Fənn: “Azərbaycan tarixi”


Uzun Həsənin «Qanunnamə»si



Yüklə 335,5 Kb.
Pdf görüntüsü
səhifə11/22
tarix18.04.2022
ölçüsü335,5 Kb.
#85591
1   ...   7   8   9   10   11   12   13   14   ...   22
az tarixi m6

Uzun Həsənin «Qanunnamə»si

 osmanlılar və səfəvilər tərəfındən  uzun zaman ərzində 

istifadə  edilmişdir.  Lakin  Uzun  Həsənin  əsaslı  tədbirlərinə  baxmayaraq,  arzuolunan  səviyyədə 

mərkəzi hakimiyyəti yarada  bilməmiş, Sultan Yaqubun (1478-1490) ölümündən sonra Ağqoyunlu 

dövlətində daxili mübarizə şiddətlənmişdi. Uzun Həsənin vəfatından sonra Ağqoyunlu dövlətinin 

daxili zəifliyi üzə çıxdı, Bayanduri sülaləsinin müxtəlif şahzadələrini səltənət taxtına çıxarmaq və 

onların adından dövləti idarə etmək üçün tayfa əmirləri arasında mübarizə başladı. Osmanlı sultanı 

II Bəyazidin yardımı ilə 1497-ci ilin mayında Ağqoyunlu taxtını ələ keçirmiş Gödək Əhməd bə'zi 

islahatlar keçirdi, lakin onun bu tədbirləri Ağqoyunlu əmirlərinin güclü etirazı ilə qarşılaşdı Sultan 

Əhməd Ağqoyunlu dövlətində sabitlik və sakitlik yaratmaq üçün son ümid idi. 1497-ci ilin 13 

dekabrında  Gödək  Əhmədin  öldürülməsindən  sonra  hakimiyyət  uğrunda  mübarizə  daha  da 

kəskinləşdi.  Bu  mərhələni  Ağqoyunlu  dövlətində  hökmranlıq  etmək  uğrunda  varislərin  qızğın  

mübarizəsi dövrüdür. Sultan Əhmədin ölümündən sonra  Ağqoyunlu dövlətində tamamilə hərc-

mərclik başlamışdı Hakimiyyət uğrunda Əlvəndlə Murad arasında  gedən mübarizə 1500-ci ildə 

Əbhər yaxınlığında Baba Xeyrullah adlı dərvişin vasitəçiliyi sayəsində  dayandırılmış, bağlanmış 

müqaviləyə əsasən Ağqoyunlu dövləti Qızıl-üzən çayı sərhəd olmaqla onlar arasında bölünmüşdü. 

Diyarbəkr, Azərbaycanın Kür çayından cənuba doğru olan torpaqları Əlvəndin, bütün İraq, Fars 

və  Kirman  məmləkətləri  Muradın  hakimiyyəti  altına  keçmişdi.  Əslində  səltənət  uğrunda  gedən 

mübarizənin başlıca səbəbi, hökmdarların kiçik yaşda olması,  hakimiyyətə olan qızğm hərislik 

idi.    Beləliklə,  daxilən  böhran  keçirən  Ağqoyunlu  dövləti  1501-ci  ildə  Şah  İsmayıl  Səfəvinin 

zərbələri altında dağılmış və onun yerində Azərbaycan Səfəvilər gövləti yaranmışdı. 


Yüklə 335,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə