəyə çevirərək dedi:
– Mən dedim ki, yağış tez kəsəcək, budur, kəsdi, gün
də çıxdı... Vanya, bir bax!
Anna Andreyevna çox təəccüblə ona baxdı, indiyə kimi
onun sakitlik, qorxaqlıq ifadə olunan gözləri birdən hiddətlə
parıldadı. Dinməz-söyləməz Nellinin əlindən tutub dizinin
üstündə oturtdu.
– Mənə danış, mənim mələyim, mən sənə qulaq
asacağam... Qoy o adamların ki ürəyi sərtdir...
Sözünü tamamlaya bilməyib ağladı. Nelli sualedici bir
nəzərlə, sanki tərəddüd və qorxu içində mənə baxdı. Nikolay
www.vivo-book.com
749
Sergeiç də mənə baxıb çiyinlərini sıxdı, lakin elə o saat
üzünü yana çevirdi.
– Danış, – dedim, – Nelli!
Nelli yenə də sözə başladı:
– Üç gün babamın yanına getmədim, bu zaman anamın
halı xarablaşdı. Bizim pulumuz lap qurtardı, dərman almağa
da pul yox idi, özümüz də heç bir şey yemirdik, çünki
mənzil yiyəsinin də yeməyə bir şeyi yox idi. Onlar bizi
məzəmmət eləməyə başladılar, dedilər ki, siz bizim
hesabımıza yaşayırsınız. Səhər mən yerimdən durub
geyinməyə başladım. Anam soruşdu ki, hara gedirsən?
Dedim ki, babamın yanına, pul istəməyə. Anam bundan çox
sevindi, çünki mən anama əhvalatın hamısını, babamın məni
evindən qovduğunu danışmışdım, demişdim ki, mən bundan
sonra babamın yanına getməyəcəyəm, anam ağlasa da,
yalvarsa da, mən sözümdən dönmədim. Buna görə də
mənim getməyim onu sevindirdi. Mən gedib gördüm ki,
babam oradan köçüb, onun köçdüyü evi axtarıb tapdım. İçəri
girən kimi, o, tez yerindən qalxıb mənim üstümə cumdu,
ayaqlarını yerə döydü, mən elə o saat dedim ki, anam bərk
www.vivo-book.com
750
xəstədir, dərman almağa əlli qəpik pul lazımdır, amma bizim
yeməyə heç nəyimiz yoxdur. Babam üstümə çığırdı, itələyib
məni bayıra çıxartdı, qapını örtüb cəftəsini vurdu. O məni
itələyib bayıra çıxardanda mən dedim ki, pilləkəndə
oturacağam. Bir az sonra o, qapını açıb gördü ki, mən orada
oturmuşam, yenə qapını bağladı. Bunun üstündən xeyli
keçdi, o yenə qapını açıb baxdı, yenə də məni orada görüb
qapını bağladı. Sonra bir neçə dəfə açıb baxdı. Axırda
Azorka ilə otaqdan çıxdı, qapını kilidlədi, mənim yanımdan
ötüb keçdi, bircə kəlmə də söz demədi. Mən də ona bircə
kəlmə söz demədim. Mən elə pilləkən başında oturub
qaldım, ta hava qaralana qədər oturdum.
Anna Andreyevna həyəcanla dedi:
– Can bala, yəqin ora soyuq imiş!
Nelli cavab verdi ki:
– Əynimdə dərili palto vardı.
– Dərili palto nədi ki, can bala, gör sən nə qədər əzab
çəkmisən! Bəs sənin baban necə oldu?
Nellinin dodaqları titrədi, lakin o, canını dişinə tutub
özünü ələ aldı.
www.vivo-book.com
751
– Babam hava lap qaralandan sonra gəldi, içəri girmək
istəyəndə mənə toxunub çığırdı ki, bu kimdir? Dedim ki,
mənəm. O elə yəqin etmişdi ki, mən çoxdan getmişəm,
mənim hələ də burada olduğumu görüb çox təəccüb elədi,
özü də xeyli mənim qabağımda durdu. Birdən əlağacını
pilləkənin pilləsinə vurub yüyürdü, qapını açdı, azca sonra
mənə qara pul gətirdi, hamısı da şahılıq idi, pulları üstümə
atdı, qara şahılar pilləkənə töküldü, çığırıb dedi: “Al, götür,
varım-yoxum nə varsa, hamısı budur, anana de ki, mən onu
qarğıyıram!” Qapını çırpıb getdi. Şahılar pilləkənə
dağılmışdı. Qaranlıqda onları yığmağa başladım. Babam,
görünür, şahıların dağıldığını, onları qaranlıqda yığmağın
çətin olduğunu başa düşmüşdü, qapını açıb şam gətirdi, mən
də pulları şam işığında tez yığa bildim. Babam özü də
yığırdı, sonra mənə dedi ki, gərək burda cəmisi on dörd şahı
olsun, bunu deyib getdi. Mən evə qayıtdım, pulu anama
verib, olan əhvalatın hamısını danışdım. Anamın halı
xarablaşdı, özüm də bütün gecəni xəstə oldum, ertəsi gün də
qızdırmam soyumadı, ancaq mən bircə şey barəsində
fikirləşirdim, çünki babama bərk acığım tutmuşdu. Anamın
Dostları ilə paylaş: |