F.Ə. Sadıxova



Yüklə 240,85 Kb.
Pdf görüntüsü
səhifə36/49
tarix25.03.2018
ölçüsü240,85 Kb.
#33229
1   ...   32   33   34   35   36   37   38   39   ...   49

 
137
Yuva salmış qağayılar bütün dəniz sahili boyu uçurlar və çayın mənsəbində 
toplaşırlar. 
Bu yerlərdə qağayıların yüksək sayı avqusta qədər davam edir, sonra azalır, 
oktyabrda  isə  köçəri  quşların  şimal  populyasiyasının  hesabına  yenidən  artır. 
Soyuqların  düşməsi  ilə  qağayıların  sayı  çox  olur.  Qış  vaxtı  o,  materiklə  sıx 
əlaqədardır,  su  hövzələrini  Mil-Qarabağ,  Şirvan,  Muğan  düzlərinin  və  Qobustan 
rayonlarının quşuna çevrilir, Bakı ş. üzərindən qağayıların uçub getməsi müşahidə 
olunur.       
Əsas qışlama yeri- dəniz sahili, keçmiş Sarı su adası rayonudur. 
Ev  quşları  və  heyvanlarından  material  götürülən  quşçuluq  fermaları  və 
heyvandarlıq  təsərrüfatları  Azərbaycanın  müxtəlif  rayonlarında  və  Bakı  ş.  Xəzər 
dənizi sahili ətrafında yerləşir. 
İnsandan  A/H1N3/  qripi  virusunun  rekombinant  ştammı  alınan  (III  fəsilə 
bax) Hövsan kəndi Abşeron yarımadasının cənub sahilində yerləşir. 
Ştammın  populyasiyaya  gətirilməsini,  bəlkə  də  A/H1N3/  qripi  virusunun 
atipik formalaşmasını fərz edən bir sıra faktorları qeyd etmək lazımdır. 
Hövsan kəndi rayonundan suda üzən quşların köçmə yolu keçir.  
Suda  baş  vuran  ördəklərin  uçuşu  (qışlama  yeri  kimi)  dəniz  sahili  ilə 
əlaqədardır. 
Qışlama yerləri aşağıdakı rayonların dəniz sahilindədir: Lənkərandan keçmiş 
Kirov  körfəzinin  şimal  sahillərinə  qədər,  Kürün  mənsəbində,  Ələt  sahilində- 
Sanqaçal,  bütün  Abşeron  yarımadasını  və  Siyəzən  rayonunda  Dəvəçi  limanından 
cənuba doğru böyük sahəni əhatə edir. 


 
138
Qazların  və  digər  quşların  qışlama  yerinə  keçməsi  demək  olar  ki,  çay 
ördəklərində olduğu kimidir. 
Fərq  yalnız  ondadır  ki,  Dəvəçi  limanından  uçuş  yelpikvari  istiqamətdə 
gedir.Virusun gətirilməsi vəhşi quşlar vasitəsilə aşağıdakı zəncir üzrə mümkündür: 
Quano,  dəniz  su  mühitinin  yoluxması,  sahilətrafı  qurşaqda  heyvan  və 
insanlar. 
Ev  heyvanları  və  quşları  təsərrüfatlarında  kənd  əhalisinin  çoxluğu 
rekombinasiyanı  imkan  verən  biosenotik  əlaqələr  üçün  əsas  momentdir.  Bundan 
başqa,  Bakı  ş.  və  Hövsan  kəndi  yerləşən  Abşeron  yarımadasının  təbii  iqlim 
şəraitinin  əsas  faktorunu  qeyd  etmək  lazımdır.  Bu,  şimal  və  cənub  küləklərinin 
üstünlük təşkil etdiyi külək rejimidir. Cənub sahilətrafında (Hövsan kəndi) şimali-
qərb küləkləri üstünlük təşkil edir, özü də soyuq dövrdə daha güclü olur. 
 
Qeyd  edilən  fakt  külək  faktorunun,  xüsusən  mussonların  kəskin  respirator 
virus  infeksiyalarına  təsiri  haqda  ədəbiyyat  materialını  (ədəbiyyat xülasəsinə  bax) 
nəzərə alsaq maraq doğurur. 
 
4.2. Vəhşi quşların və piyada komplekslərin ekoloji tədqiqatlarının nəticələri. 
4.2.1. Vəhşi quşların zərdabında at, donuz, quş və eləcə də insan (H10) 
viruslarına qarşı antitellər. 
 
Təbiətdə  qrip  virusları  genofondu  haqda  təsəvvürləri  genişləndirmək 
məqsədilə  Azərbaycan  Respublikası  təbii  biosenozlarında  sirkulə  edən  virusların 
spektrinin müəyyən edilməsi üçün vəhşi quş və heyvanların zərdabında heyvan və 


 
139
insanların  A  qripi  virusları  antigenlərinə  qarşı  antitellərin  təyini üzrə  kəşfiyyat  işi 
aparılmışdır.  
 
Öyrənilən heyvanların spektri su-suətrafı və quru komplekslərinin oturaq və 
köçəri quşlardan ibarət idi (Cədvəl 12). 
Müşahidə  dövründə  vəhşi  quş  və  heyvanların  27  növünün  581  fərdi  tədqiq 
edilmişdir. 
Tədqiqatın nəticələri biosenozun bütün tədqiq olunan üzvlərinin zərdabında 
A  qripi  viruslarına  qarşı  geniş  spektrli  antihemaqqlütininlərin  (H1H2)  olduğunu 
müəyyən etdi. 
Vəhşi  quşların  zərdabında  quş  qripi  viruslarına  qarşı  antitellərlə  yanaşı  at, 
donuz,  insan  qripi  virusları  antigenlərinə  qarşı  antitellərin  olması  faktı  maraq 
doğurur. 
Quşların  A  qripi  viruslarına  qarşı  antihemaqqlütininlərin  daha  əhəmiyyətli 
orta  –həndəsi  titri  (OHT)  tədqiqatın  payız-qış  dövründə  müəyyən  edilmişdir. 
Məsələn,  1977-ci  ilin  iyununda  A  qripi virusunun  Gil  adasında  gümüşü qağayılar 
arasında  sirkulyasiyasında  OHT-3,3  olduğu  halda,  1977-1983-cü  illərin  payız 
dövründə qağayıların arasında virusun  sirkulyasiyası intensivləşmiş və OHT-5,3-ə 
çatmışdır.  Bu  isə  payızda  quşların  yeni  yoluxmuş  partiyasının  qoruğa  qışlamağa 
gəlməsi yayda yumurtadan çıxan balaların yoluxması ilə nəticələnən yuva qurması 
ilə izah edilir. 
Gil  adasında  olan  gümüşü  qağayılarda  və  Qızılağac  qoruğundan  olan 
tısbağalarda  А/лошадь/Майами/1/63/H3N8  qripi  virusunun  antigeninə  qarşı 


 
140
antitellərin  olması  Qızılağac  qoruğundan  olan  vağların  qan  zərdabında                                                                                                                  
A/крачкa/Ю.Африка/61/H5N3/, А/индюк/Англия/63/H7N34/,  А/буревестник/ 
Австралия/72/H6N5  antigenlərinə  qarşı  antitellərin  olması  və  qurbağalarda             
А/буревестник/Австралия/72/H6N5  virusuna  qarşı  antitellərin  olması  diqqəti 
cəlb edir (şək.22). 
 
Quşların  zərdabında  A/крачкa/Ю.Африка/61/H5N3/  antigeninə  qarşı 
identik  antitellərin  müayinə  edilmiş  9  növ  quşlardan  6  növündə  tapıldığını  qeyd 
etmək lazımdır:  
             А/индюк/Онтарио/68/H8N4/-ə 
qarşı 
quşların 

növündə,                          
А/индюк/Висконсин/66/H9N21/ 
 

 
quşların 

növündə,              
А/цыпленок/Германия/«N»/49/H10N7/ 

 
quşların 

növündə, 
А/утка/Украина/1/63/H3N8/ 
 
 
 

 
quşların 

növündə, 
А/буревестник/Австралия/1/72/                                    -                                    quşların            6       
növündə.  
 
Populyasiyalar  arasında  qarşılıqlı  əlqaə  baxımından  materik  ördəklərinin 
zərdabında A/свинья/Айова/25/30/H1N1/-ə qarşı antitellərin tapılması (şək.21,22) 
və  1977-1983-cü  illərin  yay-payız  dövründə  qağayılarda  insanın  qrip  virusuna 
qarşı antitellərin xüsusilə zəngin spektri faktı maraqlıdır (şək.22). 
          1977-1983-cü  illər  ərzində  tədqiq  olunmuş  Qızılağac  qoruğu  və  Gil  adası 
vəhşi quşlarının və heyvanlarının növləri.                                                Cədvəl 12 
№                            Quş və heyvanların adı 
Tədqiq olunmuş 
fərdlərin sayı 
Azərbaycan dilində adı 
              Latınca adı 


Yüklə 240,85 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə