##Fak Fakultəninadı: Coğrafiya və ÇQH



Yüklə 0,66 Mb.
səhifə3/16
tarix23.01.2018
ölçüsü0,66 Mb.
#22026
1   2   3   4   5   6   7   8   9   ...   16

@@@3



1. Yaponiyanın iqtisadi möcüzəsinin səbəbi deyil:

A) Zəngin mineral ehtiyatlara malik olması

B) Əhalinin yüksək təhsil səviyyəsi

C) Yaxşı yerinə yetirilmiş işin yaponlar üçün çox mühüm olması

D) Başqa ölkələrdəki ixtira və nailiyyətlərin öz iqtisadiyyatlarında uğurla tətbiq etmək bacarığı

E) İDM - dən sonra ABŞ - dan kapital axını

2. Yaponiyada heyvandarlığın zəif inkişafının səbəbi:

A) Bu sahənin inkişafı üçün təbii şərait yoxdur

B) Yaponlar balıqdan başqa ət sevmirlər

C) Yaponlar heyvandarlığı inkişaf etdirməyi lazımsız hesab edirlər

D) Milli din buna icazə vermir

E) Yapon ənənvi yeməklərində ət işlədilmir

3. Hazırda Yaponiyanın hərbi sənayeyə kapital qoymamasının səbəbi:

A) 1947 - ci ildə qəbul edilən Konstitusiyada daima müharıbədən imtina maddəsi nəzərdə tutulmuşdur

B) Ölkə buna ehtiyac görmür

C) Yaponiya xalqı bunun əleyhinədir

D) Yaponiyanın qonşuları da hərbi güclü deyillər

E) Yaponlar heç vaxt hərbiyə xüsusi önəm verməmişlər

4. İEÖ - lərin üç rəqabət mərkəzini müəyyən edin:

A) ABŞ, Qərbi Avropa, Yaponiya

B) ABŞ, Kanada, Şərqi Avropa

C) Qərbi Avropa, ABŞ, CAR

D) Şərqi Asiya, Qərbi Avropa, Yeni Zellandiya

E) Yaponiya, Rusiya, Avstraliya İttifaqı

5. Yaponiyanın təsərrüfatının inkişafına təsir göstərən amilləri qeyd edin.

A) yüksək ixtisaslı kadr hazırlığı üçün kapitalın qoyulması; yeni ixtiraların alınaraq istehsala tətbiq olunması; kiçik müəssisələrin inkişafı üçün dövlətin yardım göstərməsi;

B) zəngin təbii ehtiyatlara malik olması; yüksək ixtisaslı işçi qüvvəsinin olması; istehsalın inkişafı üçün böyük həcmdə kapital qoyuluşu;

C) əlverişli coğrafi mövqeyi; müdafiə üçün lazımi miqdarda böyük məbləğdə vəsait ayırması; iş adamlarına vergidə güzəştlərin olması və dövlət tərəfindən kreditlərin verilməsi;

D) hərbi xərcə ayrılan vəsaitin digər təsərrüfat sahələrinə yönəldilməsi; zəngin xammal ehtiyatlarına malik olan ASEAN və Avstraliyaya yaxın olması; yüksək ixtisaslı və ucuz işçi qüvvəsi cəlb etməsi; ən çox xammal ixrac etməsi.

E) əlverişli coğrafi mövqeyi; hərbi xərclərin artırılması.

6. Yaponiyada ekoloji problemlərin yaranmasına təsir edən amilləri göstərin.

A) təmərküzləşmənin yüksək olması; təbii fəlakətlərin baş verməsi.

B) çox sayda zəlzələrin baş verməsi, sənaye müəssisələrində qaz - toz hissəciklərinin havaya buraxılmaması üçün tutucu vasitələrin quraşdırılmaması.

C) güclü tufanların tez - tez müşahidə olunması; zibil tullantılarının emal edilməsi.

D) ərazisinin vaxtaşırı “sunami” hadisəsinə məruz qalması; yaşıllıqların genişləndirilməsi.

E) turizmin inkişafı; meşə örtüyünün azlığı.

7. Yaponiyada qara metallurgiya müəssisələrinin dəniz sahilində yerləşdirilməsinin səbəbi:

A) müəssisələrin idxal xammalla işləməsi

B) ixtisaslı kadrların mövcudluğu

C) ucuz işçi qüvvəsinin olması

D) daxili bölgələrin fəal seysmikliyə malik olması

E) müəssisələrin tullantılarının okeana atılması

8. Xarici ticarətində dəmiryol nəqliyyatından istifadə etməyən Asiya ölkələri:

A) Yaponiya, İndoneziya

B) Çin, Azərbaycan

C) İslandiya, İordaniya

D) Rusiya, Türkiyə

E) Türkmənistan, İran

9. İqtisadi inkişafı təbii sərvətlərdən asılı olmayan Asiya ölkələri:

A) Yaponiya, Sinqapur

B) İran, Küveyt

C) İndoneziya, Malayziya

D) Çin, Hindistan

E) Türkmənistan, Azərbaycan

10. Yaponiya haqqında verilənlərdən biri səhvdir:

A) xarici nəqliyyat əlaqələrində hava, dəniz, dəmir yolu nəqliyyatından istifadə edir

B) ada dövlətidir

C) şimalda mülayim soyuq, cən ubda subtropik iqlim hakimdir

D) ən böyük çayı Sinano çayıdır

E) əhalisinin sayına görə dünyanın 10 ölkəsi sırasındadır

11. Yaponiyanın ETT - ni və konstruktor bürolarını sürətlə artırmasının səbəbi:

A) müasir məhsulların rəqabət qabiliyyətini artırmaq üçün

B) əhalinin tələbatını ödəmək üçün

C) xarici ölkələrdən gələnlərin diqqətini cəlb etmək üçün

D) digər dövlətləri özündən asılı vəziyyətə salmaq üçün

E) daxilində bütün sənaye sahələrini inkişaf etdirmək üçün

12. Yaponiya iqtisadiyyatının inkişaf istiqaməti:

A) elm tutumlu sahələrin üstün inkişafı

B) silah və müdafiə sisteminin sürətli inkişafı

C) yüngül sənayenin üstün inkişafı

D) kənd təsərrüfatının ekstensiv inkişafı

E) kimya və hasilat sənayesinin inkişafı

13. Asiyada təbii artımın daha az olduğu ölkələr:

A) İsrail, Yaponiya

B) Pakistan, Banqladeş

C) İran, Pakistan

D) Çin, Səudiyyə Ərəbistanı

E) Nepal, Butan

14. Yaponiyada təsərrüfatın inkişafına təsir göstərən amilləri qeyd edin:

A) yüksək ixtisaslı kadr hazırlığı üçün kapitalın qoyulması; ən yeni ixtiraların alınaraq istehsalata tətbiq olunması; kiçik müəsissələrin inkişaf üçün dövlətin yardım göstərməsi

B) Hərbi xərcə ayrılan vəsasitin digər təsərrüfat sahələrinə yönəldilməsi; zəngin xammal ehtiyatlarına malik olan ASEAN və Avstraliyaya yaxın olması; yüksək ixtisaslı və ucuz işçi qüvvəsi cəlb etməsi; ən çox xammal ixrac etməsi

C) əlverişli coğrafi mövqeyi; müdafiə üçün lazımi miqdarda böyük miqdarda vəsait ayrıması ; iş adamlarına vergidə güzəştlərin olunması və dövlət rərəfindən kreditlərin verilməsi

D) zəngin təbii ehtiyatlara mailk olması; yüksək ixtisaslı işçi qüvvəsinin olması; istehsalın inkişafı üçün böyük həcmdə kapital qoyuluşu

E) iri xammal və kapital ixracatçısı olması

15. Yaponiyanın “Seykan” adlı ən iri sualtı tuneli (53 km) hansı adaları arasında çəkilib:

A) Xonsü və Xokkaydo

B) Küsü və Sikokö

C) Xonsü və Sikokö

D) Küsü və Xokkaydo

E) Küsü və Yaku

16. Aşağıdakı məhsul növlərinin ixracına görə fərqlənən ölkəni müəyyən edin:

Tranzistor, kinokamera, polad boru, rəngli televizor kompyüter, sənaye robotları, saat, avtomobil

A) Yaponiya

B) ABŞ

C) AFR

D) İtaliya

E) Portuqaliya

17. Dünyada illik metaləritmə gücü ən yüksək olan soba, enerji generatoru, super tanker, ən uzun sualtı tunel və ən yüksək sürətə malik elektrovoz aşağıdakı dövlətlərdən hansına məxsusdur?

A) Yaponiya

B) Fransa

C) AFR

D) Filippin

E) Meksika

18. Yaponiyada ekoloji problemlərin yaranmasına təsir edən amilləri göstərin:

A) Təmərküzləşmənin yüksək olması; təbii fəlakətlərin baş verməsi

B) ərazisinin vaxtaşırı sunami hadisəsinə məruz qalması; yaşıllıqların genişləndirilməsi

C) güclü tufanların tez - tez müşahidə olunması; zibil - tullantılarının emal edilməsi

D) çox sayda zəlzələlərin baş verməsi; sənaye müəsissələrində qaz - toz hissəciklərinin havaya buraxılmaması üçün tutucu vasitələrin quraşdırılması

E) Elmin və təhsilin yüksək səviyyədə inkişaf etməsi

19. Yaponiyanın neft, daş kömür, filiz daşıyan iri gəmi istehsalında qabaqcıl mövqe tutmasının səbəbi:

A) bütün xammalı xarici bazardan alması

B) əlvan metallurgiyası yaxşı inkişaf etməsi

C) başqa ölkələrə çoxlu xammal ixrac etməsi

D) ada dövləti olması

E) xarici əlaqələrin yaxşı inkişaf etməsi

20. Yaponiyada maşınqayırmanın beynəlxalq ixtisaslaşma sahələri:

A) elektrotexnika və avtomobilqayırma

B) dəzgahqayırma və dağ - mədən maşınları istehsalı

C) təyyarəqayırma və gəmiqayırma

D) kənd təsərrüfatı və məişət maşınqayırması

E) cihazqayırma və kənd təsərrüfatı maşınqayırması

21. Yaponiyanin Xokkaydo adasında əsas sənaye sahələri:

A) meşə, sellüloz – kağız, kimya, metallurgiya, yeyinti sənaye sahəsi

B) maşınqayırma, tikinti materialları istehsalı

C) neft emalı, gəmiqayırma

D) gəmiqayırma, cihazqayırma

E) qara metallurgiya, kimya

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə