Fazil bəŞİr oğlu ləNKƏrani



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə16/27
tarix14.07.2018
ölçüsü1,47 Mb.
#55632
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

 
56 
həyat  tərzi  keçirir.  Onun  mərcеyi-təqlid  olmazdan  qabaqkı 
və sonrakı yaşayışı arasında heç bir fərq yoxdur”. 
Ayətullah  Nurmufidi  deyir:  “İnsan  bəzi  dahilərin 
yanında  olanda,  özü  ilə  onun  arasında  bir  pərdə  hiss  edir, 
qəriblik  duyur.  Lakin,  Ayətullah  Lənkərani  o  qədər 
təvazökar  insandır  ki,  onun  yanında  özünü  çox  rahat  hiss 
edirsən. Belələri indi çox azdır”. 
Şeyx  Məhəmməd  Cavad:  “O,  mərcеyi-təqlid  olduğu 
vaxtdan  bu  günədək  bir  dəfə  də  soruşmayıb  ki,  filan  yerdə 
mənə  təqlid  edənlər  nə  qədərdir?  Və  yaxud  mənim  risaləm 
çap  olundu,  ya  yox?  O,  bir  neçə  il  həzrət  Məsumənin  (s) 
hərəmində  imamlıq  etmişdir.  Dəfələrlə  deyirdi  ki,  minlərlə 
tələbənin  iqtida  etdiyi  bu  namazla,  əvvəllər  kiçik  məsciddə 
qıldığım namaz arasında heç bir fərq yoxdur”. 
Әhli-beyt (ә) mәhәbbәti 
Ayətullah  Məhəmməd  Fazil  Lənkərani  Peyğəmbərə  (s) 
və  Әhli-beytə  (ə)  qurulan  əza  və  bayram  məclislərindən 
əlavə, hər həftə cümə günləri səhər çağı öz dəftərxanasında 
qurulan  rövzə  məclislərində  də  iştirak  edir.  Həmçinin, 
Fatimeyi-Zəhranın  (ə)  şəhadəti  münasibəti  ilə  hər  ilin  20 
günlük Fatimiyyə əyyamında evlərində əza məclisləri təşkil 
olunur. Mərhum atasının başladığı bu iş 60 ildən artıqdır ki, 
davam edir.  
Ayətullah əzadarlıq və bayram məclislərinin xurafatdan 
qorunmasına xüsusi diqqət  göstərib, özünün bəyanatlarında 
və  şəri  suallara  verdiyi  cavablarda  zəif  rəvayətlərdən 
istifadə  etməməyə  və  dinimizə  yad  olan  ahəng  və 
üslublardan çəkinməyə çağırmışdır.  
 
 
 
 
 


 
57 
 
 
Siyasi sәhnәdә 
İnsanlara  və  müsəlmanlara  diqqət  və  qayğıkeşlik, 
onların  problemlərinin  həlli  üçün  səy  göstərmək,  görkəmli 
аlimin  həmişə  diqqətdə  sахlаdığı  məsələlərdəndir.  O, 
beynəlxalq  münasibətləri  və  dünyada  baş  verən  ictimai-
siyasi 
prosesləri 
izləməklə 
İslam 
və 
bəşəriyyət 
düşmənlərinə qarşı həmişə barışmaz mövqe tutmuşdur. 
Fələstin, 
Qarabağ, 
İraq,  Әfqanıstan  və  digər 
müsəlmanları  müdafiə,  habelə,  Salman  Rüşdinin  mürtəd 
elan  edilməsi  hökmünü  himayə  etməsi,  bu  qətiyyət  və 
barışmazlığa əyani sübutdur. 
Ayətullah müsəlmanların birliyi naminə edilən müdarat 
təqiyyəsini  şəri  nöqteyi-nəzərdən  düzgün  bilir.  Onun 
nəzərinə 
görə,  bu 
məqsədlə 
əhli-sünnənin  camaat 
namazlarına  iqtida  etmək  olar.  Lakin  bu  heç  də  istənilən 
adamla kompromisə getmək demək deyil. Məsələn, bir neçə 
il  öncə  Mədinə  şəhərindəki  Peyğəmbər  (s)  məscidinin 
imamı  Şeyx  Hüzeyfi  şiələrin  ünvаnınа  nalayiq  sözlər 
işlətmişdi.  Ayətullah  Məhəmməd  Fazil  bunu  eşidərkən  bu 
məzmunlu  bir  bəyanatla  çıxış  etdi:  “Mən  tövsiyə  etmişdim 
ki,  şiələr  Məscidül-həram  və  Məscidün-nəbidə  qılınan 
camaat  namazlarında  iştirak  etsinlər.  Bu  tövsiyəm  yenə  də 
qüvvədədir.  Lakin  bəyan  edirəm  ki,  müsəlmanlar  arasında 
təfriqə salan bu şəxsə iqtida etmək düzgün deyil!”  
O,  bunu  özünə  vəzifə  bilir  və  ona  görə  də  heç  nədən 
çəkinmirdi. Bilirdi ki, bu bəyanatı onun həcc mərasimindəki 
nümayəndəliyi üçün problemlər yarada bilər. Хoşbəxtlikdən 
çox  keçmədi  ki,  Mədinə  şəhərinin  əmiri  Hüzeyfini 
imamalıqdan azad etdi. 
İmam  Xomeyni  öz  hərakatını  başlayan  gündən  Şeyx 
Məhəmməd  Fazil  həm  bir  sıravi  vətəndaş  və  həm  də  Qum 


 
58 
elmi  hövzəsi  Müdərrislər  Şurasının  üzvü  kimi  fəaliyyətə 
qoşulmuşdur.  Həmin  fəallıqlаrа  görə  dəfələrlə  həbs 
olunmuş,  işgəncəyə  məruz  qаlmış  və  nəhayət,  ab-havası 
yaxşı  olmayan  məntəqələrə  sürgün  edilmişdir.  O  ilk  dəfə 
yayın  qızmar  çağında  4  ay  müddətinə  yandırıcı  “Ləngə” 
limanına  göndərilmişdir;  elə  bir  4  ay  ki,  öz  təbirilə  desək, 
40  ilə  bərabər  zəhmət  və  məşəqqətlə  keçmişdir.  Onun 
ardınca  isə,  iki  il  yarım  Yəzd  şəhərində,  səhrа  təbiətli  bir 
rayonda qalmağa məcbur edilmişdir. Oğlu Şeyx Məhəmməd 
Cavad  Lənkərani  bu  barədə  deyir:  “Ləngə  limanında 
sürgündə  olduğu  4  ay  ərzində  bədəni  xeyli  zəiflədi. 
Hökumət  adamları  qorxuya  düşüb,  onu  Yəzdə  köçürtdülər. 
Atam,  İmam  Xomeyninin  mərcеyi-təqlid  olduğunu  elan 
edən  12  müctəhiddən  biri  idi  və  məhz  buna  görə  sürgün 
edilmişdi”. 
Özünün  sürgün  həyatında  “Təhrirül-vəsilə”  kitabına 
şərh  yazan  Məhəmməd  Fazil  Lənkərani,  öz  elmi 
fəaliyyətindən  əlavə,  insanlara  ictimai-siyasi  məlumatlar 
vermiş,  onları  İslam  hərəkatına  kömək  göstərməyə 
çağırmışdır. 
İslam  dininin  hələ  1400  il  əvvəl  terrorizmə  qarşı 
mübarizəyə 
başladığını 
bildirən 
Ayətullah, 
ABŞ-ın 
Әfqanıstan və İraqa hücumları ərəfəsində də etiraz bəyanatı 
ilə  çıxış  etmiş,  təcаvüzkаr  еrməni  quldurlаrının  Qаrаbаğı 
işğаl еtməsinə dаir bəyаnаtlа çıхış еtmişdir. 
 
 
 
 
 
 
 
 
 


 
59 
 
 
Mәhәmmәd Fаzil Lәnkәraninin Azәrbaycan 
gәnclәrinә müraciәti 
Azərbaycanın  imanlı  cavanları,  mənim  din  qardaşlarım 
bir  neçə  kəlmə  nəsihət  istəmişlər.  Təbərrük  olaraq  zikr 
edilməsini  münasib  bildiyim  hədisdə  məsum  imam 
buyurmuşdur  ki,  Allahın  nəzərindən  heç  bir  vaxt  kənarda 
olmadığını bil.  İnsan özünü  həmişə Allahın  hüzurunda  hiss 
etməli,  bütün  əməl  və  rəftarlarını  Allahın  razılığını 
qazanmaq  istiqamətində  tənzimləməlidir.  İnsanın  oturuşu-
duruşu, yuxusu və oyaqlığı, hərəkəti və sükutu, işarələri və 
hətta bütün qəlbindən keçənlər Allahın hüzurundadır. 
Әzizlərim,  insanın  ilahi  ruhdan  üfürülmüş  nəfsi  (canı) 
onun  cismində  Allahın  əmanətidir.  Dünyada  həyat  və 
varlıqdan  üstün  bir  nemət  yoxdur.  Kamilliyin  hər  hansı  bir 
mərtəbəsinə 
çatmaq 
istəsəniz, 
əvvəlcə 
özünüzü 
tanımalısınız.  Nəfsi  (özünü)  tanımaq  bilik  qapılarının 
açılması  üçün  mühüm  bir  müqəddimədir.  Çünki  “özünü 
tanıyan Allahını tanıyar”. Təəssüf ki, insan gənclik dövrünü 
bu həqiqətdən xəbərsiz keçirir. Elə ki, qocalıq qapını döyür, 
insanın  bütün  diqqəti  zəif  və  əzabkeş  bədənini  qorumağa 
yönəlir. 
İnsan  gənclikdə  nəfsinin  tərbiyə  və  təzkiyəsinə 
(gözəlləşdirilməsinə) qadir olur. Bu mühüm işdən ötrü əziz 
cavanlar 
həmişə 
Qur’ani-kərimə 
yaxın 
olmalı, 
susuzluqlarını  bu  ilahi  çeşmədə  yatırmalıdırlar.  “Әllah, 
Әllah,  fil-Quran”  bütün  övliyaların  tövsiyəsidir.  Qurandan 
faydalanmaq  və  bu  sahilsiz  ilahi  okeanın  bir  guşəsinə 
çatmaq üçün əzəmətli və əvəzsiz Әhli-beyt maarifi ilə tanış 
olmaq  lazımdır.  Onların  yolu,  həyatı  və  ölümü  kamillik 
istəyində olan insan üçün çox münasib bir nümunədir. İslam 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə