Fazil bəŞİr oğlu ləNKƏrani



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə22/27
tarix14.07.2018
ölçüsü1,47 Mb.
#55632
1   ...   19   20   21   22   23   24   25   26   27

 
79 
bir  alimin  xütbəsinə  qulaq  asmağa  tələsirmişlər.  Bu 
məziyyət  istər-istəməz  mənim  kimi  İslamda  elmi  dərəcəsi 
olmayan  sıravi  müsəlmanlara  da  təsir  edir  və  bizi  öz 
bacarığımız  səviyyəsində  fəal  olmağa  sövq  edir.  Allah 
qismət  elədi  bu  il  ramazanda  maddiyyata  sıx  bağlı,  dünya 
işlərini  axirət  işlərindən  daha  əhəmiyyətli  sayan  adamlarla 
təsirli söhbətlərim oldu. Tutduğu orucu ac qalmaqdan başqa 
bir  şey  olmayan  bəzilərinə  izah  etməyə  çalışırdım  ki,  - 
əlbəttə,  Allahdan  kömək  diləyə-diləyə  -  ramazan  ayında 
göz, qulaq, dil, qəlb, hətta, düşüncə belə pəhrizdə olmalıdır.  
Yeri gəlmişkən, onu da deyim ki, işimlə bağlı (“Halal” 
kafesində xörəkpaylayanam) qəribə  hisslər keçirirdim.  İftar 
vaxtı  möminlərə  xidmət  etməkdən  xüsusi  zövq  alırdım, 
amma  günün  günorta  çağı,  xörək,  çay  sifarişi  eşidəndə  o 
bığıburma, 
sağlam 
soydaşlarımın 
halına 
yanırdım: 
“Axirətdə cavabınız nə olacaq?” – deyə düşünürdüm.  
 
Sevda Həsənova:
-  Allah-təala  qismət  elədi,  2005-
ci 
ilin 
ramazan 
ayından 
lazımınca 
bəhrələndik. 
İbadətlərimizi vaxtında, böyük şövqlə yerinə yetirirdik, hiss 
edirdim ki, qəlbimdə ilahi eşq, məhəbbət get-gedə alovlanır. 
Hər il ondan əvvəlki ramazana nisbətən imanın kamilliyinə 
çalışmağı  da  vərdiş  halına  gətirmək  lazımdır.  Builki  iftar 
süfrələrimizin  həm  sayı,  həm  də  çeşidi,  Allah  yetirdi,  bol 
oldu,  təbii  ki,  süfrə  başına  da  daha  çox  mömin  xanım 
toplaşmışdı. Allah qismət elədi ərəb dilindən sonra bu il fars 
dilini  də  öyrəndim.  İndi  ədəbiyyat  oxumağa  daha  çox 
imkanım var, daha çox müsəlman qardaş-bacılarla ünsiyyət 
yaratmaq  şərait  yaranıb.  Həddi-büluğa  çatmış,  milliyyətcə 
rus olan bir qızı – yenə də Allah-təalanın yаrdımı sayəsində 
-  İslama  gətirdik.  Qız  özünə  azərbaycanlıya  məxsus  ad 
seçdi.  


 
80 
Beş  ildir  Moskvada  yaşayıram,  builki  kimi  bərəkətli 
ramazan olmamışdı. Məscidə ibadətə gələn xanımların, dinə 
aid  məsələlərinin  izahı  ilə  müraciət  edənlərin,  islami 
qaydada  geyinmək  üçün  məsləhət  almaq  istəyən  qızların 
sayı  da xeyli  çox oldu. Ortaya  çıxan şəri  sualların  cavabını 
isə  müqəllidi  olduğumuz  Həzrət  Ayətullah  Məhəmməd 
Fazil Lənkəraninin risaləsindən tapırdıq.  
Gileylərim  də  az  deyil.  Rusiya  paytaxtında  yaşayan 
azərbaycanlı  qız-gəlinlərimizin  bəziləri  yerli  hava  ilə 
oynamağa  meyillidirlər.  Yəni  açıq-saçıq  geyinməyə 
üstünlük  verirlər,  təmtəraqlı,  halallıq  olmayan  məclislərdə 
kişilərlə  yanaşı  iştirak  etməkdən  (hətta  ramazan  ayında) 
çəkinmirlər.  Günahın  bir  hissəsi  o  xanımların  özündədirsə, 
bir  hissəsi  də  onların  həyat  yoldaşlarında  və  ya 
qardaşlarındadır.  Onlar  unudurlar  və  ya  başa  düşmək 
istəmirlər  ki,  Azərbaycandan  çıxmaq  hələ  Allahın 
nəzərindən  qaçmaq  deyil.  Yaradаnımız  hər  zaman  hər 
yerdədir,  ona  görə  də  xanımlarımız  özlərini  İslam  əxlaqına 
uyğun  aparmalıdırlar.  İstərdim  ki,  hamımız  dua  edək, 
Allahdan  xanımlarımıza  əfv  diləyək,  dinə-imana  gəlməyi 
arzulayaq və onları da gələn ramazanda sıralarımızda görək, 
inşallah! 
 
Cənаb  Məhəmməd  Fаzil  Lənkərаni  dəftərхаnаsının 
Mоskvа  nümаyəndəliyinin  fəаliyyətə  bаşlаdığı  2005-2006-
cı  illər  Moskvada  Әhli-beyt  aşiqlərinin  iman  yolunda 
yüksəliş  dövrü  sayıla  bilər.  Həmin  illərdə  keçirilən 
məhərrəmlik  ayının  əzadarlığı,  Aşura  məclisləri  də  bunu 
təsdiq edir.  
Moskva şəhəri, 2006-cı il, Aşura günü, “Prospekt Mira” 
məscidi. 
Әhli-beyt 
aşiqləri 
üzdəniraq 
Danimarka 
karikaturaçıya 
qəti 
etirazlarını 
bildirirlər. 
“İslamın 
düşmənlərinə  ölüm!”,  “Peyğəmbərimizin  (s)  ünvanına 
yönəlmiş təhqirləri bağışlamarıq!” şüarları səsləndirilir. 


 
81 
 
 
 
Şәban ayının fәzilәti vә әmәllәri 
 
(Cənab Məhəmməd Fazil Lənkəraninin 
tövsiyəsi) 
Şəban  çox  böyük  fəzilətə  malikdir  və  hədislərə  əsasən 
bu  ay  İslam  Peyğəmbərinə  (s)  aid  edilmişdir.  Həzrət 
Peyğəmbər  (s)  bu  ayda  oruc  tutub  onu  mübarək  Ramazan 
ayına  birləşdirirdi.  Həzrət  Məhəmməd  (s)  buyurmuşdur: 
“Şəban  mənim  ayımdır.  Hər  kəs  mənim  ayımda  bircə  gün 
oruc tutarsa, behişt ona vacib olar.” 
İmam Sadiq (ə) buyurmuşdur: “Şəban ayı daxil olduqda 
İmam  Zeynul-abidin  (ə)  səhabələrini  yanına  çağırıb 
buyurardı:  “Ey  mənim  səhabələrim!  Bu  ayın  necə  ay 
olduğunu  bilirsiniz.  Həzrət  Peyğəmbər  (s)  buyurardı  ki,  bu 
mənim  ayımdır.  Siz  də  Şəbanda  Peyğəmbərin  (s) 
məhəbbətinə görə oruc tutun....” 
Әmirəl-möminin  İmam  Әli  (ə)  buyurardı:  “Hər  kəs 
Şəban ayında Peyğəmbərin (s) məhəbbətinə görə və Allaha 
yaxınlaşmaq üçün oruc tutarsa, Allah da onu sevər, Qiyamət 
günündə  onu  Öz  kəramətinə  yaxınlaşdırar  və  Behişti  ona 
vacib edər.” 
İslam peyğəmbəri həzrət Məhəmməd (s) buyurmuşdur: 
“Allah  bu  ayda  mənə  kömək  edənə  -  yəni  bu  ayda  oruc 
tutana – rəhm etsin...” 
 
 
 
 
 


 
82 
Şәban ayının әmәllәri 
 
Şəban ayının əməlləri iki hissəyə bölünür: müştərək və 
məxsusi əməllər.  
Müştәrәk әmәllәri: 
Müştərək əməllər aşağıdakılardan ibarətdir:  
1-Hər  gün  yetmiş  dəfə  “Әstəğfirullahə  və  əs’əluhut-
tövbə” sözünü demək; 
2-Hər  gün  yetmiş  dəfə  “Әstəğfirullahəlləzi  la  ilahə  illa 
huvər-Rəhmanur-Rəhimul-Həyyul-Qəyyum və ətubu iləyh” 
sözünü demək; 
3-Sədəqə vermək; 
4-Bu ay ərzində min dəfə “La ilahə illəllah və la nəbudu 
illa  iyyahu  muxlisinə  ləhuddin  və  ləv  kərihəl-muşrikun” 
demək; 
5-Bu  ayda  Məhəmməd  və  Ali  Məhəmmədə  (səlləllahu 
ələyhi və Alihi və səlləm) çoxlu salavat göndərmək; 
6-“Məfatihul-cinan”  kitabında  qeyd  olunmuş  məxsus 
namazı qılmaq; 
7-“Məfatihul-cinan”  kitabında  imam  Zeynul-abidindən 
(ə) nəql olunmuş məxsus salavatı məğrib və habelə, bu ayın 
yarısının gecəsi çağlarında oxumaq; 
8-“Məfatihul-cinan”  kitabında  İbn  Xaləveyhin  imam 
Әlidən (ə) nəql etdiyi münacatı oxumaq.  
 
Mәxsusi әmәllәri 
Şəban  ayının  məxsusi  əməlləri  “Məfatihul-cinan” 
kitabında  ətraflı  şəkildə  bəyan  olunmuşdur.  Burada  isə 
onlardan bir neçəsini diqqətinizə çatdırırıq: 
1-  Bu  ayın  birinci  günündə  oruc  tutmaq;  (Bu  günün 
orucunun fəziləti və faydaları barədə hədis və rəvayətlər də 
mövcuddur) 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə