Fatihə surəsi



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə156/166
tarix30.10.2018
ölçüsü2,26 Mb.
#75966
1   ...   152   153   154   155   156   157   158   159   ...   166

20. Orada geniş səhra və dağ arası yollarında (öz yaşayış məqsədləriniz üçün ) gəzəsiniz.»   
21.  Nuh  dedi:  «Ey  Rəbbim,  onlar  mənə  asi  oldular  və  mal-dövləti,övladları  onlara  (axirət) 
ziyanından başqa bir şey artırmayan kəsə (öz rəislərinə və əyan-əşrafa) tabe oldular».  
22. «Və olduqca böyük bir hiylə qurdular».  
23. «Və (öz tabeliyində  olanlara) dedilər: «Əsla tanrılarınızı tərk etməyin  və heç vaxt «Vədd», 
«Suva», «Yəğus», «Yəuq» və «Nəsr»i (o zamanın bütlərinin adları ) atmayın!»  
24.  «Həqiqətən,  (o  başçılar)  çoxlarını  azdırdılar;  və  (ey  Rəbbim,)  zalımların  ancaq  azğınlığını 
artır».  
25.  (Bəli,)  günahları  üzündən  onlar  suda  batdılar  və  birbaşa  (Bərzəx aləmindəki  yandırıcı)  oda 
daxil edildilər, özləri üçün Allahdan başqa heç bir köməkçi və yardımçı tapmadılar.  
26. Və Nuh dedi: «Ey Rəbbim, Yer üzündə bir nəfər belə kafir qoyma!»   
27. «Çünki, Sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun 
və kafir doğub-törədəcəklər».  
28. «Ey Rəbbim, məni, ata-anamı və evimə imanla daxil olan hər kəsi, mömin kişiləri və möminə 
qadınları bağışla. Zalımların isə ancaq həlakətini artır».  
Əl
-
Cinnə
 
surəsi
  
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1.  De:  «Mənə  vəhy  olundu  ki,  (bizim  hiss  etmədiyimiz,  oddan  yaranmış,  erkək  və  dişi  cinsli, 
doğub-törəyən, dini öhdəçilikləri, ölümləri və dirilmələri olan, savab qazanan və cəzaya uğrayan, 
Cənnətlik  və  Cəhənnəmlik  mövcudlar  olan)  bir  dəstə  cin  (bu  Qur’ana)  qulaq  asdılar  və  (öz 
qövmlərinə  qayıdıb)  dedilər:  «Həqiqətən,  biz  qəribə  bir  Qur’an  eşitdik  (kəlamının  gözəlliyi, 
nəzminin dəqiqliyi və məzmununun dərinliyi ilə bəşər kəlamından olduqca üstündür)».   
2. «O, (insanları) haqqa və məqsədə doğru hidayət edir. Beləliklə biz  ona  iman gətirdik və əsla 
heç kəsi Rəbbimizə şərik qoşmayacağıq.» (Bu ayədən başlayaraq on beşinci ayəyə kimi hamısı 
cinlərin bir-birləri ilə olan söhbətidir).  
3.  «Və  (biz  iman  gətirdik.)  Rəbbimizin  məqamı  və  əzəməti  çox  ucadır.  O,  Özünə  əsla  nə  bir 
zövcə götürmüşdir, nə də bir övlad».  
4.  «Bizim  səfehimiz  Allah  barəsində  haqdan  uzaq  olan  söz  deyirdi  (ki,  guya  Onun  zövcəsi  və 
övladı vardır)».  
5. «Biz elə güman edirdik ki, nə insan, nə də cin əsla Allah barəsində yalan danışmaz».  
6. «İnsanlardan bəzi şəxslər, cinlərdən bəzilərinə sığınırdılar (ki, hər hansı bir şəri özlərindən dəf 
etsinlər, yaxud da kahinlik yolu ilə bəzi xəbərləri öyrənsinlər). Bununla da onlar (cinlər) bunların 
(insanların)  günahını,  tüğyanını  və  zillətini  (yaxud  da  bunlar  onların  tüğyan  və  üsyanını) 
artırırdılar».  
7. «Onlar (müşrik  insanlar da) siz (cinlər) güman etdiyiniz kimi güman etdilər ki, əsla Allah bir 
kəsi  (bəşər  üçün  peyğəmbərliyə)  seçməyəcək,  (yaxud  heç  bir  kəsi  «məad»  üçün) 
diriltməyəcəkdir».  
8. «Biz göyə qalxdıq və onu güclü gözətçilər və şöləli oxlarla dolu gördük».  
9. «Biz əvvəllər onun (göyün) bəzi yerlərində (mələklərin sözünü) eşitmək üçün ot urardıq,  lakin 
indi kim qulaq asmış olsa, şöləli bir oxun onun pusqusunda durduğunu görər».  
10. «Biz  bilmirik ki,  yer üzündə olanlar üçün şər istənilmişdir, yoxsa Rəbbi onların doğru yola 
yönəlmələrini və xeyrini istəmişdir».  
11.  «(Qur’ana  qulaq  asmazdan  öncə)  bizdən  bir  dəstə  əməlisaleh  idi,  bir  dəstə  isə  əməlisaleh 
deyildi. Biz müxtəlif firqələr halında idik».   
12.  «Biz  bildik  ki,  əsla  Allahı  yer  üzündə  (Onun  məqsədlərinə  qarşı  çıxmaqla)  aciz  edə 
bilməyəcəyik və (Onun qüdrətindən) qaçmaqla əsla Onu aciz (zəif) edə bilməyəcəyik».  
13.  «Və  elə  ki,  biz  bu  hidayətedicini  (Qur’anı)  eşitdik,  ona  iman  gətirdik.  Çünki  kim  Rəbbinə 
iman gətirsə, nə (öz mükafatının) əskilmə(sin)dən, nə də hər zülmə uğramaqdan qorxar». 


14. «Bizdən bir dəstə (Allahın əmrinə) təslim olanlar və bir dəstə də haqdan dönənlərdir. Təslim 
olanlar təkamül və hidayət axtarıb tapanlardır».  
15. «Amma haqdan  dönənlər, şübhəsiz, onlar Cəhənnəmin odunu  olacaqlar». (Cinlərin sözünün 
sonu.)  
16. «(Mənə vəhy  olundu ki): «Şübhəsiz, əgər (ins və cin) yolda (əqidə və əməlin düz yolunda) 
sabitqədəm olsalar, mütləq onları bol su (maddi və mənəvi bərəkətlər) ilə sirab edərdik ki,   
17. Onları bununla imtahana çəkək. Kim öz Rəbbini yad etməkdən üz döndərsə, (Allah) onu ona 
qalib gələn ağır bir əzaba düçar edər».  
18.  «Məscidlər  Allaha  məxsusdur  (ibadət  niyyəti  ilə  olan  səcdələr,  namaz  vaxtları,  bütün 
məscidlər və insanın  bədəninin səcdə zamanı  yerə dəyən yeddi  üzvü  – hamısı Ona məxsusdur). 
Belə isə, Allahla birgə heç bir kəsi (sitayiş etmək məqsədilə) çağırmayın».  
19.  «Allah  bəndəsi  (Peyğəmbər)  Allahı  çağırmaq  üçün  qalxdıqda,  (möminlər  və  müşriklər 
Qur’anın heyrətamiz ayələrini dinləmək üçün) az qala hamılıqla onun başına tökülüşələr».  
20.  De:  «Mən  ancaq  öz  Rəbbimi  çağırıram  və  əsla  bir  kəsi  (tanrılıq  və  ibadətdə)  Ona  şərik 
qoşmaram».  
21. De: «Mən sizə nə bir zərər vurmaq, nə də bir hidayətə çatdırmaq (qüdrətinə) malik deyiləm».  
22. De: «Şübhəsiz, Allahın müqabilində kimsə əsla mənə pənah verə bilməz  və mən də Ondan 
başqa bir sığınacaq əsla tapmaram»  
23. «(Mənim vəzifəm) yalnız Allah tərəfindən (tovhid, cəlal və camal məsələlərini) çatdırmaq və 
Onun risalətləri(ni yetirmək)dir. Allaha və Onun Rəsuluna asi olanlar üçün, şübhəsiz Cəhənnəm 
əzabı vardır. Onlar orada əbədi qalarlar.  
24. Onlar vəd olunduqları şeyi gördükləri zamana qədər (sizi zəif və köməksiz hesab edəcəklər). 
Tezliklə kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu başa düşəcəklər.  
25. De:  «Mən bilmirəm ki, sizə vəd olunan (dünya əzabı,  yaxud Qiyamətin qopması) yaxındır, 
yoxsa Rəbbim onun üçün (uzun) bir müddət təyin etmişdir.»   
26. (Allah) qeybi biləndir və öz qeybinin sirlərindən heç kimi agah etməz.  
27.  Yalnız  seçdiyi  rəsuldan  (peyğəmbərlərə  göndərilən  mələkdən  və  insanlara  göndərilən 
peyğəmbərdən) başqa! (Allah onları agah edər.) Allah onun önündən və arxasından (mühafizəçi 
mələklərdən  ibarət  olan)  gözətçilər  göndərər  ki,  (mələklərdən  və  bəşərdən  olan  rəsulları 
şeytanların əziyyətlərindən qorusun və)   
28. Onların öz Rəbbinin risalətlərini (peyğəmbərlərə və peyğəmbərlər də  insanlara) ç atdırdığını 
bilsin  (və  əzəli  elmi  həyata  keçsin).  Allah  onlarda  olanları  (öz  elmi  ilə)  ehtiva  etmişdir.O,  hər 
şeyin sayını bilir.» 
Əl
-
Muzzəmmil
  
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. Ey libasına bürünmüş.  
2. Gecə–az bir hissəsi istisna olmaqla (namaz və ibadət üçün) ayağa qalx!  
3. Gecənin yarısına qədər, yaxud bir qədər ondan az (onun üçdə birini) azalt;  
4. Yaxud yarıya artır (onun üçdə ikisini), Qur’anı tərtil ilə (aram – aram, aydın və tərtiblə) oxu!  
5.  Həqiqətən,  Biz  tezliklə  sənə  ağır  bir  kəlam  (mənalarının  başa  düşülməsi,  onun  həqiqətlərinə 
varmaq, əmrlərinə əməl olunması, camaata çatdırılması, cəmiyyətdə onun həyata keçirilməsi  və 
cəmiyyətin onu dərk etməsi və ona əməl etməsi baxımından ağır ayələr) təlqin edəcəyik.  
6.  Çünki  gecə  vaxtı  edilən  ibadət  daha  möhkəm  və  daha  sabitdir,  danışıq  baxımından  da  daha 
düzgün və daha əlverişlidir.  
7.  Və  əlbəttə,  sənin  gün  ərzində  uzun–uzadı  işlərin  vardır  (və  ibadət  üçün  nisbətən  az  vaxtın 
qalır).  
8. Rəbbinin adını (dil və qəlblə) zikr et və (qəlbdə) hər şeyi buraxıb Ona tərəf yönəl.  
9. O, məşriqin və məğribin Rəbbidir, Ondan başqa heç bir tanrı yoxdur. Belə isə Onu özünə vəkil 
tut (və Ona təvəkkül et).  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə