Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə45/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   93

 
 
(iştirakçıların,  əmlak  sahiblərinin  kapitalı  istisna  olmaqla)  gətirib  çıxaran 
öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi faydanın artması qəbul edilir. 
 
Deyilənlərdən  aydın  olur  ki,  müəyyən  müddət  ərzində  daxil  olmuş  pul 
vəsaiti və ya digər əmlak təşkilatın gəlirlərini əmələ gətirir, onun aktivlərini artırır. 
Lakin  heç  də  bütün  pul  vəsaitləri  gəlir  hesab  edilmir.  Belə  ki,  aşağıdakı 
daxilolmalar təşkilatların gəliri kimi qəbul edilmir: 
 
-  əlavə  dəyər  vergisinin,  aksizlərin,  və  digər  anoloji  məcburi  ödənişlərin 
məbləğləri; 
 
-  məhsulun,  əmtəələrin,  işin,  xidmətin  qabaqcadan  ödənilməsi  qaydasında 
alınmış məbləği; məhsulun, əmtəənin, işin, xidmətin ödənilməsi hesabına avansı;  
 
- beh və girov məbləği; 
 
- kreditin ödənilməsi və borc alana verilmiş borc məbləği. 
 
Gəlirlər  xarakterindən,  əldə  edilmə  şərtlərindən  və  təşkilatın  fəaliyyət 
istiqamətindən asılı olaraq iki yerə ayrılır: 
 
a) adi fəaliyyət növündən əldə olunan gəlirlər; 
 
b) sair daxilolmalar. 
 
Adi fəaliyyət növündən gəlirlər dedikdə, təşkilatın elə gəlirləri başa düşülür 
ki, onun əldə edilməsi bir qayda olaraq müntəzəm xarakter daşıyır və təşkilatın adi 
istehsal-kommersiya,  maliyyə  və  investisiya  fəaliyyəti  ilə  əlaqədardır.  Bu  isə 
müəssisənin fəaliyyətinin predmetini təşkil edir.  
 
Adi fəaliyyət növündən gəlirlər aşağıdakılardan ibarətdir: 
 
-  məhsul  və  əmtəə  satışından  gəlirlər,  işin  yerinə  yetirilməsi  və  xidmət 
göstərilməsi ilə əlaqədar gəlirlər
 
 
 
Sair 
daxilolmalar 
dedikdə, 
əməliyyat 
gəlirləri, 
satışdankənar 
əməliyyatlardan gəlirlər, habelə fövqəladə gəlirlər başa düşülür.  
 
Əməliyyat gəlirlərinə daxildir; 
 
-  təşkilatın  aktivlərinin  haqqı  ödənilməklə  müvəqqəti  olaraq  istifadəyə 
verilməsi ilə bağlı daxilolmalar
 
-  ixtiralara,  sənaye  nümunələrinə  və  intellektual  mülkiyyətin  digər 
növlərinin patentlərindən irəli gələn hüquqlarının haqqı ödənilməklə verilməsi ilə 
əlaqədar daxilolmalar; 
 
- başqa təşkilatların nizamnamə kapitalında iştirakı ilə əlaqədar daxilolmalar 
(faizlər və qiymətli kağızlar üzrə digər gəlirlər də daxil olmaqla); 
 
-  birgə  fəaliyyət  nəticəsində  (sadə  ortaqlıq  müqaviləsi  üzrə)  təşkilatın  əldə 
etdiyi mənfəət; 
 
-  əsas  vəsaitlərin  və  pul  vəsaitlərindən  fərqlənən  (xarici  valyutadan  başqa) 
digər aktivlərin, məhsulların, əmtəələrin satışından daxilolmalar; 
 
-  təşkilatın  pul  vəsaitlərini  istifadəyə  verməyə  görə  aldığı  faiz  və  habelə 
təşkilatın bankdakı hesabında olan vəsaitdən bankın istifadəsinə görə faizləri;Sat 
 
- müqavilələrin şərtlərinin pozulmasına görə cərimə, penya və dəbbə pulu
 
- əvəzsiz alınmış aktivlər, o cümlədən bağışlama müqaviləsi üzrə; 
 
- təşkilata dəymiş zərərin ödənilməsindən daxilolmalar; 
 
- hesabat ilində aşkar edilmiş keçmiş illərin mənfəəti; 
 
- iddia müddəti keçmiş kredit və debitor borclarının məbləği; 
KitabYurdu.az 
103
 


 
 
 
- məzənnə fərqləri
 
-  aktivlərin  qiymətləndirilməsi  məbləği  (dövriyyədənkənar  aktivlərdən 
başqa); 
 
- sair reallaşdırılmamış gəlirlər. 
 
Fövqəladə  gəlirlər  təsərrüfat  fəaliyyətinin  fövqəladə  şəraitin  (təbii  fəlakət, 
yanğın,  qəza  və  s.)  nəticəsi  kimi  əmələ  gələn  daxilolmalar,  sığorta  ödəmələri  və 
habelə  bərpa  edilməyə  və  gələcəkdə  istifadə  edilməyə  yaramayan  aktivlərin 
silinməsindən qalmış maddi qiymətlilərin dəyəri hesab edilir. 
 
İstehsal  müəssisələrinin  bazar  münasibətlərinə  keçdiyi  şəraitdə  gəlirlər 
onların  təsərrüfat  hesablı  fəaliyyətinin  göstəricilər  sistemində  birinci  dərəcəli  rol 
oynayır.  Özünümaliyyələşdirmə  gəlirlərin  həcmindən  birbaşa  asılı  olur,  ona  görə 
ki, gəlirlər xərcləri ödəyir və son maliyyə nəticələrini müəyyən edir. 
 
Kommersiya  təşkilatlarının  xərcləri  aktivlərin  (pul  vəsaitləri,  digər 
əmlaklar)  sıradan  çıxması  nəticəsində  iqtisadi  faydanın  (qazancın)  azalması 
deməkdir. 
 
Kommersiya təşkilatlarının xərcləri xarakterindən, həyata keçirilməsi şəraiti 
və fəaliyyət istiqamətindən asılı olaraq iki yerə ayrılır: 
 
- adi fəaliyyət növləri üzrə xərclər; 
 
- sair xərclər (əməliyyat, satışdankənar və fövqəladə xərclər). 
 
Adi fəaliyyət növü üzrə xərclərə məhsulun hazırlanması və satışı ilə əlaqədar 
əmtəələrin  alınması  və  satışı,  işin  yerinə  yetirilməsi  və  xidmət  göstərilməsi  ilə 
əlaqədar xərclər aiddir. Fəaliyyət predmetinin müəyyən haqq ödənilməsinə görə öz 
aktivlərini icarə müqaviləsi üzrə müvəqqəti istifadə üçün (müvəqqəti sahibliyə və 
istifadəyə)  verən  təşkilatlarda  adi  fəaliyyət  növləri  üzrə  xərclərin  həyata 
keçirilməsi bu fəaliyyət ilə bağlı olan xərclər hesab edilir. 
 
Kommersiya  təşkilatlarının  adi  fəaliyyət  növü  üzrə  xərcləri  özünə 
aşağıdakıları daxil edir: 
 
-  xammal,  materiallar,  əmtəələr  və  digər  material-istehsal  ehtiyatların 
alınması ilə bağlı xərclər; 
 
- məhsul istehsalı məqsədlərinə material-istehsal ehtiyatların bilavasitə emalı 
prosesində  əmələ  gələn,  işin  yerinə  yetirilməsi,  xidmət  göstərilməsi  və  onların 
satışı,  habelə  əmtəələrin  satışı  prosesində  (əsas  vəsaitlərin  və  digər 
dövriyyədənkənar  aktivlərin  saxlanması  və  istismarı  və  habelə  onların  saz 
vəziyyətdə  saxlanması  üzrə  xərclər;  kommersiya,  idarəetmə  xərcləri  və  s.)  əmələ 
gələn xərclər. 
 
Adi fəaliyyət növləri üzrə xərclərin formalaşması zamanı onların aşağıdakı 
elementlər üzrə qruplaşdırılması təmin edilməlidir: 
 
- material məsrəfləri; 
 
- əməyin ödənilməsi məsrəfləri; 
 
- sosial ehtiyatlara ayırmalar; 
 
- əsas fondların amortizasiyası; 
 
- sair məsrəflər. 
 
Müəssisənin  adi  fəaliyyət  növündən  maliyyə  nəticələrini  müəyyən  etmək 
məqsədilə, məhsulun, işin, xidmətin maya dəyəri hesablanır ki, bu da adi fəaliyyət 
növü üzrə xərc bazası əsasında formalaşır. 
KitabYurdu.az 
104
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə