72
kimi skeletin üzü qarĢısında bir gümüĢ cam qoyulmuĢdur (tablo 55-6). GümüĢ
cama yaxın, altda bir ədəd dəmir bıçaq qoyulmuĢdur (tablo 54-2). Bıçağın dəstəsi
qısa və ucu ĢiĢdir. Üstündə bir yerdən mıxbəndi olduğunu bildirən əlaməti var.
Bıçağın tiyəsi nazik olub uca doğru daha da nazikləĢmiĢdir. Ġti tərəfi bir qədər
qövsĢəkillidir. Çox güman ki, bu bıçaq qatlama olub cibdə gəzdirilmiĢdir. Bıçaq və
camın yanında bir davar çənəsi də var idi. Skeletin sağ qolunda bir nazik mis
bilərzik aĢkar edilmiĢdir. Onun ucları sivri, içərisi yastı, üstü isə bir qədər
qabartılıdır. Bilərziyin ortaya yaxın hissəsi içəriyə doğru basılıb əyilmiĢ Ģəkildədir
(tablo 54-10). Skeletin barmaqlarında iki üzük var idi. Onlardan biri sümükdən
olub çürüyüb xarab olmuĢ, yalnız qaĢ hissəsi qalmıĢdır. QaĢında bir tərəfi qabarıq,
əks tərəfi yastı və heç bir iĢarəsi olmayan saya ĢüĢə qaĢ vardır (tablo 54-12), daha
bir üzük gümüĢ qarıĢıqlı olub üstündə möhür vardır. Möhürün nəyə aid olduğunu
hələlik müəyyənləĢdirməmiĢik (maral rəsmi həkk edilmiĢdir) (tablo 54-11).
Bundan baĢqa bir ədəd ağımtıl Ģəffaf, yumru ĢüĢə toppuza oxĢar əĢya da skeletin
önündə qoyulmuĢdur (tablo 54-13). Onun üstündə, deĢiyin ağzında kiçik mis halqa
vardır (tablo 54-9). Bununla belə burada, yəni skeletin qurĢağı önündə bir qayıĢ,
yaxud toqqa baĢlığı var idi. Bu göstərir ki, onun geyimində belini kəmərlə
bağlamıĢ və üstündəki yaraqları oradan asmıĢdır. Belə ki, qurĢaqdan dizlərə doğru
uzanan enliağız dəmir xəncər, qolları yanında dəstəsi olmaqla, ucu ayaqlarına
doğru uzanan ikiağızlı dəmir qılınc var idi (tablo 54-7, 8). Dəmir xəncər, bıçaq və
qılıncın üstündə qalmıĢ qəhvəyi çürüntüyə görə onların ağac astarlı qında olduğun
göstərir. Bu skeletin yanında dövrün məlum silahlarının demək olar ki, hamısı
vardır. Bütün bunlardan həmin adamın dövrün görkəmli
nümayəndəsi - sərkərdə və
ya tayfa baĢçısı, ağsaqqalı kimi nüfuzlu mövqeyi hiss olunur. Qeyd etdiyimiz kimi
skeletin ətrafına düzülmüĢ xırda ağımtıl daĢların sayı 53 ədəddir. Ola bilsin ki, bir-
ikisi təmizlənmə zamanı torpağa qarıĢıb. Ancaq çox diqqətlə həmin daĢlar arıdılıb
yerində qeyd edilmiĢdir. Ölü ətrafına düzülmüĢ bu daĢlar çox güman ki, onun yaĢı
və ya həyat yolundakı hər hansı bir hadisənin əbədiləĢdirmək məqsədilə daĢıdığını
bildirir.
Xaraba şəhər. Ağsu-Ġsmayıllı arxeoloji ekspedisiyasının çöl-tədqiqatları
zamanı Qırlartəpədə qazıntıları davam etdirməklə yanaĢı, həm də kəĢfiyyat iĢləri
aparmıĢdır. Nəticədə tariximizin bir sıra məsələlərinin araĢdırılması baxımından
olduqca mühüm əhəmiyyət kəsb edən xeyli yeni abidə aĢkara çıxarılaraq qeydə
alınmıĢdır. Onlardan biri də Ağsu rayonu ərazisində yerləĢən Xaraba Ģəhər
abidəsidir. Rayon mərkəzindən 3-4 km cənubda, Ülgüc kəndi yaxınlığında yerləĢən
bu möhtəĢəm abidə plan etibarilə kvadrat Ģəklində olmaqla 33,5 hektar sahəni
əhatə edir. Onun ətrafı dərinliyi 6-7 metr, eni isə 20-25 metr olan xəndəklərlə və
uzunluğu 2400 metrə çatan divarlar ilə əhatələnib, cənub tərəfdə xəndəyin eni 40
metrə çatır. Yerli qocaların dediyinə görə bu xəndəklər əvvəllər indi olduğundan
xeyli dərin imiĢ. Abidənin cənub-Ģərq və cənub-qərb künclərində hər birinin
hündürlüyü 10 metrə, diametri isə təqribən 20 metrə çatan iki süni təpə var. Həmin