Fənn: “Azərbaycan tarixi”



Yüklə 335,5 Kb.
Pdf görüntüsü
səhifə4/22
tarix18.04.2022
ölçüsü335,5 Kb.
#85591
1   2   3   4   5   6   7   8   9   ...   22
az tarixi m6

Şirvanşahlar.

Teymurun  ölümü  dövründə  Şirvan  İbrahimin  hakimiyyəti  altında  idi.  Iibrahim 

Şirvanşah Keyqubadın nəvəsi idi. Xalq  onu Şəki əyalətində əkinşiliklə məşğul olduğu sahədən 

götürüb  başına  şahlıq  çalması  qoymuşdu.  Onun  hakimiyyəti  dövründə  Toxtamış  Dərbəndən 

girərək Şirvanı talan etmiş,  onun ardınca isə Teymurun Az-na yereşləri bsaşlamışdı. İ İbrahimin 

ağıllı  siyasəti  nəticəsində  Şirvan  bu  talanlardan  qurtulmuşdu.  O,  daha  güclü  olan  Teymurun 

himayəsini  qəbul  etmişdi.  Onun  ağıllı  siyasəti  nəticəsində  Az-nın  digər  bölgələrinə  nisbətən 

Şivanda  iqtisadi-siyasi  sabitlik  əldə  edilmişdi.  Lakin  Teymurun  ölümündən  sonra  Teymurilər 




arasındakı hərcmərclikdən istifadə edən İbrahim tabeçilikdən imtina etdi. Azərbaycanın, həmçinin 

Şirvanın hakimiyyətini öz əlində cəmləşdirmək, Az-da müstəqil hakim olmaq niyyətilə İbrahim 

tezliklə Şəki, Dərbənd, Gəncə, Qəbələ-Qarabağ düzənliyinə qədər bütün ərazilərdə öz nüfuzunu 

möhkəmləndirdi.  O,  çoxdan  nəzərdə  tutduğu  məqsədin-Araz  çayının  cənubunda  yerləşən 

torpaqların Şirvan ətrafında birləşdirilməsi planını həyata keçirmək üçün fəaliyyətə başladı. Təbriz 

tacirləri  də  onu  öz  hakimləri  kimi  görmək  istəyirdilər.      Çünki  Az-n  torpaqlarının  vahid  siyasi 

qurumda olması ticarətingenişlənməsinə şərait yaradacaqdı.  

I İbrahim birləşdirmə siyasətini həyata keçirmək üçün Gürcü çarı II Konstantil, Ərdəbil, Şəki, 

Gəncə hakimləri iə ittifaq qururaraq Teymurilərə qarşı mübarizəyə başladı.Miranşa, Əbubəkr və 

Ömərin Təbriz uğrunda döyüşlərindən bezən şəhər əhalisi kömək üçün  İbrahimə müraciət etdilər. 

Bu şirvanşaha sərhəddi keçmək üçün imkan yaratdı. 1406-cı ilin may ayında Şirvanşah Təbrizə 

daxil oldu. Təbrizin ələ keçirilməsi Az-n torpaqlarının vahid hak-t altında birləşməsi demək idi. 

Lakin  bu  birləşdirmə  siy-ti  uğursuzluqla  nəticələndi.  Cəlairi  və  Qaraqoyunlu  qoşunları  Təbrizə 

doğru yürüdülər. Bunu eçidən İbrahim geri qayıtmaq qərarına gəldi. 1406cı il iyulda şirvanşahlar 

Təbrizi tərk etdi. Beləliklə birinci birləşdirmə cəhdi uğursuz oldu.  

II cəhd 1410-da edildi. Sultan Əhməd Qara Yusiflə ittifaqına xəyanət edərək İbrahimlə anlaşır və 

Şirvanşah  İbrahim  oğlu  Kəyumərsin  başçılığı  ilə  Təbrizə  qoşun  göndərdi.  Lakin  Qara  Yusif 

bundan xəbər tutaraq  Şənbi Qazan yax-da  Sultan Əhmədi məğlum edtdi. Beləliklə də İbrahimin 

ikinci birləşdirmək çəhdi də baş tumadı.  

Qara Yusif Şirvanşahı özündən asılı vəziyyətə salmaq üçün bir neçə cəhd göstərsə də bu 

baş  tutmadı.  Həm  Qara  Yusif  ,  həm  də  İbrahim  qarşı-qarşıya  gələmək  üçün  hazırlaşırdılar. 

Nəghayət1412-ci ilin noyabr-dekabr ayalrında Kür  sahilində böyük döyüş baş verdi.Qüvvələrin 

qeyri-bərabərliyi(cəmi 2 min Çirvanşah qoşunu və az miqadrda gürcü dəstələrinə qarşı Qarabağ, 

Muğan, Naxşıvanın birləşmiş qoşunu döyüçürdü) nəticəsində İbrahim məğlub oldu.Gürcü cürı və 

onun  dəstəsi  edam  edilsə  də  İbrahim1413-cü  ildə  azad  olunaraq  Şirvana  qayıtdı.  Qara  Yusif 

İbrahimi başparası ödəmək müqabilində azad etmişdi. Şivan əhli ilə bərabər Təbriz sənətkarları da 

pul  toplayaraq  İbrahimi  azda  etdilər.  Bundan  sonra  Şirvan  qaraqoyunlulardan  nominal  asılılığı 

qəbul  etməli  oldu.  Lakin  onun  ölümündən  sonra  oğlu  IXəlilüllah(1417-1462),  nəvəsi  Fərrux 

Yassar(1462-1201)  bu  asılığılığı  qəbul  etmədilər.  Xəlilüllah  Qaraqoyunluların  ən  güclü  rəqibi 

Teymuri Şahruxla(Teymurun II oğlu) birləşdi.  




Əmir  Teymurun  daxilən  möhkəm  olmayan  imperiyası  onun  ölümündən  sonra 

parçalanmağa başlamış, atası tərəfındən hakimiyyətdən məhrum edilmiş Miranşah oğlu Əbubəkir 

və Mirzə Ömərlə birlikdə Azərbaycanda və İranın  qərb torpaqlarında səltənətə  çıxmaq uğrunda 

qanlı döyüşlərə başlamışdılar.  

Azərbaycanda  Teymurun  varisləri  arasında  hakimiyyət  uğrunda  davam  edən  mübarizə, 

yerli hökmdarların  nüfuzunun möhkəmlənməsinə və genişlənməsinə imkan yaratdı. Şirvanşah I 

İbrahim yaranmış siyasi vəziyyətdən istifadə edərək Azərbaycan torpaqlarını Şirvanşahlar dövləti 

ətrafında birləşdirmək uğrunda mübarizəyə başladı. O, bu məqsədlə Gəncə hakimi Yar Əhməd 

Qaraman, Şəki hakimi Seydi Əhməd, Ərdəbil hakimi Bəstam Cakir və Gürcü çarı Konstantin ilə 

əlaqə yaratdı. Şirvanşah I İbrahim 1406-cı il mayın sonunda Təbriz şəhərini ələ keçirdi. Lakin o, 

burada möhkəmlənə bilmədi. Şirvanşah Sultan Əhməd Cəlayirin Bağdaddan Təbriz üzərinə yürüşə 

çıxdığını  xəbər  alaraq  Cənubi  Azərbaycanı  tərk  etdi.  Azərbaycanda  siyasi  hakimiyyət  uğrunda 

gedən  mübarizəyə  1406-cı  ildə  Qara  Yusif  Qaraqoyunlu  da  qoşuldu.  Qara  Yusif  1406-cı  ilin 

oktyabrında  Naxçıvan  yaxınlığında  və  1408-ci  ilin  21  aprelində  Təbriz  yaxınlığındakı  Sərdrud 

düzündə  Teymuri  Əbubəkr  üzərində  qələbə  çalmışdı.  Qara  Yusifin  teymurilər  üzərindəki 

qələbəsindən sonra Azərbaycanın cənub torpaqlarında teymurilərin hakimiyyətinə son qoyulmuş 

və hakimiyyət qaraqoyunluların əlinə keçmişdi 


Yüklə 335,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə