Fənn : Maliyyə və Kredit Mövzu 14: Maliyyə bazarı p L a n maliyyə bazarının mahiyyəti və rolu


Maliyyə bazarının dövlət tənzimlənməsi



Yüklə 137,5 Kb.
səhifə14/15
tarix21.04.2022
ölçüsü137,5 Kb.
#85835
1   ...   7   8   9   10   11   12   13   14   15
Mövzu 14. maliyye bazari (1) (1)

Maliyyə bazarının dövlət tənzimlənməsi. Azərbaycanda maliyyə bazarının dövlət tənzimlənməsi bir neçə struktur tərəfindən həyata keçirilir.

1.Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi.

2. Azərbaycan Respublikasının Mərkəzi Bankı:

- Azərbaycanda hesablaşmaların həyata keçirilməsi və bank əməliyyatlarının aparılması qaydasını müəyyən edir;

- kredit təşkilatlarının lisenziyalaşdırılmasını həyata keçirir;

- kredit təşkilatlarının fəaliyyətinə nəzarəti həyata keçirir;

- kredit təşkilatlarının qiymətli kağızlarını qeydiyyatdan keçirir;

- valyuta tənzimlənməsini və valyuta nəzarətini həyata keçirir.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Sığorta Nəzarəti Şöbəsi:

- sığorta fəaliyyətini lisenziyalaşdırır;

- sığortaçıların maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir:

- sığorta sahəsində metodiki və normativ sənədləri işləyib hazırlayır.

Bütün bunlara baxmayaraq Azərbaycan Respublikasında yuxarıda göstərilən qurumları birləşdirən və əlaqələndirən struktur və eləcə də vahid bir bütöv kimi maliyyə bazarını tənzimləyən normativ akt yoxdur.

Qiymətli kağızlar üzrə Dövlət Komitəsi böhrandan sonrakı iqtisadiyyatın maliyyə vəsaitlərinə ehtiyacı olacağını nəzərə alaraq (01.08.09 tarixdən Azərbaycan üzrə) listinqi alternativ maliyyələşmə yolu kimi qəbul edilmişdir.

Qəbul edilmiş qaydalara görə listinqin 2 səviyyəsi müəyyən olunmüşdur. Birinci səviyyəli kotirovka vərəqəsi, ikinci səviyyəli kotirovka vərəqəsi. Birinci səviyyəli kotirovka vərəqəsinə ən azı 3 illik fəaliyyət tarixi olan, son 3 ildə iflas proseduru ilə üzləşməmiş yerli və xarici ASC-ləri və QSC-ləri daxil ola bilərlər. Həmçinin bu səviyyəyə daxil slmaq istəyən şirkətin minimum 5 mln. manat kapitalı,son 3 ilin hər biri üzrə xalis mənfəəti, mühasibat hesabatlarının beynəlxalq standartlarının və beynəlxalq auditin tətbiqinə 3 il bundan əvvəl başlamış olmalıdır. Müstəqil direktorun mövcudluğu, dayanıqlı menecment, şəffaflıq ,daxili audit komitəsinin olması, qiymətli kağızların reyestrinin peşəkar reyestrsaxlayıcı tərəfindən aparılması və s. əsas tələblərdəndir.

İkinci səviyyəli kotirovka vərəqəsinə bir il fəaliyyət tarixi olan,kənar auditdən keçən və məlumatların açıqlaya biləcək yerli ASC, QSC vəMMC-lər daxil ola bilərlər.

Listinq- şirkətin qiymətli kağızlarının fond birjasının kotirovka vərəqəsinə daxil edilməsi və birjada ticarətə buraxılması prosedurudur. Şirkət listinqə səhmləri və istiqrazları ilə daxil ola bilər. Listinqin əsas üstünlüyü daha ucuz və iri həcmli vəsaitə çıxışdır. Əgər kredit faizinin dərəcəsini kredit riski, zaman premiumu, depozit faizi, bank marjası və xidmət xərcləri formalaşdırırsa, istiqraz faizi daha az kredit riski, zaman premiumu və bazara çıxış xərcləri əsasında əmələ gəlir. Nəticədə də kreditin faiz dərəcəsi 25-26 faiz olduğu halda istiqraz faizi 15-16 faiz olur.


Yüklə 137,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə