87
kənar divarın bayır tərəfi təmizlənərəkən 1,5 metr dərinlikdə, Ģərq-qərb istiqaməti
üzrə uzanan Ģimal hasara perpendikulyar olaraq daha bir divar xətti aĢkar
edilmiĢdir. Bu isə ətraf hasara dayaq kimi bir növ korturforsu xatırladır. Bu əsas
divarı möhkəmləndirmək üçündür. Onun 2 metr uzunluqda davam etdiyi
aydınlaĢdırılmıĢdır. Bu dayaq və ya söykənən divar xəttinin yalnız bir üzü
açılmıĢdır. Onun tam vəzifəsi bir qədər qaranlıqdır. ġimala doğru çıxıĢ yolu ilə də
bağlı ola bilər. Belə tikinti üsulu öyrəndiyimiz dövrdə bizə bəlli deyil. Əlbəttə,
antik dövr üçün belə tikinti xüsusiyyəti maraqlı faktdır. Qeyd etdiyimiz kvadratdan
həmin divar qalığı ətrafından içərisi qırmızı, üzü qonur rəngli hisdən qaralmıĢ saxsı
qab qırıqları tapılmıĢdır.
Qalaça tipli yaĢayıĢ yerinin içərisində xeyli iĢ görülmüĢdür. ġimal-qərb
küncdəki (V6, B6 kvadratları) dördkünc otağa oxĢar divarların arasının keçən ildən
açılmıĢ davamı qazılarkən Ģimala doğru içəridən sahəsinin 1 metr artdığı
aydınlaĢdı. Bundan sonra divarın içərisi görünür. Bu kəllədəki otağın və ya bürcün
kənar divarı ümumi Ģərq-qərb üzrə olan böyük divarın içərisinə girməklə bir qədər
kənara çıxır. Bu da qalaçanın Ģimal-qərb kənarında əsas divarın kəlləsini və ya
tinini tutur. Bu növ kəllə-baĢ otağı xatırladır. Deməli, kəllədəki bu dördkünc otaq
ümumi yan divarların içərisinə girməklə kəllələrdən küncləri tamamlayır. Artan
uzunluqlar 1,25 metr olmaqla ölçüsü 4,25x4,25 metrdir (plan). Otaq və ya bürcün
içəridən divarın üstünədək 0,7 metr qalmıĢdır. Bu otağın bürc olmasını söyləməyə
əsas verən amillərdən biri də möhkəm mühasirə səddini təĢkil edən divarların
künclərində dördkünc daĢla tikilmiĢ bürcəoxĢar yerlərdən ətraf yerləri yaxĢı
müĢahidə etmək və lazım gəldikdə təhlükəyə müqavimət göstərmək də çox
əlveriĢlidir. ġimal-qərb küncdəki dördkünc tikintinin içərisini çox çətinliklə
qazmaq olur. Vaxtilə burada o qədər güclü yanğın olmuĢdur ki, torpaq, suvaq və
daĢlar əhəng, kərpic bərkliyi qədər möhkəmlənmiĢdir. Yanğın içərisində hətta saxsı
dolçalar da kül və baĢqa çıxarlar arasında bərkiyib qalmıĢdır. Otağın döĢəməsi o
qədər közərmiĢdir ki, kürə divarlarını xatırladır. Lakin burada ayrı-ayrı tikinti
dövrləri və ya bir-birindən daha çox ayrılan dövrlər vardır ki, bunların tam
aydınlaĢdırılması dərin qatlara düĢdükdən sonra mümkün olacaqdır....
Xaraba şəhər. Bu abidə Ağsu rayonu ərazisində rayon mərkəzindən 7 km
cənubda Ülgüc, ƏrəbuĢağı, Curuqlu və Ağarx kəndləri arasında yerləĢməklə 34
hektar sahəyə malikdir. Abidənin ətrafında qəbristanlıq var. Bunlardan ikisi Ģimal
tərəfdə, biri qərb, baĢqa biri isə Ģərq tərəfdə yerləĢir. Ətrafı dərin xəndək və torpaq
səddlə əhatələnib. Ağsuçay abidənin qərb tərəfi boyunca axıb keçir.
1985-ci ilin tədqiqatları zamanı Xaraba Ģəhərdə iki yerdə Ģurf - yoxlama
qazıntısı qoyulmuĢdur. Məqsəd abidənin stratiqrafiyasını müəyyən etməkdən ibarət
idi.
Birinci şurf. 5x2 metr sahədə qazılmıĢdır. Bu Ģəhərin yerüstü
əlamətlərindən nisbətən gur həyat olduğu güman edilən Ģimali-qərb hissədə
yerləĢir. Orada ikinci təpcəkdən baĢlayaraq Ģirli-Ģirsiz saxsı məmulatı nümunələri
88
üzə çıxmağa baĢladı. Tapıntılar içərisində fayans və farfor qab qırıqlarına da tez-
tez təsadüf edilir (tablo 63). Ġkinci təpcəkdən bir ədəd mis pul çıxdı. Üçüncü təpcək
qazılarkən, yəni daha bir təpcək dərinə düĢdükdə orada fayans qab qırıqları ilə
bərabər yerli istehsal nümunələri olan Ģirli-Ģirsiz qab nümunələri üzə çıxdı (tablo
64). Bunlar əsasən anqob olmayan saya qablardan və anqob naxıĢlı qablardan
ibarətdir. Bu cür qab nümunələri Bakı və Qəbələnin üst qatlarından çıxır.
Tapıntılar içərisində çoxlu metal əĢya var. Bunlar əsasən dəmirdən hazırlanmıĢ nal,
mismar, bıçaq tiyəsi və çıxardan ibarətdir (tablo 65). Üzəri diĢli dəmir halqa da
məhz həmin materiallarla eyni səviyyədən tapılıb. Müxtəlif heyvan sümüklərinin
bəziləri iĢlənmiĢdir (tablo 64). Belə ki, müəyyən məmulat hazırlanmaq üçün ayrı-
ayrı sümüklər bir neçə yerdən miĢarla kəsilmiĢdir.
Üçüncü təpcək qazılarkən Ģurfun Ģimal tərəfində divar qalıqları üzə çıxdı.
Bunlar çaydaĢından səliqə ilə yonulmuĢ və palçıq məhlulundan istifadə edilməklə
hörülmüĢdür. Adətən tikintidə istifadə olunan daĢların üç tərəfi yonulmuĢ, içəri
tərəfinə çəkic vurulmamıĢdır. Dördüncü təpcək qazılarkən tikintinin bünövrəsinə
çatdıq. Divarda ümumilikdə dörd cərgə daĢ qalıb. Üstü uçub gedib. DaĢ divarın
bünövrəsinə yaxın səviyyədə torpaq döĢəmə qeydə aldıq. Bəzi hissələrdə döĢəmədə
iri ölçülü çiy kərpiclərdən istifadə olunduğu görünür. ġurfun divardan cənub yan
hissədə quyu yerinə düĢdük. Oradan yaxĢı qalmıĢ fayans kasa parçası (tablo 63) və
bəzəkli ĢüĢə qab qırıqları aĢkar olundu.
BeĢinci təpcək qazılarkən artıq dərinlik 1,4 metrə çatmıĢdı. Bu hissədə
Ģurfun cənub tərəfində qazıntını davam etdirdik. Divarlar açıldığından Ģimalda
qazıntını dayandırdıq. Qazıntı davam edən yerdə quyu yeri təmizlədik. Oradan
daha bir ədəd mis pul, bir ədəd mis oymaq, çoxlu dəmir nal, mismar və metal
çıxarlar tapıldı. Tapıntılar içərisində yenə də fayans məmulatı çoxluq təĢkil edirdi
(tablo 63). Buradan bir ədəd Ģirsiz nisbətən salamat qalmıĢ çıraq da əldə edilmiĢdir.
Birinci Ģurf xeyli material versə də abidənin stratiqrafiyasını təyin etməyə imkan
vermədi. Odur ki, baĢqa yerdə, birinci Ģurfdan 70 metr qərb tərəfdə ikinci Ģurf
qazmalı olduq.
İkinci şurf. Bu birinciyə nisbətən kiçik sahədən ibarət idi: 2x1 metr. Burada
üç təpcək dərinə düĢdükdən sonra aydın oldu ki, vaxtı ilə zibillik olmuĢdur. Çoxlu
daĢ qırığı, müxtəlif məiĢət tullantıları tökülüb. Burada da stratiqrafiyanı müəyyən
etmək mümkün olmadı. Bununla belə, həmin Ģurfdan tapılmıĢ üç ədəd mis pul, bir
ədəd yaxĢı vəziyətdə qalmıĢ dayaz Ģirli kasa və bir ədəd kiçik piyalə tipli Ģirli qab
parçası (anqob astarsız) maraq doğurur.
Xaraba Ģəhərdən tapılmıĢ pullar:
№
Tapıldığı yer
Kimin adından
zərb edilib
Nominal
Zərb yeri
Ölçü (mm) Çəki
(q)
1
Xaraba Ģəhər
adsız
mis
ġamaxı-XV əsr
14x16
2,6
Dostları ilə paylaş: |