Fazil bəŞİr oğlu ləNKƏrani



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə20/27
tarix14.07.2018
ölçüsü1,47 Mb.
#55632
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

 
72 
da obyektiv, üzürlü səbəblərdəndirsə, o müsəlmanın səyləri, 
əməlləri və nəhayət, üzrü qəbuldur.  
Sual: 
Moskva çoxmilyonlu, izdihamlı qeyri-müsəlman 
şəhəridir.  Metro  vaqonlarında,  kiçik  tutumlu  marşrut 
avtobuslarında sərxoş, itini qoltuğuna vuran və İslama zidd 
digər  əməl  sahibləri  ilə  yanaşı  getməli  olursan.  Bu  bizim 
üçün günah, ya haram sayılırmı? 
Cavab:
  Dediyiniz  icbari  həyat  tərzinin  sizin  üçün 
günahı və ya qəbahəti yoxdur. Amma çalışmaq lazımdır ki, 
dediyiniz 
şəxslər 
rütubətli, 
nəm 
olsalar, 
onlara 
toxunulmasın. 
Sərnişinlərin 
sıx 
olduğu 
nəqliyyatda 
ətrafınızdakıların üst-başları quru olarsa, eybi yoxdur.  
Sual:
  Rusiya  şəraitində  əgər  bir  məscidin  bünövrəsini 
din  xadimi  ilə  yanaşı,  həmin  şəhərin  qeyri-müsəlman  meri 
qoyursa, tikinti də müvafiq olaraq hər iki tərəfin yardımı ilə 
həyata  keçirilərsə,  bu  doğru  sayıla  bilərmi?  Məlumdur  ki, 
burada şəhərin büdcəsi həm də haram vəsaitlə formalaşır. 
Cavab:  Məscid tikintisi üçün  möminlərin  vəsaiti,  halal 
ianələr,  yardımlar  ortaya  qoyulursa,  bu  zaman  mənbəyi 
şübhəli  olan  vəsaitlərdən  imtina  edilir.  Yox,  əgər  bu  cür 
təşəbbüs  və  ya  imkan  yoxdursa,  onda  dediyiniz  qaydada 
məscid tikintisinə irad tutmaq olmaz.  
Mərcəyi-təqlid  idarəsinin  Moskva  şəhərindəki  filialının 
müqəllidləri  ilə  əlaqələrini  lazımınca  dəyərləndirir,  Әhli-
bеyt  (ə)  аrdıcıllаrının  mətbuat  nümunələri  və  burada  dərc 
edilən materiallarla maraqlanır, dəyərli tövsiyələr verir.  
 
 
 
 
 
 
 
 


 
73 
 
 
Şeyx Mәhәmmәd Fazil Lәnkәrani 
dәftәrхаnаsının nümаyәndәliklәri 
MOSKVA 
 
Ayətullah  Hacı  Şeyx  Әhməd  Xudai  2  ilə  yaxındır  ki, 
mərcəyi-təqlid, 
ayətullahül-üzma 
Məhəmməd 
Fazil 
Lənkəraninin  Moskvada  səlahiyyətli  nümayəndəsidir.  Qısa 
müddət  ərzində  müdrik  alim  təvazökarlığı,  qayğıkeşliyi, 
hidayət  yolunun səbrli təbliğatçısı kimi tanınmışdır. Şeyxin 
iştirak etdiyi məclislər müsəlmanlar üçün əsl dərs prosesini 
xatırladır.  Yüzlərlə  müdavim  onu  dinləyir,  qeydlər  edir, 
sonra  suallarına  cavab  ala  bilirlər.  Artıq  2  dəfə  ramazan 
ayını,  bir  Aşuranı  və  İmamın  (ə)  təziyəsini  yola  vermiş 
Hacı,  Rusiya  şəraitində  -  dinlər,  məzhəblər  arasında 
təriqətini saxlamış dindаşlаrа daxili bir sevinc, əminlik bəxş 
edə bilmişdir.  
1993-cü  ildən  Bakıda  ayətullahül-üzma  Məhəmməd 
Fazil  Lənkəraninin  nümayəndəsi  işləmiş,  4  il  sonra 
mərcəyi-təqlidin təklifi ilə Qum şəhərinə çağırılmışdır. Son 
illər  Moskvaya  keçmiş  müttəfiq  respublikalardan,  uzaq 
xarici  ölkələrdən  axının  güclənməsi,  Cəfəri  məzhəbinə 
qulluq  etməli  müsəlmanların  itaətində  kənar  təsirlərin 
güclənməsi  nəzərə  alınaraq  təcrübəli,  dünyagörmüş  Hacı 
Şeyx Әhməd Xudai Rusiya paytaxtına göndərilmişdir.  
İşə Moskvada İslami durumla tanışlıqdan başlayan Hacı 
maarifçiliyin  gücləndirilməsinə  böyük  ehtiyac  olduğu 
qənaətinə  gəlir.  Özü  iki  müstəqil  və  üç  tərcümə  əsərinin 
müəllifi  olan  alim  Moskva  şəraitində  kitablarının  ifа  еdə 
biləcəyi rolu doğru qiymətləndirərək tezliklə Qur’ani-kərim 
təfsirinin rus və Azərbaycan dillərində olan iyirmi cildliyin 


 
74 
mövcud  nüsxələrini  gətirdib  paylayır.  Şəri  məsələlərə  aid, 
namazqılma  qaydaları,  məsumlarla  bağlı  kitablar  tez  bir 
zamanda  oxucularını  tapır.  Hacı  buyurur  ki,  Azərbaycan 
əhlinin əksəriyyəti Cəfəri məzhəbinə qail olduğundan orada 
başa  düşülmək  problemi  yoxdur.  Moskvada  iqlim,  ərazi 
genişliyi,  vaxt  çatışmazlığı,  bürokratik  əngəllər  və  s. 
müşküllərlə  yanaşı,  dinlər  və  təriqətlərin  təzyiqi  işləməyi 
çətinləşdirir.  
Xudai  ağa  özü  gördüyü  işlərdən,  hidayət  yolunda 
fəaliyyətindən  könülsüz  danışır  və  bunu  təvazökarlıqdan 
uzaq sayır. Çətinliklə də olsa, bir sıra şeyləri öyrənirik. Ağa 
deyir:  “Allah-təala  qismət  edib  Moskvada  yaşayan  və  dini 
təhsili olan gəncləri bir araya yığa bilmişik. Həftədə bir dəfə 
onlarla  görüşümüz  olur  (аğa  onlara  dərs  keçir  –  red.). 
Günləri  çörək  qazanmaqla  keçən  bütün  müsəlmanları  bir 
araya  toplamaqdan,  onlarla  iş  aparacaq  müəllimlərlə 
görüşüb  təcrübə  mübadiləsi  etmək  daha  faydalıdır.  Hər 
cümə  axşamı  Kumeyl  duası  oxuyuruq.  Çərşənbə  axşamı 
Təvəssül  duası  günüdür.  “İnter  Azərbaycan”  kabel 
televiziyası ilə həftədə 45 dəqiqəlik maarifçilik mövzusunda 
dini  proqram  hazırlamaq  da  bizə  qismət  olub.  Qur’an 
dərsləri qoymuşuq, ərəb-fars dilini öyrənirik.  
Moskvada  Azərbaycan  dilində  nəşr  olunan  dini 
qəzetlərdə  məqalələrlə  mütəmadi  çıxış  etmək  boynumuzda 
bir haqdır. Bir sözlə, İslamın sıravi əsgərləriyik.” 
Xudai  ağanın  oturduğu  nümayəndəlik  heç  zaman  boş 
olmur.  Әn  müxtəlif  dini,  şəri  məsələlərlə  bağlı  gündə 
onlarla  müsəlman  ona  müraciət  edir.  Müxtəlif  ünvanlara 
məclis  aparmağa  dəvət  alır.  Rusiyanın  ən  ucqar 
şəhərlərindən  belə  onun  ziyarətinə  adamlar  gəlir.  Arada 
yarım saat fasilə olan kimi Şeyx Әhməd Xudai ibadət edir, 
Qur’an  oxuyur,  xütbələrə  hazırlaşır.  Әməkdaşımız  onun 
fəaliyyətini müxtəlif vaxtlarda izləmiş və şəklini çəkmişdir. 
Onu  da  qeyd  edək  ki,  hörmətli  alim  Rusiyada  –  Moskvada 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə