69
1976-cı ilin qışında keçmiş SSRİ ərazisində epidemiya törətmiş
A/Виктория/3/75 qripi virusunun aktiv sirkulyasiyası isə bu zaman davam edirdi.
Bir sıra müəlliflər güman edirlər ki, bu donuz virusunun insana birbaşa
adaptasiyası idi (Palese P.və b., 1976).
Belə bir fərziyyə mümkündür ki, bu donuzlara adaptasiya etmiş virus
variantının gətirilməsi idi, ancaq nə bu virusun A/Виктория/3/75 virusu ilə
rekombinasiyası, nə də populyasiyada əvvəl yaşamış mutantların adaptasiya
seleksiyası deyildi və buna görə də ştammın həqiqi epidemik yayılması və
populyasiyada möhkəmlənməsi baş vermədi.
M.V.Revonun (1956) məlumatlarına görə, praktik baytar həkimləri insanın
xəstə donuzlardan yoluxma hallarını qeyd edirdilər.
Alma–Atada
Hsw1
hemaqqlütininli
A
qripi
virusunun
insandan
izolyasiyasının 3 halı ayırd edilmişdir.
Sonralar, həmin regionda Z.К. Çuvakova və b.(1986) tərəfindən
A/свинья/Айова/15/30 virusunun 1984-cü ilin sonunda qriplə xəstələnmənin
mövsümi yüksəlişində rolu müəyyən edilmişdir. Tədqiq edilən materiallardan
A/свинья/Айова/15/30 serovariantına bənzər 12 ştamm alınmışdır.
A/Hsw1N1/ yarımtipinə aid qrip virusları Bolqarıstanda insanlardan,
2 yaşdan 16 yaşa qədər şagirdlərdən alınmışdır. Onlar ev təsərrüfatında donuzlarla
kontaktda olmuşlar.
Alınmış ştamm А/Айова/15/30/Hsw1N1/ prototipi ilə oxşar idi (R.Nikolova
və b., 1983).
70
Quşların klassik taunu virusuna oxşar ştammların bu infeksiyanın enzootik
olduğu ölkələrə səyahət edən insanlardan ayrılması halları təsvir olunmuşdur
(Cambell və b., 1970).
1.10 Müxtəlif yaşlı insanların qan zərdabında
heyvan qripi virusuna qarşı antitellərin spektri.
Müxtəlif yaş qrupuna aid insanların qan zərdabı tədqiq edilir. Məqsəd
virusların sirkulyasiyasının xronologiyasını müəyyənləşdirməkdir.
1925-ci ilə qədər yəni “ispankanın” pandemiyası zamanı doğulmuş
insanlarda donuz qripi viruslarına qarşı antitellərin üzə çıxması məlumdur
(Blaskovic və Rotova, 1956; Jdanov V.М. və Staxanova V.М., 1960) və лошадь/2
qripi virusuna qarşı 1889-1890-cu illər pandemiyadan əvvəl doğulmuş insanlarda
üzə çıxması məlumdur (Voth və Feldman, 1963; Masusel və Mulder, 1966).
Nigeriyanın 30 yaşdan cavan əhalisində donuz qripinə qarşı antitellərin üzə
çıxması maraq doğurur. Bu, tədqiqat zamanı ümumi antigenlərin olması ilə
əlaqədar sirkulə edən aktual Asiya ştammı A/H2N2/ ilə donuz qripi virusunun
(Masuzel, Mulder, 1957) çarpaz reaksiyaları kimi qiymətləndirilir. Zakstelskaya
L.J. və b. (1969) 1960 və 1968-ci illərdə müxtəlif yaşlı şəxslərdən yığılan
zərdablarda A/ГК/68 və ördək viruslarına, qarşı antitellərin üzə çıxarılmasına dair
tədqiqatlar aparmışlar.
Müəlliflər hər iki ştammlar arasında çarpaz qohumluğun olduğunu
göstərmişlər.
71
Eyni zamanda, A/ГК/68 virusunun antihemaqqlütinininə qarşı aktiv olan
zərdab nümunələri A/лошадь2/Майами/68 ştammının hemaqqlütinasiyasını
tormozlayırdı.
Müəlliflər viruslar arasında qarşılıqlı əlaqə olduğunu söyləyirlər. Belə ki,
A/ГК/68 ştammının sələfi insanlar arasında sirkulə edirdi və immunoloji “press”in
təsiri altında sıxışdırılmışdır, bu isə onun heyvan populyasiyasına keçməsi və orada
toplanmasını təmin etmişdir.
1.11 İnsan və bir növ heyvan qripi viruslarının digər növ heyvanlar üçün
patogenliyi və insanların qriplə xəstələnməsinin alovlanması və epizootiyalar
arasında ə
laqə.
Müxtəlif antigen dəyişkənliyinə malik qrip viruslarının patogenlik dərəcəsi
quşlar üçün müxtəlifdir. Hav1 serotipinin HA malik ştammlar toyuqlar üçün
xüsusən yüksək patogen olması ilə fərqlənirlər.
Bu HA malik olan ştammlar Breacia/02/A/Dutch/27 və b. XX əsrin
əvvəlində elə dağıdıcı epizootiyalar törətdiklərinə görə “quş taunu” – fowl plague
viruses (FPV) /Hav1Neq1/-/H7N7/ adlandırılmışlar.
Bu ştammlar toyuq embrionlarında kultivasiya edildikdə toyuqlara qarşı
patogenliyini qoruyur.
Donuz qripi virusunun sürüdəki donuzlara keçməsi müəyyən edilmişdir
(Kilbourne Edwin D. Və b., 1980).
İsbat edilmişdir ki, epidemiya illərində insan qripi virusları ev məməlilərinə
(donuzlar, atlar, buynuzlu malqara, itlər, pişiklər), eləcə də quşlara (toyuqlar) keçə
72
və bir müddət orqanizmdə sirkulyasiya edə bilərlər. A/H3N2/ viruslarının
epidemik aktiv ştammları ilə oxşar viruslar həm sinantrop, həm də köçəri vəhşi
quşlardan izolə edilmişlər.
İnfeksiyanın həşəratla ötürülməsi müəyyən edilməmişdir. Virusun dişidən
dölə şaquli ötürülməsi siçanlar üzərində eksperimentlərdə isbat edilmişdir
(Timakov V.D., Zuev V.А., 1977, sitat V.М.Jdanov, 1982).
Honkonq kompleksinin epidemik ştammları, ev quşlarından başqa, dəfələrlə
həm Avropa qitəsinin müxtəlif hissələrində vəhşi quşlardan (Lvov D.К., İliçev
V.D., 1979), həm Mərkəzi Rusiyada qağayı və qarğalardan, həm də Uzaq Şərqdə
vəhşi ördəklərdən izolə edilmişdir (İsaçenko V.А. və b., 1974).
Bu məlumatları Honkonq kompleksi viruslarının (H3N2) vəhşi quşların
sirkulyasiyasına introduksiyası kimi qiymətləndirmək lazımdır.
Digər tərəfdən H3-ə bənzər Heq2-Hav7 hemaqqlütininlərinə malik virusların
heyvanlar arasında sirkulyasiyası hələ 1963-cü ildə, yəni epidemik Honkonq
virusunun meydana çıxmasından 5 il əvvəl məlum idi (A/Turkey/Canada/63 və
A/Duck/Ukraine/63/) (L.N.Zakstelskaya və həmmüəlliflər., 1963).
Bu virusların hemaqqlütininlərinin ağır və yüngül zəncirlərinin peptid
xəritələri H3-Heq2-Hav7 hemaqqlütininin yüngül zəncirlərində nukleotid
ardıcıllığında böyük oxşarlıq, N2 ilə isə böyük fərqlər üzə çıxardı (Laver W.G.,
Webster R.G., 1973).
Bu məlumatlar Honkonq virusunun meydana çıxmasının Asiya virusu ilə
3-cü tip hemaqqlütininə malik hər hansı heyvan qrip virusunun rekombinasiyasının
nəticəsi olduğunu fərz etməyə əsas verir.
Dostları ilə paylaş: |