Jurnal 2017 01qxp jurnal qxd



Yüklə 43,55 Kb.
Pdf görüntüsü
tarix30.12.2017
ölçüsü43,55 Kb.
#18410


Sayalı yurdlar 

BƏHRUZƏR RÜSTƏMOV

OĞUZ YURDUNUN TƏBİƏTİNDƏ ƏFSANƏVİ

KOROĞLU İZLƏRİ

“Koroğlu” Tovuzun Əlibәyli vә Yuxarı

Öysüzlü bölgәlәrinin qovuşuğunda әsas hissәsi

Mülkülü kәndinin әrazisindә yerlәşәn unikal

dağ-abidәdir. 

Koroğlu tәkcә Azәrbaycanın deyil, bütün türk

xalqlarının ortaq qәhrәmanıdır. Xalqımızın halal

dastanı olan “Koroğlu” boylarında millәtimizin

ruhunu dik saxlayan dәyәrlәr, elә kodlaşdırılmış

enerji var ki, onlar bütövlükdә xalqımızın milli-

mәnәvi dәyәrlәr sisteminin әsasını tәşkil edir.

Qәhrәmanlıq simvolu olan Koroğlu adı vә

toponiminә tarixi Vәtәn torpaqlarımızın çox

yerlәrindә rast gәlmәk olar. Tovuzumuzda  belә

ad vә abidәlәrdәn üçünü tanıyıram. Onlardan

biri Mülkülüdәki “Koroğlu”dur. Dәniz sәviyyәsindәn 830 m yüksәklikdә

yerlәşәn bu dağa, qәribәdir ki, yerlilәr heç vaxt dağ demir. Ondan kiçik

yüksәkliklәrә-Dәryәn dağına, Ağdağa, Dolmatlı dağına, Quş dağına,

Ceyran dağına dağ deyir, onusa sadәcә “Koroğlu” adlandırır. 

Toponimlәr- milli kimliyimiz

Yeri gәlmişkәn, Mülkülüdәki toponimlәri dә burada verirәm ki, qoy heç

nә itә-bata düşmәsin! Axı, torpağın da, yerin dә, daş-qayanın da yaddaşı var

vә onlar xalqın keçdiyi yolu, gәlmiş-keçmişi gәlәcәyә ötürür. Yer-yurd adları

hәm dә ölmәz-itmәz abidәlәrdir vә  milli kimliyimizdir: “Koroğlu”, Uçux,

Uçuğun beli, Alban qәbirstanlığı, Rәhim kalafası, Mağara vә ya Mağaza,

Çınqıllıq, Yarınoux çınqıllığı, Otağın qabağı, Quzuluq, Zağa taxçası, Qüllә

vә ya Qillә, Mal qәbirstanlığı, Xırman yeri, Qıllı tәpә, Kişmişdik, Çürük

dәrә, Ağotlu silvi, Hacallı yolu, Çaylı, Bәzәk dәrәsi, Vesqan dәrәsi, Qardalı

qayası, Dolmatlı, Şәrifli, Şәrifli yurdu, Kalafalar, Böyük düz, Bәşir qayası,

Mağara qayası, Qara bulaq, Qanlı dәrә, Çay, Kәhriz, Kәhrizin üstü, Quyular,

Dәvә damı, Dәryәn dağı, Yasovullu yurdu, Buzxana, Sәfqulu, Sәfqulunun

beli, Daş çıqqıldayan, Əhmәddәr yurdu, Alümbәtdi yurdu, Noylu bulaq vә

ya Hamza bulağı, Uçuğun döşü, Qayvalı bulağı, Novruz bulağı, Tahir bulağı,

Şәrifli bulağı, Rus bulağı vә ya Tat Mәhәmmәd bulağı, İbrahim bulağı,

Harava dәrәsi, Bazar yolu, Qaya Tağı, Uj güney,   “Koroğlu”nun dalı, Qaya



34

Ôîëêëîðå àíä Åòùíîgðàïùé

2017  ¹ 01


Tağının beli, Hәmdullah ölәn vә ya Tik daş, Göy güney, Orta güney, Orta

kәmәr, Bala Fәrzalı, Böyük Fәrzalı, Ağdağ, Palıddı, Maşaiskәndәr yalı,

Çopurrux, Boalı, Baydalı, Musa çökәyi, Mansır çökәyi, Cülyәlilәr, Dam

qaya, Qarağacdıq, Xaçın ağzı, Qoşanüy, Qını әkәn, Astan günnüyü, Hamza

çökәyi, İmam ehsanına әkilәn, Qamışdıq, Kalafalıq, Tülkü tәlәpәsi, Cәfәr

tәpәsi, Qızılqaya, Qaçaqlar mağarası, Dumru yәhәr, Div qalası, Avdı dum-

rusu, Mәhәr kalafalığı, Dovşan tәpәsi, Kәrim dağdağanlığı, Qızılqayanın

qabağı, Oyuğun beli, Arxac dәrәsi, Camış güneyi, Eminallaın yurd yeri,

Dәrin yol, Dәryәnin dalı, Qarannıq dәrә, Mirzalı qayası, Aşacaq (kәnddә üç

Aşacaq var), Palıddı böyürtikanlığı, Xuman yolu, Qolpun, Vәzir kalafalığı,

Cәlil vurulan...

Aşağı Mülkülüdәki toponimlәri dә, mәqamıdı, burada sadalayıram:

Xunam, Xasadar, Gәdә qobu, Gen qobu, Boz tәpә, Qara quzey, Xanağanın

yataq yeri, Şәmşilinin yataq yeri, Kalvayı Kәrimlinin yataq yeri, Şәriflinin

yataq yeri, Qınıların yataq yeri, Alınçalı, Kalvayı Əsgәrin dәyirman yeri,

Kәrәmin dәyirman yeri, Tat ölәn, Acı vә ya Bağırsaq, Ağdaş, Pul tәpә vә ya

Pullu tәpә, Sәrhәd cığırı, Hacı Şirin düzü, Qışlaq, Kür yaxası, Alagöllәr

(Əlöyüllәr), Torpaqqala,  Qara börk, Sümüklü dәrә, Saqqızdı dәrә, Xuman

yolu, Əloyül, Ərtellәr (Artellәr), Kişmişdi tәpә, Sarının yoxuşu, Xәznәlik,

Alümbәt tәpәsi, Babaş tәpәsi...

Qәşәmin tapdığı “Koroğlu”

Qayıdaq mәtlәb üstünә ki, Mülkülüdәki bu hündür dağa niyә elәcә

“Koroğlu” deyirlәr? Bunun açmasını 17-18 il bundan irәli çözmәyi bacaran

bizim Qәşәm Bәhruzәrә hәmişә alxışçıyam. Bir dәfә Xaçın ağzı vә

Qızılqayanın yanı sәmtdәn baxanda Qәşәm dedi ki, bir baxın, indicә tapdım

niyә ona “Koroğlu” deyirlәr. Sonra da әlini uzadıb onu göstәrdi vә

barmaqları ilә dә arxası üstә dirsәklәnib uzanan bahadırın sifәt cizgilәrini

çәkdi ki, odu bax  Koroğlu babamızın sinәsi, çәnәsi, dodağı, burnu, eşmә

bığları, gözü, alnı, alın qırışları, qәdim türklәrdә olan sayaq kәkilli hörüklәri,

sifәtinin almacıq sümüyü...

Heyrәtimdәn quruyub qaldım: doğrudan da әsl Koroğlumuz-qoç

Koroğlumuz, azman igidimiz, әrәnimiz, qos-qoca pәhlәvanımızın özüdü-

dirsәklәnib ana torpağın keşiyini çәkir. Tanrı, böyük Yaradan qayanı sanki öz

әli ilә yonub-yonqalayıb nәr Koroğluya döndәrib.

Hәyatda mәnә elә gәlir, heç nә tәsadüfi olmur. Sәhnәdә vә kinoda mәnәvi

atamız Koroğlunun obrazını yaratmaq istәyәndә, ya rәssam onun portretini

işlәyәndә qәhrәmanın ruhu gәlir o rejissorun, o rәssamın qәlbinә hakim

kәsilib surәti gözünә görünür vә obraz kimi, portret kimi yaradır onu

yaradıcı. Böyük Üzeyir bәyin “Koroğlu” operası tamaşaya qoyulanda da

belә oldu: ölmәz Bülbülü elә qrimlәdilәr ki, sanki bizim Mülkülüdәki



35

Ôîëêëîð âÿ Åòíîãðàôèéà

2017  ¹ 01


“Koroğlu”muzun Qәşәm tapdığı profil dә, elә bil, onun eynidir. Bunu qoyum

ona gedim, bu tapdığımız (әslindә heç nә tapmamışdıq, elәcә oğlumun

bәsirәt gözü açılıb, damarlarındakı qanın diqtәsi ilә alt şüurumu,

tәhtәlşüurumu, genetik kodla ötürülmüş daşlaşmış yaddaşmı oyanıb abidә

dağımızı-“Koroğlu”nu  ona olduğu kimi göstәrmişdi) Koroğlu görünüşünü

yeddi arxa dönәni burada yaşayan, özü dә bu torpaqdan әmәlә gәlәn yerli

sakinlәrә, ziyalılarımıza, araşdırmaçılara göstәrmişdim (hәm yerindә natura-

da, hәm dә “Qarğınsız” vә “Keçmiş gәlәcәk” kitablarımda dәrc olunan foto-

larda), onlar әlini birini bәrkdәn o birinә vuraraq: “Bay sәnin, elә bil ki,

pәhlәvandı”,- deyib mat qalmışdılar vә etiraf edirdilәr ki, bәlkә “Koroğlu”ya

min dәfә baxıblar, ancaq o görünüşü heç vәdә görmәyiblәr. Heç keçәnlәrdәn,

ata-babalarından da bu haqda bir şey eşitmәyiblәr.



Qutsal nümunә

Qәhrәmanlıq simvolu olan “Koroğlu”muzun çox böyük ruhi enerjisi var.

Tanrının yaratdığı bu möcüzәli mәkanın halәsi qeyri-adidir. Minilliklәrdәn

bәri onun başında Novruz tonqalları qalanır. Bizim yerin insanları

“Koroğlu”ya әn qutsal abidә kimi yanaşıb ona tapınırlar. Adamlarımız dilәk

dilәyir, muradına yetәndәn sonra fәsәli bişirib, şiriniyyat gәtirib “Koroğ -

lu”nu ziyarәtә gәlәr, ya әhdinә çatıb sevinәndәn sonra bu möcüzә dağ-

abidәdә tonqallar çatarlar. Atamın yaranışı, bir neçә il öncә anam Sәmayәnin

ulu nәnә kimi pak dilәyinә yetmәsini elә  biz özümüz, öz nәsilimiz-

kökümüzdә canlı olaraq sınamışıq .

Babam Qәşәm mәşәdi Rüstәmlә nәnәm Xanxanım Murğuzu Tanrı çox

sınağa çәkir. Neçә il dalbadal yaranan körpәlәrdәn heç biri әllәrindә-



36

Ôîëêëîðå àíä Åòùíîgðàïùé

2017  ¹ 01


ovuclarında qalmırmış. Axır-axırda Yasovulluda әslәn Ərdәbil Ocağının

övladlarından olan Sәlmi ciji Xanxanımı da, tәzә doğulmuş körpәni dә

götürüb qalxır “Koroğlu”ya. Çağanı qoyur qayanın üstünә, sonra da

gәtirdiklәri qatdamanı, fәsәlini, pul nәzirini “verirlәr” qayaya. Hündürdәn üç

dәfә tәkrarlayırlar ki, bax ay qaya, pul-paranı verdik-uşağı aldıq. Adını qoy-

duq Qayadan Verib Aldığımız-Qayvalı.

Allah gözünüzә işıq versin, 1929-cı ildә olan o әhvalatdan sonra atam

Qayvalı Qәşәmlә yanaşı babamın daha üç övladı da dünyaya gәlir, Tanrı

sizinkilәri dә pәnahında saxlasın, indi, törәmәlәri, maşallah, bir obadı.

Uşaqkәn o әhvalatı bildiyimә görә maraqlanıb qalxmışam, başına dönә-

dönә dolanmışam “Koroğlu”nun .

Unikal abidә

“Koroğlu”muz uzaqdan sal bir qaya kimi görünür. Əslindә “Koroğlu”

başdan-başa tarixi abidәdir. Qaya-dağ aşağıdan mәrtәbә-mәrtәbә hörülәrәk

böyük istehkamlar sisteminә çevrilib vә yenilmәz qala formasına salınıb.

Qalanın elә yeri var , relyefә görә divarın qalınlığı 3-5 metrdir. Aqıl babalar

elә ustalıqla yaradıblar ki, onların әllәrinin yadigarlarına baxanda günü bu

gün dә heyrәtlәnmәyә bilmirsәn. Unikal arxitekturaya malik bu “Koroğlu”ya

baxanda adamın inanmağı gәlmir ki, bu insan әli ilә әrsәyә yetibdi. Doğru -

dur “Koroğlu” öz başındakı qala vә Koroğlu evi deyilәn  (әslindә yerlilәrin

bәzәn otaq adlandırdığı o tikili  tapınaq yeridir,öz quruluşuna görә mәbәdә

daha çox oxşayır) tikili olmaqla iki abidә şәklindә tarixi abidә kimi dövlәt

qeydiyyatına alınıb. Hәqiqәtdә isә “Koroğlu” özü başdan-başa misilsiz bir

maddi-mәdәniyyәt   nümunәsi, ulu babaların indiki nәslә göndәrdiyi ölmәz-

itmәz ismarıncdır. Orada, arxefaktlar, qala divarları, bürclәr, pillәkәnlәr, daş

mağaralar, yeraltı yollar, dәrin-dәrin quyular, istehkamlar, qalaçalar, qüllәlәr,

qayadan çapılmış gözәtçi sığnaqları, daş hovuzlar vә quyular, sәnәtkar

mәhәllәlәri, mәdәni tәbәqә, saxsı vә keramika nümunәlәri, gil möhürlәr, od

vә tüstü ilә xәbәrlәşmәyә xidmәt edәn qüllәlәr... bir sözlә, dünya binnәt

olandan özündә müxtәlif mәdәniyyәtlәri birlәşdirәn elmi faktlar saysız-

hesabsızdır.  Tarixin әbәdi izlәrini yaşadan vә elmi yanaşmalarla heç vaxt

öyrәnilmәyәn bu misilsiz abidәmiz öz yandımcan tәdqiqatçısını gözlәyir. 

Bir xatirә

1967-cı il idi. Yay tәtilindә Mülkülüdә dәdә-baba mülkümüzdә idik.

Xәbәr tutduq ki, alimlәr gәlib Dәryәn dağından durbinlә “Koroğlu”nu

“öyrәnir”. Babam onları çağırtdırdı, uşaq vaxtı başına gәlәni danışdı:-Ay

bala-oğul, әvvәla bu “Koroğlu” elә-belә dağ döyül. Bura müqәddәs bir Ocaq

vә adamları muradına çatdıran bir yerdi. Uşaq vaxtı “Koroğlu”nun sinәsindә



37

Ôîëêëîð âÿ Åòíîãðàôèéà

2017  ¹ 01


mal otaranda bax onun o Ağdağ sәmtindә iri bir daş vardı, ona әlimdәki

ağacla vuranda elә bil, altı çox böyük bir boşluqmuş, mağaraymış kimi әks-

sәda verir, bir müddәt sonra boğuq sәs gәlirdi. Mәslәhәtdi ki, gedib bir ora

baxasınız... “Alimlәr”  fikir vermәdilәr, daha şәr qarışdığına görә maşınla -

rına minib getdilәr. 

Yeraltı yollar

“Koroğlu”nun Mülkülü sәmt qabağından baxanda yerlilәrin “mağaza”

dediyi bir mağara var vә bu mağaranın dibi görünmür. Adamlar orada bir

müddәt irәli gedәndәn sonra üşәrgәlәnir, hәm daş uçqunu, hәm nәmişlikdәn

vә hәm dә vahimә basdığından irәlilәyә bilmir. Zaman-zaman ora girәn

çәpiş, toğlu gedir vә bir dә geri qayıtmır. Adamlarımız inanır ki, bu,

“Koroğlu”nun, vaxtilә dağ döşündә mövcud olmuş iri yaşayış yeri vә

şәhәrin, indi ondan nişanә qalan şәhәrgahın, qayanın başındakı qalanın gizli

yollarından biridir. Köhnә kişilәr hәm dә deyirmişlәr ki, qayanın altında yol

haçalanır, biri günbatana (babam deyәn), biri isә Kürә doğru istiqamәtlәnir. 

Doğrudan da elin-elatın sığınıb istilaçılarla mübarizә apardığı “Koroğ -

lu”dakı qala, iç qala, sarp qaya daşlarından çapılaraq düzәldilmiş sәdd vә

baryer-istehkamların müdafiәçilәri üçün belә yeraltı yolların olması hәyatı

әhәmiyyәtә malik idi. Bәllidir ki, qalaların yeraltı yolları üç mәqsәd daşıyır -

dı: mühasirә zamanı su tәchizatı, silah-sursat vә azuqә çatdırılmasında;

müda 


fiәçilәrә әlavә kömәk yetişdirmәkdә; qala Allah elәmәmiş, süqut

edәrsә gecә ikәn onu tәrk etmәk üçün   (әtraflı bax  www.youtube/behruzerle



38

Ôîëêëîðå àíä Åòùíîgðàïùé

2017  ¹ 01


kecmisgelecek №-1 Koroğlu). 

Hüsnü cәlalә, sfinks vә boz qurd

Vüqar-әzәmәt simvolu olan “Koroğlu”muz dörd bir yandan baxanda

tamam ayrı-ayrı profil vә görkәmlәrdә boy verir. Dedik ki, Mülkülüdәki

Qızılqaya sәmtindәn o, qoç Koroğlunun qayada çapılmış heykәlidir. Tovuz

şәhәrindәn çıxıb üzü Öysüzlü, Mülkülü vә Əlibәyliyә tәrәf irәlilәyәndә isә

“Koroğlu”nun adamı mat-mәәttәl qoyan görünüşü açılır: torpağın әbәdi

qoruyucusu olan şir sfinksi! Pәncәlәri üstә qısılıb daşlaşmış-heykәllәşmiş

şir! 30 ildәn yuxarıdır, bunu insanlara göstәrirәm; tәәccüblәnirlәr ki, yalan

olmasın, min-on min dәfә yanından keçmişik, ya ona biz dә baxmışıq, bә

niyә görmәmişik?! Ariflәr isә qayıdıb söylәyir ki, Vәtәnin daşı-qayasına da

әmәlli-başlı baxmaq lazımdı, başımızı yerdәn qaldırıb bir ucaları da ürәklә

seyr edib gәrәk hәr şeydә mәna axtarasan. 

Mülkülüyә çatmamış Yuxarı Öysüzlü dә Çürük dәrә qıyısından baxanda

isә “Koroğlu”nun qayasının yarıqlarında Allah TәbәrrüküTәalanın mübarәk

adının әrәb hürufatı ilә yazıldığını-başqa sözlә “hüsnü cәlalәni” görmәk olar.

Hәmin o yazının hәkk olunduğu sütun qayaların sinәsindә dә çoxlu sirli-

sehirli yazılar vә işarәlәr! Oxuyub dәrk edib yayanlara alqışlar olsun! 

Əlibәylidә “Dağdağanın dibi”ndәn baxanda “Koroğlu”nun görünüşü

ağzını göyә tutub ulayan boz qurdu andırır. 

Tarixin hekayәti vә xalqın hikmәti

Bәnzәrsiz “Koroğlu”muz Tanrının yonduğu qayalarıynan, taxçalarınnan,

tәbii-corğafı şәraitinnәn, daha sonra babalarımızın, insan oğlunun yaratdığı

bürclәr, qalalar vә istehkamlarla çox qeyri-adi vә unikaldır. Burada bir bala-

ca lazımi hazırlığı olsa bir uşaq belә bu qala-tapınaqda bir qoşunun qabağını

saxlayasıdı. Elә bu hündürlükdәn, mәtәrislәndiyi o qayaların dalından

düşmәnin üstünә daş hellәtsә, qatran töksә, od-alov yağdırsa mәnәm deyәn

qoşunlar pәrәn-pәrәn olasıdı.

Buradakı silinmәz izlәr, ölmәz-itmәz yadigarlar göstәrir ki, bu, elә belәcә

dә olub. Zaman-zaman bu hәndәvәrlәrdәn qırılmış qılınc, nizә parçaları,

indiki insan sümüklәrindәn az qala üç-dörd dәfә iri olan kәllә, sklet, çoxlu

döyüş lәvazimatlarının qalıqları, qalanın içindәn vә “Koroğlu”nun

döşündәki şәhәrgahdan türkdilli alban tayfalarına aid svastika, günәş, ay vә

müxtәlif sәma cisimlәrini özündә әks etdirәn gil möhürlәr, üstündә hәndәsi

vә nәbati fiqurları, onlardan da daha çox ağacın yarpaq ayası hәkk edilmiş

sinә daşları tapılıbdı. Bәzәn hәvәskarların, çox vaxt da qızılaxtaranların vә

qara arxeoloqların apardıqları qazıntılar zamanı çoxlu maddi-mәdәniyyәt

nümunәlәri üzә çıxıb. Maraqlıdır ki, buradakı çox qәdim qәbirstanlıqdan



39

Ôîëêëîð âÿ Åòíîãðàôèéà

2017  ¹ 01


sinә vә baş daşı qoyularaq tam şәkildә hazırlanmış qәbir kameralarının

bәzisindә heç bir skletә rast gәlinmәmişdir. Bәzisindә isә İslama qәdәrki

dәfn adәtlәrinә aid vә tarixi çox qәdim olan küp qәbir mәdәniyyәti nümunә -

lәri ilә qarşılaşmışlar. 

...Adamın burada sinәsi qabarır, duyğulanır. Şükranlıqla ürәkdәn

deyirsәn:-Allah sizә rәhmәt elәsin torpaq qoyub-yadigar qoyub gedәnlәr!

Bizә necә gözәl torpaqlar, necә gözәl yurdlar әmanәt   qoyubsunuz! Bizimsә

borcumuz bu әmanәtlәri necә var elәcә  saxlamaq, ayağımızı yerә bәrk

dirәyib babalarımızdan әmanәt qalan yadigarları qoruyub saxlamaqdır. Onda

onların ruhu da bizim alxışçımız olar vә bizi yaşadar- biz dә, nәsillәrimiz dә

çörәk taparıq, hәyat taparıq-yaşayarıq. Qoy onların daim başımız üstündә

olan alxışçı ruhları-“Koroğlu” kimi yadigarlarını vaxtaşırı ziyarәt etdiyimiz

ruhlar daim bizlәrә, övladlarımıza, Vәtәnimizә vә millәtimizә yar olsun!

...“Koroğlu”nun gizlinlәri demәklә başa gәlәn deyil. Mülkülü Qızılqa -

yasının qabağından “Koroğlu”ya baxanda azman, әsl Koroğludu ki durub:

arxası üstә  dirsәklәnib Vәtәn keşikçisidir. Bundan da etibarlı keşikçi ola

bilmәz. “Koroğlu”muz nәr kimi, qoç kimi Vәtәn keşiyindә dayanır. Bu tor-

paq müqәddәs vә qeyri-adi torpaqdır! Möcüzә torpağımızın  “Koroğlu”su

qoy hәyat neçә ki var, o da var olsun! Ondan da sәdaqәtli vә sadiq Vәtәnә,

tor pağa, millәtә ikinci bir övlad ola bilmәz! Qoy var olsun “Koroğlu”muz.

Yaşa, Koroğlum, Yaşa! Yaşa, qoç Koroğlu, yaşa! Yaşa-yaşa bizi dә yaşat,

millәti dә yaşat! Sәnin ruhun, elә bir enerjin var ki, mәdәni-ruhi cәhәtdәn da -

şıdığın mәna min illәr indәn sonra da bu millәti dimdik ayaqda saxlayasıdır. 

Dәyәrli oxucu, gәrәk bağışlayasan ki, “Koroğlu”ya müraciәtlә mәn özü -

mü saxlayammayıb daha çox alqışlarımı söylәdim. Axı, “Koroğlu”nun mә -

nә vi-ruhi qavrayışı elәdir ki, bu, elә-belә dә olmalıdır! Eyni zamanda bu

dağ lar vә babalarımızın yaratdığı möhtәşәm qalalar (“türmә” yox ha, hәyat -

da әbәdi var olub qalmaq mәnasını verәn qala!) tәkcә müdafiә istehkamı rol-

unu oynamayıb, o, hәm dә keçmişdәn bu günә gәlib çatan maddi-mәdә niy -

yәt nümunәlәri, babaların, ötәnlәrimizin-әrәnlәrimizin bizlәrә isma rıcıdır. 



SUMMARY

Legend in Oghuz Land’s Nature

The presented article is about toponyms related with our hero “Koroghlu”

and its traces in one of the legendary land of Azerbaijan – Tovuz and its vil-

lages. The author gives several examples and explains their meanings and

ethymology. He emphasizes that these mountains and towers are not only

defence fortification, but also inheritance of our ancestors.



40

Ôîëêëîðå àíä Åòùíîgðàïùé

2017  ¹ 01


Yüklə 43,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə