Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə37/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   93

 
 
 
- Sığortalının malın qorunmasından xeyri, itirilməsindən isə zərəri olmalıdır. 
 
Əldə olunması gözlənən  mənfəət sığortanın  mövzusuna daxil edilə  bilməz. 
Eyni  zamanda,  mənəvi  dəyərlərin  də  sığortalanması  qeyri-mümkündür.  İstər 
müqavilə bağlanarkən, istərsə də sığorta ödənişi ödənilərkən mənfəət əlaqəsi əsas 
götürülür. Əgər sığorta müqaviləsi imzalandığı zaman sığortalının mənfəət əlaqəsi 
yoxdursa, sığorta hadisəsi baş verdiyi zaman sığorta ödənişi ala bilməz. Buna görə 
də  yanğın  və  yanğınla  birlikdə  təminat  verilən  sığorta  risklərinə  qarşı  sığorta 
mövzusuna daxil olan malları, həmin mal üzərində sığortalana bilən mənfəəti olan 
şəxslərdən aşağıda göstərilənlər sığorta etdirə bilərlər. 
 
1. Mal sahibi. 
2. Girov hüququna malik olan şəxs. 
 
3. İstifadə etmə hüququna malik olan şəxs. 
 
4.  Malın  qorunmasına  görə  mal  sahibi  qarşısında  məsuliyyət  daşıyan 
icarədar, agent, komisyonçu və s. şəxslər. 
 
5.  Malın  qorunmasında  bilavasitə  mənfəəti  olan  və  ya  məhkəmə  qərarıyla 
ona əmanət edilən şəxslər və ya qanuni nümayəndələr. 
 
Sığorta müqaviləsi müddəti ərzində mənfəət sahibi dəyişdiyi zaman sığorta 
davam  edir  və  sığorta  şəhadətnaməsi  (polisində)  göstərilən  bütün  hüquq  və 
vəzifələr yeni sahibə keçir. Yeni hüquq sahibi və əvvəlki sığortalı vəziyyəti 15 gün 
ərzində  sığortaçıya  bildirməyə  görə  məsuliyyət  daşıyırlar.  Sığortaçı  dəyişikliyi, 
yeni  hüquq  sahibi  isə  sığortanın  mövcudluğunu  öyrəndikləri  tarixdən  etibarən  8 
gün  ərzində  sığorta  müqaviləsini  ləğv  edə  bilərlər.  Vaxtında  istifadə  edilməyən 
ləğvetmə hüququ etibarsız sayılır. 
Sığorta müqaviləsi ilə təminata daxil edilən sığorta risqinin əmələ gəlməsi və 
zərər meydana gəldiyi zaman sığorta ödənişi, sığorta etdirilmiş əmlakların sığorta 
risqinin əmələ gəldiyi tarixdən bir gün əvvəlki alış qiymətlərinə əsasən hesablanır. 
Sığorta  ödənişinin  məbləği  hesablandığı  zaman  yanğın  sığortasının  mövzusunu 
təşkil edən malların növündən asılı olaraq müxtəlif qaydalar tətbiq edilir. 
 
1. Kommersiya mallarında: 
 
-  Sığorta  risqinin  əmələ  gəlməsindən  bir  gün  əvvəlki  alış  qiyməti  əsas 
götürülür. 
 
Fabrik, zavod və emalatxanalarda xammal və materialların hadisədən bir iş 
günü  əvvəlki  birja  alış  qiymətinin,  həmin  günə  qədərki  istehsal  xərclərinin 
hesablanması  və  ümumi  xərclərdən  lazımi  hissəsinin  əlavə  olunması  yolu  ilə 
sığorta  ödənişinin  məbləği  hesablanır.  Ancaq  bu  yolla  müəyyən  edilən  sığorta 
ödənişinin  qiyməti,  heç  bir  zaman  bu  maddələrdən  hazırlanmış  malların,  sığorta 
risqinin  əmələ  gəlməsindən  bir  iş  günü  əvvələ  olan  bazar  qiymətindən  çox  ola 
bilməz. 
 
2. Aparat, dəzgah və alətlərdə: 
 
- Təzəsinin alınması üçün ödənəcək məbləğ əsas götürülür. Lakin, bu zaman 
köhnəlmə,  aşınma  və  başqa  səbəblərdən  irəli  gələn  qiymət  ucuzlaşmaları  həmin 
məbləğdən  çıxılacağı  kimi,  həm  də  təzə  alınacaq  avadanlıqlar  istehsal  gücü  və 
keyfiyyət baxımından əvvəlkilərdən fərqlənirsə, bu fərq də nəzər alınacaqdır. 
 
3. Ev əmlakları və şəxsi əmlaklarda: 
KitabYurdu.az 
84
 


 
 
 
Təzəsinin  alınması  üçün  ödənəcək  məbləğ  əsas  götürüləcəkdir.  Lakin  bu 
zaman  köhnəlmə,  aşınma  və  başqa  səbəblərdən  irəli  gələn  qiymət  ucuzlaşmaları 
həmin məbləğdən çıxılacaqdır. 
 
4. Binalarda: 
 
İnşa  tarixindən  etibarən  köhnəlmə,  korroziya  və  başqa  səbəblərdən  irəli 
gələn qiymət ucuzlaşması çıxılaraq, risqin baş verdiyi yer və tarixdə tikilməli olan 
yeni binaya çəkiləcək xərc əsas götürülür. 
 
Binanın  yenidən  tikilməsinə  ehtiyac  olmazsa  sığorta  ödənişinin  məbləği, 
binanın, sığorta risqinin əmələ gəldiyi tarixdən bir gün əvvəlki satış qiymətindən 
boş ərazinin qiyməti çıxılmaq yolu ilə hesablanır. Bu məbləğ zərərlərdən bir gün 
əvvəlki alış qiymətindən çox ola bilməz. Sığortalı şeylərin hamısı üçün vahid bir 
sığorta məbləği hesablanıbsa bu məbləğlə növ və ya qruplara ayrılıbsa, sığortaçının 
cavabdehliyi bu növ və ya qruplarla məhdudlaşır. 
 
Sığorta  risqinin  əmələ  gəlməsinə  qəsdən  səbəb  olan  və  ya  zərəri  qəsdən 
artıran sığortalı sığorta ödənişi almaq hüququndan məhrum olur. 
 
Sığorta risqi baş verdiyi zaman sığortalı öhdəliklərini yerinə yetirməzsə və 
zərərin artmasına səbəb olarsa sığortaçı sığorta ödənişindən zərərin artan hissəsini 
çıxır. 
 
Sığortaçı  müəyyən  edilmiş  sığorta  ödənişinin  ödənməsini  ən  geci  bir  ay 
ərzində yerinə yetirməlidir. Tam zərər baş verdiyi zaman sığorta müqaviləsi başa 
çatır.  Qismi  zərərlərdə  isə  sığorta  məbləği  yerinə  yetirilən  sığorta  ödənişi 
məbləğində  azalır.  Lakin  sığortalı  gün  əsası  ilə  sığorta  haqqını  ödəməklə  sığorta 
məbləğini artıra bilər. Sığorta risqi əmələ gəldiyi zaman sığorta  məbləği əmlakın 
dəyərindən  azdırsa,  onda  sığorta  ödənişi  sığorta  məbləği  (sığorta  haqqı  zərər) 
düsturu ilə hesablanır. 
 
Qismi  zərər  zamanı  tərəflər  müqaviləni  ləğv  etmək  hüququna  malikdirlər. 
Sığortaçı  ləğv  etmə  hüququndan  yalnız  sığorta  ödənişinin  ödənilməsini  yerinə 
yetirməmişdən  əvvəl  istifadə  edə  bilər.  Sığorta  müqaviləsi  ləğv  edildiyi  zaman 
istifadə olunmayan sığorta haqqı gün əsası hesabı ilə geri qaytarılır. 
 
Təklifnamə. 
 
Sığorta  müqaviləsinin  tərtib  edilə  bilməsi  üçün  istər  sığortalı,  istərsə  də 
sığortaçı  qarşılıqlı  olaraq  öz  rəylərini  sığorta  şəhadətnaməsində  (polisində) 
birləşdirməlidirlər. Müqavilənin tərtib edilə bilməsi üçün bu şərtlər vacibdir: 
 
- Bir təklifin olması və onun sığortaçı tərəfindən qəbul edilməsi. 
 
- Tərəflərin əsas şərtləri tamamilə izah etməsi. 
 
- Sığorta mövzusunun Qanunlara uyğun olması. 
 
Bu  baxımdan  təklifnamənin  doldurulması  həm  də  Qanuni  bir 
məcburiyyətdir. Təcrübədə sığorta şəhadətnaməsinin (polisinin) doldurulması üçün 
lazım olan sığorta haqlarını və sığortalının verdiyi məlumatları hər zaman asanlıqla 
əldə  edə  bilməsi  üçün  sığortaçılar  tərəfindən  standart  təklif  formaları 
hazırlanmışdır. Təklifnamələrdə əsasən aşağıdakı sorğular olur: 
 
1. Təklif verənin adı, soyadı, ünvanı, iş yeri. 
 
2. Sığortalanacaq dəyərlərlə əlaqədar məlumatlar və sığorta məbləğləri. 
KitabYurdu.az 
85
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə