Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə49/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   93

 
 
kollektivinə məlumat verir. Fond vəsaitinin qalığı götürülmür, növbəti ildə təsdiq 
edilmiş  smetaya  uyğun  istifadə  edilir.  Müəssisənin  yığım  və  istehlak  fondlarının 
vəsaitləri təsərrüfatın hesablaşma hesabında saxlanır. 
 
Fondların  plan  və  faktiki  həcmini  təsərrüfat  müəyyən  edir.  Hansı  həcmdə 
fond vəsaiti varsa, o qədər də sərf etmək olar. İcazə verilir ki, gələcək ayırmalar 
hesabına  xərclər  edilsin.  İstehsalın,  elm  və  texnikanın  inkişafı  və  sosial  inkişaf 
fondu  vəsaitində  çatışmazlıq  olduqda  bank  kreditindən  istifadə  etmək  olar. 
Təsərrüfatların hamısı yığım və istehlak fondlarını ilin yekun işləri üzrə yaradırlar. 
 
Kənd  təsərrüfatı  müəssisələri  bununla  yanaşı  xüsusi  yığım  və  istehlak 
fondlarını  yaratmayaraq,  onların  sərəncamında  qalan  vəsaitlərdən  istifadə  üçün 
ümumi  smeta  tərtib  edirlər.  Hansı  ki,  həmin  vəsaitlərdən  istehsalın  inkişafına, 
texniki tərəqqiyə, elmi nailiyyətlərin tətbiqinə, yaxşı olmayan hava şəraitinin mənfi 
təsiri  zamanı  istehsalın  inkişaf  etdirilməsi  üçün  maliyyə  ehtiyatlarının 
yaradılmasına istifadə edilir. 
 
Müəssisənin  sərəncamında  qalan  maddi  həvəsləndirmənin  vəsaiti 
mükafatlandırmağa, təltif etməyə, əməyə görə həvəsləndirmənin digər formalarına, 
maddi  köməyə  sərf  edilir.  Həmçinin  ondan  işçilərin  əlavə  məzuniyyətinin 
ödənilməsində  istifadə  olunur.  Təsərrüfatın  hüququ  var  ki,  əmək  kollektivinin 
razılığı  ilə  onun  sərəncamında  qalan  vəsaiti  faktiki  əmək  haqqı  fondunun 
artırılmasına yönəltsin. 
 
Bundan  başqa  vəsaitdən  istehsal  ehtiyatlarının  aşkar  edilməsinə  yönəldilən 
baxışın,  müsabiqənin  qaliblərinə  -  kollektivə  və  ayrı-ayrı  işçilərə  mükafatların 
verilməsinə;  əhəmiyyətli  işlərin  öz  vaxtında  və  keyfiyyətlə  yerinə  yetirilməsinə 
görə, təsərrüfatın istehsal fəaliyyətinin yekununun yaxşılaşdırılmasına görə, yüksək 
keyfiyyətli  kənd  təsərrüfatı  məhsulları  istehsalının  artırılmasına  görə,  işçilərin 
mükafatlandırılmasına; işçilərə birdəfəlik yardım edilməsinə; əmək haqqı fondunda 
sərf olunmuş artıq xərcin ödənilməsinə; təsərrüfat fəaliyyətinin əsas nəticəsinə görə 
tibb işçilərinin, mədəni maarif və idman qurğuları (onun balansında olan) işçilərin 
mükafatlandırılmasına;  əmək  veteranlarına,  əvvəllər bu təsərrüfatda işləmiş  əmək 
əlillərinə  (hansı  ki,  onlar  pensiya  alırlar,  təsərrüfatın  siyahı  tərkibində  yoxdurlar) 
birdəfəlik yardım edilməsinə və ya maddi köməyə; təsərrüfatın ərazisində yaşayan 
və  işləyən  müəllimlərə  və  həkimlərə,  uzun  müddət  təsərrüfatda  işləyib  hazırda 
pensiya  alanlara,  vicdanla  çalışanlara  inək  almaq  üçün  aldıqları  kreditin  50%-nin 
ödənilməsinə;  təsərrüfatda  ən  azı  5  il  işləyən  (gənclər  üçün  2  il)  işçilərə  fərdi 
mənzil tikintisi üçün götürdükləri kreditin müəyyən hissəsinin ödənilməsinə; işdə 
digər nailiyyətlərə görə mükafatların ödənilməsinə sərf edilir. 
 
Maddi  həvəsləndirmə  məqsədilə  təsərrüfatın  sərəncamında  qalan  vəsaitin 
istifadəsinin  dəqiq  təyinatını  təsərrüfatın  rəhbəri  həmkarlar  komitəsi  ilə  birlikdə 
müəyyən  edir.  Onlar  təsərrüfatın  işçilərinin  maddi  maraqlandırılması  haqqında 
şərtləri  işləyir  və  təsdiq  edirlər.  Təlimatda  əhəmiyyətli  işlərin  öz  vaxtında  və 
keyfiyyətlə  yerinə  yetirilməsinə  görə  mükafatlandırma  üçün,  həmçinin 
qiymətləndirməsi ardıcıllığı, mükafatın həcmi, göstəricilər şərti və s. göstərilir. 
 
İşçilərin  orta  əmək  haqqı  çıxarıldıqda  (məzuniyyət  vaxtı,  pensiya  və 
müavinət hesablanarkən və s.) təsərrüfatın sərəncamında qalan vəsaitdən bütün pul 
ödəmələri (birdəfəlik kömək üçün ödəniləndən başqa) nəzərə alınır. 
KitabYurdu.az 
111
 


 
 
 
Mükafatların  və  həvəsləndirmələrin  ödənilməsi  il  ərzində  işlərin  faktiki 
nəticəsinə  görə  müəssisənin  sərəncamında  qalan  vəsait  hesabına  uyğun  smetada 
həyata  keçirilir.  Qeyd  edilən  vəsaitdə  çatışmazlıq  olduqda  müəssisə  onu  maliyyə 
ehtiyatı vəsaiti hesabına tamamlaya bilər. Bu baxımdan müəssisənin sərəncamında 
qalan vəsaitin yaradılmasının qalıq prinsipi, ondan istifadənin səmərəliliyini təmin 
edir. 
 
-  Sosial  inkişafın  vəsaitindən  mənzil  tikintisinə,  sosial-mədəni  sferanın 
maddi  texniki bazasının  möhkəmləndirilməsinə,  həmin  obyektlərin saxlanmasına, 
mədəni-kütləvi  tədbirlərin  keçirilməsinə  və  digər  sosial  tələbatın  ödənilməsinə 
istifadə  edilir.  Vəsaitin  əsas  hissəsi  yaşayış  evlərinin  tikintisinə,  uşaq 
müəssisələrinin və digər sosial obyektlərə yönəldilir. 
 
-  İstehsalın,  elm  və  texnikanın  inkişafı  vəsaitindən  fəaliyyət  göstərən 
istehsalın  yenidən  qurulmasına,  texniki  cəhətdən  yeniləşdirilməsinə  və 
genişləndirilməsinin  maliyyələşdirilməsinə;  yeni  obyektlərin  tikintisinə,  elmi-
tədqiqat,  təcrübə  konstruksiya  və  layihə  işlərinin  keçirilməsinə;  bu  işlər  üçün 
avadanlıqların, priborların və digər əmtəə-material qiymətlilərin gətirilməsinə yerli 
avtomobil  yollarının  tikintisində,  yenidən  qurulmasında,  təmirində  və 
saxlanılmasında  iştirakına;  kənd  təsərrüfatının  maşınlarının,  mexanizmlərin,  mal-
qaranın,  quşların,  toxumların  və  s.  alınmasına;  əsas  sürünün  təşkilinə;  uzun 
müddətli  bank  kreditlərinin  və  onların  faizlərinin  ödənilməsinə;  xüsusi  dövriyyə 
vəsaitlərinin  artımının  və  çatışmazlığının  ödənilməsinə;  gənc  mütəxəssislərin 
hazırlanması  üzrə  xərclərin  əsas  hissəsinin  ödənilməsinə;  təbiəti  mühafizə 
tədbirlərinin həyata keçirilməsinə; əmlak digər müəssisələrə verilərkən, satılarkən 
və  ya  silinərkən  yaranan  zərərin  ödənilməsinə;  icarəyə  verilən  əsas  vəsaitlərin 
xərcinin  ödənilməsinə;  digər  istehsalat  ehtiyaclarının  maliyyələşdirilməsinə 
istifadə edilir.         
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
112
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə