FəNN: ƏRƏB ÖLKƏLƏRİNİN İQTİsadiyyati mühaziRƏ: 30 saat, məşğələ: 30 saat FƏnn müƏLLİMİ: sultanova g. A


Kənd təsərrüfatının aparıcı sahələri



Yüklə 167,21 Kb.
səhifə13/58
tarix08.05.2023
ölçüsü167,21 Kb.
#108987
1   ...   9   10   11   12   13   14   15   16   ...   58
MUHAZIRE EREB OLKELERININ IQTISADIYYATI

Kənd təsərrüfatının aparıcı sahələri. Ürdündə su mənbələrinin azlığı üzündən torpağın cəmi 14-15 faizi becərilir. Əkinçilik kənd təsərrüfatının əsas sahəsidir. İordan çayının dərəsi isəəsas əkinçilik rayonu hesab edilir. Ölkədəəsasən taxıl, meyvə, tərəvəz, şəkər qamışı, tütün, zeytun, üzüm, arpa, qarğıdalı və s. becərilir. Zeytun becərilməsi ölkənin kənd təsərrüfatında mühüm əhəmiyyət kəsb edir. Onun ən yaxşı növlərindən konserv hazırlanır, zeytun yağı çəkilir. Sənayedə zeytundan sabun bişirmədə istifadəolunur. Becərilən torpaqların çox hissəsini dəmyəəkinləri təşkil edir. Əkin sahələrinin ancaq 10 faizə yaxını suvarılır. Təbii ki, quraq keçən illərdə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı xeyli azalır. Ürdünün kənd təsərrüfatında tərəvəzçilik mühüm əhəmiyyət kəsb edir. Ölkənin torpaq-iqlim şəraiti tərəvəzin qonşu ölkələrə nisbətən 3-4 həftə tez yetişməsinə imkan verir. Bu isə tərəvəzin qonşu ölkələrin bazarlarına erkən çıxarmağa və baha satılmasına səbəb olur. Ölkədəkənd təsərrüfatının intensivləşdirilməsi, məhsuldarlığın artırılması və əhalinin kənd təsərrüfatı məhsulları ilə təmin edilməsindən ötrü müəyyən dövlət tədbirləri həyata keçirilir. Heyvandarlıq ekstensivdir. Yem otları az əkildiyindən mal-qara ilboyu açıq otlaqlarda saxlanılır. Maldarlıqla əsasən köçəri həyat sürən əhali məşğul olur. Ölkədə dəvə saxlanılmasına xüsusi fikir verilir. Böyük şəhərlərin ətrafında quşçuluq fermaları və broyler təsərrüfatı yaranmaq üzrədir. Ölkə daxili istehsal hesabına tərəvəz və quru subtropik meyvələrə olan tələbatını tam ödəyə bilsə də, dənli bitkilələ olan tələbatının cəmi 30-35 faizini, ət və süd məhsullarına olan tələbatınıancaq yarıya qədərini ödəyə bilir.
Nəqliyyat və xarici ticarəti. Ölkənin müasir nəqliyyat şəbəkəsi əslində daxili tələbatı tam ödəmək iqtidarında deyil. Ürdünün əsas nəqliyyat növü avtomobil nəqliyyatıdır. Bərkörtüklü avtomobil yolların ümumi uzunluğu 10 min km-ə yaxındır. Ötən əsrin axırlarından başlayaraq həm avtomobil parklarının, həm dəparklardakı avtomobillərin sayının çoxalması hiss olununr. Bu da öz növbəsində beynəlxalq marşrutlarla da yük və sərnişin daşınmasının artmasına səbəb olmuşdur. Ölkəyə avtomobil göndərilməsində Yaponiya şirkətlərinin rolu böyükdür. Əmman-Əqəbə, Əmman-Yerusəlim, Əmman-Dəməşq yolları, demək olar ki, birinci dərəcəli yollardır. Ölkədə dəmir yollarının ümumi uzunluğu 600 km qədərdir. Suriya sərhədindəki Dərya şəhərindən ölkənin cənubundakı Əqəbə şəhərinə qədər uzanan dəmir yol xətti şübhəsiz bütün ehtiyaclarıödəmək iqtidarında deyil. Ölkənin həm dəmir yol xəttinin, həm də vaqon parkının müasirləşdirilib yenidən qurulmasına ehtiyac var. Dəməşqdən Məkkəyə qədər Hicaz dəmir yolunun da yaradılmasılayihəsi müzakirə olunur. Dəmir yoluna nisbətən hava nəqliyyatıdaha inkişaf etmiş hesab edilir. 1963-cü idə ölkədə «Aliyə» adlanan milli aviaşirkət yaradıldı. Bu şirkətin təyyarələri əsasən beynəlxalq səfərlərə xidmət edir. Əmman və Əqəbə şəhərlərində beynəlxalq dərəcəli aeroportlar fəaliyyət göstərir. Ölkədə dəniz nəqliyyatı lazımınca inkişaf edə bilməmişdir. Ölkənin iqtisadiyyatında mühüm rol oynayan xarici ticarət əlaqələr Qırmızı dənizdə yerləşmiş Əqəbə limanı vasitəsilə də həyata keçirilir.
Xarici ticarət ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Ürdün sənaye malları, yanacaq vəərzaq məhsullarının böyük əksəriyyətini idxal edir. İdxal olunan məmulatlarının dəyəri hər il artdığından ölkənin xarici ticarət dövriyyəsi də artır. 2005-ci ildə ölkəixracatının dəyəri 3,5 mlrd. ABŞ dollarına bərabər olmuşdur. Bunun 22 faizini fosfat tərkibli materialların, 15 faiz potaşın, 8 faizi fəraşmeyvə və tərəvəzin payına düşür. Həmin il idxalatın dəyəri 5,6 mlrd. dollara bərabər olmuşdur. Bunun 18 faizi müxtəlif maşın vəavadanlıqların, 12 faizi yanacağın, 10 faizi ərzağın payına düşür. Ölkənin ticarət əlaqələrində tərəf müqabilləri Hindistan, SəudiyyəƏrəbistanı, ABŞ, Almaniya və digər dövlətlərdir. Dövlətin milli pulu Ürdün dinarıdır. Təqribən 0,8 dinar 1 ABŞ dollarına bərabər tutulur.

Yüklə 167,21 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə