Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu


hökm –təfəkkürün elə formasıdır ki, burada anlayışlar arasındakı əlaqələr vasitəsilə nə isə haqqında nəsə ya təsdiq, ya da rədd edilir



Yüklə 1,08 Mb.
səhifə126/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   121   122   123   124   125   126   127   128   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

hökm –təfəkkürün elə formasıdır ki, burada anlayışlar arasındakı əlaqələr vasitəsilə nə isə haqqında nəsə ya təsdiq, ya da rədd edilir. Məsələn, “Pələng yırtıcı heyvandır”, “Qar ağdır”, “O maşın sürə bilmir”. Bunlar hamısı hökmə aid misallardır. Hökmlər əsasən cümlələr şəklində ifadə olunur.
Formasına görə hökm anlayışlar arasında əlaqələrdən ibarətdir. Bir anlayış haqqında nəyinsə deyildiyi predmeti göstərirsə ona hökmün subyekti deyilir. Digər anlayış həmin predmet haqqında nəyisə xəbər verir, bu isə hökmün predikatı adlanır. Məsələn, “Rafiq tələbədir” hökmündə “Rafiq” bu hökmün subyekti, “tələbə” isə predikatıdır.
Hökmün əsasən iki formasını fərqləndirirlər: iqrari və inkari hökmlər. Birinci forma nəsə haqqında nəyisə təsdiq, ikinci isə nəyisə rədd edir. Məsələn, yuxarıda deyilmiş “Pələng yırtıcı heyvandır” iqrari hökm, “O maşın sürə bilmir” isə inkari hökmdür.

Düşüncənin, fikri prosesin nisbətən bitmiş yekun vahidi əqlinəticədir. Əqlinəticə -ilkin şərt, və yaxud müqəddimə adlandırılan bir, yaxud bir neçə hökmdən məntiqi yolla çıxarılan yeni hökmdür. Məhz əqlinəticə sayəsində insan biliklərini genişləndirir, indiyə qədər qazanılmış biliklərdən yeni bilik əldə edir. Məsələn, insan bilir ki, pələng yırtıcı heyvandır, bütün yırtıcılar isə ət yeyir. Burdan belə məntiqi nəticə çıxarmaq olar ki, pələng də ət yeyir.


Əqlinəticənin əsas etibarilə iki tipini fərqləndirmək olar: induktiv və deduktiv.
Bir neçə təkcə, xüsusi ilkin şərtlərdən ümumi nəticə çıxarılırsa bu induktiv əqlinəticədir. Məsələn:
Mis elektrik keçirir.
Dəmir elektrik keçirir.
Qızıl elektrik keçirir.
Mis, dəmir, qızıl metaldır.
Bütün metallar elektrik keçirir.
Ümumi ilkin şərtdən, və yaxud müqəddimədən ayrıca xüsusi nəticə çıxarılması isə deduktiv əqlinəticə adlanır. Məsələn:
Bütün metallar elektrik keçirir.
Mis metaldır.
Mis elektrik keçirir.
Elmi idrakın metodları.
Elmin biliyin əldə edilməsi və inkişafı məqsədilə şüurlu, məqsədyönlü fəaliyyət müəyyən norma və qanunlarla tənzimlənir, xüsusi metod və üsullardan istifadə edilir. Belə norma, qayda, metod və üsulların işlənib hazırlanması elmi idrakın məntiq və metodologiyasının predmetini təşkil edir.
Elmi idrak prosesinin metodoloji təhlili tədqiqatın iki tip metod və üsullarını fərqləndirməyə imkan verir. Birincisi, bütövlükdə insan idrakına xas olan metod və üsullar. Məhz bu metod və üsulların bazasında həm elmi, həm də gündəlik biliklər formalaşdırılır. Bu metodlara ümumməntiqi metodlar deyilir. İkincisi, məhz elmi idraka aid metod və üsullar: tədqiqatın elmi metodları. Sonuncu da öz növbəsində iki əsas qrupa bölünür: empirik tədqiqatın metodları və nəzəri tədqiqatın metodları. Adları çəkilmiş hər üç metodu ayrı ayrılıqda nəzərdən keçirək.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə