İdrak, Rumiyə görə, yalnız Allahın verdiyi ağıl və ka
mal ilə baş verir. Bir şəxsin cüzi ağlı da ağıl hesab olunur,
lakin o çox vaxt zəif olur. İdrak, anlamaq, hafizə və xatır
lama ağıl vasitəsi ilə olur. «Ağıllı adam nəticəni lap əvvəl
dən ürəyi vasitəsi ilə görür; kimin də biliyi yoxdursa, onu
axırda görür» (M. III - 520), yəni nəticə artıq üzə çıxandan
sonra.
Mövlana hesab edirdi ki, müxtəlif bilik sahələri, məsə
lən, fiqh (hüquq), hikmət (fəlsəfə), astronomiya, təbabət və
s. ilə məşğul olan şəxs birinci növbədə öz şəxsi mənafeyini
düşünür, bəzən isə öz marağını təmin edir.
Rumiyə görə, «zahiri elmlər» yalnız zahiri aləm, yəni
maddi dünya ilə məşğul olur. Ona görə də İlahi mahiyyət
dən məhrumdur, ruha deyil, bədənə xidmət edir. Maddi
dünyanın mənası (mahiyyəti) deyil, onun təzahürləri öyrəni
lir. «Toxum torpaqda qalır; bir müddət keçəndən sonra
onun sirri bostanın yetişməsi olur» (M. I - 177).
Mövlanaya görə, surəti öyrənən «zahiri elm»dən köklü
surətdə fərqli olaraq əsli, mənam öyrənən ruhani elmlərin öz
xüsusiyyətləri var. Burada hiss üzvlərinin heç bir rolu yox
dur, çünki öyrənilən obyekt maddi olmadığı üçün onları hiss
üzvləri vasitəsi ilə duymaq mümkün deyil, onun əsli yerdə
deyil, göydədir. Rumiyə görə, əsl alimlər mənanı öyrənməyə
çalışırlar, onu tam dərk edə bilməsələr də yenə öyrənirlər.
İdrakın sonu yoxdur, elm heç vaxt hər şeyi öyrənib sona
çatdıra bilməz. Bundan başqa Tanrının elə sirləri var ki, in
san ağılı onları dərk eləməyə qadir deyil. Rumi belə nəticəyə
gəlir ki, din elmi, başqa sözlə, İlahi elm bütün başqa elmlər
dən üstündür. Yalnız mənanı açan İlahi elm insana fayda
gətirir, başqa elmlər mənanı deyil, surəti izah edir.
Təsəvvüf tamamilə islam zəminində yaranmış dünyag
örüşüdür, onun iki əsas mənbəyi var: Qurani-Kərim və
sünnət. Başqa kənar təsirlərin o qədər də böyük əhəmiyyəti
yoxdur. Cəlaləddin Rumi də öz fikirlərini əsaslandırmaq
üçün tez-tez Qurana və hədislərə müraciət edirdi. Odur ki,
Cami Mövlananın şah əsəri «Məsnəvi»ni fars dilində yazıl
mış Quran hesab edirdi. Rumi islamı quru fəlsəfə və məntiq
dini deyil, eşq dini kimi qəbul edirdi.
110
Mövlanaya görə, surət imkan vermir ki, insan vəhdəti
görsün. Bütün varlıqlar fani olaraq Allahın varlığında birlə
şir (vəhdəti-vücüd). Rumi möminlərə məsləhət görürdü ki,
namussuz adamların surəti və adı nə qədər yaxşı olsa da,
ona əhəmiyyət vermə, ad və ləqəbi atıb mənanı axtar. Sənin
xaricin əzab-əziyyətdən, işgəncədən, qaranlıqdan nə qədər
fəryad edir etsin, daxilin gülüstan içində gülüstandır və xa
ricdən gələn fəryad onu poza bilmir. Bu deyilənlər möminlə
rə aiddir. Lakin daxili də çirkli adamlar çoxdur. Belə adam
ların zahiri çirkini su ilə təmizləmək olar, daxildəki əxlaq
çirki isə daim artır.
Məna surətdən və yaxud ruh bədəndən deyil, əksinə,
surət mənadan və yaxud bədən ruhdan daha çox fayda
görür. Bu fayda təmənnasız olur. Mövlana deyirdi ki, surəti
verən də, alan da, dəyişdirən də Allahdır. Mənanın təzahürü
kimi surət də lazımdır. Belə olmasa o, yaradılmazdı.
Nə üçün gözəl üz güzgüyə aşiqdir? Çünki həmişə özünü
görüb həzz almaq istəyir. Güzgü isə Mövlanaya görə, ruh
dan gələn işıqdır və qəlbi qüvvətləndirir. Deməli, surət mə
nada öz gözəlliyini axtarır. O, soruşurdu ki, məna qarşısın
da surət nədir? Cavab verirdi ki, çox aciz, gücsüz bir şey. Bu
qədər böyük kainatı başıaşağı saxlayan mənadır. Hətta sə
mimi deyilməyən söz nə qədər gözəl deyilsə də mənasızdır.
Mövlanaya görə hər bir kəs məna aləminə gedə bilər.
Bunun üçün çox dözümlü olmaq, Allaha ümid etmək lazım
dır. Məna gözləyənlərin qibləsi səbrdir, surətə baş əyənlərin
qibləsi isə daşdan düzəldilmiş bütdür. Surət xaricdə olduğu
üçün daxildəki mənanın üstünü örtür. Candan sevilən sevgi
linin mahiyyəti qan kimi damarların içindədir. Belə bir və
ziyyətdə əsl qibləni tapmaq zərurəti yaranır. Səbrli, dözümlü
olmaq, ümid etmək və s. nəhayət, əsl qibləyə, yəni Allaha
gətirib çıxarır.
Rumi dəfələrlə demişdir ki, surətin mənadan xəbəri
olmasa da, mənanın surətdən xəbəri var. Çünki surətə ən
düzgün qiyməti məna verə bilər, ruh bədəni daha yaxşı ta
nıyır, nəinki bədən ruhu.
Bəzi tədqiqatçılar yeni platonçuluq ilə təsəvvüf arasın
da uyğunluq, bəzi hallarda isə eynilik axtarırlar. Lakin on
lar arasındakı əsas fərq odur ki, təsəvvüf dini mistisizm, ye
l l i
ni platonçuluq isə fəlsəfi mistisizmdir; yeni platonçuluq əsa
sında ağil, təsəvvüfün əsasında isə inam dayanır. Odur ki,
Rumi antik fəlsəfə ənənələrini, yuxarıda deyildiyi kimi, in
kar edirdi. Onun fikrincə, ağil nə qədər ucada dayansa da,
Allaha çatdıra bilməz. Ağil maddi gerçəkliyin yalnız ayrı-
ayrı sahələrini anlaya bilir. Allaha aparan yol İlahi eşqdir,
Onu yalnız qəlbin gözü ilə görmək mümkündür.
«Könül nuru ilahidən olduğu üçün çirklənmir. Həmişə
təmiz və pak qalır. Günəşin nuru m urdar bir şey üzərində
əks edərsə iyrənc şeyi qəbul etmir, çiklənmir. O, həmin nur
dur». (M.II - 3411). Günəşin nuru istər natəmiz yerə, istərsə
də gözəl gülüstana düşsün, onun mənası dəyişmir. Pak və
ilahi nur şölələnəndə ona qovuşanlar üçün nur, uzaqda qa
lanlar üçün atəşdir. Çünki ondan uzaqda olanlar bu nurun
yalnız işığını görə bilərlər. Belə halda da ilahi nur atəş deyil,
onun əksi olan bir şeydir. Atəş kimi görünsə də, o, nur ola
raq qalır, ona qovuşmaq kimə qismət olursa xoşbəxt olur.
Rumi inanırdı ki, Allahın nuru gizlidir, lakin qəlb onu
axtarır, ona doğru can atır. Çünki onun varlığı gerçəkdir və
könül heç vaxt olmayan şeyi arzu etməz. İlahi nur nə qədər
gizlin olsa da, onun üstünü örtüb aradan götürmək mümkün
deyil. Əgər nurun üstünə torpaq və kül töksən də nur yox
olmaz, üzə çıxar, kül və torpaq üstündə parlayar.
Mövlana maraqlı bir müqayisə aparır. Bir otaqda iki
çıraq-işıqlar bir-birinə qarışıb birləşir. «Lakin eşq şamı dig
ər şamlar kimi deyildir. Eşq işıqlar içindəki işıqlar işığıdır»
(M. III - 3920). Bu işıq heç vaxt başqa işıqlar içində yox
olub onlara qarışmaz, əksinə, başqa işıqları da işıqlandırar.
Bu işığın qarşısını heç nə ilə kəsmək mümkün deyil.
Rumi «Məsnəvi»nin ilk 18 beytini öz əli ilə yazmışdır.
O, burada deyir ki, qamışlıqda kəsilib düzəldilən ney fəryad
edir, ayrılıq dərdindən əzab çəkir, əslinə qayıtmaq istəyir.
Neyin həsrəti ilahi eşqin simvoludur. Neyin səsi yandırır.
«Bu neyin səsi atəşdir, hava deyil. Kimdə bu atəş yoxdursa,
yox olsun»(M.I - 9). Ağil, hiss eşq atəşini görə bilməz.
Çünki eşqi ancaq eşqin nuru görür. Mövlana göstərirdi ki,
xaricdən gələn nur günəşdən, ulduzlardandır. Daxildəki isə
məna aləminin əksidir.
112
Beləliklə, qısa girişdən sonra Ruminin dünyagörüşünü
aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Allah. İslam. İnsan. Mövlanaya görə, yeganə varlıq
Allahdır, ondan başqa dünyada nə varsa hamısı fanidir, ke
çicidir, sözün həqiqi mənasında varlıq deyil. Deməli, dünya
da yalnız yaradan və yaradılanlar var. Kainatda mövcud
olanların hamısı bir-birini tamamlayır, tarazlayır, şərtləndi
rir. Rumiyə görə, bu gözəl nizamın səbəbini yalnız Allahda
axtarmaq lazımdır. Allah dünyanı öz mənfəəti üçün deyil,
insanlar üçün yaratmışdır. Allah dünyanı yaradarkən onu
nəyəsə oxşadıb yaratmamışdır. Mövlana deyirdi: «Cənabi-
Haqq elə ixtiraçıdır ki, yaratdıqlarını hər hansı bir nümu
nəyə baxaraq xəlq etməmişdir».
Ruminin fikrincə, Allaha dua edən, Ondan kömək
uman insan səmimi qəlbdən öz varlığını Onun varlığında
yox edə bilirsə, deməli, kömək alıb. Maddi rifah ummaq in
sanı Tanrıdan ayırır. «Duamız qəbul olunmayanda Allah
səmasından sükut ilə cavab verilir».
Rumi göstərirdi ki, bu dünyanı məkansız Allah yarat
mışdır, deməli, bu dünya laməkan aləminin daxilində keçici
bir yer tutur. Cəhətlər (tərəflər) yalnız cisimlərdən olur, cə-
hətsizlik isə ruhun təbiətidir. Sevən aşiqin ruhu isə məkana
sığmır. Eşq atəş, könül isə atəşin ocağıdır. Ruhun sayı yox
dur, ölçülmür, kəmiyyət və keyfiyyət olmayan həqiqət
dünyasına qərq olub.
Mövlana təkidlə deyirdi ki, ilahi nurun olduğu lamə
kan aləmində zaman yoxdur. Zaman yalnız yaradılana aid
dir. Yəni məkanı olanın zamanı da var. Rumi indiki zama
nın mövcudluğunu qəbul etmirdi: «Keçmiş və gələcək sənə
nisbətdə var. Sənin iki sandığın - keçmiş və gələcək - ikisi də
birdir» (M.III - 1152). Zaman dayanmır, axır, keçir. O,
məsləhət görürdü ki, keçib getmiş şeyə qəm eləmə. Keçmişə
həsəd aparmaq xətadır.
Rumi göstərirdi ki, səbəbsiz insana ucalıq gəlmir. Sə
bəbi yaradan Allah bizim bu dünyadakı əməllərimizi nəzərə
alır. «Səbəbsiz olaraq bizə ucalıq gəlməz. Ancaq qüdrət sə
bəbi qaldırmaqda aciz deyil. Ey səbəbə qapılan, səbəbdən
kənara çıxma. Fəqət səbəbi yaradanı da əbəs yerə sınağa
çəkmə. Səbəbi yaradan Tanrı nə istəsə edə bilər. Mütləq
113