Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu


Həsən bəy Səlimbəy oğlu Məlikov Zərdabi



Yüklə 1,08 Mb.
səhifə63/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   59   60   61   62   63   64   65   66   ...   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

Həsən bəy Səlimbəy oğlu Məlikov Zərdabi XIX əsrin II yarısı və XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi, təbii-elmi və fəlsəfi fikrində özünəməxsus yeri olan şəxsiyyətlərdən biridir. Tiflis qəza gimnaziyasını və Moskva universitetinin fizika-riyaziyyat fakültəsinin təbiətşünaslıq şöbəsini bitirmişdir. Dünyagörüşündə təbii-elmi və materialist məzmun üstünlük təşkil etmişdir. Həsən bəy Zərdabi Azərbaycanda elmi- materialist təbiətşünaslığın əsasını qoymuş, Darvinizmin ən güclü təbliğatçılarından biri olmuşdur. O, Darvin təliminin prinsiplərini qəbul edərək üzvi aləmin, heyvan və insanın meydana gəlməsinin təbii-elmi qanunauyğunluqlarını düzgün başa düşmüşdür. Bu böyük alimin dünyagörüşünün formalaşmasında Şərq, Rus və Avropa mütəfəkkirlərinin böyük rolu olmuşdur.
Azərbaycan mədəniyyəti, xüsusilə mətbuatının inkişafında H.B.Zərdabinin misilsiz rolu olmuşdur. Onun 1875-ci ildə «Əkinçi» qəzetini nəşr etdirməsi dediklərimizin sübutu ola bilər. Özünün materialist əqidəsinə uyğun olaraq O, xalq arasında təbii-elmi, bio­loji, tibbi, kənd təsərrüfatı və s. sahələrə dair bilikləri təbliğ etmiş­dir. «Torpaq, su və hava», «Barama qurdunun saxlanması» və s. əsərlərində Həsən bəy Zərdabi özünün elmi-materialist baxışlarını əks etdirmişdir. Təbiətin dialektik izahına üstünlük verən alim hərəkət, məkan, zaman və kainatın dərk edilməsi haqqında da maraqlı fikirlər söyləmişdir.
H.B.Zərdabi kəndli ideoloqu olmuşdur. H.B.Zərdabi cəmiyyətdəki sosial ədalətsizlikləri, zülmü və s. haqsızlıqları tənqid etsə də, ictimai dəyişikliklər, inqilabi hərəkatlar haqqında maraqlı fikirlər söyləsə də, bütövlükdə cəmiyyətə baxışlarında idealist mövqedə durmuşdur. O, inqilabi dəyişikliklərsiz maarifin, elmin yayılması yolu ilə yeni cəmiyyətin qurulmasını mümkün hesab etmişdir. Təsadüfi deyildir ki, O, təbliğat yoluna daha yüksək qiymət vermişdir. Zəngin təbii-elmi və fəlsəfi irsi olan H.B.Zərdabi, baxışlarındakı ziddiyyətlərə baxmayaraq, Azərbaycan ictimai-fəlsəfi fikrində inkaredilməz xidməti olan alim kimi yer tutur.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə