www.vivo-book.com
762
IX FƏSİL
Atası qızını qucaqlayıb bağrına basdı!..
Onu bir uşaq kimi qaldırdı, aparıb öz kreslosuna qoydu,
qarşısında diz çökdü. Onun əllərini, ayaqlarını öpməyə
başladı. O öz qızını öpməyə, ona doyunca baxmağa tələsirdi,
elə bil ki, yenə də onunla – öz qızı ilə, öz Nataşası ilə bir
yerdə olduğuna, yenə də onu gördüyünə, onun səsini
eşitdiyinə inanmırdı! Anna Andreyevna hönkür-hönkür
ağlayaraq Nataşanı qucaqladı, onun başını öz sinəsinə sıxdı,
bu vəziyyətdə donub qaldı, bircə kəlmə də söz söyləmək
iqtidarında olmadı.
Nikolay Sergeiç Nataşanın əllərini əllərində tutaraq,
sevən bir adam kimi, onun solğun, arıq, lakin gözəl üzünə,
gözyaşı parıldayan gözlərinə baxaraq, sözləri rabitəsiz halda
söyləyə-söyləyə deyirdi:
– Mənim əzizim!.. Mənim həyatım!.. Mənim
sevincim!.. – Sonra yenə də, – mənim sevincim, mənim
balam!.. – deyərək təkrar edib susur, böyük bir hörmət və
pərəstişkarlıqla ona baxırdı. Sonra o hələ də dizi üstə
www.vivo-book.com
763
duraraq, bizə tərəf döndü, tələsə-tələsə, sanki uşaqcasına
gülümsəyərək dedi: – Niyə, niyə mənə deyirdilər ki, Nataşa
arıqlayıb?! Doğrudur, arıqdır, solğundur, amma bir buna
baxın, görün nə qəşəngdir! Əvvəlkindən də qəşəngdir, bəli
qəşəngdir! – O duyduğu mənəvi əzab, sevinc əzabı təsiri
altında qeyri-ixtiyari olaraq susdu, bu elə əzab idi ki, insan
qəlbini parçalayaraq sanki iki yerə bölür.
Nataşa deyirdi:
– Qalxın, ata! Qalxın! Axı mən də sizi öpmək
istəyirəm!
– Ah, əzizim! Annuşka, eşidirsən, eşidirsən, bu sözü o
nə yaxşı dedi! – Nikolay Sergeiç bunu deyib, əsəbi halda
Nataşanı qucaqladı.
– Nataşa, mən gərək sənin ayaqlarının altında uzanım,
o vaxta qədər uzanım ki, ta qəlbim eşitsin ki, sən məni
bağışlamısan, çünki mən daha heç elə bir ləyaqətli iş tuta
bilmərəm ki, sən məni bağışlayasan! Mən səni rədd etdim,
mən səni qarğıdım, eşidirsənmi, Nataşa, mən sən qarğıdım,
mən belə bir şeyi edə bildim!.. Bəs sən, sən Nataşa, sən də
inanmışdın ki, mən səni qarğımışam?! İnanmışdın, axı
www.vivo-book.com
764
inanmışdın! Buna inanmaq lazım deyildi! Gərək
inanmayaydın, inanmayaydın! Sənin ürəyin daş imiş! Niyə
gəlmirdin? Axı sən bilirdin ki, mən səni qəbul edəcəyəm!..
Ah, Nataşa, mən əvvəllər səni necə sevirdim, bu sənin
yadındadır. İndi səni əvvəlkindən ikiqat artıq, minqat artıq
sevirəm, bütün bu müddətdə də mən səni belə sevmişəm!
Mən səni ürəyimin qanı ilə sevirəm! Mən ürəyimi sinəmdən
dartıb qoparardım, qanı axa-axa sənin ayaqlarına
döşəyərdim!.. Ah, mənim sevincim!..
Sevincindən Nataşanın gözləri yaşla dolmuşdu, o,
xəstə, zəif səslə dedi:
– Daşürəkli adam, öpün məni, dodağımdan, üzümdən,
öpün, anam öpdüyü kimi öpün!
Qoca öz qızı ilə şirin-şirin və xeyli qucaqlaşdıqdan
sonra dedi:
– Gözlərindən də! Gözlərindən də! Əvvəlki kimi,
yadındadırmı?! Ah, Nataşa! Bizi heç yuxuda görürdünmü?
Amma sən az qala hər gecə yuxuma girirdin, baxıb
ağlayırdım. Bir dəfə sən balaca qız kimi gəldin,
yadındadırmı, onda hələ sənin on yaşın vardı, sən
www.vivo-book.com
765
fortepianoda çalmağı təzə-təzə öyrənirdin, bəli, gəldin,
əynində qısa donun, ayağında qəşəng çəkmən vardı, xırdaca
əllərin də qırmızı idi. Annuşka, yadındadırmı, onda
Nataşanın əlləri qırmızı idi... Mənim yanıma gəldin, gəlib
dizim üstə oturdun, məni qucaqladın... Sən, sən, ay zalım
qız! Sən elə bilirdin ki, mən səni qarğımışam, gəlsən, səni
qəbul etməyəcəyəm?! Axı mən... Qulaq as, Nataşa, axı mən
tez-tez sənin yanına gəlirdim, bunu anan bilmirdi, heç kəs
bilmirdi. Gah sənin pəncərənin qabağında dururdum, gah
gözləyirdim, bəzən on iki saat sənin darvazanın qabağında,
səkidə durub səni gözləyirdim! Gözləyirdim ki, bəlkə sən
evdən çıxasan, mən də ancaq elə uzaqdan sənə baxım...
Axşamlar çox vaxt sənin pəncərəndə şam yanardı. Bu qayda
ilə Nataşa, axşamlar gör neçə dəfə sənin yanına gəlmişəm,
gəlmişəm ki, heç olmasa, sənin şamına baxım, heç olmasa,
sənin kölgəni pəncərədə görüm, sənə yatmazdan qabaq
xeiyr-dua verim... Sən heç yatmazdan qabaq mənə xeyir-dua
verirdinmi? Mən barədə heç fikirləşirdinmi? Sənin qəlbin
duyurdumu mən burda, pəncərənin qabağındayam? Qışda
neçə dəfə, gecədən xeyli keçəndən sonra, sizin pilləkənlə
www.vivo-book.com
766
yuxarı qalxmışam, qapınızın qabağında, qaranlıqda
durmuşam, qulaq asmışam, deyirdim, bəlkə sənin səsini
eşitdim! Bəlkə sən güldün?! Qarğımışam? Mən bu axşam
sənin yanına gəlmişdim, səni bağışlamaq istəyirdim, ancaq
qapıdan qayıtdım... Ah, Nataşa!
Qoca ayağa qalxdı, Nataşanı kreslodan qaldırıb bərk-
bərk bağrına basdı. Çığıraraq dedi:
– O yenə buradadır, ürəyimin başındadır! Ah, ilahi,
sənin qəzəbinə də, mərhəmətinə də çox-çox şükürlər olsun!..
Tufandan sonra çıxan, bizim üstümüzə işıq saçan günəşinə
min-min şükürlər olsun! Bu dəqiqələr üçün sənə çox-çox
şükürlər olsun! Ah! Qoy biz alçaldılmış, təhqir edilmiş insan
olaq, lakin biz yenə də bir yerdəyik! Qoy bizi alçaldan,
təhqir edən o lovğa, o azğın adamlar şənlik etsinlər! Qoy
onlar bizi pisləsinlər! Qorxma, Nataşa. Biz əl-ələ verib
gedəcəyik, mən onlara deyəcəyəm ki, bu mənim əziz
qızımdır, bu mənim istəkli qızımdır, bu mənim günahsız
qızımdır! Siz onu təhqir etdiniz, alçaltdınız, lakin mən, mən
onu sevirəm, ona əbədi olaraq öz xeyir-duamı verirəm!..
Dostları ilə paylaş: |