Fazil bəŞİr oğlu ləNKƏrani



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix14.07.2018
ölçüsü1,47 Mb.
#55632
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

 
46 
 
 
Şİә alәmİnİn mәrcәyİ-tәqlİdİ Ayәtullahül-
üzma Hacı Şeyx Mәhәmmәd Fazİl Lәnkәranİnİn 
ömürlüyündәn 
 
Ayətullahül-üzma  Şeyx  Məhəmməd  Fazil  Lənkərani 
1310-cu hicri şəmsi ilində (1931-ci miladi) İranın müqəddəs 
Qum şəhərində dünyaya gəlmişdir.  
Alim  özü  və  valideynləri  haqqında  buyurur:  «Mən  bu 
ailəmizin  dördüncü  oğluyam  və  yalnız  mən  ruhani  oldum. 
Hələ  orta  məktəbdə  müəllim  bizə  “gələcəkdə  nə 
olacaqsınız?”  adlı  inşa  mövzusu  verəndə  mən  yazdım  ki, 
“ruhani olmaq istəyirəm”. Özü də bu sözləri elə bir dövrdə 
yazırdım  ki,  o  zamanlar  ruhanilər  bəzilərinin  nəzərində 
ağılsız və yolunu azmış kimi qiymətləndirilirdi.» 
Məhəmməd  ibtidai  təhsil  aldıqdan  sonra  on  üç  yaşında 
Qum  Elmi  Hövzəsinə  daxil  olub  İslam dininin  incəliklərini 
öyrənməyə  başlayır.  İstedadlı  və  bacarıqlı  olduğu  üçün 
аdətən,  nоrmаl  hаldа  10-15  ildə  охunulub  qurtаrаn 
müqəddimat və səth dərslərini altı ildə oxuyub başa çatdırır. 
On  doqquz  yaşında  ikən  Ayətullah  Bürucerdinin  “İstidlali 
fiqh  və üsul”  dərslərinin  xaricinə  gedir.  Yaşının az, ağıl və 
zəkasının  kifayət  olması  ilə  ustad  və  tələbələrin  diqqətini 
cəlb  edir.  Onun  səmimi  dostu  və  elmi  müzakirələrdəki 
yoldaşı, əvvəldə qeyd etdiyimiz kimi, İmam Xomeyninin (r) 
oğlu şəhid Ayətullah Mustafa Xomeyni olmuşdur.  
Cənаb  Məhəmməd  Fаzil  Lənkərаni  özünün  təhsil 
illərini  bu  cür  xatırlayır:  «Оrta  məktəbi  qurtardıqdan  sonra 
İslami  elmləri  öyrənməyə  son  dərəcə  rəğbətlə  başladım... 
Әrəb  ədəbiyyatının  orta  və  ali  səviyyəsinin  bütün 
dövrələrini (kurslarını) yüksək səviyyədə oxudum. “Yüksək 


 
47 
səviyyədə”  deməkdə  məqsədim  budur  ki,  mən  hər  kitabı 
dərslərin gedişatında iki dəfə oxuyurdum. Әvvəlcə müəllim 
dərsi  sinifdə  tədris  edirdi,  dərsdən  sonra  isə  həmin  dərsləri 
dostlarımla birgə hаzırlаyıb  yеnidən mübahisə  edirdim. Elə 
buna  görə  də  dərslərimdə  irəli  getdim  və  ilk  dövrənin 
dərslərini altı il ərzində başa vurdum. Dəqiq yadımdadır, on 
doqquz  yaşım  olanda  Ayətullah  Bürucerdinin  xaric 
dərslərində  iştirak  edirdim.  İlk  təhsil  günlərimdə  elmi 
mübahisə  etdiyim  bir  dostum  var  idi.  Dərsləri  onunla  bir 
yеrdə  hаzırlаyırdıq.  Qışın  soyuq  günlərində  “mütəhhər 
hərəmin”  eyvanında  açıq  havada  əyləşib  еlmi  mübahisə 
etməyə  məcbur  olurduq.  Ayətullah  Bürucerdi  bir  məclisə 
dəvət olunmuşdu. Mən də atamla birlikdə bu məclisdə idim. 
Ayətullah  Bürucerdi  “Mütəvvəl”  kitabından  bir  şer  oxudu 
və  bu  şerin  təhlili  izаhını  məndən  soruşmağa  başladı.  Mən 
dərhal  cavab  verdim.  О  cаvаbımdаn  rаzı  qаlıb  mənə  əlli 
tümən  pul  hədiyyə  etdi.  Bu  məbləğ  o  günlərdə  çox  dəyərə 
malik idi. Belə bir böyük şəxsiyyətin hədiyyə verməsi məni 
daha  da  ruhlandırdı  və  bundan  sonra  öz  dərslərimə  və 
əməllərimə daha diqqətlə nəzarət etməyə başladım.» 
Məhəmməd  Fazil  Lənkərani  on  bir  il  müddətində 
Ayətullahül-üzma  Bürucerdinin  üsul  və  fiqhin  xaric 
dərslərində,  həmçinin  doqquz  il  Ayətullahül-üzma  İmam 
Xomeyninin  (r)  dərslərində  iştirak  etmiş,  bu  iki  elm 
mənbəyindən son dərəcə bəhrələnmişdir.  
O,  Ayətullah  Әllamə  Təbatəbainin  fəlsəfə  və  təfsir 
dərslərində iştirak edərək bu görkəmli şəxsiyyətin də maarif 
dolu elm dəryasından imkan olduqca faydalanmışdır.  
Ayətullahül-üzma  Məhəmməd  Fazil  Lənkərani  Qum 
Elmiyyə  Hövzəsində  bir  müddət  səth  dərslərini  tədris 
etmişdir.  İndi  30  ildən  çохdur  ki,  üsul  və  fiqh  fənlərini 
tədris edir. Bu dərslərdə Qum Elmiyyə Hövzəsinin 700-dən 
çох alim və tələbələri iştirak edir.  


 
48 
Xeyli  vaxtdır  ki,  onun  xaric  dərslərinin  lent  yazısı  İİR 
radiosundan  efirə  buraxılır  və  İranın  hər  məntəqəsində, 
habelə,  dünyanın  müxtəlif  yerlərində  elm  adamları  ondan 
faydalanırlar.  
İmam  Xomeyni  (rəhmətullahi  ələyh)  tağut  Pəhləvi 
rejiminin  törətdiyi  zülm  və  fəsada  qarşı  mübarizəyə 
başlayanda,  Ayətullahül-üzma  Məhəmməd  Fazil  Lənkərani 
ən  yaxın  dost,  sirdaş  kimi  onunla  qədəm-qədəm  hərəkət 
edir.  İslam  İnqilabının  qələbəyə  çatması  üçün  yorulmadan 
fəaliyyət 
göstərir, 
Qum 
Elmiyyə 
Hövzəsinin 
fəal 
üzvlərindən sayılırdı. Dəfələrlə dövlət məmurları tərəfindən 
tutularaq həbs edilmiş, axırda isə “Bəndəri Lənge”yə sürgün 
edilmişdir.  Orada  dörd  ay  qalandan  sonra  Yəzd  şəhərinə 
sürgün olunur və iki il yarım orada qalır.  
Әhli-beyt  (əleyhimussəlam)  məhəbbəti  onun  Qum 
şəhərinin  mühüm  yerlərində  camaat  namazına  imamlıq 
etməyə  sövq  edir.  Ayətullah  Nəcəfi  Mərəşinin  vəfatından 
sonra  tələbələr  və  Qum  camaatının  təkidi  ilə  Həzrəti 
Məsumə  ələyhəssəlamın  hərəmində  camaat  namazına 
imaməti  öhdəsinə  götürdü  ki,  minlərlə  alim,  tələbə  və 
ziyarətə gələnlər onun arxasında namaz qılıblar.  
Həzrəti  İmam  Xomeyninin  (r.ə)  vəfatından  sonra 
möminlərdən çoxu təqlid məsələsində ona müraciət etməyə 
başladılar.  Mərhum  Ayətullah  Әrakinin  vəfatından  sonra 
isə,  Qum  Elmiyyə  Hövzəsi  Müdərrislər  Şurаsı  (Camieyi-
Müdərrisin)  tərəfindən  rəsmi  olaraq  ilk  şəxs  kimi  İslam 
ümmətinə  mərcəyi-təqlid  seçildi.  İndi  onun  dünya 
müsəlmanları arasında yüz minlərlə müqəllidi var. 
 
 
 
 
 
 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə