Fatihə surəsi



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə18/166
tarix30.10.2018
ölçüsü2,26 Mb.
#75966
1   ...   14   15   16   17   18   19   20   21   ...   166

180. Allahın Öz  lütf və rəhmətindən verdiyində (səmavi kitab elmi  və dünya malında) xəsislik 
edən kəslər, bu xəsisliyin  onların xeyirlərinə olmasını güman etməsinlər. Əksinə, bu onlar üçün  
şərdir. Tezliklə xəsislik etdikləri şey (həmin elm və malın zəncir surətindəki gerçək təcəssümü) 
Qiyamət günü boyunlarının boyunduruqu olacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur 
(hamı yox olacaq və yalnız O qalacaqdır). Allah etdiklərinizdən xəbərdardır. 
181. Şübhəsiz, Allah (Onun  insanlardan borc istəməsini eşidib) «həqiqətən, Allah yoxsuldur, biz 
isə  dövlətliyik»  deyən  kəslərin  sözlərini  eşitdi.  Tezliklə  dediklərini  və  Allahın  peyğəmbərlərini 
nahaq yerə öldürmələrini yazacaq və (Qiyamət günü) «dadın yandırıcı əzabı» deyəcəyik.  
182. Bu (əzab) öz əllərinizlə qabaqcadan göndərdiyiniz işlərə görədir, yoxsa Allah əsla bəndələrə 
zülm edən deyildir. 
183. Həmin o kəslər ki, «həqiqətən, Allah (səma kitablarında) bizə (qəbul əlaməti olaraq göydən 
gələn)  odun  yandırdığı  bir  qurbanlıq  gətirməyincə  heç  bir  peyğəmbərə  əsla  iman 
gətirməməyimizi tapşırmışdır» dedilər. De: «Şübhəsiz, məndən öncə (Zəkəriyya və Yəhya kimi) 
bir sıra peyğəmbərlər sizin üçün aydın dəlillər və dediklərinizi gətirmişdilər, əgər doğruçusunuzsa 
bəs onları nə üçün öldürdünüz?!» 
184.  Odur  ki,  əgər  səni  təkzib  etdilərsə,  həqiqətən  səndən  öncə  aydın  dəlillər,  (hikmətli  və 
nəsihətli)  yazılar,  aydın  və  (din  və  şəriətə)  aydınlıq  gətirən  kitab  ilə  gəlmiş  peyğəmbərlər  də 
təkzib olundular. 
185.  Hər  bir  canlı  (mütləq)  ölümü  dadacaqdır.  Qiyamət  günü  sizin  mükafatlarınız  tam  şəkildə 
veriləcəkdir.  Odur  ki,  oddan  uzaqlaşdırılan  və  Cənnətə  daxil  edilən  kəs  doğrudan  da  kama 
çatmışdır. Bu dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir. 
186.  Mallarınız  və  canlarınız  barədə  mütləq  imtahan  ediləcəksiniz  və  mütləq  sizdən  əvvəl 
(səmavi)  kitab  verilmiş  şəxslərdən  və  həmçinin  müşriklərdən  (dinin  və  Peyğəmbərin  inkarı  və 
istehza olunması, eləcə də insanların İslam əleyhinə təhrik olunmaları barəsində) çoxlu cansıxıcı 
sözlər eşidəcəksiniz. Əgər səbr və təqvaya yiyələnsəniz, bu (dözümlülük),  həqiqətən,  böyük  və 
əhəmiyyətli işlərdəndir. 
187. Və (yada sal) o zaman(ı) ki, Allah (səmavi) kitab verilmiş kəslərdən «mütləq, gərək onu(n 
həqiqətlərini) insanlara açıqlayasınız və gizlətməyəsiniz!» deyə əhd-peyman aldı. Belə olan halda 
onlar  onu  (həmin  kitabı  və  əhd-peymanı)  arxalarına  atdılar  (ona  göz  yumdular)  və  onun 
müqabilində az bir qazanc əldə etdilər. Buna görə də, onların həmişə əldə etdikləri şey nə qədər 
də pis bir şeydir. 
188.  Güman  etmə  ki,  (səmavi  kitabın  ayələrini  gizlətmək  və  camaatı  İslamdan  uzaqlaşdırmaq 
kimi)  əməllərinə  sevinən  və  etmədikləri  şeylərə  görə  mədh  olunmağı  sevən  kəslər,  bəli  güman 
etmə ki, onlar əzabdan qurtulacaqlar. Onlar üçün ağrılı bir əzab vardır. 
189. Göylərin və yerin həqiqi mülkiyyəti və tam hakimiyyəti Allaha məxsusdur (çünki yaratmaq, 
qorumaq, idarə etmək və yox etmək, bunların hamısı Onun istək və iradəsinə tabedir). Allah hər 
şeyə qadirdir. 
190. Həqiqətən göylərin və yerin yaradılışında, gecə ilə gündüzün get-gəlində sağlam ağıl və fikir 
sahibləri üçün (Allahın qüdrət, elm və hikmətini göstərən) nişanələr vardır. 
191. O kəslər ki, ayaq üstə, oturduqları halda və böyürləri üstə (yatdıqları halda) Allahı yadlarına 
salır, göylərin və yerin yaradılışı(nın sirləri) barəsində fikirləşir (və qəlbləri və ya həm qəlb, həm 
də  dilləri  ilə  deyir)lər:  «Ey  Rəbbimiz,  bunu  (bu  əzəmətli  aləmi)  boş  yerə  yaratmamısan!  Sən 
(faydasız  və  puç  işlərdən)  pak  (və  uzaq)san  (və  bütün  bunlar  mütləq  ali  məqsəd,  yəni  ağıl 
sahibləri  üçün  vəzifələr  müəyyənləşdirmək  və  dünyada  savab  və əzaba  layiq  olmaq  və  onların 
axirətdə gerçəkləşməsi üçündür). Odur ki, bizi odun əzabından qoru». 
192. «Ey Rəbbimiz! Şübhəsiz, Sən (Cəhənnəm) od(un)a daxil etdiyin hər bir kəsi, mütləq xar və 
rüsvay etmisən. Zalımların əsla köməkçiləri olmayacaqdır». 
193.  «Ey  Rəbbimiz!  Həqiqətən  biz  «Rəbbinizə  iman  gətirin!»  deyə  imana  dəvət  edən  bir 
çağırışçını(n  dəvətini)  eşitdik  və  iman  gətirdik.  Ey  Rəbbimiz,  buna  görə  də  günahlarımızı  bizə 
bağışla, pisliklərimizi bizdən təmizlə və bizi yaxşı əməl sahiblərinin sırasında öldür!» 


194.  «Ey  Rəbbimiz!  Peyğəmbərlərinin  dili  ilə  bizə  vəd  etdiklərini  bizə  əta  et  və  bizi  Qiyamət 
günü xar və rüsvay etmə ki, həqiqətən Sən heç vaxt Öz vədinə xilaf çıxmırsan».  
195.  Beləliklə,  Rəbbi  onların  dualarını  qəbul  etdi  ki:  «Həqiqətən  Mən  sizlərdən  heç  bir  əməl 
sahibinin  -  istər  kişi  olsun  ya  qadın  ki,  hamınız  bir-birinizdənsiniz  və  bir-birinizlə  bağlısınız  - 
əməlini  zay etməyəcəyəm. Odur ki,  hicrət edən, öz evlərindən  qovulan, Mənim yolumda əzab-
əziyyət görən, döyüşən və öldürülən kəslərin pisliklərini mütləq təmizləyəcək və onları (evlərinin 
və  ağaclarının)  altından  çaylar  axan  cənnətlərə  daxil  edəcəyəm.  (Bu,)  Allah  tərəfindən  bir 
mükafatdır. Gözəl mükafat yalnız Allahın yanındadır.» 
196. Küfr edənlərin şəhərlərdə (imkanla, mənfəəttələbcəsinə və qalib halda) hərəkət və get-gəlləri 
səni aldatmasın! 
197.  (Bu,  dünyadan)  azacıq  bir  bəhrələnməkdir,  sonra  isə  onların  yerləri  Cəhənnəm  olacaqdır. 
Ora pis bir qalacaq yeridir.  
198.  Lakin  öz  Rəbbindən  qorxan  kəslər  üçün  (evlərinin  və  ağaclarının)  altından  çaylar  axan 
Cənnətlər vardır. Allah tərəfindən ilk ziyafət olaraq onlar orada əbədidirlər. Yaxşı əməl sahibləri 
üçün Allah yanında olan şey (Allahın razılığı və əbədi nemətlər) daha yaxşıdır. 
199.  Əlbəttə,  kitab  əhlindən  Allah  qarşısında  təvazökarlıqla  Allahın  ayələri(ni  təhrif  etmək)  ilə 
azacıq bir qazanc əldə etmədən Allaha, sizə nazil olana (Qur’ana) və onlara nazil olana (keçmiş 
səma  kitablarına)  iman  gətirən  kəslər  vardır.  Onların  öz  Rəbbi  yanında  məqamlarına  uyğun 
mükafatları vardır. Şübhəsiz, Allah tez hesab çəkəndir (hesab baxımından heç kəsin mükafatını 
gecikdirmir).  
200.  Ey  iman  gətirənlər,  səbrli  olun  və  başqalarını  da  səbrə  sövq  edin,  düşmən  qarşısında 
müqavimət göstərin, sərhəddin keşiyində durun və Allahdan qorxun, bəlkə nicat tapdınız.  
Ən
-Nisa 
surəsi
 
0. Bağışlayan və mehriban Allahın adı ilə.  
1. Ey  insanlar, Rəbbinizdən qorxun. O Allah(dan) ki, sizi bir candan (ilk möcüzəvi varlıq  kimi 
torpaq və gildən yaratdığı adam, insan və bəşər adlı canlıdan) yaratdı, onun cinsindən (həmin cür 
möcüzəvi  şəkildə)  zövcəsini  yaratdı  (və  onların  arasında  ər-arvadlıq  nikahı  bərqərar  etdi)  və  o 
ikisindən (onların birinci nəslində ilkin şəriət qanunlarına müvafiq olaraq və ya naçarlıqdan bacı 
ilə qardaşın evlənməsi və ya qızlar üçün Cənnət oğlanları, oğlanlar üçün  isə Cənnət qızları nazil 
etmək  yolu  ilə)  çoxlu  kişi  və  qadın  (törədib)  yaydı.  Adı  ilə  bir-birinizdən  bir  şey  istədiyiniz 
Allahdan və qohumlar(la əlaqəni kəsməkdən və bağlılıq tellərini qır maq)dan qorxun. Həqiqətən, 
Allah daim sizə nəzarət edir.  
2.  Və  yetimlərin  mallarını  (onlar  həddi-büluğa  çatdıqdan  sonra)  özlərinə  qaytarın.  Murdar  və 
haram (mal)ı (qiymət fərqinə görə) pak və halal (mal)  ilə dəyişdirməyin (özünüzün pis  malınızı 
onların  qiymətli  malları  ilə  dəyişdirməyin).  Həmçinin  onların  mallarını  öz  mallarınıza  qatıb 
yeməyin ki, həqiqətən bu, böyük günahdır.  
3.  Əgər  yetim  qızlar  barəsində  (həmin  dövrün  adət-ənənəsinə  uyğun  evlənəcəyiniz  təqdirdə) 
ədalətə riayət etməyəcəyinizdən qorxsanız, onda meyliniz olan (başqa) qadınlardan  ikisi, ya üçü 
və ya dördü ilə evlənin. Və əgər birdən ədalətlə rəftar etməyəcəyinizdən qorxsanız, onda, yalnız 
bir  qadınla,  ya  aldığınız  bir  kənizlə  kifayətlənin.  Bu  iş  sizin  yolunuzu  azmamağınıza  və  zülm 
etməməyinizə daha yaxındır. 
4. Və qadınların mehriyyələrini  onlara könül xoşluğu  ilə və bir hədiyyə kimi verin (hərçənd ki, 
bu, sizin boynunuzda bir vacib, onlar üçün  isə ilahi bir bəxşişdir). Əgər onlar könül  xoşluğu  ilə 
ondan sizə bir şey bağışlasalar, onu nuş və ləzzətlə xərcləyin. 
5. Allahın sizin (yaşayışınız) üçün dayaq etdiyi mallarınızı (və yetimlərin mallarını), səfehlərə (və 
az  yaşlı  yetimlərin  özlərinə)  verməyin.  Onlara  həmin  malın  gəlirindən  ruzi  verin,  onları 
geyindirin və onlarla bəyənilən bir tərzdə danışın. 
6.  Yetimləri  evlənmək  həddinə  (hər  bir  insanın  və  heyvanın  ruhi  və  cismi  təkamülünün  ilk 
mərhələsi olan cinsi yetkinlik həddinə) çatana qədər sınayın. Beləliklə, əgər onlarda (fikir və ağıl 


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə