183
Yuxarıda qeyd olunan tapıntıların və onların əsaslandırılmasını görünür,
yoluxmuş quş və heyvanların geniş spektri şərtləndirir. Bu spektr ördək, qaşqaldaq,
qağayı, ağ , sarı, kürən, ərəb və kiçik ağ vağlar, kiçik baklanlar, qarğa, sığırçın,
tısbağa, qurbağa, tülkülərdən ibarətdir, virusoloji və seroloji metodlar tətbiq
olunmaqla ekoloji tədqiqatlarla müəyyən edilmişdir.
Tədqiqatlar nəticəsində A qripi viruslarının sirkulyasiyası və vəhşi quşların
zərdabında quş, insan, at, donuz viruslarına qarşı antitellərin olması haqda
məlumatlar alınmışdır.
Epidemioloji tədqiqatların nəticələri qrip viruslarının həm ölkənin şimalında
yuva salan köçəri quşların, həm də oturaq quşların arasında sirkulyasiyasını
müəyyən etdi. Bu zaman heyvan və insan mənşəli qrip virusları antigenləri üzə
çıxmışdır.
Belə ki, Qızılağac qoruğu rayonunda (Azərbaycan Respublikasının subtropik
zonası) ilk dəfə heyvanların A qripi virusları (antigen formulu /H10N8/) 3 su
quşlarından (ördək, qaşqaldaq, bataqlıq ördəyi) alınmış və ilk dəfə Gil adasında
gümüşü qağayılar arasında insan populyasiyası üçün epidemik cəhətdən aktual
olan
A/Бразилия/11/78/H1N1-ə
qohum
olan
A/H1N1/
A/серебристая
чайка/Баку/843/79 virusunun sirkulyasiyası müəyyənləşdirilmişdir. Bu isə
quşların – virus daşıyıcılarının spektrini zənginləşdirdi və qrip viruslarının
biosferdə antigen variantlarının müxtəlifliyini təsdiq etdi.
1980-cı ildə Gil adasında H1N1 qripi virusunun alınması və bu regionun
vəhşi quşlarının zərdabında A/CCCP/090/77 epidemik qrip virusuna qarşı
antitellərin tapılması vəhşi quşların insan qripi viruslarının epidemiyalararası
184
dövrdə qorunmasında rolunu bir daha sübut edir və törədicinin yeni “sahibdə”
virusun genomunda mutasiya və rekombinasiya yolu ilə antigen dəyişikliyini
güman etməyə imkan verir (V.М. Jdanov, S.S. Yamnikova və b. (1981); Tyrell
David A.J.(1984), Davis İ.R.(1986)).
Hazırda antigen determinantının bütöv dəstinə malik insan viruslarının
heyvanlara keçməsi mümükünlüyü istisna edilmir. (Y.İ.İsayeva, Z.İ.Rovnova,
1983; Yamnikova S.S. və həmmüəlliflər 1984).
1980-cı ildə İftimoviy
i R. tərəfindən vəhşi quşlardan A/CCCP/090/77 - ə yaxın olan A/H1N1/ qripi
virusunun alınması təsvir edilmişdir.
Bütün bu məlumatlar vəhşi quş balalarına qrip viruslarının təbii
biosenozlarda sirkulyasiyasının ümumi sistemində bir manqa kimi baxmağa imkan
verir.
Quşların yetkin fərdlərinin yoluxmasının yüksək dərəcəsi bala quşların
yumurtadan çıxması dövründə əhəmiyyətli dərəcədə yoluxması ilə uzlaşırdı. Gil
adasından olan gümüşü qağayı balaları uçuş yolları Qızılağac qoruğunun üstündən
keçən qağayılarda üzə çıxan identik antitellərə malik idilər: Qızılağac qoruğunun
ərazsində ərəb, sarı, kürən vağlar, ördəklər, kiçik baklan balalarının qan zərdabında
heyvan və insan mənşəli 15-18 qrip virusu antigenlərinə qarşı antitellər var idi. Bu
antitellər yetkin quş fərdlərinin qan zərdabında tapılan antitellər ilə identik idi.
Quşlar arasında virus populyasiyasının həmcins olmaması və qarışıq
infeksiyaya və rekombinasiyalara gətirib çıxaran qripp viruslarının eyni zamanda
sirkuklyasiyası faktını bir sıra müəlliflər qeyd edirlər (O.П. Жирнов, В.М.Зайдес
185
и др., 1974; В.И.Вотяков, Д.К. Львов и др., 1981; В.М. Жданов, Г.К.
Воркунова, 1986). Qripp virusu ştammlarının birgə sirkulyasiyası haqda
danışanda qarışıq infeksiyanın mümkün olan fəsadları haqda bir sıra mühakimələri
qeyd etmək lazımdır. Məsələn: Top Franklin H., Russel Ph. (1977),
A/Нью-Джерси/8/76 qripi virusu infeksiyanın Fort-Diks məşq düşərgəsindən
kənara
yayılmasını
aydınlaşdırarkən
A/Нью-Джерси/8/76/H1N1/
və
A/Виктория/3/75 H3N2 birgə sirkulyasiyası faktını qeyd edirlər. Onu da qeyd
edirlər ki, A/Виктория/3/75-ə nisbətən A/ Нью-Джерси/8/76 ştammı daha kiçik
kontagiozluğa malikdir.
Patriarca Peter A. et.al. (1984) məlumatlarına görə müasir donuz qripinin
ikinci dəfə yayılması riski insan populyasiyası üçün minimaldır. Müəlliflər hesab
edirlər ki, bunun üçün xüsusi şərait və ya donuz virusunun güclü dəyişməsi
gərəkdir.
Scholtissek C. et. al. (1985) tərəfindən müəyyən edilmişdir ki, NP- sahib
hüceyrəsinin spesifikliyinin təyinində qripp virusunun mümkün əsas faktorudur.
NP-nin klivicə rezistentliyi stabil virus xarakteristikasıdır. Bu, qripp
viruslarının mənşəyini aydınlaşdırmaqda istifadə oluna bilər (Zhirnov O.,
Bukrinskaya A.(1984).
Masurel N., Heijtink R.A. (1983) 1908-1918-ci illərdə H1N1 ilə H3N2 –nin
100 birgə sirkulyasiyasını qeyd edirlər.
Neron R., Yoshioka V.et.al. (1984) tədqiqatlarında ördəklərdən A/duck
Macchen/19/79 və insanlardan alınmış və 1957-ci ildə üstünlük təşkil edən -
A/H2N2/ qripp viruslarının genomunu analiz edərkən məlum olmuşdur ki,
186
ördəklərdən alınmış H2N2 viruslarının oliqopeptid xəritələri 1957-1967-ci illərdə
insandan alınmış H2N2 insan virusunun xəritələrindən tamamilə fərqlənir. Bu
tədqiqatların nəticələrini analoji antigen formuluna malik 2 ştammın bir-birindən
asılı olmayaraq əmələ gəlməsi və ya təbiətdə sirkulyasiya prosesində baş verən
dəyişikliklər kimi qiymətləndirmək lazımdır.
Qızılağac qoruğu ərazisində qaşqaldaqlarda, ördəklərdə, tısbağalarda,
qarğalarda və Gil adasında qoruğun üstündən uçan və su məkanı ilə kontaktda olan
gümüşü qağayılarda А/лошадь/Майами/1/63 qrip virusu antigeninə qarşı antitellər
tapılmışdır. Bu, həmin quş və heyvanlara infeksiyanın ötürülməsi zəncirində bir
manqa kimi baxmağa imkan verir. А/буревестник/Австралия/1/72 qripi virusu
antigeninə qarşı antitellər su kompleksi quşlarında: ördəklərdə, qaşqaldaqlarda, sarı
vağlarda və paralel olaraq həmin zonada qurbağalarda müəyyən edilmişdir.
Qrip viruslarının növspesifikliyinə gəldikdə quş və heyvan populyasiyasının
yoluxmuş nümayəndələrinin geniş spektrini qeyd etmək lazımdır.
Belə ki, 9 müayinə edilən quş növündən 6-nın zərdabında A/tern/S.Africa/61
antigeninə
qarşı;
A/Turkey/Ontario/68-ə
qarşı
5
növ
quşda;
A/Turkey/Wiskonsini/66-a qarşı 6 növ quşda; A/chicken/Germany/”N”/49-a qarşı
6 növ quşda; A/duck/Ukraine/63-ə qarşı 5 növ quşda; A/Shear water/Austr/1/72-ə
qarşı 6 növ quşda identik antitellərin tapıldığını qeyd etmək lazımdır.
Beləliklə, aparılmış ekoloji tədqiqatların nəticələri Qızılağac qoruğu və Gil
adası regionlarının qripp infeksiyasının təbii ocağı kimi əhəmiyyətinin təyin etdi.
Ev quşları və heyvanlarının – toyuqlar, inəklər, donuzlar, quzular-
zərdablında identik antitellərin olması diqqəti cəlb edir. Bu isə qripp viruslarının
Dostları ilə paylaş: |