Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 1,08 Mb.
səhifə123/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   119   120   121   122   123   124   125   126   ...   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

Fəlsəfədə idrak nəzəriyyəsi.
Qədim yunan filosofu Aristotelin “Metafizika” əsəri bu cümlə ilə başlayır: “Bütün insanlar fitri olaraq biliyə can atır”. Doğrudan da, insanın əsas səciyyəvi xüsusiyyətlərindən biri də onun biliyə olan tələbatıdır. Biliyə olan tələbat insanın fiziki-bioloji tələbatlarından heç də az əhəmiyyətli deyil.
İdrakın ən ümumi problemləri fəlsəfi biliyin struktur elementi olan idrak nəzəriyyəsi, və yaxud qnoseologiya (yun. gnosis –bilik, logos –təlim) tərəfindən öyrənilir. Fəlsəfədə “idrak nəzəriyyəsi” terminini 1854-cü ildə şotland filosofu Ceyms Frederik Ferye(1808-1864) daxil etmişdir.
İdrak nəzəriyyəsinin əsas, mərkəzi problemləri isə dünyanın dərkolunanlığı, bizim biliklərimizin sərhədləri, biliyin əldə edilmə üsullarıdır
İdrak –mənəvi fəaliyyət olub, onun məzmununu əvvəlki nəsillərin əldə etdiyi nailiyyətlərdən istifadə etməklə yeni biliyin istehsalı təşkil edir. İdrak prosesi hansısa bitmiş, yekun nəticə formasında mövcud olmayıb, həqiqiliyə malik daha tam və dərin biliyə doğru hərəkətdir. İnsan fəaliyyətinin xüsusi növü olan idrak mürəkkəb struktura malik olub özündə zəruri elementləri saxlayır: idrakın obyekti və subyekti, idrakın vasitə və metodları, nəticə, yəni bilik və onun qiymətləndirilməsi. Adları çəkilən elementlərin təhlili qnoseologiyanın vacib suallarına cavab vermək imkanı yaradır. Burada bir zəruri qeyd edək ki, idrakın vasitə və metodları dedikdə biz əsasən elmi idrakın vasitə və metodlarını nəzərdə tuturuq.
İdrakın subyekti –bu, əşyavi-praktiki fəaliyyətin və idrakın daşıyıcısı, idrak predmetinə yönəlmiş dərketmə aktivliyinin mənbəyidir. İdrakın subyekti qismində həm ayrıca insan (fərd), həm də müxtəlif qruplar (və yaxud, bütövlükdə cəmiyyət) çıxış edə bilər. Məhsuldar idrak fəaliyyəti yalnız idrak prosesində subyektin aktiv rolu ilə geçəkləşə bilər.
İdrakın obyekti –bu, subyektə qarşı duran, onun praktiki və dərketmə fəaliyyətinin yönəldiyi hər şeydir. İdrakın obyekti materiyanın, obyektiv gerçəkliyin eyni deyil. Obyekt həm maddi şeylər (kimyəvi element, fiziki cisim, canlı orqanizm), həm də sosial hadisələr (cəmiyyət, insanların qarşılıqlı münasibətləri, onların davranış və fəaliyyəti) ola bilər.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə