www.vivo-book.com
246
bir arzu səbirsizliyi ilə gedirəm. İcazə verərsinizmi mən
mümkün qədər tez-tez sizin yanınıza gəlim?
Nataşa dedi:
– Bəli, bəli! Mümkün qədər tez-tez! – sonra da şaşqın
halda əlavə etdi. – Mən istəyirəm sizi... tez sevim...
Knyaz onun sözlərini eşidərək gülümsədi:
– Siz nə qədər səmimisiniz, nə qədər təmizsiniz! Siz
hətta adi bir nəzakət göstərmək üçün də hiyləgərlik etmək
istəmirsiniz. Lakin sizin səmimiyyətiniz bütün bu saxta
nəzakətlərdən qiymətlidir. Bəli! Mən dərk edirəm ki, sizin
məhəbbətinizə layiq olmaq üçün hələ uzun zaman
çalışmalıyam!
Nataşa karıxmış halda pıçıldadı:
– Bəsdir, məni az tərif edin... Daha bəsdir.
Bu anda o nə qədər gözəl idi!
– Yaxşı! Ancaq bir-iki kəlmə də sözüm var, onu deyim,
sonra. Siz mənim nə qədər bədbəxt olduğumu təsəvvür edə
bilərsinizmi!
Mən
axı sabah sizin yanınıza gələ
bilməyəcəyəm, sabah da, o birisi gün də! Bu axşam mən bir
məktub almışam, bu məktub mənim üçün o qədər
www.vivo-book.com
247
mühümdür ki, (mən gərək tezliklə bir işdə iştirak edəm) mən
qətiyyən ondan boyun qaçıra bilmərəm. Sabah səhər mən
Peterburqdan gedirəm. Rica edirəm, elə zənn etməyin ki,
mən sabah da, o birisi gün də vaxtım olmadığı üçün belə gec
vaxtda sizin yanınıza gəlmişəm. Siz yəqin ki, belə
düşünməzsiniz. Budur, mənim vasvasılığımdan sizin üçün
kiçik bir nümunə! Niyə mənə elə gəldi ki, siz mütləq belə
düşünəcəksiniz? Bəli, vasvasılıq mənim həyatımda mənə
çox mane olmuşdur, bəlkə də sizin ailənizlə olan çəkişməm,
ancaq mənim bu miskin xasiyyətimin nəticəsində baş
vermişdir!.. Bu gün çərşənbə axşamıdır. Mən çərşənbə,
cümə axşamı, cümə günü Peterburqda olmayacağam. Şənbə
günü mən mütləq qayıdacağıma əminəm, elə o gün də sizin
yanınıza gələcəyəm. Deyin görüm, mən bütün axşamı sizin
yanınızda ola bilərəmmi?
Nataşa həyəcanla dedi:
– Mütləq ola bilərsiniz, mütləq! Şənbə günü axşam sizi
gözləyirəm! Səbirsizliklə gözləyirəm!
– Mən nə xoşbəxtəm! Mən get-gedə sizi daha yaxşı
tanıyacağam! Belə... Mən gedim! – birdən o mənə tərəf
www.vivo-book.com
248
dönərək əlavə etdi. – Lakin mən sizin əlinizi sıxmadan gedə
bilmirəm! Bağışlayın! İndi bizim danışığımızda bir
rabitəsizlik var... Mən bir neçə dəfə sizə rast gəlmək şərəfinə
nail olmuşam, hətta bizi bir dəfə bir-birimizə təqdim də
etmişlər. Sizinlə tanışlığı ehya etməyin mənim üçün nə
qədər xoş olduğunu izhar etmədən mən buradan gedə
bilmərəm.
Mən onun mənə tərəf uzatdığı əlini sıxdım.
– Biz bir-birimizə rast gəlmişik, bu doğrudur, ancaq üzr
istəyirəm, sizinlə tanış olmağım yadımda deyil.
– Keçən il knyaz R.-in evində tanış olmuşuq.
– Üzr istəyirəm, yadımdan çıxıb. Ancaq sizi əmin
edirəm ki, bu dəfə yadımdan çıxmayacaq. Xüsusilə, bu
axşam mənim üçün unudulmaz bir axşamdır.
– Bəli, siz haqlısınız, mənim üçün də! Mən çoxdan
bilirəm ki, siz Natalya Nikolayevnanın, mənim oğlumun
səmimi dostusunuz! Mən əminəm ki, sizin üçünüzün
arasında mən də dördüncü bir dost olacağam. – Nataşaya
tərəf dönərək əlavə etdi. – Elə deyilmi?
Nataşa dərin bir hiss ilə:
www.vivo-book.com
249
– Bəli, – dedi, – o bizim səmimi dostumuzdur, biz
hamımız bir yerdə olmalıyıq!
Yazıq qız! Knyazın mənə yaxınlaşdığını görüb nə
qədər sevindi! O məni nə qədər sevirdi!
Knyaz:
– Mən sizin istedadınıza pərəstiş edən çox adama rast
gəlmişəm, – dedi. – Eyni zamanda, iki xanım tanıyıram ki,
onlar sizə lap ürəkdən hörmət bəsləyir. Sizinlə şəxsən tanış
olmaq onlar üçün çox xoş olacaqdır. Onlar da mənim ən
yaxşı dostum qrafinya, bir də onun ögey qızı Katerina
Fyodorovna Filimonovadır. İcazə verin əmin olduğumu
bildirim ki, o xanımları təqdim etmək zövqündən siz məni
məhrum etməyəcəksiniz.
– Bu saat mənim tanışlarım az da olsa, bu mənim üçün
çox xoşdur...
– Siz öz ünvanınızı mənə verin. Siz harada
yaşayırsınız? Mən məmnuniyyətlə...
– Knyaz, mən bu saat heç kəsi qəbul etmirəm.
– Mən müstəsna olmaq haqqını qazanmasam da... hər
halda...
www.vivo-book.com
250
– Buyurun, əgər siz tələb edirsinizsə, deyim ki, bu
mənim üçün çox xoşdur. Mən M. dalanında Klugenin evində
yaşayıram.
Knyaz bir şeyə son dərəcə təəccüb etmiş kimi bərkdən
dedi:
– Klugenin evində?! Necə?! Siz orada çoxdan
yaşayırsınız?
Mən qeyri-ixtiyari olaraq ona diqqətlə baxdım:
– Yox, çoxdan yaşamıram. Mənim otağımın nömrəsi
qırx dörddür.
– Qırx dörd? Tək yaşayırsınız?
– Bəli, tək.
– Hə-ə! Mən ona görə ki... deyəsən, bu evi tanıyıram...
Bu daha yaxşı... Mütləq sizə gələcəyəm, mütləq! Səninlə
gərək bir çox məsələ haqqında danışım. Mən sizdən çox şey
gözləyirəm. Siz bir çox məsələdə məni minnətdar edə
bilərsiniz. Görürsünüzmü, mən doğrudan-doğruya xahişdən
başlayıram. Yaxşı, xudahafiz! Bir də əlinizi verin!
O mənim də, Alyoşanın da əlini sıxdı, bir də Nataşanın
əlini öpdü, Alyoşanı özü ilə bərabər aparmadan çıxıb getdi.
Dostları ilə paylaş: |