Feldşer İxtİsası üzrə test tapşırıqları nümunələrİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Xəstənin mədə rentgenoqrafiyasına hazırlanması necə həyata keçirilir?



Yüklə 1,84 Mb.
səhifə6/23
tarix20.09.2017
ölçüsü1,84 Mb.
#1068
1   2   3   4   5   6   7   8   9   ...   23

213) Xəstənin mədə rentgenoqrafiyasına hazırlanması necə həyata keçirilir?
A) Səhər- sifon imaləsi

B) Səhər və axşam təmizləyici imalə

C) Axşam-təmizləyici imalə

D) Axşam-yüngül şam yeməyi, səhər-acqarına

E) Müayinədən üç gün əvvəl tərkibində dəmir olan qidaları rasiondan çıxarmaq

Həzm sistemi üzvlərinin, o çümlədən mədənin planlı rentgenoloji müayinəsi səhər acqarına aparılmalıdır. Müayinə aparılanadək xəstəyə qida, dərman və maye qəbul etmək olmaz, siqaret çəkmək qadağan olunur.


Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.210 “ Təhsil” Bakı 1998.
214) Xəstənin rektoromanoskopiyaya hazırlanması necə həyata keçirilir?
A) Səhər yağ imaləsi

B) Axşam və səhər təmizləyici imalə etmək

C) Axşam təmizləyici imalə

D) Axşam sifon imaləsi

E) Səhər sifon imaləsi

Müayinə səhər acqarına, axırıncı imalədən 2 saat sonra, əsasən xəstənin diz-dirsək vəziyyətində aparılır. Müayinənin ən azı imalədən 2 saat sonra aparılmasına səbəb imalə bağırsağın divarına təsir edərək selikli qişanın rənginin bir qədər dəyişməsidir. 2 saat ərzində rəngini dəyişmiş selikli qişa imalədən əvvəlki halına qayıda bilir.


Ədəbiyyat : C.N. hacıyev ; R.Y.Əliyev. Xəstlərə qulluq. Səh. 215. “ Təhsil” Bakı 1998.
215) Çox miqdarda, irinli-üfunətli bəlğəm ifrazı hansı xəstəlik üçün xarakterikdir?
A) Ağciyərlərin emfizeması

B) Ağciyər absesi

C) Eksudativ plevrit

D) Xronik bronxit

E) Bronxial astma

Ağciyər absesinin gedişində 3 faza ayırd edilir: infiltrasiya, irinliyin açılması (bronx mənfəzinə), nəticə. Irinlik bronx mənfəzinə açıldıqda ifraz olunan üfunətli bəlğəmin miqdarı kəskin artır (500-1000 ml).


Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр226-229
216) Qidada yod çatmamazlığı hansı xəstəliyin əmələ gəlməsinə səbəb olur?
A) Şəkərli diabet

B) Piylənmə

C) Diffuz toksiki ur

D) Kəskin qastrit

E) Endemik ur

Endemik ur zamanı qalxanabənzər vəzinin ölçüləri böyüyür, buna səbəb istifadə olunan suda və qidada yodun çatmamazlığıdır.


Ədəbiyyat : В.М.Боголюбов. Внутренние болезни. Стр.424 Москва. «Медицина» 1983.
217) Kliniki ölümün əsas əlamətlərinə aiddir?
A) Huşun itməsi, bəbəklərin genişlənməsi,iri arteriyalarda nəbzin itməsi

B) Tənəffüsün dayanması, genəlmiş bəbəklərin işığa reaksiyasının olmaması

C) Sapvari nəbz, bəbəklərin genişlənməsi, sianoz

D) Huşun itməsi, yuxu arteriyasında nəbzin itməsi

E) Huşun itməsi, sianoz, bəbəklərin genişlənməsi

Kliniki ölüm ürək və tənəffüs dayandıqdan sonra bir neçə(3-6) dəqiqə davam edən haldır, xəstədə heç bir zahiri həyat əlamətləri olmur, lakin bu müddət ərzində toxumalarda, əsasən də beyin hüceyrələrində hələ geridönməz dəyişikliklər əmələ gəlmir, odur ki, bu müddət ərzində xəstəni həyata qaytarmaq mümükün ola bilir.


Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh.242. “ Təhsil” Bakı 1998
218) Anafilaktik şokun əsas əlamətləri hansıdır?
A) Tənginəfəslik, paslı bəlğəmli öskürək

B) Mədə qıcqırması, gəyirmə

C) Ödem, hipotoniya, sianoz

D) İstilik hissi, arterial təzyiqin enməsi,huşun itməsi

E) Bel nahiyəsində ağrı, ödem, hipertoniya

Anafilaktik şok kəskin allergiyanın ən ağır təzahürlərindən biri olmaqla,həyat üçün təhlükə yaradan haldır. Anafilaktik şokun yuxarıda göstərilən ilk simptomları aşkar edilən kimi, dərhal və təcili həkim çağırılmalıdır.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 504. “ Çıraq” 2008.
219) Sutka ərzində 1 l-ə qədər bəlğəm ifrazı hansı xəstəlikdə rast gəlinir?
A) Ağciyər absesi

B) Ocaqlı pnevmaniya

C) Bronxial astma

D) Bronxit

E) Ağciyər xərçəngi

Ağciyər absesinin gedişində 3 faza ayırd edilir: infiltrasiya, irinliyin açılması (bronx mənfəzinə), nəticə. Irinli bronx mənfəzinə açıldıqda ifraz olunan bəlğəmin miqdarı kəskin artır (500-1000 ml).


Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни».Москва«Медицина» 1983.Стр .226-231
220) Sadalananlardan hansı Kəskin miokard infarktı zamanı həkiməqədərki yardıma aiddir?

1. Nitroqliserin vermək

2. Fiziki sakitliyi təmin etmək

3. Təcili hospitalizasiya etmək

4. Kardioloji briqada çağırmaq

5. Spazmolitiklər vermək
A) 3, 2, 5

B) 1, 2, 4

C) 4, 1, 3

D) 1, 3,5

E) 3, 4, 5

Miokard infarktı zamanı tac damarlarda qan dövranının kəskin pozulması nəticəsində ürək əzələsində nekroz əmələ gəlir.Bu zaman xəstəyə edilən ilk yardımın böyük əhəmiyyəti vardır.Bunun üçün xəstəyə ilk növbədə nitroqliserin vermək, fiziki sakitliyini təmin etmək və mütləq həkim çağırmaq lazımdır, çünki nitroqliserinin təsirindən ağrı kəsmədikdə narkotik analgetiklər yeridilməlidir , bunu etmək isə yalnız həkimin səlahiyyətindədir .


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitab”. Səh.506. “ Çıraq” 2008.
221) Dərman maddələrinin sublinqval qəbulu hansı üsuldur?
A) Tənəffüs yoluna

B) Dilaltı

C) Dəriyə

D) Uşaqlıq yoluna

E) Düzbağırsağa

Dərman maddələrinin subliqval qəbulu latın dilindən tərcümədə dilaltı deməkdir. “Linqva”- dil, “sub”- alt deməkdir və bu dərmanların enteral yolla qəbuluna aiddir.


Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998.
222) Dərman maddələrinin xaricə işlənmə üsulu hansıdır?
A) Dəriyə, selikli qişaya

B) Düz bağırsaqdan

C) Dərialtı

D) Ağızdan

E) Dəriiçi

Dərmanların xaricə tətbiqi dedikdə həmin maddələrin dəri , selikli qişalar ( göz, burun, qulaq və s.) və yara səthində işlədilməsi nəzərdə tutulur. Xaricə tətbiq edilən dərmanlar əsasən yerli, qismən isə rezorbtiv və reflektor təsir göstərir.


Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 131. “ Təhsil” Bakı 1998.
223) Qazçıxarıcı borunu nə üçün bağırsaqda çox saxlamaq olmaz?
A) Xəstəni narahat edir

B) Sterilliyi pozulur

C) Bağırsaq divarında yara əmələ gələ bilər

D) Müalicə effekti olmur

E) Qeyri-iradi nəcis ifraz olunur

Qazçıxarıcı borunu ən çoxu 2 saatdan artıq bağırsaqda saxlamaq olmaz, əks halda düz bağırsağın selikli qişasında uzun müddət qıcıqlanma nəticəsində yara əmələ gələ bilər.


Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 202. “ Təhsil” Bakı 1998.
224) Kateterizasiyadan əvvəl kateterə nə sürtülür?
A) Bitki yağı

B) Təmiz su

C) Antiseptik məhlul

D) Steril vazelin yağı

E) Qliserin

Sidik kisəsindəki sidiyi boşaltmaq, yaxud ora müxtəlif dərmanlar yeritmək üçün kateterizasiyadan- sidik kisəsinə uretral kateterin salınmasından istifadə edirlər, lakin kateteri yeritməkdən qabaq mütləq onu steril vazelin yağı ilə silirlər, belə etdikdə kateter rahat salınır, onun keçdiyi nahiyələr zədələnmir.


Ədəbiyyat : C.N. Hacıyev; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 229.“ Təhsil” Bakı 1998.
225) İnhalyasion üsulla hansı dərman maddələri yeridilir?
A) Suspenziyalar

B) Bərk halda olan

C) Maye halda olan

D) Məlhəmlər

E) Qaz halında olan

İnhalyasiya dərman maddələrinin nəfəslə bədənə daxil edilməsi yoludur.Nəfəs aldıqda qaz halında olan ( oksigen, karbon qazı), tez buxarlanan ( efir, xloroform), habelə narın toz halında olam maddələr ( aerozollar) udulur. İnhalyasiya zamanı çox vaxt dərman maddələrini buxar halında udurlar, bunun üçün xüsusu aparatdan- buxar inhalyatorundan istifadə edilir.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 50 “Çıraq” 2008.
226) Kapsula daxilə necə qəbul olunmalıdır?
A) Çeynənmiş halda

B) Dilin üzərinə səpilmiş

C) Dəyişilməmiş halda

D) Suda həll edərək içmək

E) Xırda hissələrə bölərək

Bir sıra dərmanlar enteral yolla qəbul edildikdə həzm fermentləri tərəfindən parçalanır, bəzi dərmanlar mədənin selikli qişasını çox qıcıqlandırır və s. Bu kimi halları ardan qaldırmaq üçün bəzi dərmanlar daxilə kapsula şəklində verilir.Kapsula daxilə bütöv şəkildə qəbul olunmalıdır.


Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.135. “ Təhsil” Bakı 1998.
227) “Acqarnına” təyin olunmuş dərmanlar nə vaxt qəbul edilir?
A) Yeməkdən 30 dəqiqə əvvəl

B) Yeməkdən 15-20 dəqiqə əvvəl

C) Bilavasitə yeməkdən əvvəl

D) Yeməkdən 10 dəqiqə əvvəl

E) Yeməkdən 1 saat əvvəl

“Acqarına “ təyin olunmuş dərmanlar yeməkdən 30 dəqiqə əvvəl qurtum-qurtum su və ya südlə qəbul edilir, əsasən həzm traktını qıcıqlandırmayan dərmanlar belə verilir, həzm traktını qıcıqlqndıran dərmanlar isə ( məs. indometasin, dəmir preparatları və s.) yeməkdən sonra verilməlidir

Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 135. “Təhsil” Bakı 1998.
228) Dərman maddələri hansı yolla yeridilməsi inhalyasiya adlanır?
A) Selikli qişalara

B) Qarın boşluğuna

C) Toxumalara

D) Tənəffüs yoluna

E) Dilaltına
İnhalyasiya dərman maddələrinin nəfəslə (yəni tənəffüs yolu ilə)bədənə daxil edilməsi yoludur.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 50 “Çıraq “ 2008.
229) “B” siyahısına aid dərman maddələri hansıdır?
A) Antibiotiklər

B) Güclü təsir göstərən

C) Yuxugətirici

D) Zəhərli

E) Bahalı

“B” siyahısına çox güclü dərmanlar daxildirlər və bu dərmanlar stasionarda taxtadan qayrılmış ayrıca şkafda, qıfıl altda saxlanılır. Çox güclü dərmanların ehtiyatı 10 günlük tələbatdan çox olmamalıdır.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 108. “Çıraq “ 2008
230) “A” siyahısına aid dərman maddələri hansıdır?
A) Zəhərli

B) Yuxugətirici

C) Desensibilizasiyaedici

D) Güclü təsir göstərən

E) Hipotenziv

Stasionarda xüsusi şkafın qapısının içəri tərəfinə “ A” hərfi yazılır və şkafda saxlanılan zəhərli dərmanların siyahısı vurulur və həmçinin burada onların birdəfəlik ən yüksək dozası və sutkalıq dozası göstərilir.Burada saxlanılan zəhərli dərmanların ehtiyatı 5 günlük tələbatdan artıq olmamalıdır.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 108. “Çıraq” 2008
231) Dəriiçi inyeksiya hansı nahiyədə aparılır?
A) Saidin içəri səthi

B) Göbək ətrafı nahiyyəyə

C) Bazunun içəri səthi

D) Sağrı


E) Budun bayır səthi

Dəriiçi inyeksiya əsasən diaqnostik məqsədlə,antibiotiklərə orqanizmin həssaslığını təyin etmək məqsədilə aparılır. Diaqnostik məqsədlə dəriiçi inyeksiya saidin ön səthinin aşağı hissəsində aparılır.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 150. “ Təhsil” Bakı 1998.
232) Dərman maddələri əzələdaxili hansı nahiyyəyə yeridilir?
A) Sağrı əzələsi (Deltayabənzər əzələ)

B) Kürəkaltı nahiyyə

C) Saidin içəri səthi

D) Saidin bayır səthi

E) Qarnın ön divarı

Əzələ daxilinə yeridilən dərmanlar əzələlərdə qan dövranının güclü olması hesabına daha tez sorulur. Bu məqsədlə inyeksiya yaxşı inkişaf etmiş əzələyə, əsasən də deltayabənzər əzələyə edilir.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 152. “ Təhsil” Bakı 1998
233) Əzələdaxili inyeksiya zamanı baş verə biləcək ağırlaşma hansıdır?
A) Hava emboliyası

B) İnfiltrat

C) Yağ emboliyası

D) Qanaxma

E) Tromboflebit

Əzələdaxili inyeksiyalar zamanı rast gəlinən əsas ağırlaşma infiltratdır. Bu ağırlaşma əsasən əzələyə dərmanı qısa iynə ilə vurduqda dərmanın əzləyə çatmaması, dərialtına yeriməsi və burada da çətin sorulması nəticəsində əmələ gəlir.İnfiltrat zamanı inyeksiya nahiyəsində ağrılı ,bərk törəmə əllənir.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 160. “ Təhsil” Bakı 1998
234) Əzələdaxili inyeksiya zamanı iynənin uzunluğu nə qədər olmalıdır (mm-lə)?
A) 40

B) 80


C) 20

D) 30


E) 10

Əzələdaxili inyeksiya zamanı iynə yaxşı inkişaf etmiş dərialtı piy qatından keçərək əzələyə çatmalıdır, ona görə bu zaman uzunluğu 80 mm olan iynə götürülməlidir, əks halda inyeksiya ağırlaşması olan infiltrat ,abses əmələ gələr.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 49. “Çıraq” 2008
235) Venadaxilinə damcı üsulu ilə dərman yeridilərkən xəstənin vəziyyəti necə olmalıdır?
A) Qarnı üstə uzanmış

B) Sağ və ya sol tərəfi üstə uzanmış

C) Ayaq üstə

D) Oturmuş

E) Arxası üstə uzanmış
Venadaxilinə damcı üsulu ilə maye yeritmək digər inyeksiyalara nisbətən uzun sürür , ona görə bu inyeksiya zamanı xəstə uzandırılır, ona rahat vəziyyət verilir.

Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 156. “ Təhsil “ Bakı 1998


236) İnsulinlə müalicə zamanı baş verə biləcək ağırlaşma hansıdır?
A) Tromboflebit

B) Lipodistrofiya

C) Nekroz

D) Qanaxma

E) Hepatit

Lipodistrofiya insulin yeridilməsi zamanı rast gəlinir və inyeksiya yerində piy toxumasının itməsi ilə xarakterizə olunur, səbəbi məlum deyil. Lipodistrofiyanın baş verməməsi üçün insulin vurulan yerlər tez-tez dəyişilməlidir.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 160. “ Təhsil “ Bakı 1998
237) İnyeksiya yerini işləmək üçün neçə dərəcəli spirtdən istifadə edilir?
A) 70

B) 80


C) 60

D) 96


E) 75

İnyeksiya vurulacaq yeri 70 dərəcəli spirtdə isladılmış steril tamponla silirlər, belə etməkdə başlıca məqsəd aseptika qaydalarına əməl olunmasıdır.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 48. “Çıraq” 2008
238) Venadaxili inyeksiyanın ani ölümlə nəticələnən ağırlaşması hansıdır?
A) Sepsis

B) Qanaxma

C) Hava emboliyası

D) Nekroz

E) Hematoma

Şpris, yaxud qanköçürmə sistemindən havanın qan damarlarına keçməsi nəticəsində hava emboliyası baş verir ki, bu da ani olaraq xəstənin ölümünə səbəb olur.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 1998
239) Mədə-bağırsağı qıcıqlandıran dərman maddələrini nə vaxt qəbul etmək lazımdır?
A) Yemək vaxtı

B) 2 yemək arasında

C) Yeməkdən əvvəl

D) Yeməkdən sonra, su ilə

E) Yeməkdən 2 saat sonra

Həzm traktını qıcıqlandıran dərmanlar ( məs. indometasin, dəmir preparatları və s.) yeməkdən sonra həkimin göstərişindən asılı olaraq su ilə qəbul edilir.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
240) 10%-li kalsium-xloridin vena daxili düzgün yeridilməməsi nəticəsində hansı ağırlaşma inkişaf edir?
A) Hepatit

B) Qanaxma

C) Abses

D) Tromboflebit

E) Nekroz

Nekroz güclü qıcıqlandırıcı dərmanların, əsasən də 10 %-li kalsium xlorid məhlulunun səhvən dərialtına yeridilməsi zamanı baş verir.Belə hal olduqda dərhal həmin nahiyəyə fizioloji məhlul yeridərək,soyuq qoyulur, bunlar kömək etmədikdə nekrotik toxumalar cərrahi yolla kənar edilir.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 161. “ Təhsil” Bakı 1998
241) İnyeksiya (dərialtı, əzələdaxili) yerində infiltrat əmələ gələrsə nə etmək vacibdir?
A) Buz qovuğu

B) İnyeksiya yerindən aşağıda turna qoymaq

C) Yerli isidici kompress

D) İnyeksiya yerindən yuxarıda turna qoymaq

E) Aseptik sarğı

İnfiltrat zamanı inyeksiya nahiyəsində ağrılı,bərk törəmə əllənir, bu yeridilən dərmanın yaxşı sorulmaması nəticəsində baş verir. İnfiltrat zamanı müalicəyə tez başladıqda müsbət nəticə alınır. Əsas müalicə infiltratın sorulmasını sürətləndirən isidici proseduralar – yerli isidici kompreslər,ultrabənövşəyi şüalarla şüalanma, ultrayüksək cərəyanın tətbiqi olmalıdır.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 160. “ Təhsil” Bakı 1998
242) Yağlı steril məhlulları hansı üsulla yeritmək olmaz?
A) Dərialtı

B) Əzələdaxili

C) Düzbağırsağa

D) Venadaxili

E) Bütün cavablar düzdür

Yağlı məhlulları ( məs. kamfora ) səhvən venaya yeridilməsi zamanı ağciyər damarlarında yağ emboliyası baş verə bilər.Bu zaman xəstədə ürək nahiyəsində qəflətən ağrı, boğulma,öskürək, döş qəfəsinin yuxarı hissəsində dərinin göyərməsi baş verir.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 1998
243) Dərman maddələrinin parenteral yeridilməsinə aiddir:
A) Düz bağırsağa

B) Uşaqlıq yolu ilə

C) Dilaltı

D) Tənəffüs yolları ilə

E) Əzələdaxili, venadaxili

Parenteral ,yəni həzm traktından kənar yolla dərmanlar inyeksiya yolu ilə yeridilir. Yuxarıda sadalananlardan əzələdaxili və venadaxilinə dərmanların yeridilməsi inyeksiya yolu iə baş verdiyindən bunlar parenteral yeridilmə sayılır.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 137. “ Təhsil” Bakı 1998
244) Havanın damar mənfəzinə keçməsi hansı ağırlaşmaya səbəb olur?
A) Nekroz

B) İnfiltrat

C) Tromboflebit

D) Hava emboliyası

E) Ödem

Şpris, yaxud qanköçürmə sistemindən havanın qan damarlarına keçməsi nəticəsində hava emboliyası baş verir, bu da xəstənin qəfləti ölümünə səbəb olur.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 1998
245) Dərman maddələrinin venadaxili yeridilməsinin əsas üstünlüyü nədən ibarətdir?
A) Qaraciyərin baryer rolunun kənarda qalması

B) Xəstədə narahatlıq yaratmaması

C) Müxtəlif preparatların yeridilməsinin mümkün olmaması

D) Asan olması

E) Təxirəsalınmaz tibbi yardım zamanı effektivliyin yüksək olması

Dərmanların vena daxilinə yeridilməsi təcili hallarda tez istənilən nəticəni almağa imkan verir. Lakin buna baxmayaraq, bir sıra ağırlaşmaların baş verə biləcəyinə görə bu manipulyasiya təcrübəli orta tibb işçisi tərəfindən aparılmalıdır.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 154. “ Təhsil” Bakı 1998
246) Venadaxili inyeksiya zamanı iynə damara hansı dərinlikdə yeridilir?
A) İynənin 2/3 (üçdə ikisi) yeridilir

B) İynənin bütün uzunluğu yeridilir

C) Damarın necə yerləşməsindən asılıdır

D) Yalnız iynənin en kəsiyi yeridilir

E) İynənin 1/3 (üçdə biri) yeridilir

Vena daxilinə inyeksiya zamanı dərmanlar əsasən dirsək büküşü nahiyəsindən dirsək venasına yeridilir. Həmçinin dərmanı said və əlin venalarından, uşaqlarda isə gicgah venasından da yeritmək olar. Bu zaman iynənin hansı dərinlikdə yeridilməsi damarların yerləşməsindən asılıdır.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 154. “ Təhsil” Bakı 1998
247) Vena daxili yeridilən 10%-li kalsium-xlorid səhvən dəri altına düşərsə tibb bacısı həmin nahiyəyə nə yeritməlidir?
A) 2%-li novokain

B) 10%-li natrium-xlorid

C) 3%-li hidrogen-peroksid

D) 5%-li qlükoza

E) Fizioloji məhlul

Vena daxilinə yeridiən 10 %-li kalsium- xlorid məhlulu səhvən dəri altına düşərsə bu zaman tibb bacısı həmin hahiyəyə fizioloji məhlul yeridərək, soyuq qoymalıdır.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 161. “ Təhsil” Bakı 1998
248) Təmizləyici imalənin aparılması üçün nədən istifadə olunur?
A) Ucunda qıf olan zonddan

B) Qazçıxarıcı borudan

C) Armudabənzər balondan

D) Esmarx parçından

E) Jane şprisindən

Təmizləyici imalə zamanı istifadə olunan ləvazimatlar bunlardır : tutumu 1-2 litr olan Esmarx parçı, şüşə,plastmas və ya ebonit ucluq, vazelin, müşəmbə və nəcis qabı.


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 203. “ Təhsil” Bakı 1998
249) Təmizləyici imalə qoyulan zaman ucluq hansı dərinliyə yeridilməlidir (sm-lə)?
A) 20

B) 10-12


C) 40

D) 30


E) 2-4

Təmizləyici imalə zamanı ucluğa vazelin sürt2üb,onu bura-bura ehmalca xəstənin anusuna yeridirlər. Əvvəllcə ucluğu 3-4 sm göbəyə tərəf, sonra isə 5-8 sm büzdümə parallel yeridirlər, yəni ucluq cəmi 10-12 sm bağırsqğq yeridilir.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 41. “Çıraq “ 2008
250) Təmizləyici imalə qoyulan zaman xəstə hansı vəziyyətdə olmalıdır?
A) Dizləri və dirsəkələri yerə dayanmış vəziyyətdə

B) Sağ tərəfi üstə

C) Sol tərəfi üstə

D) Arxası üstə

E) Qarnı üstə

Təmizləyici imalə aparmaq üçün xəstəni sol böyrü üstə kuşetkaya və ya çarpayıyının kənarına yaxın uzadırlar, o ayaqlqrını qarnına sıxıb dizdən qatlayır.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 41.“Çıraq “ 2008
251) Ağır xəstənin dərisini hər gün hansı məhlulla silmək lazımdır?
A) 10%-lı kamfora spirti ilə

B) 10%-lı kalium permanqanatla

C) 960-li etil spirti ilə

D) 10%-lı naşatır spirti ilə

E) 0,02%-lı furasillin məhlulu ilə

Ağır xəstələr uzun müddət yataqda qaldıqda onlarda yataq yaraları əmələ gələ bilər. Bunun qarşısını almaq üçün tibb bacısı belə xəstələrin dərisini hər gün 10%-li kamfora spirtində isladılmış tamponla silməli və sildiyi nahiyələri həmin tamponla da yüngül masaj etməlidir


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 63. “ Təhsil” Bakı 1998
252) Ağciyərlərin irinli xəstəliklərinin müalicəsində əsasən hansı qrup dərmanlara üstünlük verilir?
A) Vitaminlər

B) Xolinolitiklər

C) Ağrıkəsicilər

D) Bronxolitiklər

E) Antibiotiklər

Bütün irinli proseslərdə olduğu kimi ağciyərlərin irinli xəstəliklərində də kompleks terapiyanın önündə antibiotiklərə üstünlük verilir (böyük dozalarda). Bu ilk növbədə əsasən irinləməyə səbəb olan mikrofloraya təsir edir.


Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр226-231
253) Ikinci dərəcəli yataq yarasının əlaməti hansıdır?
A) Avazıma

B) Qızartı

C) Ödem

D) Ödem və suluqlar



E) Yara

Yataq yarası mikrosirkulyasiyanın pozulması nəticəsində dəri, dərialtı və digər yumşaq toxumalarda əmələ gələn distrofik, yaralı- nekrotik prosesdir. Prosesin klinik şəkli belə başlayır : I mərhələdə dəri avazıyır, sonra qızarır; II mərhələdə qızarmış nahiyədə ödem və suluqlar əmələ gəlir; III mərhələdə bu suluqların yerində yara və nekroz əmələ gəlir.


Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 63. “ Təhsil” Bakı 1998
254) Üçüncü dərəcəli yataq yarasının müalicəsi necə aparılmalıdır?
A) Massaj etmək

B) 700-li etil spirti ilə silmək

C) 10%-lı kamfora spirti ilə silmək

D) Cərrahi üsulla

E) Vazelin sürtmək

Yataq yarasını III mərhələsində nekroz əmələ gəlir .Belə halda müalicə ancaq cərrahi yolladır. Nekrozun sərhədləri aydın bilindikdə cərrahi yolla ölmüş toxumalar kəsilib götürülür və yaraya 1% -li kalium- permanqnat məhlulu ilə isladılmış steril salfetka qoyulur, sarğı gündə 2-3 dəfə dəyişilir

Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh 53. “Çıraq “ 2008
255) Soyuq kompresi neçə dəqiqədən bir dəyişirlər?
A) 10

B) 40


C) 2-3

D) 30


E) 60

Soyuq kompresləri əzilmə ,travma və qanaxmalar zamanı qoyurlar.Bu cür kompreslər yerli soyuma əmələ gətirir və həmin yerdəki qan damarlarının daralmasına və bura az qan gəlməsinə səbəb olur, ağrını azaldır. Soyuq kompres zamanı tənzifi soyuq suda isladıb sıxır və lazım olan yerə qoyurlar, 2-3 dəqiqədən sonra tənzif isinir, ona görə onu təzədən isladıb qoyurlar.


Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 56. “Çıraq “ 2008
Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə