Fakültə: Geoloji kəşfiyyat Qrup: 25. Müəllimin adı



Yüklə 0,62 Mb.
səhifə13/30
tarix25.09.2023
ölçüsü0,62 Mb.
#123798
1   ...   9   10   11   12   13   14   15   16   ...   30
Lito konspekt

II. Metagenez mərhələsi
Bu mərhələ stratiferin alt hissəsində çökmə süxurların yüksək təzyiq və tempraturun təsirindən dərin struktur və mineraloji dəyişməsi zonasına uyğundur. Geosinklinal zonalarda metagenez təqribən 8000 – 10000 m dərinlikdə 200 – 3000 C olan tempratur şəraitində və 2000 – 3000 atmosfer təzyiqi altında minerallaşmış məhlulların olması ilə baş verir. Metagenezin ən mühüm faktorlarından biri stress sayılır. Platformalarda isə bu mərhələ qədim Kembriyə qədər süxur qatlarından altda yatan çökmə süxurlarda baş verir. Burada T , P aşağı olur və orada metagenezin davamiyyəti uzun müddət, bir neçə 100 mln il çəkir. Metagenez katagenezdən metaformizmə keçid zonası olduğundan həm katagenezə, həm də digərinə xas olan əlamətlər xasdır.
Metagenez də iki mərhələ ayrılır:
İlkin mərhələ - 7000 – 8000m H – da, 200 – 3000 C T – da, 180 MPa təzyiqdə ( 2000 – 3000 kq/sm3 ) baş verir. Bura kvarsvarı qumdaşları gil şistləri təkrar kristallaşmış əhəngdaşları, daş kömür və antrasitin olması səciyyədir. Məsaməlik 2 – 4 %.
Son və dərin metagenez mərhələsi – 3000 C dən artıq T – da, 9 – 10 km – dən artıq dərinlikdə, və 270 Mpa – dan çox təzyiqdə baş verir. Bu zona üçün kvarsit qumdaşları və kvarsitlər, aspitli şistlər, antrasitlər, qrafitləşmiş antrasitlər, mərmərləşmiş əhəngdaşları xarakterdir. Metamorfik süxurların xarakter strukturları şistli, zolaqlı stilolitli və.s olur məsaməlik 1 -2 % olur. Flüidlərin hərəkəti ancaq çatlar üzrə və ya diffuziya yolu ilə mümkündür. Sıxlaşma dərəcəsi yüksəkdir. ( Kб= 0.98 – 1 ). Üzvi maddələrdə qrafit halına qədər dəyişmə səciyyəvidir.

5.Diagenez mərhələsi hərəkətedici qüvvələri və çöküntülərdə baş verən proseslər


Bütün çökmə süxurların mənbəyi yer səthində olan maqmatik, metamorfik və qədim çökmə süxurlar hesab olunur. Çökmə süxurların əmələ gəlməsi mürəkkəb proses olub, bir neçə mərhələyə və yarım mərhələlərə bölünür:


Onlardan aşağıdakıları qeyd etmək lazımdır:
I. Hipergenez ( aşınma ) mərhələsi
ll. Sedimentogenez mərhələsi
lll. Diagenez mərhələsi
Bu mərhələ çöküntünün bərkiyərək və ya daşlaşaraq süxura çevrilmə mərhələsinə deyilir.
Çöküntüdə fiziki-kimyəvi və biokimyəvi tarazlığın olmaması-diagenezin hərəkətverici qüvvəsi hesab olunur. Yer səthi və hövzələrin dibində yaranmış çöküntüdə adətən tarazlığı olmayan sistemi təşkil edir.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə