olan səbəbləri də dağıdıb aradan qaldırır. Fəqət axtaran
muradına çatsın deyə, çox dəfə etdiyi işləri səbəblə görür,
səbəblə yaradır» (M. V - 1546-1549).
Ziddiyyət sülh yolu ilə həll olunmalıdır. Kin və nifrəti
insan qəlbindən barış yolu ilə çıxarmaq lazımdır. Mövlana
bu fikri əsaslandırmağa çalışırdı. Hər fikri başqa əks fikir
ilə aradan qaldırmaq olar. Lakin bu o qədər də asan olan iş
deyil. Çünki ziddiyyət ziddiyyətdən qaçır, necə ki, Günəş
doğub işıq saçanda gecə yox olur. Mövlanaya görə, hər şey
in inkar ilə isbatı mümkündür. Çünki hər şeyin əks tərəfi
var.
Mövlana inanırdı ki, Allah müqəddəslərin müqəddəsi
ni, ən çox sevdiyi adamı insanların içərisinə göndərir. İlahi
kəlamı onlara çatdırır. Mövlana peyğəmbərliyi tez-tez yad
edir, onlarla əlaqədar olan hekayələrdən geniş istifadə edir
di. Musa (ə), Süleyman (ə) və başqa peyğəmbərlər haqqında
bütün əsərlərində yazmışdır. Bununla yanaşı daha çox Mə
həmməd Peyğəmbər (s) haqqında danışır, öz fikirlərini onun
hədisləri ilə əsaslandırırdı. Rumi deyirdi ki, peyğəmbərlər
adi insan olmamışlar, Allah onlara xüsusi qabiliyyət bəxş
edir, onları başqaları ilə bərabərləşdirmir. Peyğəmbərlərin
ruhu da müqəddəsdir.
İnsan düşüncəsindən, onun əsasım təşkil edən Quran
dan ən çox istifadə edən, Peyğəmbərin hədislərinə söykənən
fikir cərəyanı təsəvvüf olmuşdur. Mövlananın bütün yara
dıcılığı bunu sübut edir. Quran Allah kəlamıdır, insanı Al
lah yoluna çağırır və pis əməllərdən çəkindirir.
Təsəvvüfdə ən əsas məsələ Allahın birliyini şəksiz-
şübhəsiz qəbul etməkdir. Dünya Allahın əsəridir, yaradan
və yaradılan mövcuddur. Varlıq təkdir, təzahürləri isə çox
dur. Maddi təzahürlər surətdir, görünəndir, ruh isə gizlidir,
görünməzdir. Nəticə isə budur: Kainatda Allahdan başqa
yaradan yoxdur. Mövlananın fikrincə, Allahın birliyini başa
düşməyin ən yaxşı yolu öz varlığını unudub Allaha qovuş
maqdır. «Allahın birliyini öyrənmək nədir? Özünü Vahidin
hüzurunda yandırıb yox etməkdir» (M. 1-3009). Dünyada
yalnız bir Mən mövcuddur. O da sonsuz və məkansızdır.
Mövlana inanırdı ki, Allah ilə insan arasındakı birliyi insan
ağılı dərk etməyə qadir deyil: «İnsanların Rəbbi ilə ruhu
114
arasında keyfiyyətsiz və məntiqə gəlməz birlik var» (M. IV -
760).
Bir çox tədqiqatçılar (biz də onlarla həmrəyik) Mövla-
nanın da tərəfdar olduğu vəhdəti-vücud fəlsəfəsini tamamilə
panteizm hesab etmirlər və yaxud panteizm ilə bəzi oxşarlığı
olan, islam düşüncəsi çərçivəsində yaranmış spesifik bir
dünyagörüşü hesab edirlər. Bir sıra tədqiqatçılar isə vəhdəti-
vücud anlayışını panteizm sayırlar.
Rumiyə görə, insan bütün qüvvəsini Allahdan alır.
Kainatda baş verən bütün hərəkətlərin başlanğıcı yenə də
Odur. Mövlana göstərirdi ki, insan iradəsi tamamilə Yara
dıcı vasitəsi ilə müəyyənləşir. Elə bu səbəbdən bütün mövc-
udat Vahid Varlığa dayanır, hər şey Ondan başlanır, yenə
də Ona qayıdır, nəticədə Ona qovuşur. Mövlana vəhdəti-
vücudu
məhz
belə
anlamışdır.
Rumi
deyirdi
ki,
«...peyğəmbərlər xalqı haqqa çağırmaq üçün göndərilmişlər.
Xalq ilə Haqq bir vücud olsaydı, nəyi kimə çatdıracaqlar-
dı?» (M. I - 2813). Deməli, Rumiyə görə, xalq ilə Haqq (Ya
radan ilə yaradılan) eyni vücud deyil. Ruminin bu sözləri
sufizmi panteizm hesab edənlərə çox gözəl cavabdır.
Birlik deyəndə Mövlana yeganə Yaradıcı olan tək Al
lahı nəzərdə tutur. Bu birlik isə İlahi eşq sayəsində yaranır.
Belə ki, «aşiqin könlündə sevgilidən (Allahdan) başqa kimsə
yoxdur. Onların aralarında nə az, nə çox fərqli şey olmaz,
onları bir-birindən ayıran kimsə olmaz» (Ənəlhəq).
Mövlananı insanın bədəni deyil, ruhu daha çox
maraqlandırırdı. Onun fikrincə, əsl qəlb möminlərdə olur.
O, xəbərdarlıq edirdi ki, maddi aləmə biganə ol, çünki o
Allahdan uzaqlaşdırır. Mövlana göstərirdi ki, ətrafda şeyta
na xidmət edən adamlar olduğu üçün insan həmişə özünü
ehtiyatlı aparmalıdır.
Rumi insan həyatının mənasını onun ruhən Allaha
qovuşmasında görür, bu məqsədə çatmaq üçün yol göstərir,
ən düzgün yolun təsəvvüfdə olduğunu deyirdi. «Ənəlhəq»
(mən Haqqam) bu yolda insanı Allaha çatdırır. Bizim Al
lahdan başqa sığınacaq yerimiz yoxdur. Biz də onunla bir
likdə laməkanıq. O, deyirdi: «Kimdən qaçırıq, özümüzdən-
mi? Nə qədər cəfəngdir. Kimdən qaçırıq. Haqdanmı? Nə
qədər günahdır» (M. I - 970). Özümüzdən qaçmaq Allahdan
115
qaçmaqdır. Bu isə mümkün deyil. Nə üçün özümüzdən qaça
bilmirik? Çünki mən, sən yoxdur, tək O var. Kim Allahı se
virsə, O da həmin adamı sevir və vəhdət yaranır.
2. Varlıq ideyası. Yuxarıda qeyd etdiyimiz kimi, Möv-
lananm fikrincə, yalnız bir Mütləq Varlıq var. O təkdir, şə
riksizdir, əbədidir, məkansızdır. Bütün kainatı - canlı və
cansız təbiəti, tək-tək əşyaları, cəmiyyəti, o cümlədən, insan
ları şərti olaraq «varlıq» adlandırsaq da, onlar fanidir, ke
çicidir, əvvəli və axırı var. Mövcud olan hər şey sözün həqiqi
mənasında varlıq deyil, yoxluqdur. Yoxluğun varlığa çev
rilməsi üçün şərtlər var. Bu ilk növbədə insana aiddir. Hər
bir insan çalışmalıdır ki, öz mənliyini yox edib «varlığını»
atsın, maddi dünyaya aludə olmasın, mənəvi cəhətdən saf
laşsın, nəticədə özünü yox edərək Allaha qovuşsun və bu
yolla Mütləq Varlıqda əriyib əbədiyyətə qovuşsun, yəni əsl
varlığa çevrilsin.
Mövlanaya görə, bütün ruhlar bir ruhda, yəni Allahda
birləşir. «Ey ruhumuzun ruhu, biz kimik ki, Sənin yanında
varıq deyib ortaya çıxaq» (M. I - 601). Bizə nəhəng və son
suz görünən Kainat da Allahla müqayisədə heç nədir.
«Dünya Sənin nəzərində böyük və nəhayətsiz görünsə də, bil
ki, qüdrəti İlahi qarşısında bir zərrə də deyil» (M. I - 524).
Təsəvvüf təliminə görə, insan öz mənasını dərk edə
bilməz. Ancaq Mövlanaya görə, bu, mümkündür. «Bu mən
harada düşüncə ilə açılacaq, tapılacaq? O mən yoxluqdan
sonra açılır, tapılır» (M. V - 4146). Deməli, İlahi eşq insan
mənliyini yox edib sevgilisinə (yəni Allaha) qovuşur. Yox
olandan sonra isə, hətta düşüncə ilə «mən» açılır.
Mövlana insanlara bu dünyadakı əzab-əziyyətlərə, sı
xıntılara, məhrumiyyətlərə dözməyi məsləhət görürdü. Bu
fikir Qurana əsaslanır. Quran inam yolunda insanın iztirab
çəkməsini zəruri hesab edir, insanın ruhunu maddi dünya
nın aldadıcı görkəmindən sonsuzluğa və ölümsüzlüyə aparır.
Rumiyə görə, dünya mülkü yalnız bədənə səcdə edənlər
üçündür. Sufilər isə «zavalı olmayan eşq səltənətinin qulla
rıdır», çünki «ruhun cənnəti Yaradanın eşqidir».
Mövlana tez-tez yada salırdı ki, dünya tamamilə fani
dir və inkardan ibarətdir, ona görə də insan məqsədini isbat
aləmində axtarmalıdır. Bu yol ilahi məhəbbət yoludur. Bu
116
eşq cansız çörəyə can verir. «Allah yolunda çörək versən çö
rək, can versən can verərlər». Yəni maddi bir şey versən
maddi bir şey alarsan, can versən əbədi həyat qazanarsan.
Mövlana Allaha yalvarırdı ki, mənim canımı tez al, çünki
sənsiz artıq bu candan usanmışam, vüsala çatmaq istəyirəm.
Mövlana həqiqi Allah yolçusu kimi özünün də
ölümsüzlüyünə inanırdı. O, göstərirdi ki, tanrını sufi məhəb
bəti ilə sevənlərin hamısını belə aqibət gözləyir.
3. İlahi eşq. Cəlaləddin Ruminin bütün yaradıcılığı
İlahi eşqi tərənnüm etmək üstündə qurulmuşdur. O, sübut
etməyə çalışırdı ki, eşq insanın vücuduna xoş yüngüllük gə
tirən, onu göylərə yüksəldən qanaddır. Eşqin qarşısında uca
dağlar əriyib hərəkət etməyə başlayır, acı şey dadlı şeyə, kə
dər səfaya, torpaq qızıla, dərd-azar sağlamlığa, üzüntü se
vincə, fəlakət uğura çevrilir. «Ölü qəlblər dirilir, kölələr ağa
olur, dəmir yumşalır, daş əriyir». Bir sözlə, eşq insanı bütün
ehtiyaclardan azad edir. Mövlana deyirdi ki, sevgilisinin
(Allahın) eşqini qəlbində saxlayıb hər şeyi unudan insan yer
üzündəki insanların ən xoşbəxtidir, mal və mülk sahibləri
ona hörmət bəsləyirlər, insanlar ona kömək etməyə çalışır
lar. Çünki eşq külün altındakı od kimi gizlidir. Könlü sınıq
olsa da insanlara hökm edənlər aşiqdən qorxurlar. Bu qabi
liyyəti aşiqə Allah hədiyyə edibdir. «Allah ona səbəbsiz ola
raq bu varlığı vermişdir. O comərd ər də səbəbsiz olaraq Al
lah vergisini Allaha bağışlayır» (M. VI - 1971). Yəni sev
mək qabiliyyəti aşiqə Allah bağışlayır, o da başqasını yox,
yalnız Onu sevir.
Mövlana deyirdi ki, başqa təbii xəstəliklərə tutulandan
eşq xəstəsinin fərqi ondan ibarətdir ki, hər xəstə tutulduğu
xəstəlikdən qurtarmağa çalışır, eşq xəstəliyinə tutulan isə bu
xəstəliyə tutulduğu üçün çox məmnundur. Rumi sübut edir
di ki, əbədi olan eşq yalnız əbədi olan bir varlığa, yəni Alla
ha yönəlməlidir, ilahi eşq əbədi, maddi dünya isə fanidir.
Mövlanaya görə, bizim əslimiz birlikdir, ondan ayrılan
kimi ağır günlərimiz başlayır. O, ayrılıq dərdini anlatmaq,
açmaq istədiyini deyir, özü də fəryad edir, vüsala can atır.
İlahi eşqdə həyat vüsaldan ibarətdir. Vüsal isə ölümlə baş
tutur. Ölmək sufi üçün Allaha qovuşmaqdır.
117