4. Bədən və ruh. Onların qarşılıqlı əlaqəsi məsələsi Cə
laləddin Rumi yaradıcılığının əsas mövzularından biridir.
Mövlanaya görə, ruh bədəndən əvvəl mövcud olur, sonra
müvəqqəti olaraq bədənə salınır. O, ruh haqqında demişdir;
«Mən torpaq aləminin deyil, Məlakut aləminin quşuyam.
İki-üç günlüyə mənə öz bədənimdən qəfəs düzəltdilər».210
Rumi deyirdi ki, ruh yalnız İlahi eşqlə birləşəndən sonra
ölümsüz olur. Ruh qüvvəsini eşqdən alır.
Rumi bədənin rahatlığı üçün ruhu yaddan çıxaranlara
xəbərdarlıq edirdi ki, ruhu yandırarkən sən bədəni işıqlan
dırırsan. Yalnız bədənə xidmət etmək, ruhu inkar etmək
heyvan olmağa bərabərdir. Çünki heyvan ruhu qida ilə
qüvvətlənir, odun yanaraq atəşi qüvvətləndirdiyi kimi.
Rumi göstərirdi ki, ruh əzab-əziyyət çəkər, sıxılar,
qüssələnər, çətinliyə düşər, lakin çirk götürməz, həmişə təra
vətli olur, solmur, qocalmır, əldən düşmür.
5. Elm. İdrak. Ruminin fikrincə, elmlər iki qrupa
bölünür - maddi, fani dünyanı öyrənən «zahiri elmlər» və
mənəvi dünyam öyrənən İlahi elmlər. Dünyəvi elmlərin id
rak üsulu hiss üzvləri və ağıldır, İlahi elmlərinki isə Allah
dan gələn İlahi ruhdur.
Mövlana demişdir: «Biliyin iki müxtəlif növü var. On
lardan birini uşaq məktəbdə kitabdan və müəllimdən alır.
Bu yeni əldə edilmiş fikirlər və onların yadda saxlanmasıdır.
Sənin ağılın başqalarından üstün ola bilər, lakin bütün bu
biliklərin saxlanması çox ağır işdir. Sən bilik qazanmaq
üçün o qədər səy göstərməlisən ki, üzərində yazını saxlaya
bilən lövhəyə çevriləsən. Saxlanılan lövhə isə müəyyən vax
tdan sonra yox olub gedir. Biliyin başqa növü Allah vergisi
ilə qazanılır. Bu qəlbin dərinliyindən olan qaynaqdır. Alla
hın verdiyi su qəlbdən qaynayıb çıxdığı üçün qalıb xarab
olmur və çirklənmir. Əgər yuxarıda yol bağlansa da bunun
ziyanı yoxdur. Çünki bu su həmişə qəlb evindən axır. Qaza
nılmış ağıl küçədən evə gələn su borusuna oxşayır. Əgər bu
bağlansa, ev susuz qalar. Odur ki, qaynağı özündə axtar»
(M. IV - 1960-1968). Deməli, bilik qaynağı insanın qəlbin
dədir və Allah tərəfindən verilir, ona görə də tükənməzdir.
210 A.Eflaki. Ariflerin menkibeleri. Ankara, 1953, s.630.
118
Mövlana göstərirdi ki, ariflərin elmi onlara xidmət edir, be
linə aiıb aparır. Bədən və surət əhlinin elmi isə onların öz
yüküdür, əhəmiyyətsiz bir şeydir.
İdrak Rumiyə görə, yalnız Allahın verdiyi ağıl və ka
mal ilə baş verir. «Ağıllı adam nəticəni lap əvvəldən ürəyi
vasitəsilə görür, lakin belə biliyi yoxdursa, onu axırda
görür» (M. III - 3372), yəni nəticə artıq üzə çıxandan sonra.
Mövlanaya görə, ruhun bu dünyada olduğu müddətdə
gördükləri və bildikləri bədən öləndən sonra tamamilə bərpa
olunur. Yalnız bu vəziyyətdə insan fani dünyada elm vasitə
silə dərk edə bilmədiyi mənanın sirrini başa düşür.
6. Surət və məna anlayışları. Təsəvvüf dünyagörüşünün
əsas mövzularından biridir. Rumi bu məsələyə xüsusi fikir
vermişdir. Onun dediyinə görə, surət eşqin bəzəyidir, eşqsiz
onun dəyəri yoxdur. Eşq bəzəyin əslidir, surət müstəqil
mövcud ola bilməz. Mövlana surətə mənanın təzahürü kimi
tərif verir. O, demişdir. «Eşq surətsiz təsəvvür olunmadığına
və gerçəkləşmədiyinə görə, surətin bəzəyi olmalıdır». Biz
deyirik: «Eşq nə üçün sürətsiz təsəvvür olunmasın?». Hətta
eşq surəti meydana gətirir və ondan yüz minlərlə surət hasil
olur. Bundan eyni zamanda gerçəkləşmiş, şəkil almış surət
lərdir. Rəssam olmadan rəsm olmadığı kimi, rəsmsiz də rəs
sam olmaz; fəqət rəsm-bəzək rəssamın əsəridir. Barmağın
hərəkəti ilə üzüyün hərəkəti kimi».211 Başqa sözlə hərəkətsiz
dayanan üzüyün hərəkəti barmağın hərəkətindən asılıdır.
Yəni rəsm rəssamsız yaranmır.
İnsan surətdən əl çəkib mənaya can atmalıdır.
Mövlananm dediyi kimi, məna surətin qanadıdır. Lakin hər
kəs məna aləminə girə bilməz. «Əgər məna Aləmi açıq
olsaydı və yolu asanlıqla tapılsaydı, bu dünyada heç kim
qalmazdı» (M. 1 - 2001). Bu aləmə girmək üçün məna əhli
yanında hazırlıq keçməlisən, mənəvi saflığa nail olmalısan,
yəni aşiq olmalısan. Yalnız bundan sonra məna qapısını
döysən açılar.
Mövlana hiss üzvləri vasitəsilə qavramlan aləmi ger
çəklik hesab etmirdi. Onun fikrincə, gördüyümüz, hiss etdiy-
211 M evlana. Fihi M a-fih. istanbul, 1990, s.214.
119
imiz dünya
mənanın surətidir, yəni daxili mənəvi aləmin,
ruhun təzahürüdür.
Rumi göstərirdi ki, çox vaxt mənanın bəşəri təzahürlə
ri aldadıcı olur. Ona görə də surətə aludə olma. Mənanı za
hiri gözlə deyil, mənəvi gözlə görə bilərsən. Ona görə də in
san ilk növbədə mənəvi aləmini təmizləməli, çirklənməsinə
imkan verməməlidir. «Ruh bir ayna kimi safdır, bədən onun
üzündəki tozdur. Candakı gözəllik bizə görünmür, çünki to
zun altındadır»212 *
. Tozu, yəni bədəni silib atmaq lazımdır
ki, ruh görsənsin. Yəni insan öz maddi varlığını yox edib
Allahın varlığına qovuşmalıdır.
7. İlahi nur, atəş və zülmət. Mövlananm fikrincə, bizim
gördüyümüz və hiss etdiyimiz bu dünyadakı atəş yandıran
külək kimidir, yandırır, görsənir və kəsib gedir. Bu görünən
atəş əsl atəşin özü deyil, onun işığıdır. Onun dediyinə görə,
atəş bəzi halda lazımlı, bəzi halda isə lazımsız olur. Məsələn,
soyuq qab üçün atəş gərəklidir, qaynayan və daşan qaba
atəş lazım deyil. Atəş xaricə təsir edir, daxilə - mənəviyyata
gedib çatmır. Yəni bədəni yandırıb kül edir, ruha isə toxuna
bilmir. «Cəhənnəmin atəşi yalnız qabığı yandırır, iç ilə heç
bir işi yoxdur» (M. IV - 3928). Eşq də atəşdir, lakin maddi,
zahiri atəşdən tamamilə fərqlənir. Eşq elə atəşdir ki, parlay
anda əbədi olan sevgilidən (Allahdan) başqa nə varsa, ha
mısını yandırıb yox edir. Elə məqsəd də öz maddi varlığını
yox edib İlahi varlığa qovuşmaqdır.
Zahirdəki işıq maddi mənbə tükənəndən sonra yox
olur. Daxildən gələn işığı isə heç nə söndürə bilmir. «Şam
yanıb tamam yox olanda, artıq onun nə əsəri, nə ziyası qa
lır. Bədən şamı bu görünən şamın əksidir, yox olduqca can
nuru artır. Bu əbədi işıqdır, mum isə keçicidir. Can işığının
alovu Haqqa aiddir». Deməli ruhdan gələn işıq ona görə
əbədidir ki, onun qaynağı əbədidir, tükənməzdir.
8. Bir sıra dini-fəlsəfi anlayışlar. Məkan və zaman. Son-
lu və sonsuz. Cəlaləddin Ruminin məkan və zaman haqqında
fikirləri Quran və hədislərə əsaslanır. Allah məkan və zama
na sığmır, nə əvvəli var, nə də sonu. O, əbədidir. Ona görə
də Allaha qovuşan ruh da məkandan məkansızlığa çevrilir,
212 Mevlana. Divanı Kebirden seçmə şiirler, II, İstanbul, 1990, s.315.
120
əbədiləşir, sonsuzluğa birləşir. Ruh nə qədər ki, bədəndədir,
onun müvəqqəti məkanı könüldür. Mövlana deyirdi: «Sən
məkana mənsubsan. Əslin isə laməkandır. Bu dükanı bağla,
o dükanı aç» (M. II - 612). Onun fikrincə, nə qədər ki, bə
dən sağdır, məkandan laməkana yol yoxdur. Bu dünyada
yaşayan hər bir insan bütün diqqətini laməkan aləminə çe
virməli, özünü bu yola hazırlamalıdır.
9. Səbəb və nəticə. Ruminin fikrincə, iki növ səbəb var:
maddi və mənəvi səbəblər. Maddi səbəbi mənəvi səbəb hə
rəkətə gətirir. Maddi səbəbləri ağıl ilə izah etmək olar. Möv
lana maddi səbəbə xarici, mənəvi səbəbə isə daxili səbəb də
deyirdi. «Səbəblərdən yüksək başqa səbəblər də var. Sən za
hiri səbəblərə baxma, daxili və həqiqi səbəblərə nəzər sal»
(M. III - 2516). Görünməyən elə sirlər var ki, səbəbdən kə
narda qalır. Yalnız xarici səbəbləri görən göz uzağa baxa
bilmir. Daxili səbəblər bir-birindən doğurlar və bir silsilə
təşkil edirlər. Mövlana deyirdi ki, belə səbəbləri görmək
üçün olduqca yaxşı münəvvər bir göz lazımdır.
Səbəbdən kənarda qalan yalnız Allahdır. «Sən təfək
kürə sığmadığın kimi, səbəblə də izah edə bilməzsən» (M. III
- 1342). Allahın varlığını məntiqlə izah etmək olmaz. İnan
m aq kifayətdir. Həm səbəbi, həm də nəticəni yaradan Al
lahdır.
10. Ziddiyyətlər və əksliklər. Bizim yaşadığımız maddi
dünya ilə görünməyən o biri dünya bir-birinə zidd olduğu
üçün o biri dünya bu dünyadan yarana bilməz. Onların hər
ikisini yaradan Allahdır. Rumi göstərirdi ki, Allahın yarat
dığı bütün şeylər ziddiyyət üzərində qurulubdur. Ona görə
də biz həm zərər, həm də fayda baxımından savaş vəziyyə
tindəyik. İnsanla xarici aləm arasında ziddiyyət olduğu ki
mi, onun daxilində də mübarizə gedir. «Özündəki bu müdhiş
savaşa bax. Başqalarının savaşı ilə nə üçün məşğul olur
san?» (M. VI - 54).
Mövlananm fikrincə, dünyada baş verən mübarizə bə
zən açıq, bəzən gizli baş verir. «Bu dünyaya baxsan görərsən
ki, o başdan-başa savaşdan ibarətdir. Zərrə zərrə ilə olduğu
kimi, din də kafirlər ilə savaşır...» (M. VI - 36-38). Mövlana
sübut edirdi ki, bir-birinə daban-dabana zidd olan tərəfləri
yalnız Allah birləşdirə bilər. Bu sirri ağıl dərk edə bilməz.
121