67
qatılmıĢ dairəvi qurğulara xeyli təsadüf edilmiĢdir. Bu cür qurğuların divarının
hündürlüyü xaricdən 10, içəridən 7 sm-dir. Onun altından dibinin qalınlığı 3-4 sm-
ə çatır. Divarının qalınlığı isə 3-5 sm-dir. Buradan tapılmıĢ keramika qalıqları
dayaz, qalın divarlıdır. Hələlik burada planlı və geniĢ qazıntı iĢi aparılmamıĢdır.
Təkcə üst qatdan zəngin həyat izinin nəzərə çarpması onun ən son dövrünün
təqribən eramızın III-VI əsrlərinə aid etməyə imkan verir.
1983-cü il
Ekspedisiya 1983-cü il iyulun 1-dən avqustun 31-nə kimi Ağsu rayonu
Qırlar kəndi yaxınlığında yerləĢən təpədə arxeoloji qazıntı iĢləri aparmıĢdır
29
. Təpə
və onunla eyni kompleksə malik “Kəndyeri” yaĢayıĢməntəqəsi, habelə onların
arasındakı qədim qəbiristan Ağsu rayonunun məzrəsində yerləĢməklə böyük bir
sahəni əhatə edir.
Qırlartəpədən təqribən 1 km Ģərqə doğru, Sanqalan yaylasının hündür
yerindəki yastandan da qədim maddi-mədəniyyət nümunələrinə, xüsusilə üzüm
bağı salınarkən qəbir abidələrinə rast gəlinmiĢdir. Buradan yerüstü axtarıĢ zamanı
eramızın ərəfəsi üçün səciyyəvi saxsı qab nümunələrinə tez-tez təsadüf edilən bu
sahə “Bədbinə” adlanmaqla, təqribən 8-10 ha-ya bərabərdir. Yerli əhalinin verdiyi
məlumata görə buradan yalnız qəbirlər aĢkar edilib. Lakin buranı Qırlartəpə
yaĢayıĢ yerinin qəbiristanı hesab etmək düzgün olmaz. Çünki təpə ilə kəndyeri
arasında məhz onun qəbiristanı yerləĢir. Belə olduqda onda burada da ya kiçik
qonĢu yaĢayıĢ məntəqəsi və ya müəyyən əqidə sahiblərinə məxsus ictimai qrupun
ayrıca qəbiristanı olmuĢdur.
YaĢayıĢ yeri və onun ətrafı meĢəlik, münbit və dəmyə torpaqlara, qaynama
bulaqlara, habelə müxtəlif zəngin bitki örtüyünə, geniĢ otlaqlara da malikdir. Təbii
Ģəraitdəki dəyiĢikliklərin uzun müddət davam etməsini nəzərə alaraq və tapıntı
flora, fauna qalıqlarına əsasən həmin təbii Ģəraiti öyrəndiyimiz dövrə də aid etmək
mümkündür. Beləliklə antik dövrdə bu yaĢayıĢ yerində iqtisadi həyatın mühüm
sahələrinin inkiĢafı üçün lazımi Ģərait olmuĢdur. Bununla belə buradan qədim
ticarət yollarının keçməsini Ģərtləndirən kifayət qədər maddi mənbələr vardır.
Bütün bunlar hələlik yaĢayıĢ yerində əsaslı qazıntı aparılanadək alınmıĢ
məlumatdır.
Qazıntı əvvəlcə təpənin cənub qərb yarısında, keçən ildən açılmıĢ yoxlama
sahəsi də buraya daxil olmaq Ģərtilə baĢlandı. Əvvəlcə 16x16 metr ölçüsündə sahə
götürməyi qərara aldıq. Lakin bu təpənin hər hansı bir vahid tikinti kompleksinə
aid olduğu güman edildiyindən, həm də daha aydın təsəvvür əldə etmək üçün
29
Ekspedisiya bu tərkibdə iĢləmiĢdir: rəis Fazill Osmanov (1.VII-15.IX.83), baĢ elmi iĢçi Fərhad Ġbrahimov
(l.VIII-3l.VIII.83), kiçik elmi iĢçi Qafar Cəbiyev (1.VII-31.VIII.83), kiçik elmi iĢçi Sevda Hüseynova
(1.VIII-31.VIII.83), memar Qalib XoĢginabi (15.VIII-31.VIII.83), rəssam Cəbrayıl Ġsgəndərov (5.VIII-
31.VIII.83), baĢ laborant Tofiq Mehdiyev (1.VII-31.VII.83).
68
əvvəlcə götürülmüĢ ölçünü Ģimala doğru 24 metrə çatdırdıq. Həmin ölçü təpənin
Ģimal hissəsilə kənar xətt kimi uzanan hündür divarı andıran yerə çatdırıldı. Onlar
da 4x4 metr ölçülü kvadratlara bölündü. Bu ölçüdə götürülmüĢ sahə təqribən
təpənin cənub ətəyindən və qərb zirvəsindən baĢlamaqla onun yarısını, daha
doğrusu, qərb yarısını əhatə edir. Kvadratlar qərbdən Ģərqə doğru əlifba sırası ilə,
cənubdan Ģimala doğru isə rəqəmlərlə nömrələndi. Kvadratlar Ģahmat üsulu ilə
nömrələnməsilə göstəriləcəkdir. Qərb tərəfdə qazıntı sərhədi yalnız zirvədən
baĢladığı üçün a kvadratını ehtiyatla saxladıq ki, gələcəkdə qazıntı üçün düĢdükcə
təpənin meylli döĢündə sahə geniĢlənəcək və daha bir kvadratın yaranacağı nəzərə
alınmıĢdır. Belə olacağı halda “a” kvadratı məhz baĢlanğıca, daha doğrusu kənara
düĢəcəkdir və əlifba ardıcıllığı ilə pozulmayacaqdır.
Beləliklə qərbdən Ģərqə doğru 16 metr (b, v, q, d), cənubdan Ģimala doğru
isə 24 metr (1, 2, 3, 4, 5, 6) 4x4 ölçüsündə 24 kvadrata bölünüb götürüldü (384
m
2
).
Qazıntıya baĢlanan ilk günlərdə çox əziyyət çəkdik. Çünki sahənin üstü
baĢdan-baĢa tikinti daĢları töküntüsündən ibarətdir. Odur ki, bel ilə qazmaq
olduqca çətindir. Yalnız külüng və iti uclu bel ilə iĢləmək olurdu. Ġlk qazıntısına
baĢladığımız yaĢayıĢ yerində külüng iĢlətmək də təhlükəli idi. Ona görə ki, lap üst
qatdan çoxlu daĢ töküntüləri, uçquntuları arasında maddi-mədəniyyət qalıqlarına
da təsadüf edilir. Burada elə nadir və qiymətli tapıntılara rast gəlinir ki, artıq
külüng iĢlətmək olmazdı. Bunlar gümüĢ sancaq, gil büt, dən daĢları, saxsı qab
qırıqları və s-dən ibarət idi. DaĢ töküntülərinin arası bıçaq və Ģotka vasitəsilə
iĢlənirdi ki, bu da iĢin ləng getməsinə səbəb olurdu. DaĢ töküntülərinin qalmıĢ
düzümü də maraqlı idi. Onlar elə bil tağlı tikintinin uçub töküldüyünü də
xatırladırdı.
Təpənin istər hündür kənarları və istərsə də çökmüĢ üst qatı götürüldükcə
nisbətən xırda əhəngdaĢından olan (qumdaĢı) alətə oxĢar daĢlar tapılır. Bu daĢların
iĢlənməsi xüsusilə də ovuc içərisində tutulmaqla iĢləndiyi aydın bilinir. Onlar
piramida üçbucaq və baĢqa həndəsi fiqur formasında olub bir ucu iti, tərəfləri
hamar, kənarları-tinləri isə iti vəziyyətdədir. Bu daĢların əksəriyyəti ovuc içərisinə
asanlıqla sığır. Onlar sürtüləndə asanlıqla aĢılanır. Onlardan ola bilsin ki, nəyisə
(metalı) sürtüb pasını açmaq, silahın alətin itilənməsində istifadə etmək
mümkündür. Bundan baĢqa gön iĢində, primitiv üsul ilə sünbüldən dən çıxarmaqda
və s. bu kimi iĢlərdə də istifadə edilə bilərdi. Bu cür iĢlək daĢlar yalnız yaĢayıĢ
yerlərində və ya antik dövr maddi-mədəniyyət qalıqları tapılan yerlərdə müĢahidə
edilir. Bu tip daĢ alətləri Nüydi, Uzunboylar antik dövr yaĢayıĢ yerlərində, habelə
Sulut ilə Kalva kəndləri arasında da çoxlu müĢahidə edilir (Seyfi adlı yerdə).
Bundan baĢqa qırmızı kərpic rəngində çox rahat yazan qırmızı təbaĢir
parçaları da tapılmıĢdır. Qırlartəpənin lap yaxınlığında ağ təbaĢir yatağı vardır.
Göstərilən qırmızı təbaĢir daĢından vaxtilə boyaq və ya müxtəlif rəsm, yazı,
iĢarələr cızmaq iĢində istifadə edilmiĢdir. YaĢayıĢ yerində tapılmıĢ saxsı qab
Dostları ilə paylaş: |