Fənn: “Ailə təbabəti”


Anafilaktik şokun inkişaf sürətinə və ağırlıq dərəcəsinə görə 3 forması ayırd edilir: ildırımsürətli forma, ağır forma və orta ağırlıqlı forma



Yüklə 0,93 Mb.
səhifə31/33
tarix23.12.2023
ölçüsü0,93 Mb.
#154543
1   ...   25   26   27   28   29   30   31   32   33
Günay. PDF. Ailə Təbabəti

Anafilaktik şokun inkişaf sürətinə və ağırlıq dərəcəsinə görə 3 forması ayırd edilir: ildırımsürətli forma, ağır forma və orta ağırlıqlı forma.
İldırımsürətli formada işıqlı dövr 1-2 dəqiqə olur: dərmanı insan bədəninə təzə yeritməyə başlarkən ani sürətdə - sanki bir göz qırpımında ürək-damar sisteminin fəaliyyəti kəskin pozulur və kəskin ürək-çatmazlığı baş verir: xəstənin dərisi və sifəti kəskin avazıyır, göyərir və soyuq tərlə örtülür, bəbəklər genəlir, təzyiq yoxdur, nəbz sapvari olur və aqonal tənəffüs. Ağciyərlər üzərində auskultasiyada bir çox hallarda "qəbiristanlıq sükutu" - tənəffüsün keçirilməməsi aşkarlanır. Ildırımsürətli formada xəstəyə ilkin 10 dəqiqə müddətində göstərilən reanimasiya tədbirləri müsbət nəticə verə bilir və gecikmə ölümə bərabərdir.
Ağır formalı anafilaktik şokda işıqlı dövr 5-7 dəqiqə olur və bu müddətin sonuna doğru xəstədə baş verəcək şokun xəbərdaredici əlamətləri qeyd edilir: kəskin halsızlıq, qorxu, narahatlıq, başgicəllənmə, nəfəsalmanın çətinləşməsi, qulaqlarda küy, eşitmə və görmənin zəifləməsi, baş ağrıları, istilik hissi, qaşınma, soyuq tər, ürək nahiyəsində sıxılma hissiyatı və müxtəlif hissiyyat pozğunluqları (paresteziyalar).
Bu əlamətlər fonunda xəstədə birdən-birə ildırımsürətli formada olan klinik mənzərə inkişaf edir.
Orta ağırlıqlı anafilaktik şokda işıqlı dövr 30 dəqiqəyə qədər olur və bu forma şokun gedişində 4 variant ayırd edilir:
+ kardial (hemodinamik),
+ astmoid,
+ serebral və
+ abdominal variant.
Kardial (hemodinamik) varianta daha çox təsadüf edilir. Bu variantda ürək-damar sisteminin fəaliyyəti kəskin pozulduğundan xəstədə dərinin avazıyaraq göyümtül rəng alması və soyuq tərlə örtülməsi, nəbzin sapvari olması və arterial təzqiyin kəskin enməsi ön plana çıxır.
Astmoid (asfiksiya) variant təngənəfəsliklə və döş qəfəsinin sıxılma hissiyatinin olması ilə başlayır. Sürətlə artan təngnəfəslik fonunda xəstədə boğulma (asfiksiya) olur. Boğulmanın səbəbi bronxospazm, yaxud yuxarı tənəffüs yollarının keçiriciliyinin tam, ya da hissəvi pozan udlağın, qırtlağın və traxeyanın odemidir. Bunun da nəticəsində qazlar mübadiləsi kəskin pozulur.
Serebral variantda xəstədə epileptik statusu, yaxud beyin qan dövranının pozulmasını xatırladan klinik mənzərə qeyd edilir: yüksək oyanıqlıq, qorxu, şiddətli baş ağrıları, huşun itməsi, tonik və klonik qicolmalar, ağızdan köpük daşmasi, qeyri-iradi nəcis və sidik ifrazı, qadınlarda uşaqlıq yolundan qanlı ifrazatın xaric olması.
Abdominal variantda xəstədə "kəskin qarın” əlamətləri (ürəkbulanma, qusma, qarinda sancışəkilli ağrılar və s.) meydana çıxır və hətta, bir sıra hallarda xəstəyə səhvən qarın boşluğu üzvlərinin cərrahi xəstəliyi (məs. perforativ mədə xorası, kəskin bağırsaq keçməzliyi) diaqnozu da qoyulur.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə