Fatihə surəsi



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə163/166
tarix30.10.2018
ölçüsü2,26 Mb.
#75966
1   ...   158   159   160   161   162   163   164   165   166

26. Onun möhrü müşkdəndir və son qurtumları müşk ətri verər. Qoy yarışanlar bu nemətlər üçün 
yarışsınlar! (Dünyada xeyir əməllərdə bir – birini ötsünlər).  
27. Və o şərabın qarışığı (yuxarıdan aşağıya axan) «təsnim» (çeşməsin)dəndir.   
28. O elə bir çeşmədir ki, ondan (Allah) dərgahına yaxın olanlar içərlər.  
29. Həqiqətən, günahkarlar (dünyada) iman gətirənlərin halına gülürdülər.  
30. Onların yanlarından keçərkən, (məsxərə edərək) qaş – gözlə bir – birinə işarə edirdilər.  
31. Öz adamlarının yanına dönəndə, (onlara məsxərə etdiklərinə görə) şad halda dönürdülər.  
32. Onları gördükdə: «Şübhəsiz, bunlar azmışlardır»- deyirdilər.  
33.  Halbuki,  onlar  bunlar  (möminlər)  üzərində  nəzarətçi  göndərilməmişdilər  (ki,  onların  haqq 
yola gəlmələrinə və ya azğınlıqda qalmalarına nəzarət etsinlər).  
34. Bu gün (isə) iman gətirənlər kafirlərə gülərlər. 
35.  Onlar  (Cənnət)  taxtlar(ının)  üzərində  (əyləşərək  Cənnətdəkilərin  və  Cəhənnəmdəkilərin) 
halına tamaşa edərlər.  
36.  (Tamaşa  edərlər  ki,)  görəsən  kafirlərə,  etdikləri  əməllərinə  görə  cəza  verildimi?  (Ya  batil 
əqidələri və əməlləri vücudlarında təcəssüm olunmaqla cəzalandırıldılarmı?) 
Əl
-
ĠnĢiqaq
  
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. Göylər yarılacağı   
2. Və öz Rəbbi(nin mütləq  iradəsi)nə qulaq asacağı zaman; (Onun belə etməsi) daha layiqlidir.  
3. Yer genişlənəcəyi (böyüyüb dağlarsız, dənizlərsiz, dümdüz olacağı) zaman,  
4. Qoynunda olanları çölə tullayıb boşaldacağı zaman,   
5. Öz Rəbbi(nin mütləq iradəsi)nə qulaq asacağı zaman; (Onun belə etməsi) daha layiqlidir. (Bu 
iki cümlədə məqsəd budur ki: «İnsan öz Rəbbinə qovuşacaq və onunla haqq-hesab çəkiləcəkdir»).  
6.  Ey  insan,  şübhəsiz,  sən  öz  Rəbbin(in  camal  və  cəlalını,  savab  və  cəzasını  görməy)ə  doğru 
böyük bir səylə (yaradılışla və təbii yol ilə) çalışıb çabalayırsan. Beləliklə, sən Ona qovuşacaqsan.  
7. Kimin əməl dəftəri sağ əlinə verilərsə  
8. Onunla tez, asan, haqq-hesab çəkiləcək.  
9.  Və  o,  yaxınlarının  (Cənnətdəki  doğmalarının,  huri  və  qılmanların)  yanına  sevinc  və  şadlıqla  
qayıdar.  
10. Kimin əməl dəftəri arxa tərəfindən (sol əlinə) verilərsə,  
11. O, tezliklə fəryad edib öz ölümünü istəyər.  
12. Və şölə çəkən oda daxil olar və yanar.  
13. O, öz yaxınlarının arasında (axirətdən qəflətdə, mal-dövlət və rütbəyə görə) sevinc içində idi.   
14. O elə zənn edirdi ki, əsla (Allaha tərəf) qayıtmayacaq.  
15. Xeyr (qayıdacaqdır), həqiqətən, Rəbbi daim onun (hər bir) halını görəndir.  
16. Xeyr, and olsun (qürubdan sonrakı) məğribin qırmızılığına (şəfəqə),  
17. Və and olsun gecəyə və (gecənin) topladıqlarına (gündüz ora-bura yayılmış canlılara),  
18. And olsun hilal halında tədriclə nuru kamilləşməkdə (bədirlənməkdə olan) aya ki,   
19.  Şübhəsiz,  siz  haldan-hala  düşəcəksiniz!  (Dünyada  cisminizin  təkamül  yolu  nütfə  halından 
ölüm halına kimi otuz haldan çoxdur. Ruhunuzun təkamül yolu  isə İslamı qəbul etməkdən İlahi 
yaxınlıq  olan  kamaladəkdir.  Dünyadan  sonra  Bərzəxə  daxil  olmaq,  Qiyamətə  keçmək  və  onun 
duracaqlarından Cənnətə və Cəhənnəmə daxil olmağa qədər yol gedəcəksiniz).  
20. Bəs, onlara nə olub ki, iman gətirmirlər?!  
21. Onlara Qur’an oxunduqda, səcdəyə qapanmırlar?!  
22. Əksinə, kafir olanlar daim təkzib edirlər.  
23. Allah onların öz qəlblərində gizlətdiklərini (küfr və inadı) daha yaxşı biləndir.  
24. Belə isə, onlara ağrılı bir əzabın müjdəsini ver!  
25.  Yalnız  iman  gətib  yaxşı  iş  görənlərdən  başqa.  Onlar  üçün  minnətsiz  və  bitib  –  tükənmək 
bilməyən bir mükafat vardır. 


Əl
-Buruc  
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. And olsun bürcləri olan göyə  
2. Və and olsun vəd olunmuş günə (Qiyamət gününə)  
3.  Və  and  olsun  («Uxdud»  hadisəsini)  müşahidə  edənə  və  onların  müşahidə  etdiklərinə 
(«Uxdud»da  yandırılanlara,  öz  ümmətinə  şahid  olan  hər  bir  peyğəmbərə  və  onun  ümmətindən 
şahid  olduğu  hər  bir  saleh  şəxsə,  axirətdə  bütün  keçmiş  peyğəmbərlərə  şahid  olacaq  İslam 
Peyğəmbərinə  və  onun  şahid  olduğu  kəslərə,  axirətdə  insanların  əməllərinə  şahid  olan  hər  bir 
mələyə,  onların  şahid  olduğu  əməli  saleh  insanlara,  Allah  evini  ziyarət  edənlərə  şahid  olan 
«Həcərül - Əsvəd»ə və onun şahid olduqlarına);  
4. Ölüm olsun o «xəndək» sahiblərinə (onlara qarşı çıxan möminləri odla dolu xəndəyə atan kafir 
və zalım şaha və onun köməkçilərinə)!  
5. O odunla dolu şölələnən atəş.  
6. O zaman onlar odun ətrafında (tamaşa etmək üçün) əyləşmişdilər.  
7. Və möminlərin başlarına gətirdiklərinə tamaşa edirdilər.  
8. Onlar möminlərə yalnız (sifətləri və işləri) həmd olunmuş, yenilməz qüdrət sahibi olan Allaha  
iman gətirdiklərinə görə eyb və irad tuturdular.  
9. O Allah  ki,  bütün göylərin və yerin həqiqi mülkiyyəti  və malikiyyəti Ona məxsusdur (çünki, 
yaradılış,  qorumaq  və  tədbir  –bunların  hamısı  Onun  əlindədir).  Allah  hər  bir  şeyə  nəzarətçi  və 
şahiddir.  
10. Şübhəsiz, mömin kişilərə və möminə qadınlara əzab və işkəncə verib sonra da tövbə etməyən 
kimsələr üçün cəhənnəm(in cürbəcür) əzabı və yandırıb-yaxan atəş əzabı vardır. (Bu ayədə ilk üç 
andın  məqsədi  göstərilir  və  dördüncü  ayədən  doqquzuncu  ayəyədək  and  içilənlərin  başlarına 
gətirilənlər şərh edilir.)  
11.  Şübhəsiz,  iman  gətirib  saleh  əməllər  edənlər  üçün  (evlərinin  və  ağaclarının)  altında  çaylar 
axan Cənnətlər vardır! Budur böyük qurtuluş!  
12. Həqiqətən, sənin Rəbbinin qəhri (intiqamı) çox şiddətlidir.   
13. Həqiqətən, (məxluqları) yoxdan var edən və (öldükdən, məhv olduqdan sonra yenidən əvvəlki 
halına) qaytaran Odur.  
14. Odur! (İtaətkarları) bağışlayan və çox sevən!  
15.  (O,)  ərşin  sahibi  (varlıq  aləmində  hökm  sahibi)  və  (zat  və  sifətləri  baxımdan)  şanlı  – 
şövkətlidir.  
16. İstədiyini qüdrətlə yerinə yetirəndir.   
17.  O,  qoşunların  (Allahın  və  Onun  peyğəmbərlərinə  qarşı  qoşun  çəkən  keçmiş  ümmətlərin) 
xəbəri sənə gəlib çatdımı?  
18. Firon və (Saleh peyğəmbərin qövmü olan) Səmud (qoşunları necə məhv oldular)?!  
19.  (Yalnız  onlar  təkzib  etmədilər),  (sənin  qövmündən)  kafir  olan  kəslər,  (daha  şiddətlə)  inkar 
etməkdədir.  
20.  (Halbuki,)  Allah  onları  hər  cəhətdən  (vücud,  elm  və  qüdrət  baxımından)  əhatə  edəndir. 
(Onların bütün ixtiyarı Allahın əlindədir)   
21. (Bu kitab sehr və əfsanə deyildir,) əksinə o, oxunmalı, şanlı - şövkətli bir kitabdır.  
22. O, (yalan, təhrif, şeytan və cinlərdən) qorunmuş Lövhdə (Lövhi - Məhfuzda) yazılmışdır.  
 
Ət
-Tariq 
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. And olsun göyə və gecə gələnə!  
2. Sən nə bilirsən o, gecə gələn nədir?!  
3. O, (nuru qaranlıqları) yaran parlaq bir ulduzdur.  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə