Фейзи мустафайев



Yüklə 2,01 Mb.
səhifə10/10
tarix24.12.2017
ölçüsü2,01 Mb.
#17753
növüYazı
1   2   3   4   5   6   7   8   9   10

Əli kərimin şəxsi fondunda, necə deyərlər, dostlarının ona rəsmiləşdiril-miş, qeydə alınmış, məhəbbətdlərinin» şahidi oldum.

Deyirlər, insan əşrəfi, qızıl pul deyil ki, hamının xoşuna gəlsin.Yəni onu xoşlamayanlar da ola bilər.Doğrudur,Əli Kərimin şəxsi fondunda onu istəmə-yənlərlə rastlaşmadım.Nə deyirdi, dostları deyirdi.Əli Kərim dostlarına qarşı məhəbbətdə xəsislik etməzdi.Ona görə dostları Əliyə bu qədər mehribanlıq göstərirmişlər.Dostlarının ona verdiyi hədiyyə - kitablardakı kiçik avtoqraflar Əliyə olan böyük məhəbbətindən xəbər verir.Nazim Hikmət sofiyada çıxmış «Seçilmiş şeirlər» kitabını 1957 -ci ildə Əliyə yadigar verib və öz əli ilə orada gül şəkli çəkib.Bu isə Rəsul Rzanın aftoqrafıdır: «Əli Kərimova, gözəl şair, xətrini oğlum qədər istədiyim yaxşı insana».Nəbi Xəzri 1962 - ci ildə Əli Kərimə verdiyi kitabında yazır: «Şəxsiyyətinə böyük məhəbbət və şeirlərinə hörmət bəslədiyim dostum Əliyə».Həmin ildə Bəxtiyar Vahabzadə də Əliyə aftoqrafla kitab verib: «Yaradıcılığına pərəştiş etdiyim Əli Kərim üçün».Bu-rada Nəriman Həsənzadənin: «İnsanlığına heyran olduğum gözəl şair dostum Əliyə»; Fikrət Qocanın: «Dadaş, bu mənim ilk kitabımı oxu.Bəyənməsən, de»;

Fikrət Sadığın: «Bu günün ən istedadlı şairlərindən Əli Kərimə» sözlərini oxuyuruq.

Əli Kərim yaradıcılıq məsələlərinə son dərəcə məsuliyyətlə yanaşan şair idi.Onun əsərlərinin çoxunun adı da, özü də bir neçə variantdadır. «Pillələr» romanı da, pyesləri də, poemaları da.O bəzən elə misralarını bəyənməyib ki, adam oxuyanda məəttəl qalır: bu sətirlərin zəifliyi nədədir? Əli Kərimin xətti səliqəsiz olduğu bir tərəf dursun, o hələ üstəlik əlyazmalarının sahmana salınmasına da əhəmiyyət verməyib.Özünün qeyd etdiyi kimi, onun bir dəftə-rində, demək olar, bütün əsərlərindən parçalar var.Qalın dəftərdə barmaq basmağa yer yoxdur.Bir - birinin «içində» olan müxtəlif yazılar onu göstərir ki, Əli Kərim çox vaxt bir əsərini yarımçıq qoyub başqasını işləyirmiş.

Təbiidir, onun əlyazmaları arasında hələ çap olunmamış əsərləri var.On-ların bəziləri avtobioqrafik xarakter daşıyır.Bu, əsasən Əlinin ilk yazılarında özünü göstərir.O, «Xatirələr» adlı əsərini «Həyat səhifəs» adlandırıb.Yazı, doğrudan da, həyat səhifəsidir.Bilmirəm o bilərəkdən hər şeyi açıq yazıb, yaxud fikirləşib ki, adları dəyişməklə yazıya sünilik gətirər.Burada Əli, vaxtilə sevdiyi qızla yol getməyin sevincini, bu işdə dostlarının ona necə köməklik göstərmələrini təsvir edir.Hər şeyi necə olubsa, elə də yazıb.

Başqaları üçün bu hekayədir, amma Əlini tanıyanlar üçün isə onun özü-nün məhəbbət tərcümeyi - halı.Mən bilərəkdən əvvəlki söhbətimizdə də, indi də qızın (Z.-nin) adını açmıram.Amma həmin xatirədən bir neçə cümləni sizə təqdim etmək istərdim.

«Onların küçəsinə gəldik.İtlərin bizi tutmaq qorxusu vardı.Lakin ən quduz it belə intizar qədər dəhşətli deyildir.Onun səsi gəlirdi.Bu səs mənimçün dünyada ən gözəl səsdir.Bu, mənim taleyimin səsidir…»

Əli Kərimin əlyazmaları arasında «xırda qeydlər» adlandırdığı yazılar da vardır.Budur, onlardan bir neçəsi:

Yolun kənarında təzə əkilmiş bir şitil gördüm.onun yanında əlində bel tutan bir adam durmuşdu: kölgəsi şitilin üstünə düşmüşdü.Bir neçə ildən sonra həmin adamı həmin şitilin kölgəsində oturan gördüm.


*

Müəllimdə tələbəlik hissi öldükdə onun müəllimliyi də ölür.

*

İkiüzlü adamın qəlbi ikiyə parçalanıb məhv olur.



*

O, Şekspirdən söhbət gedəndə də narahat olur, dahi yazıçının qiymətini azaltmağa çalışır; güman ki, o böyük şöhrətin bir parçasını mənimsəmək istəyir.

*

Şair şərabı laləyə, sevgilisinin dodağına - ən gözəl şeylərə bənzətdi, şərab isə onu ən pis şeylərə…



*

O həmişə özünü şəkil çəkdirən adam kimi aparır.


*

Başqasının vəziyyətinə girə bilsən, özgəyə də, özünə də qiymət verə bilərsən.

*

Ağacın sınmış budağından yaş süzülürdü.O ağlayırdı.



*

Yaxşı dost dostun səhvlərinə düşmən kimi amansız olur.

*

Adam üzünü görmək üçün güzgüyə, qəlbini görmək üçün dostuna baxır.



*

Moskvada VÛ Ümumdünya festivalı zamanı üstündə müxtəlif ölkələrin adları yazılmış avtobusları görürdüm.Mənə elə gəlirdi ki. ölkələr elə yaxındır, onların arasında avtobus işləyir.

*

Ayaqlar altında əzilmiş otlar saatlarla çalışır, yavaş - yavaş dikəlirlər.



*

«Korun nəğməsi» ona görə yaxşıdır ki,biz onu dinləyəndə təkcə korun ayaq səslərini eşitməklə qalmır, onun təsəvvürünə gətirdiyi və düşə biləcəyi uçurumu belə görürük.

*

O, boynunu şux tutmaqdan. Özünü şən aparmaqdan yoruldu.



*

Əli Kərimin «Sənə az dedimmi sevmə, ey könül» misrası ilə başlanan bir şeiri var.Həmin şeirin əlyazmasında o aşağıdakı misraları pozub və sonralar da onu heç bir kitabına daxil etməyib:


Göydə havalanıb yerə düşərkən

Sən mənim adımdan vədlər söylədin,

Dedin ki, ey közəl, şeirə düşərsən.
Mən Əli Kərimin yaradıcılığını tədqiq etmirəm.Çünki bu işlə məşğul olanlar var.Amma bir oxucu kimi mənə aydın oldu ki, onun çap edilməyən yarımçıq qalmış və bütöv şeirləri çoxdur.Elə bilməyin, mən onun kitabları ilə arxivdəki yazıları tutuşdururdum.Xeyr.Onun çap edilməyən yazılarını ona görə tanıyırdım ki, həmin şeirlərin bəzi misralarındakı fikir yükü Əli Kərimi bu şəkildə qane edə bilməzdi.O, mütləq bu misraların üstünə qayıtmalıymış.Am-ma qayıtmayıb.

Çox axtardığı sözü tapdıqda sevinərək onun «yamacına» başını söykə-yib dincəlirmiş.Görünür,burada ürəyincə olan sözləri tapmayıb, özü demişkən fikirləşib ki: «mənim öz şeirim xoşuma gəlməyəndə başqasının necə xoşuna gələr».O, bəyənmədiyi şeirlərini, üstündən qalın xətt çəkdiyi misralarını «şairin oxucuya bir hörmət sətri kimi qiymətləndirir.Gözəl fikirdir! Ona görə gözəldir ki, Əli Kərim yazdığına əməl edən şair idi.O, zəif bildiyi şeiri çapa verməməklə oxuculara hörmət edirdi.Ona görə oxucular onu sevir, arxasınca gedirdilər…

Əli Kərimin çap olunmayan bütöv əsərləri də vardır. «Kayutada iki adam», «Qəhqəhə» hekayələri hələ işıq üzü görməyib (Ayrıca mövzu olduğuna görə belə əsərlərin üstündə dayanmaq istəmirəm).

Əli Kərim şair dostlarının müvəffəqiyyətli bir misrasını və şeirini əzbər-dən bilərdi.Onun təbliğinə öz evindən başlardı.Elza xanım xatırlayır ki, Əli Kərim Fikrət Sadığın bu misralarını tez - tez təkrar edərmiş:


A fikirli qaya, a qayğısız Ay!

A laləli cığır, a ötən bulud!

A güllü çəməniöpən körpə çay!

A ilkin eşqimin şahidi şah tut!

Məni də, sizi də yar atdı, getdi.

Eh, sizə nə var ki, yar atdı, getdi.


Əli Kərim xoşlamadığı yazıların müəlliflərinə sərt cavab verməyi də ba-carırdı.O, şeir haqqında heç vaxt ikibaşlı danışmazdı. «Azərbaycan» curnalın-da işlədiyi vaxt onun «Ə.M.» adlı bir müəllifə göndərdiyi cavabın əlyazması qalıb.Fikir verin:

«Redaksiyamıza göndərdiyiniz şeirləri oxuduq.Açıq demək lazımdır ki, şeirləriniz zəifdir.Bunun səbəbi də sizin təcrübəsizliyiniz və şeir qayda - qanununu yaxşı bilməməyinizdir.Siz tez çap olunmağa çalışmayın.Bu sizin zərərinizə ola bilər…Siz adi şeylərə belə diqqət yetirmədiyinizdəndir ki, tez -tez qafiyə, vəzn xətalarına yol verirsiniz.Əsas nöqsanlarınızdan biri də şablon mövzularda yazmağınızdır.Siz konkret mövzu götürüb öz duyduğunuz, düşündüyünüz kimi yazsanız, daha yaxşı olar.Göstərdiyimiz nöqsanlara görə şeirlərinizi çap edə bilmədik.Hörmətlə, ədəbi işçi Əli Kərimov».

Əli Kərim yalnız öyrətmək iddiasında deyildi, o həm də öyrənirdi.Mə-lumdur ki, şair, Əhməd Cəmilin şəxsiyyətinə də, yaradacılığına da böyük mə-həbbətlə yanaşırdı.Bunu da qeyd etmək lazımdır ki, onların yaradıcılıq üslubu, manerası bir - birinə oxşamır.Görün o, Əhməd Cəmil haqqında necə səmimi söhbət edir, onu öz müəllimi adlandırır.

«Üstü yasəmən şəkilli, göy cildli bir kitab: «Şeirlər».Biz onu gözəl bir aləmin qapısı kimi açırıq.Bu kitab ağıllı məsləhətləri, gözəl əsərləri ilə biz gənc yazıçılara müəllimlik edən sevimli şairimiz Əhməd Cəmilindir…Biz gənc şairlərin sevimli müəllimimizə , təşəkkürümüz - onun əsərlərini dönə - dönə dərindən öyrənmək ola bilər.Yazılma tarixindən asılı olmayaraq bütün bu yeni

şeirlər üçün sevimli şairə dönə - dönə təşəkkür etməliyik.Əziz müəllim, sizin yeni əsərlərinizi gözləyirik.Səbirsizliklə gözləyirik».

Həyatın gözlənilməz qəribəlikləri var.Əhməd Cəmil Əlinin vəfatından sonra onun kitabını tərtib etməkdə Elza xanıma kömək etdi.Bu dəfə Elza xa-nım onun kitabını tərtib etməkdə Əhməd Cəmilin həyat yoldaşına kömək göstərdi.Yox, elə bilməyin, bu ailələri şəxsi kədərləri doğmalaşdırmışdı.Vaxtilə

ailə başçılarının bir - birinə olan məhəbbətləri indi davam etdirilirdi.

Əli Kərimin Əhməd Cəmilə olan məhəbbətindən xəbərim vardı - bu barədə o, dəfələrlə özü söhbət açmışdı.Eyni sözü Əhməd Cəmil haqqında da demək olar.Əli Kərimin arxivində Əhməd Cəmilin kiçik bir əlyazması saxlanı-lır.1958 - ci ildə yazılıb:

«Əli Kərimovun «Üçüncü atlı» poeması məşhur rus şairi Lermantovun Azərbaycana səyahətini təsvir edir.Poema ilham və məhəbbətlə qələmə alın-mışdır.Əsər xoş bir təsir bağışlayır.Mən poemanı curnalımızın («Azərbay-can» curnalı nəzərdə tutulur.) yaxın nömrələrindən birində çap etməyi məsləhət bilirəm».

Nə üçün Əhməd Cəmilin bu kiçik qeydi bizə maraqlı görünür və onu yazıda istifadə etmək istədik.Ona görə ki, Əli Kərim Əhməd Cəmilin nə deyə-cəyinə böyük əhəmiyyət verirdi.Yəni onunçün poemasının çap olunmasından ötrü hər hansı bir rəyin olması vacib deyildi.Əhməd cəmilin bu əsər haqqında nə fikirdə olmasını bilmək maraqlıydı.

Əli Kərimin əlyazmaları arasında onun yazıçı Əfqana yazdığı bir məktub da vardır.Əli bu məktubu karandaşla yazıb, sonra yazdıqlarının üstündən qə-ləmlə xətt çəkib.Yəqin üzünü köçürəndən sonra belə edib.Həmin məktub belə-dir: «Hörmətli Əfqan.Sabahın xeyir! Mənim yazımda bir səhv getmişdir: Min-gəçevir əvəzinə Şəki yazılmışdır.Sonra 1- 2 - ci səhifələrdə iki xırda düzəliş var.Əziyyət verdiyim üçün üzr istəyirəm.xəstə olduğuma görə gələ bilmə-dim.Hörmətlə,Əli».

Vərəqin arxasında Əli Kərim bu sözləri yazıb: «qarnlıqda toqquşdum.

Hər gözdə bir zülmət?Mənim gözümün hərəsində bir zülmət gecə».Əlbəttə,hiss olunur bu, başqa bir yazı üçün hazırlıqdır.Bəs Əlinin məktubu nə ilə əlaqədar-dır? Nə məktubun tarixi var, nə də hansı münasibətlə yazıldığına işarə.Amma arxiv materiallarının arasında Əli Kərimin Sumqayıt Dövlət Gənclər Dram Teatrının açılışı münasibətilə yazdığı bir məqalə var.Məqalə makinada yazılıb, özü də «kommunist» qəzetinin başlığı olan vərəqdə.Məqalədən hiss olunur ki, Əli Kərimin Əfqana yazdığı məktub da elə bununla əlaqədardır.Yəqin ki, hə-min məqalə redaksiyada makinada yazıldıqdan sonra onu müəllifə - Əli Kəri-mə göndəriblər ki, oxuyub imzalasın.Əli də oxuyub və yuxarıda dediyi səhvləri düzəldib.

Əli kərimin «Teatrın ilk baharı» adlı həmin məqaləsi makinada altmış doqquzuncu ilin aprelində yazılıb.Maraqlanıram ki, görəsən, qəzetdə çıxıbmı? Məqalə ilə rastlaşmıram.Lakin o vaxtlar Sumqayıt teatrının baş recissoru işləmiş Nəsir Sadıqzadə ilə «Kommunist» qəzetinin 11 mart 1969 - cu il nömrəsində «Teatrın səhnə nübarı» adlı müsahibə dərc edilmişdir.Müsahibədə belə bir cümlə də vardı: «Hazırda şair Əli kərimin «Ürək güzgüsü» pyesi müəl-lifin iştirakı ilə yeni variantda tamaşaya hazırlanır».

Göründüyü kimi,Əli Kərimin həm bu məqaləsi, həm də Əfqana mək-tubu…vəfatına iki ay qalmış yazılıb.Əlinin həmin məqaləsində belə yerlər vardır:

«Recissorlar müxtəlifdir.Bəziləri məşqlərdə aktyorları öz hakimiyyəti altında saxlamaq istəyir.Aktyor «recissorluğunu» itirir, tapıntıdan uzaqlaşmağa başlayır.Səbrli,təmkinli, istedadlı recissor Nəsir Sadıqzadənin çox düzgün bəhrəli recissorluq üslubu vardır…Nəsir teatrda artistlərin hər birinə özü səviyyəli bir recissor kimi baxır.Onun fikrincə hər aktyor bir müstəqil «teatr» dır.Amma məşqdən - məşqə bu teatrlar birləşib ayrılmaz bir tərkibə çevrilirlər».

Əli Kərim məqalənin sonluğuna əllə yazdığı bu abzası əlavə edib: «Sumqayıt Dövlət Gənclər Teatrının ilk baharını biz arzulayırıq, bu baharın yetişdirdiyi novruz güllərinin ətri nəinki Azərbaycanı, hətta bütün dünyanı tutsun».

Əli Kərimin şəxsi fondundakı sənədlərin hər biri mənimçün maraqlı-dır.O, 1969 - cu ildə - vəfat etdiyi ildə - «Gənclik» nəşriyyatında «Pillələr» romanını nəşr etdirmək istəyirdi.On beş çap vərəqi həcmində.Kitab həmin nəşriyyatda təxminən on il sonra çıxdı.Özü də on çap vərəqi həcmində.

O,vəfat etməsinə üç ay qalmış evini dəyişmək barədə Yazıçılar İttifaqına ərizə ilə müraciət edib.Ərizəsində yazır ki, birinci mərtəbədə olan otaqları işıqsız və havasızdır.Həm də həyətdə səhərdən - axşamadək səs- küy olduğuna görə işləmək mümkün deyil.Taleyə bax: Əli Kərim birinci mərtəbəni…yerin altına dəyişdi - Göyçaya «köçdü».

Mənimçün çox maraqlıydı.Təxminən 20 ildən sonra «Ürək güzgüsü» pyesinin əlyazmasını oxuyub öyrəndim ki, Əli kərim nə üçün məni pyesdəki İxtiyara oxşatmaq istəyirmiş.Daha doğrusu, bir sözümü onun dilində səslən-dirmək istəyirmiş.Kimdir İxtiyar? Əli Kərimdən inciməmişəm ki, məni içkiyə meyl edən İxtiyara bənzədib.Yəqin günahım varmış.Amma bu da mənə təsəlli deyil ki, İxtiyarın müsbət xüsusiyyətldəri də var.O,əliaçıqdır, hazırcavabdır, sözü üzə deyəndir, öz işini biləndir və s. İxtiyar deyir ki, biz çox zaman həqi-qətdən qorxduğumuz üçün içirik.Ondan gizlənmək üçün içirik.O, birinin başqası ilə söhbət etməsini, onu görməsini onun tərcümeyi - halına daxil olması kimi qiymətləndirir.Onun fikrincə, adam başqasının vaxtını alanda öz vaxtını da almış olur.O, insanları görməyəndə özünü daha yaxşı hiss edir.Əl-bəttə, Əli Kərimin yaradıcılığı haqqındakı söhbətlərin çoxu vaxtilə mətbuatda dərc olunmuşdur deyə onlara qayıtmaq istəmirəm.Lakin bu söhbətlərin çap olunmayanları da var.

Əli kərim M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirəndə diplom işinə iki nəfər məşhur rus şairləri: İlya Selvinski və Yevgeni Dolmatovski də rəy yaz-mışlar.Təbiidir, sizin həmin rəylərlə başqa yerdə tanış olmağa imkanınız yox-dur.Həm də bu rəyləri görkəmli şəxsiyyətlərin yazdığını nəzərə alıb, ixtisarla da olsa onlarla sizi tanış etmək istərdim.

İlya Selvinskinin yazdıqlarından:

«Şeirlər, şübhəsiz ki, isdedalı yazılmışdır.Xüsusən məhəbbət mövzusun-da yazılmış şeirlər güclüdür.Həmin şeirlərdə Kərimov bir şair kimi çox düzgün mövqe tutur: o özündə Azərbaycan xalq poeziyasının mədəniyyətini dərindən əks etdirsə də, onun ardınca daban - dabana getmir, əksinə, onu müasir poezi-yaya döndərə bilir.Bax, elə buna görə də Kərimovun şeirləri əsl xalq poeziyası təsiri bağışlasa da, həm də müasir əlvan boyalarla zəngindir və şairin fərdi yaradıcılıq dəsti - xəttinin olduğunu göstərir.Bununla əlaqədar «İki sevgi» şei-ri xüsusilə xarakterikdir.

Qızın saf su ilə, sonrakı misralarda işıqla, səslə müqayisə edilməsi - xalq yaradıcılığından irəli gəlir.Sonra müqayisənin inkişaf etdirilməsi iki obraza ayrılır: biri müəllifin hissi, baxışı (müsbət xarakterli), o biri onun rəqibinin baxışı (mənfi xarakterli).Bax, bu iki kişi xarakterinin münaqişəsi, iki nəfər kişinin bir qıza münasibətləri, şeirin son misrasınadək davam edən konflikt -şairin şəxsi ideyasının məhsuludur.

«Kür sənə bənzəyən nəğməm olaydı!» şeirinə də bu mövqedən yanaşmaq lazımdır.Şair burada arzu edir ki, onun da nəğməsi bu dağ çayı kimi gur olaydı.Buradakı müqayisə yolu xalq yaradıcılığından gəlsə də, gərək olmaq, xeyir vermək ideyası müasirdir:
«Yazdığım nəğmə də istərəm ki mən

Sədada, qüdrətdə tamam sən ola.

Həvəslə, zövq ilə həm dinlənilən,

Həm də ki, gözlərə görünən ola…»


Dünya şöhrətli başqa bir şair - Yevgeni Dolmatovski də Əli Kərimin yaradıcılığı haqqında böyük məhəbbətlə söhbət açır.O, yazır: «Şeirlərin sətri tərcüməsi göstərir ki, Əli Kərimov istedadlı adamdır.Bu qovluqdakı bəzi şeirlər

Son dərəcə poetikdir.İlk növbədə… «İki sevgi», «Bakı küləyi», «Qaytar ana borcunu», «Məlahət» şeirlərini göstərmək istərdim.

«Bakı küləyi» şeiri xüsusilə diqqəti cəlb edir.Külək haqqında nə qədər yaxşı və pis şeirlər yazılmışdır! Amma gənc şairin yazdığı bu kiçik şeir adamı, həqiqətən həyəcanlandırır.Bu şeirdə o qədər enerci, o qədər inadlı nikbinlik vardır ki, onlar şairə yaxşı mənada yaradıcılıq həsədi doğurur».

Yevgeni Dolmatovski də «İki sevgi» şeirini yüksək qiymətləndirir: «…Nə üçün bu şeirdə Şərq poeziyasının ənənəvi obrazları Füzuli və Vidadini təqlid etmək təsiri bağışlamır? Ona görə ki, şeirdə hər şey şairin demək istədiyi göynədici bir fikrə tabe edilmişdir.Bu kiçik şeir həyacanlarla, ehtiraslarla doludur,Sətri tərcümə göstərir ki, şeirin özü də ustalıqla yazılmışdır. «Qaytar ana borcunu» şeiri də mövzu etibarı ilə buna yaxındır.Gənc şair burada çox kəskin bir məsələ qoymağa çalışır.O bu məsələni lirik monoloqla, yüksək publisistik əsər kimi səslənən ilhamla yazılmış şeirlə həll etmək istəyir.Mən təsadüfən «ilham» sözünü yada salmadım.Əli Kərimov elə xüsusiyyətə malik şairdir ki, o, ağlın gücü ilə yazılmış şeirlə müvəffəqiyyət qazana bilməz.Şeir-lərin parlaq olması üçün onlar qəlbin güclü həyəcanları hesabına yaranma-lıdır».

Fikir verdinizmi, bu iki məşhur şair Əli Kərimin yaradacalağa haqqında necə yüksək fikirdədirlər.Özü də onlar, hələ Əli Kərimin ilk şeirləri ilə tanış idilər.Bu, o Əli Kərim idi ki, hələ ona Kərimov Əli deyirdilər.Bu, o Əli Kərim idi ki, hələ dörd ildən sonra ilk kitabını nəşr etdirəcəkdi…

Əli Kərimin yaradıcılığından danışarkən onun əsərlərini izah etmək la-zım gəlmir.Xüsusən şeirlərini.Çünki şeirlərdə təsvir olunan obyekt görünür,ha-disə yenidən yaşanır.Əgər belə demək mümkünsə o,şair - rəssamdır.Yəni, onun əsərlərində oxuduqlarını görə də bilirsən.

Belə ifadə üçün üzr istəyirəm:Əli Kərim bir sevgisinin sözlərini o biri sev-gisinin sözlərinə calaşdırmır.Bir sevgisinin gözəlliyindən, başqa sevgisindən da-nışarkən, necə deyərlər, «ədəbi material» kimi istifadə etmir.Onun şeirdə təsvir etdiyi adamları xasiyyətinə, cizgilərinə görə arayıbtapmaq olar.Yəni o, naməlum adamlardan yazmır.Həm də fotoqraf deyil ki, hər şeyi olduğu kimi köçürsün.Onu fərqləndirən nədir? Əli kərimin müşahidə və ifadə tərzi.

Əli Kərimin məhəbbət şeirlərində çox qabarıq «mən» i vardır.Sevgilisi ilə öz sözləri ilə danışır.hər vaxtın öz sözünü tapır.Nə vaxtsız vüsala yetmək istə-yir, nə də ayrılmağa tələsir.Əli Kərimin məhəbbət şeirləri elə bil dağın ətəyin-dən başlayı zirvəsinə qalxan cığırdır.Yəni bu şeirlər müxtəlif illərdə yazılsalar da, elə bil onlar bir - birinin davamıdır, aralarında daxili məntiqi bağlılıq var.Bu, özünütəkrar yox, özünütəsdiqdir.O, heç vaxt sevgilisinə demir ki, peşi-man olacaqsan; ürəyini qınayır ki, niyə onu sevdi? Onun dili gəlmir sevgilisini etibarsızlıqda təqsirləndirsin.

Bayaq dediyimiz fikrə - Əli Kərimin məhəbbət şeirlərindəki daxili ardı-cıllığa, daxili bağlılığa diqqət edək.Fikir verin, müxtəlif şeirlərdəki eyni ürək çırpıntılarına, həyəcanına:
Nə könlün ağlayır,

nə rəhmin gəlir,

Bəlkə də dünyadan bir insan gedir.
Gecə də, gündüz də fikrimdə sənsən,

Mən kimin fikrində yaşayım söylə?

De hansı bir ürək qəbul eləyər

Məni sən ünvanlı dərdlə, gileylə,

Hansı bir ürəyə yan alsam əgər,

Dərdimin adından biləcək yadam.


Sənsiz nə çətin imiş

Gecə ilə bacarmaq

Nə şıltaqmış, nə tərsmiş

İntizarın, həsrətin.


Mən belə bilsəydim,

Könlümün dəli,

Sərsəri vaxtında atardım səni.

Sən mənim qədrimi biləsən deyə

Bu cavan yaşımda ölümmü indi?

Əli Kərimin bu şeirlərini oxuyandan sonra «mən indi bildim məhəbbət nəyə qadir imiş» deyə düşünürsən.Bəlkə də belə açıq danışdığıma görə məni qınadınız.Niyə? Gözləyək, hər şey unudulsun, ondan sonra «tədqiqat» apa-raq? Dediyim kimi, Əli Kərim birinə müraciət edib o birisini nəzərdə tut-mur.İki sevgisinin hər birindən ayrıca danışır.Bu misralara diqqət edin:


Doğubdur oğlunu nə bədbəxt anam,

Sevdiyi sevməyir onu cahanda.

Hətta qəbirdə də alovlanaram,

Yer yanar, mən yanıb alovlananda.


Doğrudur, sonralar Əlini sevən tapılacaqdı.Lakin həmin şeiri yazanda Əlinin sevdiyi qız…onu sevmirdi.Bu şeiri yazanda Əli Kərim heç vaxt deyə bilməzdi:
Xeyli vardır,

bir sözün qoşa hecası kimi,

Ayrılmazdır qılbimiz…
Çünki bu şeirlərin hərəsinin arxasında konkret adam var.( Kiçik bir ştrix: birinci şeiri yazanda Əlinin sevdiyi qızın adı üçhecalıydı…)

Əli Kərimin yaradıcılığı haqqında çox görkəmli adamlar söhbət açmışlar.İnanıram, gələcəkdə bu söhbətləri bir yerə yığan da tapılacaq…

Yadınıza gəlirmi, kim ölümlə təkbətək qalanda belə yanıqlı, həm də uzaqgörənliklə danışıb: «…ölüm oğlanlarımın təbəssümüylə gülümsəyəndə, onların hələ dünyanı tamam yığa bilməmiş gözləriylə baxanda…inandım öləcəyimə.Demədim heç kimə».

Yadınıza gəlirmi belə sözlər? Xeyr? Elə mənim də yadıma gəlmir.Amma yadımdadır ki,Bəxtiyar vahabzadə deyib: «Mənim fikrimcə,Əli Kərimin yara-dıcılığı hələ açılmayıb.O, gələcəyin şairidir».O yadımdadır ki, Xudu Məmmədov deyib: «Əli Kərimi şeirimizdə müəyyən bir mərhələnin başlanğıcı hesab etsək, yanılmarıq…» O yadımdadır ki, professor Mustafa Salahov deyib: «Bəli, mən öz sənətimi ədəbiyyatsız təsəvvürə gətirə bilmərəm, hətta onu mənə sevdirən də şeir, sənət olmuşdur.Bu xeyirxahlıq, köməklik və dostluq üçün hər şeydən əvvəl şeirimizə, o cümlədən Əli Kərimin sənətinə min-nətdaram».Mən hələ eşitməmişdim ki, «dostun sədaqətində, yarın məhəbbə-tində, düşmənin nifrətində, ölümün möhlətində» itmək olarmış.Bunu ilk dəfə Əli Kərimdən eşitdim.Mən hələ eşitməmişdim ki, xəyanət, rəzalət ölümdən də pis olarmış.Bəzən ölüm səadətdən gözəl olarmış.Bu möcüzəni Əli Kərim göstərdi! Sözlər haqqıda çox eşitmişdim.Amma eşitməmişdim ki, onlarla bu dildə danışan olsun:


Yox, qardaşım sözlər!

Dostum sözlər!

Bəsdir daha dözdüm, sözlər!

Nə vaxt bəs sizinlə

verib çiyin - çiyinə

hücum edəcəyik mənaların çiyinə!?

çox şairin özündən narazılığını eşitmişdim.amma eşitməmişdim ki, kimsə etiraf edib desin: könül sözlü qaldı, suallı qaldı.Fikirlərimi, hisslərimi ifadə edən bir söz tapa bilmədim…

Əli Kərimin yaralı ürəyi - əlyazmalırı əlimdədir.Döyün ürək, döyün: sənin dayanmağa haqqın çatmır.Sənin istiliyin əllərimi yox, ürəkləri qızdırır.Döyün ürək, döyün! Sən bizə təsəlli üçün lazımsan.

Hardansa Əlinin öz səsi qulağıma çatır:

Köçərəm dünyadan, ölmərəm yenə,



Səsim torpaqdan da gələcək mənim!
Bax, beləcə, təsəlli ol bizə: döyün ürək, döyün.Döyün ürək, döyün!..
Sentyabr 1985.





Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə