91
Z4 kvadratının cənub-Ģərq küncündə iri təsərrüfat küpünün sınmıĢ hissələri
aĢkar edilmiĢdir. Bu küpün dibindən yuxarı qalxmıĢ hündürlüyü 80 sm-dir. Onun
ağzının kənarları sınıb içərisinə tökülmüĢdür. Küpün ağzının kənarı azca xaricə
doğru mailli düzəldilmiĢdir. Küpün gövdəsindən diametri 70 sm, dibinin diametri
isə 20 sm-dir.
Həmin küpdən qərbdə E4 kvadratında daha bir təsərrüfat küpü aĢkar
edilmiĢdir. Bunun ağzı yastı daĢla örtülmüĢdür. Küplə eyni tipli olub bir-birindən
3-4 metr aralı divarın dibi ilə və divar səviyyəsindən alta doğru cərgə ilə
qoyulmuĢdur. Bunlar elə bil binanın zirzəmisində və ya döĢəməsindən altda
basdırılmıĢdır. Bura bir növ anbar vəzifəsini də xatırladır. Ola bilsin ki, müəyyən
bir ictimai qrupun və ya hərbi dəstənin ərzaq anbarı burada yerləĢmiĢ, xüsusi
gözətçilər bunu qoruyub saxlamıĢlar.
Bu təsərrüfat küpləri və divarlar aĢkar edilən kvadratlarda (E4, Z4), 2,5 metr
dərinlikdən üzəri sığallı qalın divarlı saxsı qab ağzının parçaları, saxsı qab lüləyi,
gövdəsi deĢikli küpəyə oxĢar qab qırıqları aĢkar edilmiĢdir.
Tikinti kompleksinin Ģərq tərəfində (Z4, Ġ4), yəni Ģərq qapısının içəri
tərəfindən qabağında yerli daĢdan bir növ dayaq Ģəklində kobud yonulmuĢ bir daĢ
aĢkarlandı. Bu divarın üstündən alta doğru 1 metr dərinlikdə idi. Onun hər iki tərəfi
yastı olub müəyyən bir dirək altında istifadə olunması və bu kimi məqsədə xidmət
etməsi güman edilir. Onun yastı tərəfləri 26x26 sm, hündürlüyü 27 sm-dir. DaĢ
yerində saxlanmıĢdır. Həmin daĢ qapı ağzında pilləkən kimi də istifadə edilə bilər.
Ümumiyyətlə, Qırlartəpə abidəsində istər tikintidə və istərsə də məiĢətin
digər sahəsində daĢ məmulatından geniĢ istifadə edilmiĢdir, yəni daĢdan müxtəlif
alət, silah, qab hazırlandığını bildirən nümunələrə çoxlu miqdarda təsadüf olunur.
C3 kvadratında divarın yanından bir çopur daĢ qabın yarısı da tapılmıĢdır. Bu daĢ
qabın kənardan-kənara eni 24 sm-dir, içərisinin oyuq hissəsi isə 12 sm-dir.
Kənarlarının qalınlığı 8-6 sm-dir. Onun döĢəməsinin qalınlığı 4-5 sm, içərisinin
dərinliyi isə 3-4 sm-dir. DaĢ qab qırığı yerindəcə saxlanmıĢdır.
ECZ3-5 kvadratlarda aĢkar edilmiĢ divarın ətrafları qazılıb dərinə salındıqca
buradan çoxlu sümük, iri küp qırıqları, habelə daha qədim saxsı qab parçaları ilə
bərabər bəzən antik dövr üçün səciyyəvi-süzgəcli və ağzı əyməli qab qırıqlarına da
təsadüf olunur. Ola bilsin ki, bu tip qablar daha qədim dövrlərdə mövcud olub.
E6 kvadratında, əvvəlki illərdə D6 kvadratında aĢkarlanmıĢ iri təsərrüfat
küpündən 3,3 metr Ģərqə doğru daha bir iri təsərrüfat küpünün sınıqları üzə
çıxmıĢdır. Bu küpün içərisi təmizlənərkən onun ağzının aĢağı
dibinin isə üstə doğru
olduğu müəyyənləĢdi.
Bu gün həm də Ģimal divarının dibində ona bitiĢik divarın küncündə daha
doğrusu kiçik dar dəhlizvari yolun döngəsində qoyulmuĢdur. Oturacağı yuxarı olan
bu küpün ağzı torpağa quylandığından ağzının kənarının formasını müəyyənləĢdirə
bilmədik. Lakin onun ağzının boğaza yaxın yerində (içəridən-içəriyə) diametri 30
sm-dir. Küpün təqribən yarısına qədər üstdən (oturacağı) qırılıb tökülmüĢdür.