Fənn: Fəlakət hallarında humanitar logistika və nəqliyyat servisləri


Xüsusi anbarlar dedikdə bazarda fəaliyyətinin formasından asılı olmayaraq hər bir təsərrüfat subyektinin ixtiyarında, sərəncamında olan anbarlar başa düşülür



Yüklə 33,26 Kb.
səhifə2/13
tarix01.02.2023
ölçüsü33,26 Kb.
#99906
1   2   3   4   5   6   7   8   9   ...   13
Mühazirə 4

Xüsusi anbarlar dedikdə bazarda fəaliyyətinin formasından asılı olmayaraq hər bir təsərrüfat subyektinin ixtiyarında, sərəncamında olan anbarlar başa düşülür. Belə anbarlardan ancaq bir təsərrüfat subyekti istifadə etdiyindən onlar fərdi istifadədə olan anbarlar da adlanır və bu firma və ya müəssisənin balansında hesaba alınır. Fərdi anbarlara malik olan firma və şirkətlər bu anbarları bağlanmış müqavilələr əsasında uzunmüddətli icarəyə də verə bilmək hüququna malikdirlər. Müqavilə müddəti ərzində icarəçi anbar sahibinə əvvəlcədənrazılaşdırılmış tariflər üzrə icarə haqqı ödəyir. Xüsusi anbarlarda hansı məhsulların saxlanılması, saxlanına prosesinin təşkili, anbarın texniki imkanlarının artırılması, əl əməyinə qənaət edilməsi, anbar xərclərinin azaldılması və s. xarakterli problemləri fırma və müəssisələr müstəqil və azad həll edirlər. Bu tip anbarlarda sistematik olaraq böyük məhsullar emal olunur.
Dövlət anbarlarını praktikada ümumi istifadədə olan anbariar kimi də qəbul edirlər. Bu anbarlar dövlət mülkiyyəti statusunu qoruyub saxlayan müəssisə və təşkilatların anbarları hesab olunur və bu anbarlarda dövlət və xüsusisıfarişlər üçün məhsullar saxlanılır. Dövlət anbarları da başqa təşkilatlara müəyyən müddətə istifadəyə verilir, məhsulların saxlanılması üçün tarif və ya razılaşdırılmış müqavilə qiymətləri üzrə icarə haqları alınır. Nəqliyyat təşkilatları, gömrük orqanları, səhm nəzarət paketi xüsusən dövlətə məxsus olan ayrı-ayrı səhmdar cəmiyyətlərin anbarları əsasən dövlət anbarları adlanır. Ümumi istifadə anbarları öz müştərilərinin sifarişləri (bəzi hallarda zəruriyyət yaranır) əsasında məhsul partiyasını dəstləşdirir (əvvəlcədən çeşidlərə ayırmadan, yenidən işləmədən, emal etmadən) və təyinat məntəqələrinə göndərir. Mahiyyət baxımından bu tip anbarlar istehsal və ticarət - vasitəçi strukturlar üçün məhsulların saxlanılmasında əlavə zona, sahə rolunu oynayır.
Təsərrüfat subyektləri üçün xüsusi anbarlar tikmək və onları saxlamaq böyük maliyyə vəsaiti tələb etdiyindən xüsusi anbar qurğularına malik olmadan ümumi istifadədə olan anbarlardan istiadə etməyə səy göstərirlər. Firma öz məhsullarının saxlanması haqqında məsələni həll edən zaman ümumi istifadədə olan anbarlara ilkin variant kimi baxır. Belə anbarlar çevik olduğundan firmaları bir çox problemlərdən azad edir. Ümumi istifadə təyinatlı anbarlar firmalardan investisiya tələb etmir. Bu anbarlarda müxtəlif növ anbar xidmətlərinin göstərilməsi üçün xüsusi qulluqçular tutulur.
Ümumi istifadədə olan bir çox anbarlar da öz növbəsində ixtisaslaşır. Onlar yalnız metal, dondurulmuş ərzaq məhsulları və ya təsərrüfat təyinatlı məhsulların qəbulunu və emalını həyata keçirir.
Ümumi istifadə təyinatlı anbarlar istehlakçılarınhesabına aşağıdakı xidmət növlərini təklif edir:

Yüklə 33,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə