171
2 tərəfli pnevmoniyanın inkişafında təngnəfəslik, sianoz, yaş öskürək qeyd
olunurdu.
Xəstəliyin bütün gedişi ərzində temperatur yüksək olmuş, temperatur salan
preparatların qəbulu zamanı müvəqqəti olaraq düşmüş və sonra yenidən
yüksəlmişdir. Yüksək temperatur və diareya xəstəliyin bütün gedişi ərzində davam
etmişdir. Ağ ciyərlərin auskultasiyası zamanı iki tərəfli müxtəlif kolibrli nəm
xırıltılar müəyyən edilmişdir.
Patoloqoanatomik təzahür belə idi:
Hemorragik şişlərlə birgə hemorragik plevritli iki tərəfli hemorragik
pnevmoniya, ürəkdə, qara ciyərdə, böyrəklərdə distrofik dəyişikliklər, eroziv –
deskvamativ enterit.
A/H5N1/ qripi ilə yoluxmuş xəstələrdən alınmış materialın klinik-patoloji-
anatomik
tədqiqatının
nəticələrini
yekunlaşdırarkən
etioloji
cəhətdən
A/chick/Scotland/59/H5N1/-/Aav5N1/ qripi virusu ilə bağlı olan insan qripi
infeksiyasının xarakterik spesifikasını ayırmaq lazımdır.
Buna aiddir: xəstəliyin 7-ci günü ərzində yüksək temperatur, diareya, sidiyə
çıxmanın ləngiməsi, ümumi zəiflik, boğazda kataral təzahürlərlə proqressiv surətdə
axını. Sonra, ölümdən əvvəl son 4 gün ərzində ağ ciyərlərdə subtotal iltihablı
dəyişikliklər. Bu isə iki tərəfli pnevmoniya ilə üzə çıxır və kəskin tənəffüs
çatışmazlığı zamanı ölümlə nəticələnir(Səkil 21,22).
Patoloqo-anatomik təzahür belədir: fəsadlaşmış hemorragik plevritli
ikitərəfli hemorragik pnevmoniya.
172
Fəsadlaşmalar bunlardır: ağ ciyərlərin hemorragik şişi, ürək, qara ciyər,
böyrəklərin distrofik dəyişiklikləri, eroziv –deskvamativ enterit.
Beləliklə,
klinik–patoloji-anatomik
tədqiqatlar
A/chicken/Scotland/59/H5N1/-/Aav2N1/ qripi virusu ilə etioloji cəhətdən bağlı
olan insan qripi infeksiyasının spesifikasını aydınlaşdırdı.
Bu həqiqət insanların A/H5N1/ quş qripi ilə Azərbaycan ərazisində
yoluxması halları heyvan virusunun tək bir dəfə insan populyasiyasına gətirilməsi
və növspesifik baryeri aşmasına misaldır.
Bu, həmin hal üçün münbit olan epidemik situasiya zamanı, yəni, yoluxmuş
vəhşi quşlarla (qu quşları) sıx kontakt zamanı baş vermişdir. Qeyd etmək lazımdır
ki, vəhşi köçəri quşların (qu quşları, qağayılar, ördəklər, qaşqaldaqlar) Salyan
Tərtər ərazisindən keçən miqrasiya yollarının olması virusla yoluxmuş quanonun
ətrafa yayılması üçün şərait yaratmışdır.
İnfeksion xəstəliklərin, xüsusən, etioloji cəhətdən H5N1 virusu ilə bağlı
insan qripi virusnun immunoloji aspektlərinə gəldikdə, güman etmək olar ki,
xəstəliyin klinikasının dərinləşməsi “Ekzogen allergik alveolit” – “Fermerin ağ
ciyəri” xəstəliyi fonunda baş vermişdir.
Bu xəstəlik üşütmə, titrətmə, təngnəfəslik və öskürəklə üzə çıxır.
Bu effekti quş mənşəli müxtəlif materialların aerozol halında inqalyasiyası,
məsələn, quş zərdabı, lələklər və zıl (“quş sevənlərin xəstəliyi”), bitki mənşəli toz
və s. verə bilər.
173
Bu sindrom insan və ya heyvanın hava ilə keçən hissəciklərə qarşı
sensibilizasiyası ilə əlaqədardır və tənəffüs traktatının distal şöbələrinin (interstisial
və alveolyar iltihabı) zədələnməsi şəklində təzahür edir.
Qeyd etmək lazımdır ki, növspesifik (növarası) baryerin keçilməsi halı yeni
deyil.
1979-cu ildə Sabunçu qəsəbəsində (Bakı ətrafı, Xəzər sahili) 179 saylı uşaq
kollektivində yüksək temperatur və abdomen ağrıları ilə baş verən KRX
alovlanması zamanı uşaqlardan 9-10 günlük toyuq embrionlarını yoluxdurmaqla 3
hemaqqlütinasiya edən agent alınmışdır. Bunlar A/Chicken/Germany/”N”/49
virusu ilə identik olan A/H10N7/-/Hav2Neq1/ quş qripi virusu kimi identifikasiya
edilmişdir.
Bu o dövr üçün dünyada 3-cü hal idi. (De Lay, Cambell, 1970; Sadichova,
1979).
Qeyd etmək lazımdır ki, epidemioloji məlumatlar quş qripi virusunun
əlverişli şəraitində insan populyasiyasına gətirilməsinə şəhadət edir, yəni ev quşları
ilə yaxın kontakt və vəhşi quşların qeyd olunmuş ərazidən köçmə yollarının olması
qeydə alınmışdır.
Elmdə ilk dəfə təbii şəraitdə insandan A/H0Nav2/-/H1N3/ rekombinant qrip
virusunun alınması da maraq doğurur. Virus Hövsan qəsəbəsində (Bakı ətrafı) 6
yaşılı uşaqdan alınmışdır.
Sonrakı virusoloji – epidemik tədqiqatlar göstərdi ki, bu halda KRX ailəvi
alovlanması (8-18 oktyabr 1979-cu il) baş vermiş və əvvəllər KRX qriplə
174
xəstələnmiş uşağın anasının qanından A/H0Nav2/ qripi virusnun analoji ştammı
alınmışdır.
Bu tapıntı A qripi virusları ştammlarının antropozoonoz yolla meydana
çıxması nəzəriyyəsini zənginləşdirdi.
Təqdim olunmuş material, görünür, onu deməyə əsas verir ki, insan və
heyvanda virus infeksiyası prosesi ekoloji faktorların bütövlüklə determinə
olunmuş kompleksi prosesidir.
Hazırda virusların ekologiyası məsələsi onların törətdiyi infeksiyanın
epidemiologiyasının dərindən öyrənmək üçün müstəsna dərəcədə böyük əhəmiyyət
kəsb edir.
Quşların
/H5N1/-A/chick/Scot/59/59/Hav2N1/
A
qripi
virusunun
növspesifik baryeri aşması və persistent infeksiyanın produktiv infeksiyaya
keçməsi haqda alınmış məlumatlar virusların müxtəlif sahiblərin orqanizmində
reproduksiyası üçün dəyişən şəraitə uyğunlaşması və ətraf mühitdə qorunması
mexanizminin anlaşılması üçün perspektivlər açır.
Bu səbəbdən virus infeksiyaları ilə mübarizə ayrı-ayrı və hətta, sistem şəkilli
epidemiya əleyhinə tədbirlər çərçivəsindən kənara çıxır və ümumbioloji xarakterli
ciddi problemə çevrilir.
FƏSİL 5
Dostları ilə paylaş: |