Fatihə surəsi



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə166/166
tarix30.10.2018
ölçüsü2,26 Mb.
#75966
1   ...   158   159   160   161   162   163   164   165   166

7. Biz onu tezliklə asan olan yola (iman  və itaətə) hazırlayarıq (elə bir ruh  yüksəlişi verərik  ki, 
təqva yolunu getmək onun üçün rahat olar).  
8. Amma kim xəsislik etsə və özünü (Allaha və Onun yardımına) möhtac olmadığını sansa  
9. Və İlahi vədləri təkzib etsə  
10.  Tezliklə  onu  çətin  bir  yola  hazırlayarıq  (elə  bir  əhval  –  ruhiyyə  verərik  ki,  təqva  yolunu 
getmək ona çətin olar).  
11. Və (bədbəxtlik uçurumuna, ya qəbir quyusuna, ya Cəhənnəmin dibinə) düşəcəyi zaman mal-
dövlətinin ona heç bir faydası olmayacaq.  
12.  Şübhəsiz,  (insanları  din  hökmlərinə,  dünyada  peyğəmbərin  göstərişlərinə  və  sağlam  ağıla 
uyğun yaşamağa) hidayət etmək Bizim öhdəmizədir.  
13. Və şübhəsiz, axirət də dünya da (ilk yaradılan aləm və yox olduqdan sonra yenidən qaytarılan 
aləm) Bizə məxsusdur və Bizim iradəmizə tabedir.  
14. Beləliklə, (Mən) sizi şölələnən oddan çəkindirdim.  
15. Ora yalnız ən azğın kafir girər və yanar.  
16. O kəs ki, (dünyada kafir oldu və peyğəmbərlərin dəvətini) təkzib etdi və (ondan) üz çevirdi.  
17.  Tezliklə  ən  təqvalı  şəxslər  ondan  uzaqlaşdırılacaq  (nicat  tapacaq).  (Amma  ən  təqvalı 
olmayanlar, bir də ən bədbəxt olmayan şəxslər – yəni fasiqlər də ondan uzaqlaşdırılar, ora yalnız 
ən bədbəxt şəxslər daxil olar).  
18. O kəs ki, paklanmaq (və ruhunun kamala yetməsi üçün) öz malını (Allah yolunda) verir  
19. Və onun boynunda heç kəsin neməti və minnəti də yoxdur ki, bu, onun mükafatı olsun,   
20. O, ancaq özünün ən uca olan Rəbbinin razılığını qazanmaq üçün (belə edər).  
21. Və əlbəttə, o, tezliklə (axirətdə Haqqın sonsuz lütfləri ilə) razı olacaqdır.  
Əz
-Zuha  
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. And olsun günəşin doğmasına və aydın gündüzə.  
2. And olsun sakitləşməkdə və (hər yeri) bürüməkdə olan gecəyə ki,   
3. (Ya Muhəmməd), Rəbbin səni tərk etməmiş və (sənə) acığı tutmayıb.  
4. Və şübhəsiz, axirət sənin üçün dünyadan daha xeyirlidir.  
5. Həqiqətən, Rəbbin tezliklə sənə (o qədər) əta edər ki, (Ondan) razı qalarsan.  
6. Məgər (O) səni yetim  ikən tapıb, sığınacaq və pənah vermədimi?! (Və məgər səni zəmanəndə 
yeganə və tək tapıb bütün aləmi ətrafında cəm etmədimi?)  
7. Və səni (din mərifətlərindən) xəbərsiz tapıb, (vəhy vasitəsilə) yol göstərdi.   
8. Və səni fəqir və ehtiyac (içində) tapıb, ehtiyacsız etdi.  
9. Belə isə əsla yetimi alçaltma və qovma!  
10. Və dilənçini (də) acıqla qovma.  
11. Və Rəbbinin (sənə əta etdiyi) nemətindən söhbət aç! (De ki, sən özün Allahın varlıq aləminə 
olan ilk hədiyyəsisən, yaradılış qapısının fəth olunma vasitəsisən, ən kamil insaniyyətə, ən kamil 
ağıla,  əzəmətli  əxlaqa,  peyğəmbərliyin  xətm  olunmasına,  ən  dolğun  bir  dinə,  əbədilik  Qur’ana, 
zat müqəddəsliyinə və canişinlərin ismətinə maliksən).  
Əl
-
ĠnĢirah
 
surəsi
  
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1.  Məgər  Biz  sənin  sinəni  (köksünü)  genişləndirmədikmi?  (Sənə  bolluca  səbr  və  hövsələ 
vermədikmi ki, böyük bir tutumla Xaliqə yetişmək və insanlarla rabitə qurmaq məqamını özündə 
yerləşdirəsən, elmlər,  hikmət və din hökmlərinin  mədəni olasan,  ilahi mənbədən vəhy almaq və 
bəşər cəmiyyətinə onu yetirmək istedadına malik olasan və insanlara rəhbərlik və ümmətə atalıq 
edəsən.)  


2. Və (nübuvvət) yükünün ağırlığını səndən götürmədikmi? (Onu sənin üçün yüngül etmədikmi?)  
3. Elə bir yük ki, onun ağırlığı sənin belini bükmüşdü.   
4.  Və  adını  sənin  (əzəmətin)  üçün  ucaltdıq  (ki,  bütün  kainatda  uca  məqamlarda  zikr  olunsun, 
Allahın adı ilə birgə çəkilsin, tovhid və peyğəmbərliyə birlikdə şəhadət verilsin. Allah, mələklər 
və  insanlar  səni  mədh  etsinlər,  şöhrətin  tədriclə  yer  kürəsini  əhatə  etsin  və  axirətdə  Məhmud–
bəyənilən olasan).  
5. (Bil ki,) şübhəsiz, hər bir çətinliklə yanaşı bir asanlıq var.  
6. Bəli, hər bir çətinlikdən sonra bir asanlıq vardır!  
7. (Ya Peyğəmbər) Elə ki (risaləti təbliğ etməkdən) azad oldun, (Allahın ibadətində) çalış!  
8. Və öz Rəbbinə rəğbət göstər! 
Ət
-Tin 
surəsi
  
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1.  And  olsun  əncirə  və  onun  ağacına,  zeytuna  və  onun  ağacına  (və  ya  Dəməşqdə  və  Beytül  – 
Müqəddəsdə olan iki dağa – «Tin» və «Zeytun» dağlarına).  
2. Və and olsun Sina dağına (Allah Musa ilə orada danışmış və Tövratı üç gün dalbadal ayaq üstə 
qalan Musanın qulağına çatdırmış, onun qəlbinə nazil etmişdi).  
3. Və and olsun bu əmin-amanlıq (olan) şəhərə (şəriət baxımından toxunulmaz  olan Məkkeyi  – 
Müəzzəməyə) ki,  
4. Həqiqətən, Biz insanı(n cismini və ruhunu) ən gözəl bir biçimdə yaratdıq (ona düzgün qamət, 
mütənasib üzvlər, düşünən beyin və fəzilətlərə qadir olan bir ruh verdik).  
5. Sonra  isə onu rəzillərin ən aşağı dərəcəsinə qaytardıq (maddi cəhətdən cismi və fikri zəiflik 
halında,  mənəvi  cəhətdən  –  bütün  dəlillər  təqdim  edilib  tamamlandıqdan  sonra  –  cəhl  və 
bədbəxtlik halında buraxarıq).  
6. Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa. Onlar üçün minnətsiz və saysız  – hesabsız 
bir mükafat vardır.  
7. Belə isə (ey insan), bundan sonra səni cəza (gününü) təkzib etməyə vadar edən nədir?!  
8. Məgər Allah hökm edənlərin, hakimlərin ən yaxşısı deyilmi? 
Əl
-
Ələq
 
surəsi
  
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. Oxu! (Bu kitabı bütün məxluqatı) yaradan Rəbbinin adı ilə,   
2. O, insanı (Adəm övladını) laxtalanmış qandan yaratdı.   
3. Oxu (və tərəddüd etmə) ki, sənin Rəbbin (bütün  kərimlərdən) daha kərimdir. (O səni oxuma -
yazma bilməsən belə oxuda bilər).  
4. O (Rəbbin) ki, (bəşərə) qələm vasitəsilə elm öyrətdi.   
5. İnsana bilmədiyini öyrətdi.  
6.  (İnsan  bu  nemətlər  üçün  şükr  edirmi?!  Xeyr)  Belə  deyil,  (əksinə  insan)  həqiqətən,  azğınlıq 
edər!  
7. Özünü ehtiyacsız gördüyü üçün.  
8. Şübhəsiz, (bütün canlıların öldükdən sonra dönüşü) sənin Rəbbinədir.  
9. Mənə de, məgər o kəs ki, mane olur   
10. Bir bəndəyə namaz qıldığı vaxt (məgər o, əzaba layiq deyilmi)?!  
11. Mənə de, əgər (namaz qılan şəxs) doğru yoldadırsa,  
12. Yaxud (başqalarını) təqvalı olmağa çağırırsa (onda ona mane olmaq yaxşı bir işdirmi)?!  
13.  Mənə  de,  əgər  (bu  mane  olan  haqqı)  təkzib  edir  və  üz  döndərirsə  (məgər  əzaba  layiq 
deyildirmi)?!  
14. Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!  


15.  Belə  deyildir!  (Onun  güman  etdiyi  kimi  deyil.  O  güman  edir  ki,  ona  əzab  verməyəcəyik). 
Şübhəsiz, əgər (inadından) əl çəkməsə, onun kəkilindən yapışıb (əzaba doğru) sürüyəcəyik.  
16. (Yolunu azmış) günahkar yalançının kəkilindən!  
17. (Əgər istəyirsə) öz tərəfdarlarını (köməyə) çağırsın.   
18. Biz də od məmurlarını çağırarıq.   
19. Belə deyildir (o heç bir şey edə bilməz) Sən əsla ona itaət etmə! (Öz Rəbbinə) səcdə et və Ona 
yaxın ol! 
Əl
-
Qədr
 
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. Həqiqətən, Biz onu (Qur’anı) Qədr gecəsində nazil etdik (Qur’an bütünlüklə, bir dəfəyə, feyz 
mənbəyindən  birinci  səmaya,  yaxud  Peyğəmbərin  mübarək  qəlbinə  Qədr  gecəsində  nazil  oldu. 
Sonra  isə  23.  il  ərzində  tədriclə  birinci  göydən  Peyğəmbərin  mübarək  qəlbinə  və  Peyğəmbərin 
mübarək qəlbindən də ümmətə çatdırıldı).  
2. Sən nə bilirsən ki, Qədr gecəsi nədir?  
3. Qədr gecəsi min aydan daha xeyirlidir.   
4. O gecə mələklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli  varlıq) Rəbbinin 
izni  ilə  (həmin  gecədən  gələn  ilin  Qədr  gecəsinədək  dünyada  baş  verəcək)  hər  bir  iş(in  təqdir, 
tənzim və sabit edilməsin)dən ötrü yerə enər.  
5. O gecə dan yeri sökülənə qədər hamı salamatlıqda və (Allahın) rəhmət(in)də olar. Və (o gecə 
mələklərin yer üzündəki məsumu və saleh bəndələri) salamlama gecəsidir. 
Əl
-
Bəyyinə
 
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. Kitab əhlindən kafir olan kəslər və müşriklər özlərinə açıq – aydın bir dəlil gəlməyincə (səmavi 
kitab gətirmiş, ərəb olan, Məkkəli Peyğəmbərin gəlməsi barədə bir-birilə mübahisə etməkdən və 
çəkişmədən) ayrılmadılar. (Kitab əhli onun gəlməsini iddia, müşriklərsə onu inkar edirdilər, dəlil 
gəldikdən sonra birləşib onun əleyhinə çıxdılar);   
2. (Bu dəlil isə) pak səhifələri (onlara) oxuyan, Allah tərəfindən göndərilmiş (peyğəmbər)dir.  
3. Onlarda (o səhifələrdə) sabit və möhkəm yazılar (əqlə uyğun olan və nəsx olunması  mümkün 
olmayan İlahi hökmlər və mərifətlər) vardır.   
4.  Lakin  (səmavi)  kitab  verilən  kəslər  onlara  yalnız  açıq-aydın  dəlil  (Peyğəmbər  və  Qur’an) 
gəldikdən  sonra  (etiqadlarında)  təfriqəyə  və  ixtilafa  düşdülər  (və  onu  qəbul  etmək  məsələsində 
parçalandılar).  
5. Halbuki, onlara (bu səmavi kitabda) yalnız bu əmr edilmişdi ki, öz etiqadlarında, dinlərində və 
itaətlərində Allaha  ixlasla və Haqqa dönərək  ibadət etsinlər, namaz  qılsınlar və zəkat  versinlər. 
Sabit və möhkəm din budur!  
6.  Şübhəsiz,  kitab  əhlindən  (İslama  qarşı  çıxıb)  kafir  olanların  və  müşriklərin  yeri  Cəhənnəm 
odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidir.  
7. Şübhəsiz, iman gətirib və saleh iş görənlər isə yaradılmışların ən yaxşılarıdırlar. 
8.  Onların  Rəbbi  yanındakı  mükafatları  (evlərinin  və  ağaclarının)  altından  çaylar  axan  Ədn 
cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. 
Bu (mükafat) öz Rəbbindən qorxan kəslər üçündür.  
Əz
-Zilzal 
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. Yer özünə  məxsus (yaradılışın tarixində yalnız bircə dəfə baş verəcək) bir titrəyiş lə titrədiyi 
zaman,  


2.  Yer  öz  qiymətli  yüklərini  və  çox  dəyərli  mallarını  (ölüləri,  mədənləri  və  xəzinələri)  çıxarıb 
atacağı zaman  
3. Və (onun köksündən çıxan) insan (təəccüb və dəhşətlə): «Buna, nə olub?!»- deyəcəyi zaman  
4.  Məhz  o  gün  yer  öz  xəbərlərini  açıb  söyləyər.  (Köksündəkiləri  çıxarıb  atmağı  onun  elə 
danışmasıdır. Yaxud da o elə dilə gələrək danışar).  
5. Ona görə ki, sənin Rəbbin ona vəhy etmişdir.  
6.  O  gün  insanlar  əməllərinin  (haqq-hesabının)  özlərinə  göstərilməsi  üçün  (qəbirlərdən)  dəstə-
dəstə çıxıb (haqq-hesab səhnəsinə tərəf) gələrlər və əməlləri(nin qarşılığı, ya eyni ilə təcəssümü) 
onlara göstərilsin deyə (haqq-hesab mərkəzindən öz əbədi məskənlərinə doğru) çıxarlar.  
7. Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) 
görəcəkdir.  
8. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir.  
 
Əl
-Adiyat 
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. And olsun tövşüyə-tövşüyə çapan (cihad) atlar(ın)a,   
2. (And olsun) dırnaqları ilə daşdan qığılcım qoparan atlara,  
3. (And olsun) sübh çağı (düşmən üzərinə) hücum edənlərə  
4. Hücumları ilə toz-torpaq qaldıranlara,  
5. O hücumla (düşmənlərin) mərkəzinə yol tapanlara (and olsun) ki,   
6. Həqiqətən, insan öz Rəbbinə qarşı çox nankor, xəsis və itaətsizdir!  
7. Və şübhəsiz, o özü də buna şahiddir.   
8. Həqiqətən, insan mal-dövlətə fitrətən (zatən) çox hərisdir.  
9. Məgər o bilmirmi ki, qəbirlərdə olanlar çıxarılacağı zaman (Qiyamət günü), 
10.  Və  sinələrdə  (ürəklərdə)  olanlar  (iman  və  küfr,  fəzilətlər  və  rəzilətlər  əməl  dəftərində  və 
camaat arasında) açılacağı zaman, 
11. Şübhəsiz, o gün onların Rəbbi hallarından xəbərdardır.   
Əl
-
Qariə
 
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. (Qulaqları və ürəkləri) döyəcləyən (və Allah düşmənlərini əzən o dəhşətli) hadisə.  
2. Nədir o döyəcləyən və əzən (dəhşətli) hadisə?! 
3. Və sən nə bilirsən ki, o döyəcləyən (dəhşətli) hadisə nədir? (O hadisə Qiyamətin qopmasıdır).   
4. O gün insanlar kəpənək kimi (ətrafa) səpələnər.  
5. Dağlar didilmiş rəngarəng yun kimi havada parça-parça olacaqdır.  
6. Amma ölçülmüş əməlləri ağır və dəyərli gələn (əqidə və əməlləri gözəl olan) kəs  
7. Razı qalacağı (xoş) bir güzaran içində olacaqdır.  
8. Amma ölçülmüş əməlləri yüngül və dəyərsiz gələn, (əqidə və əməlləri fəsadlı olan) kəsin isə   
9. Məskəni və pənah yeri Haviyə olacaqdır.   
10. Sən nə bilirsən ki, Haviyə nədir?  
11. Olduqca qaynar və yandırıcı bir oddur. 
Ət
-
Təkasur
 
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1.  (Mal-dövlət,  rütbə  və  övlad)  çoxluğ(u)  ilə  öyünmək  və  (onları)  çoxaltmaqda  bir  –  birinizlə 
yarışa girmək sizi (Allahın zikrindən) yayındırdı.  
2. O vaxta qədər ki, qəbristanlıqları ziyarət etdiniz (ölüb getdiniz. Ölüm anınıza kimi belə idiniz, 
yaxud fəxr etmək üçün qohumlarınızın qəbirlərini saymağa getdiniz).  


3. Belə deyildir. (Sizin güman etdiyiniz kimi deyildir. Siz güman edirsiniz ki, yalnız dünya üçün 
çalışmaq lazımdır), tezliklə (Bərzəx aləminə daxil olduğunuz zaman) biləcəksiniz.  
4. Əsla belə deyildir, tezliklə (Cəza günü) biləcəksiniz.  
5. Belə deyildir. Əgər (işin həqiqətini) elmül-yəqinlə (şəkk  – şübhə ehtimalı  olmayan bir elmlə) 
bilsəydiniz,  
6. Şübhəsiz, Cəhənnəmi (qəlb gözü ilə) görərdiniz (lakin bilmədiniz və görmədiniz).   
7.  Sonra,  şübhəsiz,  onu  (Cəza  günü)  eynül-yəqinlə  (Cəhənnəmə  daxil  olub,  orada  yanmaqdan 
hasil olan tam bir yəqinliklə) görəcəksiniz.   
8.  Sonra  isə  o  gün,  şübhəsiz,  siz  (dünyada  Allahın)  əta  etdiyi  nemətlər  barəsində  sorğu-sual 
olunacaqsınız. 
Əl
-
Əsr
 
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. And olsun əsr vaxtına (ya əsr namazına, ya İslamın zühur etdiyi və Qur’anın cəmiyyətə təqd im 
olunduğu əsrə, yaxud vəd olunmuş Mehdinin (ə.f.) İlahi hökümətinin zühur dövrünə) ki,  
2.  Şübhəsiz,  insan,  (ömrünün  azalması,  puç  olması  və  nəfsi  istəklərinin  və  Şeytanın  ona  qalib 
gəlməsi baxımından) ziyan içindədir,   
3.  Yalnız  iman  gətirib  saleh  əməllər  edən,  bir-birinə  haqqı  (sabit  doğru  əqidə  və  əməlləri)  və 
(vəzifələri yerinə yetirməkdə) səbri tövsiyə edənlərdən başqa. 
Əl
-
Huməzə
 
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. İnsanlarda eyb axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına.  
2. O kəs ki, mal yığıb onu dönə  – dönə sayar (və bu mal-dövləti necə əldə edib, necə xərcləmək 
barədə Allahın əmrinə heç bir əhəmiyyət verməz).  
3. Və elə zənn edər ki, mal-dövlət onu əbədi yaşadacaqdır (və ölüm, yaxud bədbəxt hadisələr onu 
haqlamayacaqdır).  
4. (Xeyr,) belə deyildir, şübhəsiz, o Hutəməyə (əzən oda) atılacaqdır.  
5. Və sən nə bilirsən ki, Hutəmə nədir?!  
6. O, Allahın yanar odudur.  
7. Elə bir od ki, (küfr, şirk və nifaq mərkəzi olan) ürəklərə nüfuz edər (və zahirdən əlavə, batini 
də yandırıb - yaxar).  
8. Həqiqətən, o odun qapısı (ondan xilas yolu) onların üzünə qapanar (və çıxış yolları olmaz).   
9. Onlar hündür sütunlara (bağlanarlar və cəzalanarlar). 
Əl
-Fil  
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1.  (Ya  Peyğəmbər!)  Məgər  (qəlb  gözü  ilə)  görmədin  və  bilmədinmi  ki,  Rəbbinin  fil  sahibləri 
(Allahın evi Kə’bəni dağıtmaq üçün gəlmiş Əbrəhənin qoşunu ilə) necə rəftar etdi?!  
2. Məgər (Rəbbin) onların məkr və hiyləsini puç etmədimi?!   
3. Və onların üzərinə qatar–qatar quşlar göndərdi.  
4. (O quşlar) onlara bişmiş gildən (xırda) daşlar atırdı.   
5. Beləliklə, onların hamısını əzilmiş və çeynənmiş saman çöpü kimi etdi!  
Əl
-
QurəyĢ
 
surəsi
  
0. Bağışlayan və mehriban Allahın adı ilə.  


1. Qüreyşin (həm bir – biri ilə, həm də Məkkə əhalisi və torpağı ilə) ülfəti və ünsiyyəti üçün (fil 
sahiblərini  məhv  etdi  ki,  onlar  sonuncu  Peyğəmbərin  zühurunu  dərk  etsinlər  və  ona  iman 
gətirsinlər). 
2. Qışda (Yəmənə sarı) və yayda (Şama sarı) olan köçə onların ülfət (və meyl) bağlamaları üçün. 
3. Bu evin (əzəmətli Kə’bənin) Rəbbinə ibadət etsinlər. 
4. O Allaha ki, onlara aclıq zamanı yemək verdi və qorxudan amanda saxladı.  
Əl
-Maun  
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. (Ya Peyğəmbər!) Allahın dinini və cəza gününü yalan hesab edəni gördünmü? 
2. Bəli, o, həmin o kəsdir ki, yetimi hiddətlə qovar. 
3. Və (heç kimi) yoxsulları yedirtməyə rəğbətləndirməz.  
4. Vay halına o namaz qılanların ki, 
5. Onlar öz namazlarından qafildirlər və ona etinasızdırlar. 
6. Onlar riyakarlıq edər, 
7. Və ehtiyac olan şeyləri (borc,  zəkat, sədəqə, ev  ləvazimatı  və s. başqalarından) əsirgəyərlər. 
(Yetimi  qovmaq  və  fəqirə  (miskinə)  etinasız  yanaşmaq  dini  inkar  etmək  əlamətlərindəndirsə, 
onda vay halına namazdan qafil olanın, əməldə riyakarlıq edənin və zəkata mane olanın! Onların 
günahı daha böyükdür.) 
Əl
-
Kovsər
 
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1.  (Ya Peyğəmbər!)  Həqiqətən,  Biz  sənə  Kövsər  əta  etdik.  (Çoxlu  xeyir,  sabit  din,  baqi  kitab, 
sonsuz elm, Həzrət Fatimeyi – Zəhra (salamullahi – ələyha)-nın gündən–günə artıb çoxalan baqi 
nəslini, ümmətin alimlərini, Kövsər hovuzu və Cənnətdə çay əta etdik).  
2. Odur ki, (şükranlıq üçün) Rəbbinə itaət et və namaz qıl, (ona təkbir deyərək) əllərini boğazına 
qədər yuxarı qaldır (yaxud dəvə qurbanı kəs!).  
3. Həqiqətən, (sən sonsuz və nəsilsiz deyilsən), sənin düşmənin özü sonsuz və nəsli kəsilmişdir.  
Əl
-Kafirun  
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. (Ya Peyğəmbər!) De: «Ey kafirlər (ey Məkkə müşrikləri və bütpərəstləri), 
2. Mən sizin ibadət etdiyiniz şeyə əsla ibadət etmərəm. 
3. Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz, 
4. Və nə də mən əsla sizin ibadət etdiyinizə ibadət edənəm. 
5. Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz.  
6.  Sizin  dininiz  sizə  məxsusdur,  mənim  dinim  də  mənə  məxsusdur  (hələ  ki,  cihad  hökmü 
gələnədək döyüş tərk olunmuşdur)». 
Ən
-
Nəsr
 
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. Allahın köməyi və o (böyük) zəfər (Məkkənin fəthi və digər zəfərlər) gəldiyi zaman, 
2. İnsanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyün zaman 
3. Rəbbinə həmd-səna etməklə bərabər Onu zikr et, etiqad və əməldə Onu pak və nöqsansız bil. 
Ondan bağışlanmaq dilə. O, həqiqətən, daim nəzər yetirən və tövbələri qəbul edəndir. 


Əbu Ləhəb
 
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. Əbu Ləhəbin hər iki əli kəsilsin, ziyana uğrasın və ölüm olsun ona! 
2.  Əsla  onun  nə  mal-dövləti,  nə  də  əldə  etdikləri  (Allahın  əzabını  zərrə  qədər  də  )  ondan 
uzaqlaşdıra bilməz. 
3. O, tezliklə alovlu (şöləli) oda girəcək və orada yanacaqdır.  
4. Və onun odun daşıyan zövcəsi də (Cəhənnəm oduna girəcəkdir). 
5. Onun boynunda xurma  lifindən  hörülmüş  ip  olacaqdır. (O, Peyğəmbərin yolunun üstünə iplə 
tikanlı  çöplər  daşıdığına  və  Peyğəmbərin  əleyhinə  söz  gəzdirdiyinə  görə  Cəhənnəmdə  də 
əməllərin eynilə təcəssüm olaraq «Zəqqum» ağacının odunlarını odlu zəncirlərlə daşıyacaqdır.) 
Əl
-
Ġxlas
 
surəsi
  
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. (Ya Peyğəmbər!) De: «Həqiqətən, Allah birdir.  
2. Allah böyükdür,  hacətlər qibləsidir, elə bir zatdır ki, həqiqəti  bəsitdir  – mürəkkəb deyildir və 
ehtiyacsızdır. 
3. Nə bir kəsi doğmuş və nə bir kəsdən doğulmuşdur (Onun ata və oğul olması mümkün deyil). 
4. Və heç bir zaman bir kəs (tanrılıqda, xaliqiyyətdə, rübubiyyətdə,  ibadətdə və itaətdə) Ona tay 
olmamışdır». 
Əl
-
Fələq
 
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. (Ya Peyğəmbər!) De: «Pənah aparıram sübhün Rəbbinə, (bulaqların  və bitkilərin çıxması  ilə 
yarılan yerin,  övladların  doğulması  ilə əmələ  gələn  qohumluq əlaqələrinin və ölülərin dirilməsi 
üçün yarılan qəbirlərin Rəbbinə)! 
2. Yaratdıqlarının şərindən (şərr sahib olan – şeytanlar, xəbis cinlər və maddi şərlərdən). 
3.  Və  (zülmətə)  bürünməkdə  olan  qaranlıq  gecənin  şərindən  və  hücum  edən  hər  hansı  bir  şər 
mövcudun şərrindən. 
4. Və düyünlərə üfürən (cadugər) qadınların şərindən. 
5. Və paxıllıq etdiyi zaman paxılın şərindən».   
Ən
-Nas  
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. (Ya Peyğəmbər!) De: «Pənah aparıram insanların Rəbbinə (yaradılış mərhələsinin əvvəlindən 
tərbiyə mərhələsinin sonuna qədər onları tərbiyə edənə). 
2. İnsanların hökmdarına və (mütləq) hakiminə. 
3. İnsanların (həqiqi) məbuduna. 
4. Gizlincə vəsvəsə edənin, o irəli – geri çəkilənin şərindən. 
5. O, (şeytanın şərindən) ki, insanların ürəklərinə vəsvəsə salır, 
6. İ stər cinlərdən olsun, istərsə də insanlardan».  
 
 
 
 “Qurani-kərim”-in tərcüməsi, tərcümə  olunmuş kitabların elektron versiyasından əxz olunub  və 
PDF formatında oxuculara təqdim olunur.  
 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə