93
daĢdan hazırlanmıĢdır. Buradan ilk dəmir dövrü və ya son tunc dövrü üçün
səciyyəvi saxsı qab qırıqları, heyvan və quĢ sümükləri aĢkar edilmiĢdir. Qeyd
etdiyimiz qədim saxsı nümunələrilə yanaĢı buradan antik dövrə aid maddi-
mədəniyyət qalıqlarına da təsadüf edilir. Ola bilsin ki, bunlar sonrakı tikinti dövrü
zamanı bünövrə və daĢ divarın inĢası ilə əlaqədar xəndək və ya bu kimi quyu
yerində qarıĢmıĢdır. ĠK3-4 kvadratlarında 2-2,5 metr dərinlikdə aĢkar edilmiĢ, iri
daĢlarla hörülmüĢ bünövrə cənuba və Ģimala doğru qazılmamıĢ sahənin altına
doğru davam edir. Buradan yuxarıda Ģeyd etdiyimiz tapıntılarla yanaĢı dəmir
qırıqları da tapılmıĢdır. Lakin heç bir forması məlum olmayan bu dəmir qırıqlara
hər hansı bir əĢyanın qalığı və bu təbəqədən tapılması daĢ hörgünü və digər
tapıntıları eradan əvvəl I minilliyin birinci yarısına və ya əvvəllərinə aid etməyə
müəyyən əsas verir. Bu daĢ bünövrə açılan yer təpənin Ģərqindəki yamacın üstüdür.
Buradan pilləli yamac Ģərqə doğru enir. Əvvəlki hesabatlarda bu barədə ilkin
qeydlər edilmiĢdir (lakin qazılmamıĢ, üst relyefə görə). Bu il həmin hissədə,
yuxarıdan enən birinci yastana qədər xeyli qazıntı iĢləri görülmüĢdür. Hətta I
yastanın düzündə də qazılmıĢ və daĢ döĢəməni xatırladan bütöv terrasın üstü
açılmıĢdır. Lakin hələlik burada tam aydınlıq yaradılmamıĢdır. Bununla belə
yastanın üstündəki dik yamacda qazıntı aparılarkən üstdəki divar hörgüsünə qədər
L2, L3 kvadratlarında iri daĢların arası təmizlənmiĢdir. Kompleks tikintinin Ģərq
hissəsində ən ucqar divardan xaricə həmin yamacın ətəyinə doğru, yaxud I yastanın
üstünə 4-4,5 m-lik məsafədə Ģimal-cənub istiqamət üzrə iri daĢlardan hörgü izi
aĢkarlandı. Bu cür iri daĢla hörgü ümumi təpənin, yaxud qalaçanın xaricindən
demək olar ki, hər tərəfdə müĢahidə edilmiĢdir. Bunu ona görə qəti demirik ki,
qalaçanın kənar (əsas) hasarından xaricə və ətəyə doğru baĢqa bir divarla
hasarlandığını hələ də hər tərəfdə öyrənməmiĢik, daha doğrusu hələ təpənin daĢlı
döĢü qazılmamıĢdır. Bu əlbəttə çətin, məsuliyyətli və həm də xeyli vaxt tələb edən
iĢdir. Bunu yalnız tədricən və səbirlə iĢləmək lazım gəlir.
Qeyd etdiyimiz kimi təpənin bu daĢlı sinəsində qazıntı iĢi çətinliklə gedir.
Ona görə ki, daĢlar yerindən tərpədildikcə hörgünün izi itir. Ġki minillik tarixə
malik hörgülər çox hallarda ilkin yerindən tərpənmiĢ, uçmuĢ, laxlamıĢ və s. Odur
ki, çox böyük diqqət və ehtiyat tələb olunur. Düzdür, iĢçilərimiz (fəhlələr)
içərisində təcrübələri və səliqəliləri çoxdur, qazıntı texnikasını yaxĢı bilirlər. Lakin
bununla belə yenə səbrləri tükənəndə (yer bərk gələndə) və ya qazılmıĢ torpaq
daĢların üstün örtəndə bəzən yaddan çıxır, daĢlar uçurulur, hörgünün izi pozulur.
Ona görə də qazıntını bir an belə nəzarətsiz qoymaq olmur. Hətta tək olanda
gündəliyi yazmağa da macal tapılmır. Buna görə də qazıntıda bir neçə elmi heyətin
olması vacibdir.
Qalaça, yaxud akropol yerləĢən hündür təpələrin Ģərq yamacında L2
kvadratında iri daĢ hörgülərin arası və üstü təmizlənərkən 1-1,5 metr yer səthindən
dərində (düz oturacağa malik) saxsı qab qırıqları, bozumtul təkayaq vaza hissəsi
aĢkar edilmiĢdir. Bütün bunlarla yanaĢı burada ilk dəfə olaraq iki ədəd gümüĢ
94
Parfiya pulu tapılmıĢdır. Əlbəttə antik dövrün bu möhtəĢəm abidəsindən qədim pul
nümunəsinin əldə edilməsini çoxdan gözləyirdik və. bu gümanımız doğrulmuĢdur.
Mədəni təbəqədə, 1,2-1,3 metr dərinlikdə olan bu pul yaxĢı qalmıĢ, onun aversində
Parfiya padĢahı III Artaban, yaxud III Vologezin Ģəklinin həkk edilməsi və digər
üzündə - reversində yunan əlifbası ilə yazılar və baĢqa rəsmlər, “A” hərfi və s. çox
aydın bilinir. Ġlkin təyinata görə III-IV Vologezin adına həkk edilməsini numizmat
Sənubər DadaĢova və Əli Rəcəbli yoldaĢlar söyləmiĢlər. Lakin pulun dəqiq təyin
edilməsi üçün Azərbaycan Tarixi Muzeyinin numizmatika Ģöbəsinin müdiri Əli
Rəcəbli yoldaĢa verilmiĢdir. Pulun təqribən II əsrin birinci yarısına aid Parfiya
hökmdarlarından III Vologezin adına zərb olunduğu təsdiq edilmiĢdir.
Məhz Qırlartəpənin üst təbəqəsi ilə də pul nümunəsi uyğun gəlir. Üst
təbəqənin aĢağı həddi ilə. Çünki biz üst qatı bir qədər geniĢ çərçivədə vermiĢik (II-
IV əsrlər). Əlbəttə bu ilk qazıntı dövrləri üçün belə tərəddüdlər geniĢ verilmiĢdir.
Bunun özünü də, yəni üst təbəqəni iki dövrə ayırmaq olar. Lap üst hədd III əsr və
IV əsrin baĢlanğıcı, aĢağı hədd II əsr. ġübhəsiz, bunlar getdikcə xeyli dəqiqləĢəcək
və daha yığcam, qısa vaxtı əhatə edən xronoloji çərçivə ilə göstəriləcəkdir.
Abidənin üst təbəqəsindən, daha doğrusu üst təbəqədən o birisinə keçid təbəqədən
olan tapıntı yaĢayıĢ yerinin dövrü haqqında bir çox mülahizələri xeyli aydınlaĢdıra
bilər. Ona görə də buradan tapılan digər materialın da bir qədər müfəssəl verilməsi
əhəmiyyətlidir. Buradan en kəsiyi dairəvi və lentĢəkilli olan saxsı qab qulpları
tapılmıĢdır. En kəsiyi dairə Ģəkilli olan qulplardan saya və üstündə düyməcik
yapıĢdırılanları da vardır. En kəsiyi lentĢəkilli yaxud düzbucaqlı formada olan
saxsı qab qulplarının nisbətən qalınları da vardır. Məhz pul tapılan yerdən olan bu
qulpun qabın ağzına yapıĢdırılan hissəsi və qulplarının üstü naxıĢlıdır. Qulpun
üstündəki kəsmə naxıĢlar çəp və bir-birinə paralel vurulmuĢdur. Bundan baĢqa
kiçik, düz oturacaqlı qab qırığı da buradan tapılmıĢdır. Ümumiyyətlə, saxsı qab
qulplarının üstü kəsmə naxıĢla bəzədilmiĢ nümunələri Qırlartəpədən çox tapılır.
Onları məhz eyni təbəqədən tapılmıĢ gümüĢ sikkənin dövrü ilə bir vaxtın məhsulu
kimi vermək olar (I əsrin sonu II əsrin əvvəlləri). Buradan həmçinin bir ədəd
yumru gil əĢya-muncuq tapılmıĢdır. Lakin bu muncuq deĢilməmiĢdir. Ola bilsin ki,
bu əĢya baĢqa məqsəd üçün (oyuncaq və s.) düzəldilmiĢdir. Buradan yenə də
saxsıdan iy baĢlığı yaxud tağalaq dibi tapılmıĢdır. O sarımtıl rəngdə kiçik gil
düyməcikdən ibarət olub sayğac aĢığını xatırladır. Sümük, saxsı qab və baĢqa
maddi-mədəniyyət qalıqlarından əlavə bir daĢ alət və ya fiqur tapılmıĢdır. Bu
iĢlənmiĢ daĢın ucları sındığından onun vəzifəsini aydınlaĢdırmaq çətindirsə də, bir
tərəfinin daha yoğun və kənarlarında qopuqların olmasına görə (qulaq və buynuz
yeri) heyvan baĢı fiquru kimi də təsəvvür etmək olar. Lakin daĢ əĢyanın hər iki
ucunun sınıb itdiyinə görə dəqiq nə olduğunu söyləmək çətindir. Hər halda
eramızın əvvələrində ondan məiĢətdə nə məqsədləsə istifadə edilmiĢdir. Bu daĢ
əĢya M3 kvadratından tapılmıĢdır. Lakin qazıntı geniĢləndirildiyindən və memarın
bunu nəzərə almadığından bu kvadrat planda öz əksini tapmamıĢdır. L2
Dostları ilə paylaş: |