Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə48/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   ...   93

 
 
quşlarda  qorxulu  həşaratlara  (qurdlara)  qarşı  mübarizə  aparılmasına;  minimum 
miqdarda  biopreparatların,  dezinfeksiya  vasitələrinin,  şprislərin,  iynələrin, 
pambığın  və  digər  tibbi  ləvazimatın  yaradılmasına;  baytarlıq  işçilərinə  və 
sürücülərə əmək haqqı və ezamiyyə xərcləri; xüsusi geyimlərə  xərclər; müvəqqəti 
xüsusi  baytarlıq  qarantin  dəstəsinin  yaradılmasına  və  saxlanmasına  xərclər; 
epizotologiyaya qarşı mübarizə üçün istifadə edilən avtonəqliyyatların saxlanması 
xərcləri. 
 
Bütün cinslərdən olan heyvanların müalicəsinə digər xərclər, həmçinin plan 
üzrə  proflaktiki  tədbirlər  təsərrüfatın  vəsaiti  hesabına  həyata  keçirilir  və 
heyvandarlıq məhsullarının maya dəyərinin tərkibinə daxil edilir. 
 
Büdcə  vəsaiti  hesabına  alınan  preparatlar  və  tibbi  ləvazimatlar  istifadə 
edilərkən  maliyyələşmə  mənbəyi  hesabına  silinir.  Təsərrüfat  vəsaiti  hesabına 
alındıqda isə heyvandarlıq üzrə xərclərə aid edilir. 
 
Kənd  təsərrüfatı  müəssisələrində  yerinə  yetirilən  aşağıdakı  işlər  meşə 
təsərrüfatı  işlərinə  aiddir:  meşənin  salınması;  meşənin  bərpası;  meşə  bitkilərinə 
qulluq  edilməsi;  toxumun  yığılması;  əkin  materiallarının  böyüdülməsi;  qurumuş 
ağacların kəsilməsi və yanğından mühafizə və s. işlər. Qeyd olunan işlər ona aid 
olan  meşə  materiallarının  satışından  əldə  etdiyi  xüsusi  vəsait  hesabına  və  meşə 
təsərrüfatının  inkişaf  etdirilməsi  üçün  ayrılan  büdcə  təxsisatı  hesabına  yerinə 
yetirilir. 
 
Əgər  qeyd  olunan  işlərin  meşə  təsərrüfatı  yerinə  yetirərsə  onda  meşə 
təsərrüfatının  kənd təsərrüfat müəssisənin imza etdikləri akta əsasən vəsait meşə 
təsərrüfatına  köçürülür.  İşləri  bilavasitə  kənd  təsərrüfat  müəssisəsi  yerinə 
yetirdikdə  isə  təsərrüfatın  təqdim  etdiyi  hesaba  akta  əsasən    yuxarı  təşkilat  kənd 
təsərrüfatı müəssisəsinə yerinə yetirilən işlərə görə ödəmələr edir.  
Maliyyələşmə  planın  uyğun  olaraq  yerinə  yetirilmiş  işin  həcminə  görə  bu 
məqsədə hər rüb vəsait ayrılır. 
Kənd təsərrüfat  müəssisəsində  yer  quruluşu tədbirlərinə  aiddir:  yeni  torpaq 
sahələrinin yaradılması və istifadəyə verilməsi; rayonun planlaşma sxeminə əsasən 
onların sərhədlərinin dəqiqləşdirilməsi və dəyişiklik edilməsi; təsərrüfat daxilində 
yararlı torpaqların iqtisadi əsaslarla təşkili; kənd təsərrüfatının istifadəsi üçün yeni 
torpaqların  aşkara  çıxarılması;  həyatyanı  torpaq  sahələrinin  ayrılması;  kənd 
təsərrüfatına  lazım  olan  topoqrafik,  geodeziya  ,  geobotanika  və  digər tədqiqat və 
axtarış  işlərinin  aparılması;  dövlət  kadastrının  aparılması,  torpağın    kəmiyyətinin 
və  keyfiyyətinin  uçotunun  aparılması,  torpağın  banitirofkası  və  əkini  iqtisadi 
qiymətləndirilməsi.  Qeyd  olunan  işlər  yer  quruluşu  təşlikatları  tərəfindən  büdcə 
vəsaiti hesabına yerinə yetirilir. 
Yer  quruluşu  tədbirlərinə  görə  büdcə  təxsisatı  bu  işləri  yerinə  yetirən 
təşkilatların hesablaşma hesabına köçürülür. 
Torpağın  keyfiyyətinin  yaxşılaşdırılması  tədbirlərinə  aiddir:  torfun 
gətirilməsi,  torpağın  gipsləşdirilməsi,  fosforlaşdırılması,  melarativ  işlənilməsi 
əhənglənməsi və digər işlər. Bu tədbirlərdən yalnız şoran torpaqların əhəglənməsi 
büdcə vəsaiti hesabına yerinə yetirilir. Qalan tədbirlərin hamısı təsərrüfatın vəsaiti 
hesabına yerinə yetirilir. 
KitabYurdu.az 
109
 


 
 
Torpağın  keyfiyyətini  yaxşılaşdırılması  işlərə  görə  hesablaşma  başa  çatmış 
obyektlərdə  təqdim  olunan  hesaba  və  yerinə  yetirilmiş  işlərə  görə  akta  əsasən 
həyata keçirilir. 
Podratçılarla  hesablaşma,  bank  şöbəsi  vasitəsilə  təqdim  olunan  hesaba  və 
aylıq  akta  əsasən  ödəmə  tapşırığı  ilə  podratçının  hesablaşma  hesabına  vəsaitin 
köçürməklə aparılır. 
Torpağın əhənglənməsi xərcləri büdcə vəsaitləri hesabına olduqda xərclər 96 
№-li  hesaba  silinir.Əgər  xüsusi  vəsaitlər  və    krediti  hesabına  olarsa  onda  həmin 
xərclər  20∕1  sub  hesabına  aid  edilərək,  sonrakı  5-7  il  ərzində  məhsulların  maya 
dəyərinə  daxil  edilir.  Əməliyyat  xərclərinin  illik  smetası  və  maliyyələşmə  planı 
rüblərə  və  ayrı-ayrı  tədbirlərə  bölünməklə  hazırlanaraq,  xidmət  eləyən  bank 
şöbəsinə də verilir.   
 
 
 
6. Kənd təsərrüfatı müəssisələrinin fondları 
 
Kənd  təsərrüfatı  müəssisələri  öz  fəaliyyətlərini  həyata  keçirmək  üçün 
nizamnamə (bölünməz), amortizasiya, təmir, yığım və istehlak fondları yaradırlar. 
 
Nizamnamə  (bölünməz)  kapitalı  təsərrüfatda  olan  əsas  və  xüsusi  dövriyyə 
vəsaitlərinin  məbləğini  əks  etdirir.  Nizamnamə  kapitalının  həcmi  müəssisənin 
yaradılması  barədə  təsisedici  sənədlərlə  müəyyən  edilir  və  müəssisənin  fəaliyyət 
göstərdiyi  dövrlərdə  dəyişilməz  qalır.  Əgər  təsadüfən  nizamnamə  fondunun 
artırılması haqqında qərar qəbul edilərsə, onda uyğun olaraq müəssisənin təsisedici 
sənədlərində də dəyişiklik aparılır. 
 
Nizamnamə  (bölünməz)  fondunun  azadılmasında  da  həmçinin  təsisedici 
sənədlərdə  dəyişiklik  edilir.  Bu  baxımdan  nizamnamə  fondu  (bölünməz) 
müəssisənin mülkiyyətində olan kapitalının həcmini əks etdirir. 
 
Kənd  təsərrüfatı  müəssisələrində  yaradılan  fondların  həcmini  onlar  özləri 
sərbəst müəyyən edirlər. 
 
Fondlar bir qaydada mənfəət (xalis gəlir) hesabına yaradılır. Təsərrüfatlarda 
müxtəlif yığım və istehlak fondların yaradılması imkan verir ki, müəssisə toplanan 
vəsaiti yığım və istehlak fondlarına bölüşdürülərkən optimal nisbətlərə əməl etsin. 
 
Müəssisədə  yığım  və  istehlak  fondlarının  yaradılması  və  istifadə  edilməsi 
kənd  təsərrüfatı  istehsalının  idarə  edilməsi  sistemində  iqtisadi  vasitələrdən  ən 
vacibidir.  Bu  vasitədən  düzgün  istifadə  etdikdə  kollektivin  marağının  ödənilməsi 
cəmiyyətdən; işçilərinki – kollektivdən yaxın asılılığı təmin edilir. 
 
Yığım  və  istehlak  fondları  sistemində  kənd  təsərrüfatı  müəssisələri 
vəsaitlərindən  maddi  həvəsləndirmə,  sosial  inkişaf,  istehsalın,  elm  və  texnikanın 
inkişafı fondlarını yaradır və istifadə edirlər. 
 
Təsərrüfatların ixtiyarı var ki, məqsədli ehtiyaclar üçün təmir fondu, valyuta 
fondu, ehtiyat fondu və s. yaratsınlar. 
 
Müəssisənin yığım və istehlak fondları vəsaitlərinin hamısı smeta üzrə sərf 
edilir.  Smetanın  layihəsi  təsərrüfatın  əmək  kollektivinə  müzakirə  üçün  verilir,  o 
qəbul  edildikdən  sonra  həmkarlar  komitəsi  və  rəhbərliyin  birgə  qərarı  ilə  təsdiq 
edilir.  Smetadan  istifadə  haqqında  rəhbərlik  və  həmkarlar  komitəsi  əmək 
KitabYurdu.az 
110
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə