FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A


Kənd təsərrüfatının aparıcı sahələri



Yüklə 167,21 Kb.
səhifə10/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   6   7   8   9   10   11   12   13   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

Kənd təsərrüfatının aparıcı sahələri. Əmək qabiliyyəti olan adamların təqribən yarısını özündə birləşdirən kənd təsərrüfatı ölkəmilli gəlirinin ancaq 20 faizini yarada bilir, kənd təsərrüfatında üç bölmə: dövlət, kooperativ və kiçik kəndli təsərrüfatları fəaliyyət göstərir. 1958-ci ildə icarə münasibətləri və aqrar islahatlar haqqındıilk qanun qəbul olunur. 1963 və 1970-ci ildə aqrar islahat qanunlarına mühüm əlavələr edildikdən sonra torpaq sahibkarlarının mülkiyyəti bir qədər məhdudlaşdırılmışdır. Aqrar islahatlardan sonra dövlətdən torpaq almış kəndlilər arasında kooperativ hərəkat genişlənməyə başlayır. Hazırda Suriyada 1,8 mln. hektar sahəsi olan 4500-dən artıq kooperativ təsərrüfat var. Ölkə kənd təsərrüfat məhsulları istehsalının 45 faizi bu kooperativlərin payına düşür. Ümumi sahəsi 18,4 mln. hektar olan Suriya torpaqlarının 8,7 mln.-u kənd təsərrüfatı üçün əlverişlidir, bunun isə təqribən 6,0 mln. hektarından istifadə olunur. Fərat vadisində və oazislərdə suvarılan əkinçilik üstünlük təşkil edir. Becərilən torpaqlarda əsasən dənli (buğda, arpa, qarğıdalı), texniki (pambıq, tütün, şəkər çuğunduru) bitkilər yetişdirilir. Suriyada bostan və tərəvəz bitkiləri, üzüm vəmeyvə bağları da genişərazi tutur. Kənd təsərrüfatı məhsuldarlığının qeyri-sabit və aşağı səviyyədə olması onun texniki-iqtisadi geriliyi iləbağlıdır. Suriyada əl əməyindən və qoşqu heyvanlarının gücündən hələçox istifadə olunur. Yem çatışmazlığı üzündən heyvandarlıq lazımi səviyyədə inkişaf edə bilməmişdir. Ölkədəət, yağ, yun, dəri və bağır-sağa (kolbasa istehsalı üçün) olan tələbatın müəyyən hissəsi yerli im-kanlar hesabına ödənilir. Əsasən ekstensiv istiqamətdə (yəni kəmiyyətə üstünlük verməklə inkişaf edən) heyvandarlığın məhsuldarlıq səviyyəsi aşağıdır. Baytarlıq mədəniyyətinin zəif inkişafı, otlaqların çatış-mazlığı, müharibələr və başqa səbəblər üzündən son illərdə ev hey-vanlarının sayı bir qədər azalmış, təbii artım isə çox zəif olmuşdur. Suriya hökuməti heyvandarlıqdakı geriliyi aradan qaldırmaq üçün nümunəvi fermalar, elmi-tədqiqat mərkəzləri yaratmışdır. Ölkədəəhalinin ət məhsullarına olan tələbatını ödəmək üçün böyük şəhərlərin ətrafında broyler təsərrüfatları yaradılır. Suriyanın sahil sularında balıq ovu inkişaf etdirilir (ildə orta hesabla 12-13 min ton balıq ovlanır

Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə