77
ovuntuları arasında saxsı qırıqlarına da təsadüf edilir. Belə saxsı parçalarından biri
bozumtul rəngdə, yumru gövdəli, düz oturacağa malik və kobud lentĢəkilli qulpu
olan (qulpun üstü bir cərgə batıqlarla bəzənmiĢdir) dolçanın sınıqları tapılmıĢdır.
Yuxarıda kürəxana əlamətini qeyd etdik. Bununla əlaqədar bəzi mülahizələr
yürütmək lazun gəlir. Belə ki, burada kürəxanada iĢ üçün Ģərait, əlveriĢli təbii
imkanlar vardır. Yanacaq ehtiyatından əlavə hündür yayla üstündə yerləĢdiyindən
və Ağsu çayının dərin dərəsinin bir növ onu çevrələməsi burada daim külək və ya
havanın cərəyanı üçün imkan yaranmıĢdır. Əgər bu təpədəki yaĢayıĢ məskəni
müəyyən (qeyd edilən yerdə) kürəxana olmuĢsa, onun tez odlanması, odun lazım
olanda daim közərməsi və alıĢması üçün belə yerin seçilməsi də əlveriĢli ola
bilərdi.
Belə ki, kürənin alıĢdırılması, qızdırılması üçün çox vaxt gözləmək lazım
gəlməzdi. Bizcə qədim sakinlər bunu nəzərə almıĢlar. Lakin bunlar da hələlik ilkin
əlamətlərə görə yürüdülən fikirlərdir. Dərinə qazınca, abidələri tam aĢkara
çıxarınca mühüm yəqinliyə nail olduqdan sonra daha dəqiq fikir söyləmək
olacaqdır. Bu möhtəĢəm təpə üzərindəki qiymətli tikinti qalıqlarının səbirsizliklə
gözlədiyimiz son nəticələrinə doğru səbrlə addımlayırıq. Burada indiyədək adı
məlum olmayan qədim yaĢayıĢ məntəqələrindən ən mühüm və cəsarətlə demək
olar ki, ən möhtəĢəmlərindən biri yerləĢir. Bu isə Kəndyeri və Qırlartəpənin
kompleks Ģəkildə öyrənilməsindən sonra mümkündür.
Qırlartəpənin Ģərq kənarında üst qat götürülərkən üstü tam yaĢıl Ģirli saxsı
parçası və çox kiçik fayans qab qırıqlarına təsadüf olundu. Lakin onların buradan
tapılması təəccüb doğursa da, mütləq qeydə götürdük. Bu qırıqların isə buraya
sonradan kənar yerlərdən gətirildiyi güman edilir. Üst çayırlı qatda təsadüf edilən
bu cür sonrakı dövrlərə aid tapıntılara iki ildən artıq qazıntılar ərzində ilk dəfədir
ki, rast gəlinir. YaĢıl rəngli Ģirli qab parçası bir qədər fikrimizi yayındırsa da, yəni
onun dövrü Ģirli qabların meydana gəldiyi vaxt üçün (təqribən IX-X) səciyyəvidisə,
kiçik fayans fraqmentinin daha sonraya (XIII-XIV əsrlərdə) aid olunası bir faktdır.
Bu tapıntıların burada olmasına təəccüb etdiyimizi hiss edən fəhlələrdən biri həmin
Ģirli qab qırığını baĢqa yerdən (Kəndyerindən) tapdığını və buraya gətirdiyini
söylədi (Həsən Osmanov). Lakin bununla belə orta əsrlərdə yaĢayıĢ yerlərinin
olması da bəllidir. Bu tapıntılar bir və ya iki fraqmentdən ibarətdir. Odur ki, onların
orta əsrlərdə və ya sonralar buraya gətirilib salınması Ģübhə doğurmur. Digər
tərəfdən axar-baxarlı hündürdə yerləĢən bu abidənin üstündən orta əsrlərdə bir
gözətçi məntəqəsi kimi istifadə etmək olardı. Bu fikri tamamlamaq üçün məhz
təpənin Ģərq kənarının xaricdən yenə də çayını çim lay götürülərkən, daĢların üstü
təmizlənərkən bir ədəd mis pul da tapılmıĢdır (tablo 59-5). Bu mis pulu
Azərbaycan SSRĠ EA Tarix Ġnstitutu Arxeologiya və etnoqrafiya bölməsi
Numizmatika qrupunun rəhbəri Məhəmməd Seyfəddini təyin etmiĢdir. Pul ġamaxı
Ģəhərində hicri 771-ci il (1369-cu il) tarixində zərb olunmuĢdur. ġirvanĢahalara
məxsus mis pulun da buradan tapılması və abidənin yuxarıda qeyd etdiyimiz kimi
78
ġamaxı və Qəbələ Ģəhərinin düz xətt üzrə olan yolu üstündə yerləĢməsi onun orta
və son əsrlərdə müəyyən bir məntəqə kimi istifadə olunması üçün əlveriĢlidir.
Lakin bu dövrdə burada yaĢayıĢ izini göstərən baĢqa bir Ģey tapılmamıĢdır. Onu da
qeyd edək ki, bu təpədən ġamaxı yaxınlığındakı Gülüstan qalası, Buğurt qalası
yerləĢən ərazi, Ģimalda Səyad, Qart, Fit dağları, oradakı qala və baĢqa yaĢayıĢ
məntəqələri Niyal dağı, Xankəndi, Basqal, Nüydi, Nuran kəndləri ərazisindəki
yaĢayıĢ məntəqələri, cənuba doğru Ağsu çayının geniĢ dərələri və düzləri, Təngə
dağı və s. yerlər çox aydın və demək olar ki, dəqiq müĢahidə edilir. Bu da abidənin
tarixən çox böyük strateji və siyasi əhəmiyyətə də malik olduğunu göstərir.
B6 kvadratında, dördkünc daĢ tikintinin içərisindən (1 metr dərinlikdən)
saxsı qab qırıqları, qaramal çənəsi, diĢləri və baĢqa sümükləri, dəmir bıçaq
hissəsinə təsadüf edilmiĢdir. Saxsı qablardan boz rəngli dopunun qıç və
gövdəsindən bir parça əldə edilmiĢdir. Qulp kobud lent Ģəkilli olub, üstündə
batıqlardan ibarət naxıĢı vardır. Ümumiyyətlə, buradan tapılan qabların hamısı əllə
formalaĢdırılıb hazırlanmıĢdır. Dəmir bıçaq isə çox qısa sulğunca malik olub
üstündə ağac və ya baĢqa materialdan olan dəstəyi bərkitmək üçün mıx izi vardır
(Ağsu arxeoloji ekspedisiyasına aid gündəlik, 1984-cü il, № 2, səhifə 49). Görünür,
qatlanmıĢ bıçaq olmuĢdur. Bu cür bıçaqlara burada tez-tez rast gəlinir. Onlar bir
növ ülgücü də xatırladır. Buradan baĢqa ortadan deĢilib istifadə edilmiĢ daĢ çarxın
yarısı da tapılmıĢdır.
J3, J5 kvadratlarında 0,5 metr dərinlikdə xırda daĢlarla qarıĢıq qara
çürüntülü və maddi-mədəniyyət qalığı olan torpaq qatı qazılarkən Ģirsiz saxsı qab
qırıqları, heyvan sümükləri tapılmıĢdır. Onlarla yanaĢı bir ədəd əyircək və ya saxsı
çarx tapılmıĢdır. Onun üzəri azca qızarmıĢ Ģəkildə olub içərisi qara rəngdədir. Pis
biĢirilmiĢ bu gil əĢyanın mərkəzi hissəsindən deĢiyi olmaqla həmin hissə qalın
hazırlanmıĢdır. Çarx Ģəkilində olan bu əĢyanın kənarları nisbətən nazikdir.
Üzərində isə kiçik deĢiklərdən ibarət bəzəyi vardır (gündəlik № 5, səh. 2). Bununla
birlikdə bir ədəd bozumtul saxsı qab, qulp və ağzının kənarlarından bir parça
tapılmıĢdır.
Bu mövsümdə baĢlıca olaraq təpənin Ģərq yarısındakı tikintinin qalıqları
aĢkara çıxarılmıĢdır. Lakin bununla belə qərb divarların üstündə və xarici
yamaclarında da xeyli iĢ görülmüĢdür. ġimaldan Ģərq-qərb üzrə uzanan divarın
içəri tərəfindən əvvəldə açılmıĢ dördkünc daĢ tikintinin Ģərqə doğru istiqaməti bir
neçə tikinti qalıqlarının da sırası aydınlaĢdırıldı. ġərq hissədə 3 kvadrat Ģəkilli
tikintinin bünövrəsi yaxĢı qalmıĢdır. Onların qarĢısında da müvafiq otaqların
varlığı
bilinir. Beləliklə 6 otağın və dördkünc tikintinin qalıqları
müəyyənləĢdirilmiĢdir. Bunlar hələlik abidənin qərb yarısında açılan və nisbətən
salamat qalan tikintinin qalıqlarıdır. ġimal və cənub kənarlardan qərbdən Ģərqə
doğru uzanan divarların 12-14 metr uzunluqda məsafəsi tam aydınlaĢdırılmıĢdır.
Bununla belə Ģərq tərəfdə də yan divarların içəridən çevrəsi aydınlaĢdırılmıĢsa da
Dostları ilə paylaş: |