191
V.Z.Solouxinin (1977) məlumatlarına görə toyuqlarda antitellərə müəyyən
dövrlərdə 30% hallarda rast gəlinir.
Üzə çıxmış bu fakt bir sıra müəlliflər tərəfindən də təsdiq olunur.
Y.А.Şablovski və b., (1986) tərəfindən 1975-1978 və 1982-1984-cü illərdə
toyuqların seroloji müayinəsilə bu illərdə insanlar arasında da sirkulə edən
A/H3N1 qripi virusunun müxtəlif ştammlarına qarşı antitellərin olduğu üzə
çıxarılmışdır. В.К. Ястребов, Н.П. Обросова-Серова и др., (1976) qripin
epidemik ştammlarının heyvanlar aləmi nümayəndələri və əhali arasında intensiv
sirkulyasiyasını qeyd edirlər. Y.V.Moliborq və b.,(1975) A/Порт Чалмерс/1/73-ün
növ müxtəlifliyi olan danadan alınmış A/теленок/Удмуртия/116/73 variantının
sirkulyasiyasını A/Порт Чалмерс/1/73/H3N2-nin insanlar arasında epidemik
yayılmasından demək olar ki, yarım il əvvəl qeyd etmişlər.
İnsan qripi virusları antigenlərinə qarşı quş, amfibilər (qurbağa) və
reptililərin (tısbağalar) (4.2.1. fəslə bax) zərdabında antitellərin tapılması insan
üçün patogen ştammların heyvan orqanizmində- infeksiyanın rezervuarında qoruna
bilməsi fərziyyəsini təsdiq edir.
Miqrasiya edən quşlar quş ştammlarını dünyanın müəyyən rayonlarına nəql
edə bilirlər, görünür, müxtəlif növ quş və heyvanlarda identik antitellərin olması
elə bununla izah edilir.
Xarici mühit obyektlərinin infeksiyanın saxlanması və disseminasiyası amili
kimi əhəmiyyətini istisna etmək olmaz.
1979-cu ildə biz Hav2Neq2- H10N8 antigen formuluna malik A qripi virus
ştammını Qızılağac qoruğunda Kalinov limanı torpağından almışıq, buna qripp
192
virusunun biosferdə sirkulyasiyasının vahid zəncirində bir manqa kimi baxmaq
mümkündür.
Bu fakt ilk dəfə üzə çıxarılmışdır (ədəbiyyat mənbələrində qripp viruslarının
torpaqdan alınması haqda məlumat yoxdur). Enterovirusların təmizləyici
qurğularda lildən alınması məlumdur В.С.Хиншоу, Г.М. Эр.Г.С. Шили (1983)
tərəfindən qağayıların zılından H13-ə malik hemaqqlütinasiya edən agent
alınmışdır (штамм А/ gull Maryland/ 707/77/H13N6/). В.М. Жданов, Д.К.Львов,
Г.Н. Воркунова и др., (1980) hesab edirlər ki, PR8 virusu daha doğrusu onun H0
geni A/H0N2/ qripi virusunun rekombinant ştammının izolə edildiyi balinanıın
orqanizminə düşənədək uzun yol keçmişdir. Müəlliflər hesab edirlər ki, qeyd
olunan gen donuzlardan suda üzən ev quşlarına (ördəklər)- vəhşi quşlara, onlardan
isə okeanın fekali ilə yoluxması ilə balinalara ötürülmüşdür.
A qripi viruslarının sirkulyasiya zəncirindən danışdıqda Hinshaw V.S.
(1984) qeyd edir ki, görünür, təbiətdə quş qripi virusları suitilərin qripinin
alovlanlanması ilə assosiasiya edir, bu da quş qripi viruslarının heyvanlara
adaptasiya etməsi imkanını əks etdirir. Bu da heyvanlarda qripp viruslarının yeni
ştammlarının təkamülündə aralıq mərhələdir.
Markwell D.D., Shortridge K.F.(1982) də suyun və ev quşlarının
(ördəklərin) fekalisinin virusların sirkulyasiya zənciri üzrə ötürülməsində rolunu
qeyd edirlər.
İnsandan təbii rekombinant ştammın alınması tək adaptasiya imkanını deyil,
həm də ştammın heyvan və ya insan orqanizmində formalaşması imkanını göstərir.
193
H0 komponentə qarşı antitellərin tapılması onun təbii rezervuarlarda qrip
viruslarının quş populyasiyalarında dövranı vasitəsilə qorunması imkanından xəbər
verir.
KRX-li xəstə insandan təbii rekombinantın alınması faktı A qripi
viruslarının yeni ştammlarının meydana çıxması haqda hipotezlərdən birinin
təsdiqində müəyyən rol oynadı və ilk dəfə olaraq bir sıra müəlliflərin
(Д.Блашкович 1976,1978, Beveridge W.J., 1976, Webster R,Laver W., 1978
В.М.Жданов, Д.К.Львов, 1982) qripp viruslarının təbii rekombinant ştammlarının
təbii şəraitdə meydana çıxmasının mümükünlüyü haqda fərziyyəsini təsdiq etdi. A
qripi viruslarının, xüsusən A/H1N3/ rekombinant virusunun biosenotik əlaqələri
haqda təsəvvürləri genişləndirmək üçün onlara qarşı həssas olan bioloji sistemlərin
spektrinin təyini vacib məsələ kimi qarşıda dururdu.
Virusoloji tədqiqatlarla əlaqədar olaraq toxuma kulturasında A/H1N3/ qripi
rekombinant virusunun patogen imkanını üzə çıxarmaq üçün müxtəlif siniflərə
məxsus heyvan modellərində: məməlilərdə və Carrassius auratus cinsindən olan
balıqlarda onları qeyd olunan ştammla eksperimental yolla yoluxdurmaqla
patomorfoloji tədqiqatlar aparılmışdır. H1N3 A qripi virusunun rekombinant
ştammı insan (FL, Rd) və meymun (6619) mənşəli toxuma kulturasının
hüceyrələrinin degenerasiyasına səbəb olurdu. Bu isə insan və heyvan viruslarının
rekombinasiyasının mümkünlüyü arqumentinin xeyrinədir.
Patohistoloji tədqiqatlar göstərir ki, rekombinant qripp virusu təcrübə
heyvanlarının (dəniz donuzları, siçanlar, ev dovşanları və balıqlar) orqanizminə
təsir edərək, mikrosirkulyasiyanın pozulması, tənəffüs orqanlarının iltihabı,
194
damarlarda və daxili orqanların parenximasında distrofik dəyişikliklər şəklində üzə
çıxan patomorfoloji dəyişikliklər törədir.
Virusların təbiətdə dövranının bir manqası kimi su faunası müəyyən
əhəmiyyət kəsb edir (Д.К.Львов, 1976, И.Н.Воинов, В.З.Солоухин, 1977). Bu
baxımdan balıqlar infeksiyanın rezervuarı və ötürücüsü kimi xüsusi maraq
doğurur.
Biz tədqiqatlarla A/H1N3/ qripi virusunu balıq orqanizmində 3 gün ərzində
yaşaması (müşahidənin müddəti) və infeksiyanıın xəstə heyvanların yoluxmuş
fekalisi ilə ötürülməsinin mümkünlüyünü müəyyən etmişik.
Biz quş qripi virusunu (H10N8) qoruğun ərazisində, quşların quanosu ilə
çirklənmiş torpaqdan almışıq. Qripp infeksiyasının quşlarda patogenezini nəzərə
alaraq qripp viruslarının torpaqdan alınmasının mümkünlüyünü qeyd etmək
lazımdır. Yuxarıda qeyd edilənin təsdiqi kimi göstərmək lazımdır ki, Mayr A.
(1981) tərəfindən virus zoonozlarının heyvan mənşəli məhsullardan transmissiyası
və qeyd olunan virusların heyvandan insana transmissiyasının – heyvan və insanın
A qripi viruslarının rekombinasiyası və hibridizasiyasının mümkünlüyü üzə
çıxarılmışdır.
Virusoloji tədqiqatların nəticələrini müqayisə etdikcə yoluxmuş heyvanların
zənciri üzə çıxır: köçəri quşlar, o cümlədən vəhşi su quşları, oturaq quşlar,
reptililər, vəhşi və ev heyvan və quşları.
Bundan başqa infeksiyanın qorunmasında yoluxmuş torpağın aralıq mövqeyi
manqa kimi müəyyən edilmişdir.
195
Alınan nəticələr qripp viruslarının təbiətdə persistensiyası haqda
məlumatların genişlənməsi baxımından maraq doğurur. Bu isə vəhşi quşların,
xüsusən, qaşqaldaqların, ördəklərin qanınnda 80% hallarda 1:80 titrində (müvafiq
olaraq orta həndəsi titr 6,08- 5,66 A qripi viruslarının keçmiş ştammlarına qarşı:
А/ФМ/1/47, A/PR/8/34- antitellərin tapılması ilə təsdiqlənir. Bu isə onların quş
populyasiyalarında sirkulyasiya vasitəsilə qorunması imkanını təmin edir.
Qripp viruslarının epidemik ştammlarının və heyvan qripi viruslarının, eləcə
də A qripi viruslarının relikt formalarının təbiətdə eyni zamanda sirkulyasiyası
vəhşi və ya ev heyvanları, ola bilsin ki, insan orqanizmində də rekombinasiya
proseslərinin mümkünlüyünü güman etməyə əsas verir.
1982-ci ildə KRX-li 6 yaşlı uşağın qanından qripp virusunun təbii
rekombinantının alınması qripp viruslarının antigen variasiyalarının spesifikaslı
baxımından ekoloji müşahidələrin məntiqi nəticəsi idi. İdentik ştamm həm də
uşağın anasının qanından alınmış və seroloji yolla təsdiq olunmuşdur. İzolə edilmiş
ştammlar A/Баку/799/82/H1N3/ və A/Баку/800/82/H1N3 rekombinant qripp
virusları kimi identifikasiya edilmişdir.
Hazırda A qripi viruslarının təbii rekombinantlarının heyvanlardan alınması
məlumdur (Д.К.Львов,В.М.Жданов, А.А.Сазонов и др., 1978; Т.В.Пысина,
Д.К.Львов идр., 1978; М.Т.Жансетова, 1983; Nerome Kuniak, 1983).
Dünyada ilk dəfə A/H1N3/ qripi virusunun təbii rekombinantının insandan
alınması iqlim və epidemioloji şəraiti subtropiklərə yaxın olan Hövsan qəsəbəsində
baş vermişdir.
196
Beləliklə, qrip viruslarının insan populyasiyasında, eləcə də vəhşi və ev
quşları və heyvanları arasında sirkulyasiyası haqda alınan məlumatları
yekunlaşdıraraq belə nəticə çıxarmaq lazımdır ki, vəhşi ev quşları və heyvanlarının
zərdabında insan və heyvanın A qripi virusuna qarşı üzə çıxarılmış antitellərin
spektri populyasiyalar arasında qarşılıqlı əlaqənin olduğunu və virusların təbiətdə
mümkün olan dövranını göstərir.
Qeyd olunan seroloji əlaqələrə əlavə kimi qeyd etmək lazımdır ki, heyvan
viruslarının vəhşi quş və torpaqdan /H10N8/ alınması, eləcə də insan viruslarının
vəhşi quşlardan /H1N1/ və heyvan viruslarının insandan /H10N7/ və /H1N3/
alınması və onlara qarşı antitellərin tapılması qrip viruslarının biosferdə
sirkulyasiyasının ümumi zəncirində qarşılıqlı əlaqəli manqaların olması faktını
təsdiq etdi.
Virusoloji tədqiqatların nəticələrini müqayisə edərkən yoluxmuş heyvanların
zənciri: köçəri quşlar, o cümlədən vəhşi su quşları, oturaq quşlar, reptililər, vəhşi
və ev heyvan və quşları və infeksiyanın saxlanması və disseminasiyası manqaları-
faktorları: yoluxmuş torpaq və yüksək həssas quş balaları müəyyənləşir. Virusun
zəncirdə olan vəhşi köçəri quşlar vasitəsilə gətirilməsi mümkündür: quano, dənizin
yoluxmuş su mühiti, sahilətrafı quşların heyvan və insanları. Təsərrüfatlarda ev
heyvan və quşlarının böyük miqdarda toplanması, kənd əhalisinin burada çoxluğu
rekombinasiyalar üçün əlverişli momentdir.
Qrip virusunun epidemik ştammın və heyvan mənşəli virusların təbiətdə
eyni zamanda sirkulyasiyası vəhşi və ev heyvanları orqanizmində, ola bilsin ki,
197
həm də insan orqanizmində rekombinasiya proseslərinin mümkün olduğunu güman
etməyə əsas verir.
Qripp viruslarının antigen variantlarının müxtəlif populyasiyalarda
spesifikası baxımından ekoloji müşahidələrin və virusoloji tapıntıların məntiqi
nəticəsi KRX-li 6 yaşlı uşağın qanından, elmdə ilk dəfə, A/H1N3/-/H0Nav2/ qripp
virusunun təbii rekombinant ştammının A/H1N3/-/H0Nav2/ alınması oldu.
Beləliklə,
qripp viruslarının Azərbaycan Respublikasının müxtəlif
biosenozlarında
sirkulyasiyasının
xüsusiyyətlərini
öyrənərkən
virus
populyasiyasının genofondu və təbiətdə A qripi viruslarının dəyişməsindəki
tendensiyalar (təbiətdə rekombinantların əmələ gəlməsi) müəyyən edilmiş və
öyrənilmişdir.
Azərbaycan ərazisində, o cümlədən subtropiklər zonasında A qripi
viruslarının insanlar və başqa bioloji növlər arasında sirkulyasiyasının qarşılıqlı
əlaqəsinin mövcudluğuna aid faktiki məlumat alınmışdır.
Virusların sirkulyasiyasının qarşılıqlı əlaqələri haqda üzə çıxarılmış faktlar
iqlim-coğrafi və ekoloji faktorlu zonada qeyd olunmuşdur. Bu faktorlar müxtəlif
kontaktların yaranması üçün əlverişlidir və regionun (Azərbaycan Respublikası
subtropik zona və Gil adası) qripp virusları üçün təbii rezervuar kimi əhəmiyyətini
təyin edir.
Alınmış məlumatlardan belə nəticə çıxır ki, Azərbaycan Respublikası
subtropik zonası şəraitində qrip viruslarının insan və heyvan populyasiyasında
sirkulyasiyası arasında qarşılıqlı əlaqə var. Bu isə həm epidemik ştammların, həm
198
də epizootik prosesin formalaşmasında rol oynaya bilər. Yuxarıda qeyd olunanlar
aşağıdakı faktlarla təsdiq olunur:
İnsanlarda qrip virusunun epidemik ştammlarından başqa, tədqiq olunan
zonada sporadik hallara səbəb olan epidemiya törətməyən, quşlara xas olan qeyri-
standart viruslar və ya N1 və H1 tərkibli rekombinantlar qeydə alınmışdır.
Heyvan virusları genofondunun patogen potensiala malik yeni qrip virusları
ştammlarının yaranmasında mümkün iştirakı haqda konsepsiya təsdiq olunmuşdur.
Qeyd etmək lazımdır ki, görünür, virusların dəyişkənliyi birmənalı deyil,
yəni mütləq rekombinantların və ya yeni mutantların yaranmasına gətirib çıxarmır.
Dəyişkənlik genomları, görünür (A qripi virusları ştammlarının növarası
ötürülməsi ilə baş verən) virusların təbiətdə dövranı ilə qorunan, əvvəllər meydana
çıxmış
mutant
və
ya
rekombinantlarla
əlaqədardır
(L.Y.Zakstelskaya,
S.Т.Тiмоfеyevа və b., 1975; V.М. Qaqarinova, А.S. Şadrin və b., 1976;
V.М.Jdanov, D.К.Lvov, Q.N.Vorkunova və b., 1980; Y.V.Sidorenko və b., 1985;
V.S.Хinşou, А.J. Аleksandr və b., 1985).
199
Ə
l a v ə
200
Qızıl
-Ağac qoruğundakı quşlar.
201
202
203
204
205
206
207
208
Dostları ilə paylaş: |