Fənn: Fəlakət hallarında humanitar logistika və nəqliyyat servisləri



Yüklə 33,26 Kb.
səhifə7/13
tarix01.02.2023
ölçüsü33,26 Kb.
#99906
1   2   3   4   5   6   7   8   9   10   ...   13
Mühazirə 4

Anbar sisteminin xərcləri

Anbar sistemlərinin optimal fəaliyyəti strategiyasının seçilməsi üçün anbar xərcləri və onların tərkibi mühüm əhəmiyyət kəsb edir. Praktikada anbarların fəaliyyət strategiyasına təsir göstərən altı əsas xərc növü mövcuddur:



anbarların sayının azaldılması və təchizatı anbarlarının istehlakçılardan uzaqlaşdırılması ilə əlaqədar satış həcmində baş verən itkilər.

  1. Məhsulgöndərmələrlə əlaqədar xərclər (nəqliyyat xərcləri). Bu xərclər əsasən: əmtəələrin gətirilməsi və əmtəələrin göndərilməsi kimi iki hissəyə bölünür. Əmtəələrin gətirilməsi xərcləri özündə məhsulların logistik dövrənin iştirakçılarının anbarlarına gətirilməsi ilə əlaqədar olaraq ödənilmiş bütün tarif və fraxtalar, nəqliyyat rüsumları və habelə logistik vasitəçilərin anbarlarına daxil olan yüklərin boşaldılması zamanı kənar təşkilatlar tərəfindən müqavilələr əsasında yerinə yetirilən yükləmə-boşaltma işlərinin və xidmətin dəyərinin ödənilməsi ilə əlaqədar olan xərcləri birləşdirir. İkinci hissə logistik xərclər isə məhsulgöndərmələrin bazis şərtləri əsasında material resusları, hazır məhsullar, dəstləşdirici məmulatlar, eləcə də yarımfabrikatları istehlakçı firma və müəssisələrin təyinatı məntəqəsinə, stansiyasına çatdırılması, vaqonların texniki vasitələrlə təchiz edilməsi və əmtəələrin ünvanının dəyişdirilməsi ilə əlaqədar olan xərclər, nəqliyyat təşkilatlarının rüsumları, məhsulların logistik vasitəçilərin anbarlarına göndərilməsi zamanı kənar təşkilatların yerinə yetirdikləri yükləmə-boşaltma işlərinin və xidmətlərinin ödənilməsi üzrə xərcləri əks etdirir.

Bu xərclər müxtəlif sistemlər üçün fərqli ola bilər və bir sıra amillərdə asılıdır (şəkil 11.6).
Bölüşdürmə zonasında anbarların sayı artıqca məhsulların anbara gətirilməsinə sərf edilən nəqliyyat xərclərinin də həcmi artır. Lakin bu asılılıq birbaşa xətti xarakter daşıyır. Burada xərclər şərti-sabit və şərti-dəyişkən tərkibli olur. Ona görə də məhsulların daşınmasına çəkilən xərclərin artım tempi o qədər də yüksək olmur.
Nəqliyyat xərclərinin ikinci tərkibi hissəsini təşkil edən məhsulların istehlakçılara göndərilməsi üzrə məsrəflər isə anbarların sayı artdıqca azalır. Bu əsasən nəqliyyat vasitələrinin yürüşlərinin kəskin şəkildə azldılması nəticəsində baş verir.
Deməli məhsulgöndərmələrlə əlaqədar xərclər bölüşdürmə zonaların anbarların artması ilə əlaqədar olaraq azalır.


  1. Yüklə 33,26 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə