187
biosferdəki zəncirini üzə çıxarır və A qripi viruslarının təbii biosenozlarda
sirkulyasiyasının mümkün dairəsini və qarşılıqlı əlaqəsini güman edir. Bu zaman
yuxarıda adları çəkilən ev heyvanları və quşları növlərinin həm heyvan, həm də
insan mənşəli qripp virusları ilə eyni dərəcədə yüksək yoluxması aydın olmuşdur.
Ədəbiyyatdan həm də A qripi virusnun təbii yolla vəhşi quşlardan
(ördəklərdən) heyvanlara (donuzlara) ötürülməsi və bu ötürülmənin insan üçün
potensial əhəmiyyəti məlumdur (М.Пансаерт, К.Оттис и др.,1981).
Azərabaycan Respublikası rayonlarında inək, quzularda seropozitiv
zərdabların çox böyük miqdarı, görünür iqlim zonasının xüsusiyyətləri ilə
(ağcaqanadın çox artdığı subtropiklər) izah olunandır. Özü də ilin bütün
dövrlərində deyil, ancaq payız dövründə. Bu fərziyyənin təsdiqi kimi qripi müxtəlif
iqlim qurşaqlarında vəhşi məməlilərdə öyrənən Amerika alimlərinin (İ.N.Voinova,
V.Z. Solouxinə görə, 1977) məlumatlarını qeyd etmək lazımdır.
Müəyyən edilmişdir ki, heç bir halda mülayim iqlimdə qripp infeksiyasının
əlamətlərini tapmaq mümkün olmamışdır.
Ancaq, Mərkəzi Afrikanın qoruqlarından birində, məməlilərin 90%-dən
çoxunda qripə qarşı antitellər tapılmışdır. Güman edilir ki, Afrikada aktiv
ağcaqanad (infeksiyanın rezervuarı və ötürücüsü kimi) çoxdur, ancaq mülayim
qurşaqda onlar payızda olmurlar.
İlin müxtəlif fəsillərində bir sıra illər ərzində aparılan ekoloji tədqiqatlar
nəticəsində müəyyən edilmişdir ki, ilin payız-qış aylarında vəhşi və ev quşlarının ,
eləcə də kənd təsərrüfatı heyvanlarının yoluxma dərəcəsi ilin yaz-yay dövrü ilə
müqayisədə xüsusən yüksək olur.
188
Bizim üzə çıxardığımız fakt əvvəllər L.Y.Zakstelskaya və başqaları (1973)
tərəfindən alınmış nəticələrin təsdiqidir.
Müəlliflərin məlumatına görə 1969-cu ilin yazında Arxangelsk vilayətində
Peçera çayının mənsəbində 57, həmin ilin payızında isə 246 yoluxmuş fərdi üzə
çıxarmağa nail oldular. Sonrakı 1970-ci ildə bu rəqəmlər müvafiq olaraq 26 və 133
idi. İ.N.Voinov və V.E.Solouxinin (1977) təklifinə görə infeksiyanın mənbəyi
payızda yuvalarından qayıtmış quşlardır.
Yazda quşlar da, gənələr də, viruslar da yerlərini əks tərəfə dəyişirlər.
Akademik D.K.Lvovun bədii müqayisəsinə görə infeksiyanın bu yerdəuişməsi ildə
iki dəfə virus və gənələri bir iqlim zonasından digərinə ötürən “güclü nasosla”
oxşardır.
1979-cu ilin noyabrında Sabunçu qəsəbəsində 3 yaşlı KRX-li uşaqdan
А/цыпленок/Германия/”N”/49/H10N7 qripi virusunun alınması ilə əlaqədar
qaşqaldaqlar, ördəklər, gümüşü qağayılar, camış, toyuq, donuz, quzuların
zərdabında yüksək orta həndəsi titrlər 6,99 qədər idi.
Faktların müqayisəsi infeksiyanın mümkün olan mənbəyindən xəbər verir:
məsələn ev quşları (toyuqlar).
Şəhər əhalisi ilə müqayisədə qoruğa yaxın zonanın (Lənkəran ş.) insanlarının
zərdabında A/H10N7/ qripi virusuna qarşı antitellərin böyük titri maraq doğurur.
Yuxarıda qeyd olunan fakt bu zonanın insan populyasiyasının quş populyasiyası ilə
kontaktı (təması) ilə izah olunandır.
Alınan nəticələr insan və quş viruslarının təbii sirkulyasiyası yolları haqda
təsəvvürləri, şübhəsiz, genişləndirdi.
189
Virusların təbiətdə üzə çıxmış biosenotik əlaqələri onların virus
infeksiyalarının, xüsusən qripp infeksiyasının epidemiologiyasında müəyyən
rolunu aydınlaşdırdı.
Buna misal olaraq 2006-cı ildə A/Chiken/Scotland/59/H5N1/ quş qripinin
növspesifik səddi “quş” qripi xəstəliyinin insanlar arasında klinikası ilə şərtlənən
Azərbaycan ərazisində növbəti dəfə aşmasıdır.
Populyasiyalar arasında qarşılıqlı əlaqə (virusların növspesifik baryeri
aşmasının mümkünlüyü), görünür, insanlarda heyvan qripi viruslarına qarşı
antitellərin olmasını təmin edir.
Növarası baryer məsələsinə gəldikdə, eyni bir heyvan növünün insan və quş
virusları ilə yoluxmasının mümkünlüyünü qeyd etmək lazımdır. Məsələn:
Okasak; Katsunori et al., (1983) qunduzlar arasında A/Бангкок/1/79/H3N2/
və Kumamoto/37/79/P1T1/ viruslarına qarşı antitellərin olduğunu qeyd edirlər;
Klingeborn B. et. al., (1985) Cənubi İsveçdə 1984-cü ilin oktyabrında qunduzlar
arasında H10N7 qripi virusu ilə törənən qripp epidemiyasını qeyd edirlər.
Bizim tədqiqatlarda isə A/H10N7/-Hav2Neq1/ qripi virusu KRX-li 3 yaşlı
uşaqdan alınmışdır. A/Hav1Neq1/ (yəni identik Neq 1 neyraminidazalı) qripi
virusu 1979-cu ildə Massaçusets ştatında ölmüş nerplərin ağ ciyərlərindən
alınmışdır (Bean William et al., 1981).
Mikami T.et al., (1982) tərəfindən 1978-1981 ci illərdə Hokkaydo adasında
vəhşi ördəklərdən H10N3 və H3N8 qripi virusu alınmışdır.
Жданов В.М. с соавт.(1986) növarası baryeri keçərkən qripp virusunun
hemaqqlyutininində struktur dəyişikliklərini qeyd edirlər.
190
Müxtəlif növ quşların nümayəndələrinin zərdabında heyvan və insan mənşəli
qripp virusları antigenlərinə qarşı antitellərin tapılması faktını qeyd etmək
lazımdır: А/свинья/Айова/15/30- a qarşı qaşqaldaqların, qarğaların, sarı vağların,
sığırçınların
zərdabında,
А/Порт
Чалмерс/73/,
А/Нью
Джерси/76,
А/Гонконг/68/, А/Хабаровск/77- ə qarşı qaşqaldaqların, ördəklərin qan
zərdabında. İdentik antitellər quzularda, toyuqlarda, camış və donuzlarda üzə
çıxarılmışdır.
3 aylıq tülkünün qan zərdabında A/Texac/77/H3N2/ qripi viruslarına qarşı
1:80 titrində antitellər üzə çıxarılmışdır.
Ev quşları və kənd təsərrüfatı heyvanlarında (toyuqlar, inəklər, donuzlar)
insan qripi virusları antigenlərinə qarşı yüksək titrli antihemaqqlyutininlərin
olması, güman ki, tədqiq edilən heyvanların insanla sıx təmasda olmasının
nəticəsidir.
İnsan
viruslarının
quş
populyasiyalarında
sirkuklyasiyasının
intensivliyi infeksiyanın insanlar arasında dəyişməsinə tabe olur.
Ev heyvanlarının geniş virusoloji tədqiqi ilə heyvanların insanlardan
epidemiyalar və ya xəstəliyin yüksəlişi dövründə yoluxması faktı təsdiq edildi.
Epidemik və epizootik proseslərin qarşılıqlı əlaqədə olduğu faktı üzə
çıxarılmışdır.
1978-ci ilin mart-aprelində A/H1N1/ virusunun insan populyasiyasında
epidemik yüksəlişi dövrü Abşeron quşçuluq təsərrüfatlarında toyuqların yüksək
yoluxması (CГТ=4,7) ilə, 1978-ci ilin martında onlar arasında epizootiya ilə,
A/H1N1/ qripi virusunun etioloji rolunun HALR və МFА metodları ilə seroloji
təsdiqi ilə uzlaşırdı.
Dostları ilə paylaş: |