Fənn: “Ailə təbabəti”


Anafilaktik şokun qeyd etdiyimiz formalarında əksərən övrə və Kvinke ödemi də olur



Yüklə 0,93 Mb.
səhifə32/33
tarix23.12.2023
ölçüsü0,93 Mb.
#154543
1   ...   25   26   27   28   29   30   31   32   33
Günay. PDF. Ailə Təbabəti

Anafilaktik şokun qeyd etdiyimiz formalarında əksərən övrə və Kvinke ödemi də olur.
İlkin həkiməqədər yardım:
-Dərmanın yeridilməsi dərhal dayandırılır və inyeksiya yerindən (həşərat sancan yerdən) yuxarı yalnız dərialtı venaları sıxmaq şərti ilə ətrafa kəmər qoyulur,
-dərman yeridilən yerin ətrafına dairəvi olmaqla 3-5 ml fizioloji məhlulda həll edilmiş 0,1%-li 0,3-0,5 ml adrenalin (epinefrin) vurulur;
-anafilaktik şok penisillin vurulması nəticəsində baş veribsə, onda bu zaman xəstəyə ilkin terapevtik tədbir kimi əzələ daxilinə birdəfəyə 2 ml fizioloji məhlulda 1.000.000 TV penisillinaza yeridilir,
- xəstə uzandırılır, otağın havası təzələnir;
- imkan varsa xəstəyə oksigen verilir
- arterial təzyiq ölçülür, nəbz sayılır;
- yuxarı tənəffüs yollarının keçiriciliyi nəzarətdə saxlanılır;
- arterial təzyiq kəskin düşən hallarda hər 5-10 dəqiqədən bir əzələyə 0,3 ml adrenalin vurulur və arterial təzyiq 90/60 mm c. süt.-dan az olmayan səviyyədə saxlanılır;
- əzələyə 2 ml kordiamin (yaxud kofein) vurulur;
- əgər arterial təzyiqi qaldırmaq mümkün olmursa, belə halda 20 ml fizioloji məhlulda (şəkərli diabeti olmayanlara 20 ml 40%-li qlükozada) 0,5-1,0 ml 0,1%-li adrenalin şırnaqla venaya yeridilir;
- sonra 300 ml 5%-li qlükozada 90 mq prednizalon+0,2%-li 1,0 ml noradrenalin dəqiqədə 8 damçı olmaqla damcı üsulu ilə venadaxilinə vurulur
-əzələyə 2 ml tavegil, venaya 90 mq prednizalon (yaxud 8-32 mq deksametazon, yaxud 250 mq hidrokortizon, ya da 8-32 mq betametazon) və
-bronxospazm olduqda isə 5 ml 2,4%-li eufillin yeridilir;
-ürək fəaliyyətinin və tənəffüsün dayandığı hallarda ürəyin qapalı masajı aparılır və xəstədə süni nəfəs verilir;
-venaya 20 ml fizioloji məhlulda ürək qlükozidləri (0,5-1,0 ml 0,05%-li
strofantin, yaxud 0,5-1,0 ml 0,06%-li korqlükon) və 2 ml laziks vurulur;

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə