Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 1,08 Mb.
səhifə125/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   121   122   123   124   125   126   127   128   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

Hissi idrak. Hissi idrak insanın xarici aləmlə birbaşa qarşılıqlı təsiri nəticəsində gerçəkləşir. Hissi idrakın formaları duyğu, qavrayıştəsəvvürdür.
Duyğu –ətraf gerçəkliyin cisim və hadisələrinin ayrı-ayrı xassə və əlamətlərinin idrak subyektinin hiss üzvlərinə təsir edərək beyində əks olunmasıdır. Məsələn, apelsini görüb onu yeyərkən insan narıncı rəng, spesifik qoxu və dadı duyur. Duyğular insana münasibətdə xarici mühitdən gələn və onun hiss orqanlarına təsir göstərən proseslər nəticəsində yaranır
Ətraf dünyanın hər bir predmet və hadisəsi ən müxtəlif xassə və əlamətlərə malikdir. Məsələn, bir parça qənd götürək: o ağdır, bərkdir, şirindir, müəyyən forma, çəki və həcmə malikdir. Bütün bu xassələr bir predmetdə cəmlənib. Biz onları ayrı-ayrılıqda yox, bütövlükdə, vəhdətdə qavrayırıq. Deməli, hər hansı bir obrazın bütövlükdə qavranılmasının obyektiv əsasını predmetin müxtəlif əlamət və xassələrinin çoxobrazlığı və bununla birlikdə vəhdəti təşkil edir. Deyilənlərə ümumiləşdirərək qavrayışa belə tərif vermək olar: Gerçəkliyin obyekt və hadisələrinin hiss üzvlərinə bilavasitə təsir göstərərək beynimizdə onların bütöv obrazını yaratması qavrayış adlanır.
Duyğu və qavrayış insanın bütün biliklərinin mənbəyi olsa da, dərketmə onlarla məhdudlanmır. Gerçəkliyin hər bir predmeti insanın hiss üzvlərinə hansısa müəyyən zaman müddətində təsir göstərir. Sonra bu təsir kəsilir. Lakin bir zamanlar qavranılan predmetin obrazı izsiz itmir. O yaddaşda həkk olunur və saxlanılır. Duyğu və qavrayış prosesləri beyində müəyyən “iz” buraxırlar. Bu “izin” mahiyyəti hal-hazırda insanın hiss üzvlərinə təsir göstərməyən predmetin obrazını yenidən canlandırmaq qabiliyyətidir. Burada yaddaş xüsusi əhəmiyyət kəsb edir. O, bir birinə qarşılıqlı nüfüz edən keçmişlə indini vahid bütövdə birləşdirir. Əgər insana təsir edən hər hansı predmetin obrazı bu təsir başa çatdıqdan sonra izsiz itsəydi, onda insan eyni bir predmeti hər dəfə yenidən gördükdə tam naməlum kimi qavrayardı. O, bu predmetləri tanımaz və deməli dərk etməzdi. Nəyi isə dərk etmək üçün dərk edilən obyektin indiki halı ilə keçmiş vəziyyətini müqayisə edəcək əqli iş zəruridir. Zahiri təsirlərin qavranılması və müəyyən zaman müddətində yaddaşda saxlanılması nəticəsində də təsəvvür yaranır. Təsəvvür –insanın hiss üzvlərinə əvvələr göstərilən təsir nəticəsində yaranmış obrazların beyində yenidən canlandırılmasıdır.
Duyğu və qavrayış şüurlu inikasın başlanğıcıdır. Yaddaş əldə edilmiş informasiyanı möhkəmlədir və qoruyub saxlayır. Təsəvvürdə isə şüur ilk dəfə olaraq özünün bilavasitə mənbələrindən uzaqlaşır və nisbi müstəqil subyektiv hadisə kimi mövcud olmağa başlayır. Beləliklə insan nisbi azadlıq və yaradıcı birləşdirmə ilə yeni obrazlar yaradır.
İnsan həmişə nə haqdasa fikirləşir. Psixoloqlar təsdiq edir ki, fikirləşməyən insan mahiyyət etibarilə maksimal zəiflik halında olur, bununla yanaşı, nəyinsə haqqında fikirləşməmək belə, yenə də fikirdir. İdrakın dialektik yolu hissi idrakdan məntiqi təfəkkürə aparır. İnsan yalnəz məntiqi təfəkkür səviyyəsində müxtəlif fikri əməliyyatlar, ümumiləşdirmələr aparır və dünyanı daha dərindən dərk edir. Təfəkkürün hissi idrakdan əsas fərqi ondadır ki, bu pillədə insan dünyanı mücərrədləşdirmələr şəklində, onun ideal obrazını yaratmaqla dərk edir. Mücərrədləşdirmə zamanı insan konkret cisim və hadisələrin fərdi xüsusiyyətlərini bir kənara qoyaraq, əsas diqqəti eyni xassələrə malik olan obyektlərin ümumiləşdirilməsinə, bu obyektlər arasında daha dərin əlaqə və münasibətləri aşkar etməyə yönəldir. Deyilənləri nəzərə alaraq təfəkkürə belə tərif vermək olar: Təfəkkür –insan beynində predmet və hadisələrin əhəmiyyətli xassə və münasibətlərini məqsədyönlü, vasitəli və ümumiləşdirilmiş inikasıdır.
Mücərrəd, məntiqi təfəkkür özü də üç əsas formada gerçəkləşir: anlayış, hökm, əqlinəticə.
Anlayış –fikrin elə formasıdır ki, insan onun vasitəsilə müxtəlif predmet və və hadisələrin ən ümumi, hissi və zəruri əlamət, xassə, keyfiyyət və onların münasibətlərinin məcmusunu ifadə edir. Məsələn, hər bir konkret heyvanın fərdi xüsusiyyətlərini mücərrədləşdirən insan fikir aktının gedişində bütün heyvanlara xas olan xüsusiyyətləri ümumiləşdirir və onları “heyvan” anlayışında əks etdirir. Bu zaman onun hansı cinsə məxsus olması, tüklərinin rəngi, fiziki parametrləri və s. nəzərə alınmır.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə