89
Xaraba Ģəhərdən tapılmıĢ çoxsaylı maddi-mədəniyyət nümunələri, o cümlədən
numizmatik materiallar hələlik orada XVII-XVIII əsrlərdə intensiv Ģəhər həyatı
olduğunu deməyə əsas verir. Lakin orada həyat nə vaxtdan baĢlanıb sualı hələlik
açıq qalır. Bunu gələcək tədqiqatlar aydınlaĢdıracaqdır.
1986-cı il
Ekspedisiya 1986-cı il iyulun 1-dən sentyabrın 30-dək Ağsu rayonu
ərazisində arxeoloji qazıntı iĢləri aparılmıĢdır
34
. Qazıntı iĢləri əvvəlki illərdə
baĢladığımız Qırlar kəndi yaxınlığındakı qədim yaĢayıĢ yerində davam
etdirilmiĢdir (tablo 67). Ġlk günlərdə Bakıda, Ağsu rayonunda ekspedisiyanın
təchizatı və iĢ Ģəraitini sahmana salmaqla məĢğul olmuĢdur. Eyni zamanda qazıntı
iĢlərinə də baĢlanmıĢdır. Keçən illərdə aĢkarlanıb üzə çıxarılmıĢ daĢ divarların üstü
ilə boyu yağan yağıĢ və qardan sonra torpağı boĢalıb ovuntu halına düĢmüĢ
(quzulaĢmıĢ) və nəticədə bəzi yerlər uçub tökülmüĢdür. Ġlk iĢ günlərində əvvəlki
qazıntı vəziyyətini bərpa etmək üçün ot-alaq basmıĢ sahəni təmizləmək,
divarlardan yuyulub axmıĢ torpağı-daĢı çıxarıb kənara daĢımaqla məĢğul olduq.
Qazıntı çuxurlarına axmıĢ daĢ-torpaq kürünüb təmizlənən zaman bəzi
tapıntılara da rast gəlindi. Keçən ildən V3 kvadratında açılmıĢ təsərrüfat küpü
istiqamətindən (qərb küncdə) ocaq yeri yaxınlığından bir ədəd saxsıdan iy baĢlığı
və ya tağalaq tapılmıĢdır. RombĢəkilli toxuculuq alətinin ikitərəfli deĢiyi vardır.
Ġkitərəfli deĢik hissənin kənarlarından baĢlayaraq mərkəzdə iti çıxıntı Ģəkilli yerinə
qədər bərabər məsafəli 7 batıq xətt çəkilmiĢdir. Bu iy baĢlığının bir tərəfi odda
yanıb qaralmıĢdır. Bundan baĢqa yaĢayıĢ yerinin mərkəzində saxladığımız kiçik
təpəciyi (tumbanı) dağıtdıqda qara torpağın içərisindən (Q4 kvadratında) bir ədəd
dairəvi sümük düyməcik tapılmıĢdır. Onun bir tərəfi nisbətən qabarıqdır.
Mərkəzində iynə ucu ilə deĢilmiĢ nöqtəyəoxĢar yer düzəldilmiĢdir. Ətrafına isə
34
Ekspedisiya bu tərkibdə iĢlənmiĢdir: Fazill Osmanov - ekspedisiyanın rəhbəri (I.VII.86-30.IX.86),
Qafar Cəbiyev kiçik elmi iĢçi (15.VII.86-30.IX.86), Sevda Hüseynova kiçik elmi iĢçi (1-30.VIII-86),
Cavid Novruzov baĢ laborant (I-30.VII.86), Tofiq Mehdiyev baĢ laborant (I-30.VII.86), Ayna Əlizadə
kiçik elmi iĢçi (1-30.VII.86), Xaləddin Xəlilov kiçik elmi iĢçi (1-30.IX.86), Cəbrayıl Ġsgəndərov baĢ
rəssam (20.VII.-5.VIII.86). Qalib XoĢginabi-memar (16-31.VIII.86).
2
Xaraba Ģəhər
adsız
mis
1018-ci il
16x17
2,1
3
Xaraba Ģəhər
adsız
mis
Ġrəvan-XVIII əsr
17x18
8,5
4
Xaraba Ģəhər
adsız
mis
ġamaxı-1216
2,4x17
4,1
5
Xaraba Ģəhər
adsız
mis
XVIII əsr
2,7x15
8,5
6
Xaraba Ģəhər
adsız
mis
Yazısı pozulmuĢdur.
90
qoĢa cızıqla dairə çəkilmiĢdir. Əks tərəfində isə diametri 0,5 sm olan yuvacıq
kəsilib düzəldilmiĢdir. Bu sümük düyməciyin hər iki tərəfindəki dairəciyin ətrafı
kənarlara qədər (çətinliklə sezilən) müxtəlif iĢarə və rəsmlərlə əhatələnmiĢdir.
Əvvəlki illərdən aĢkarlanmıĢ ətraf qalın divarlarla və içərisindəki divarların
hələ tam öyrənilməsi baĢa çatdırılmamıĢdır. Odur ki, həmin divarların davamı
öyrənilir. Bunlar əsasən təpənin qərb və Ģərq kənarlarında daha mürəkkəb
Ģəkildədir. Çünki dərinə doğru qazıldıqca yeni divarlar üzə çıxır və üstdəki
qalıqları uçurtmaq lazım gəlir. Bu isə ümumi mənzərəni pozur və dəqiqlik
yaratmaq iĢini çətinləĢdirir. Onsuz da içərisi daĢ töküntülərdən ibarət olan binaların
daĢını təmizləmədən aydınlıq yaratmaq olmur. Əsrlərdən bəri uçub dağılmıĢ bu daĢ
qalanın hörgüsü ilə töküntünü ayırmaq həddən artıq gərginlik tələb edir. Çox vaxt
istədiyimizə nail ola bilmirik.
Yuxarıda qeyd etdiyimiz kimi yaĢayıĢ yeri ya qəsrin mərkəzi hissəsində
Ģərq-qərb istiqaməti üzrə uzanan daĢ divarın tam aĢkarlanması bu mövsümdə baĢa
çatdırılmıĢdır. Bu divarın uzunluğu 10,5 metrdir. Bu divar yerli daĢdan
hörülmüĢdür. DaĢlar seçmə və bəzən çapılıb düzəldilmiĢdir. Divar möhkəm, həm
də çox qalmıĢdır. Bu divar cənubdan keçən iri kənar divara papaleldir. Divarın eni
1,2 metrdir. Divarın Ģərq qurtaracağı yəni 34 kvadratından cənuba doğru dönərək
kənar divara qədər uzanıb çatır. Bu hissədə içəridən uzunluq 4,8 metr, xaricdən isə
6 metrdir. Divarın içərisindən dönən küncü bucaq Ģəklində deyil, ovalvaridir. Bu
divarın cənubdan 90 sm-lik məsafəsində qapı yeri vardır. Ġçəri divarlarda olduğu
kimi bu qapı yeri də 1,4 metr enindədir. Lakin bu qapı yeri həddən artıq
dağılmıĢdır. Bu divar qəsrin Ģərq hissəsindəki ümumi divardan 1,5 metr aralıdır.
Həmin hissə isə dəhliz və ya hər hansı yol kimi divar boyu hərlənir.
Qeyd edilən 10,5 metr uzunluqdakı divarın mərkəz hissəsindən 1,45 metr
enində qapı yeri divarın üstünə yaxın hissəsindədir. Həmin qapı yeri qəsrin cənub
tərəfilə Ģərq-qərb istiqaməti ilə uzanan yan hasardakı darvaza yolunun
qarĢısındadır. ġimal tərəfdə isə yenə də yan hasara doğru olan dəhliz və ya keçid
də həmin qapı ilə təxminən tuĢ gəlir. D3, D4 kvadratlarında yenə də cənub yan
hasara söykənənədək bir divar da uzanır.
Beləliklə ümumi kompleksin cənub-Ģərq küncünə yaxın uzunsov düzbucaqlı
bir sahə alınır. Burda dörd tərəfə qapı yerləri vardır. Üzbəüz qapılar arasında
dəhlizvari yerdən sağa və sola doğru otaqlar yerləĢmiĢdir. Qeyd etdiyimiz
divarların içəri tərəfi boyu iri təsərrüfat küpləri basdırılmıĢdır. Burada 6 təsərrüfat
küpü qeydə alınmıĢdır. Küplərin dibi divarın bünövrəsində yerləĢir. Belə hiss
olunur ki, küplər mənzillərin döĢəməsində basdırılmıĢdır. Ümumiyyətlə
Qırlartəpədə aĢkar edilən tikinti kompleksinin divarları boyu hər tərəfdə iri
təsərrüfat küpləri basdırılmıĢdır. Onların ümumi sayı 25-dən artıqdır. Bu küplər
baĢlıca otaqların içərisində və ya divarların dibində yerləĢdirilmiĢdir. Tək-tək
divarların xaricində də küplərə təsadüf edilir.
Dostları ilə paylaş: |