Fənn: Maliyyə, pul tədavülü və kredit


Mövzu 8. İnvestisiyanın maliyyələşdirilməsi



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə50/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   46   47   48   49   50   51   52   53   ...   93

 
 
 
Mövzu 8. İnvestisiyanın maliyyələşdirilməsi 
 
P L A N 
 
1. İnvestisiya fəaliyyətinin mahiyyəti 
2. İnvestisiya qoyuluşunun maliyyələşdirilməsi mənbələri 
3. İnvestisiyanın maliyyələşmə mənbəyi kimi amortizasiya 
4. Əsas vəsaitlərin təmirinin maliyyələşdirilməsi və kreditləşdirilməsi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
113
 


 
 
1. İnvestisiya fəaliyyətinin mahiyyəti 
 
 
İnvestisiya  –  gəlir  (mənfəət)  və  ya  sosial  səmərə  əldə  etmək  məqsədilə 
sahibkarlıq  və  digər  fəaliyyət  növləri  obyektlərinə  qoyulan  maliyyə  vəsaitindən, 
habelə maddi və intelektual sərvətlərdən ibarətdir. 
 
İnvestisiya  obyektlərinə  qiymətli  kağızlar  (səhmlər,  istiqrazlar  və  s.), 
iqtisadiyyatın bütün sahələrində yeni yaradılan və modernləşdirilən əsas fondlar və 
dövriyyə  vəsaitləri,  məqsədli  pul  əmanətləri,  elmi-texniki  məhsul  və  mülkiyyətin 
digər obyektləri, əmlak hüququ və intellektual mülkiyyət hüququ aid edilir. 
 
İnvestisiya  fəaliyyəti  subyektləri  (investorlar) hasilat,  tikinti, innovasiya  və 
maliyyə 
kapitalı 
dövriyyəsi 
siferasına  daha 
çox 
diqqət 
yetirirlər. 
İnvestisiyalaşmanın  əsas  istiqamətləri  kimi  aşağıdakıların  fərqləndirilməsi 
məqsədəuyğundur.  İstehsalın  genişləndirilməsinə,  istehsal  infrastrukturunun 
inkişafına,  modernləşdirməyə,  material  ehtiyatlarının  artırılmasına,  sosial 
infrastrukturunun inkişafına, elmə, kadr hazırlığına investisiyalar.  
 
İnvestisiya  proseslərin  əsas  kapitalın  artırılması  və  yeniləşdirilməsi, 
innovasiyalı  inkişafı,  sturuktur  təkmilləşmələrinin  həyata  keçirilməsinə  və 
istehsalın səmərəliyini yüksəldən digər bu kimi vəzifələrin icrasına yönəldilir. 
 
Ümumiyyətlə, investisiya qoyuluşlarını gələcəkdə gəlir əldə etmək üçün bu 
gün pul vəsaitlərinin maddi aktivlər və ya qiymətli kağızlar əldə edilməsinə sərfi 
kimi  xarakterizə  etmək  olar  və  xarakteristikadan  bəllidir  ki,  investisiyalar  real  və 
maliyyə investisiyalarına bölünür. 
Maliyyə investisiyaları – səhm, istiqraz, opsion və s. qiymətli kağızlar alqısı 
ilə bağlıdır. 
İnvestisiyaların təsnifatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kapital  qoyuluşu  -  əsas  fondların  bərpasına  və  inkişafına  yönəldilən 
material, əmək və pul vəsaiti məsrəfidir. 
 
Təkrar  istehsal  üzrə  kapital  qoyuluşu  istehsal  və  qeyri  istehsal    təyinatlı 
qoyuluşlara bölünür. İstehsal təyinatın qoyuluşlara istehsal qurğularının tikintisinə 
və  avadanlıqlarına,  su  təsərrüfatı  və  meliorasiya  qurğularına,  kənd  təsərrüfatı 
texnikasının  və  inventarların  gətirilməsinə,  çoxillik  əkmələrin  və  bağların 
salınmasına və s. xərclər aid edilir. 
 
Mədəni-məişət  təyinatlı  obyektlərin  tikintisinə,  mənzil-kommunal 
təsərrüfatına məsrəflər qeyri-istehsal təyinatlı kapital qoyuluşuna aid edilir. 
Real
 
investisiyalar 
 
İnvestisiyalar 
Təhlükə-
sizlik və 
təbiəti 
mühafizə  
İstehsalın 
genişlən-
məsi 
layihələri  
Digər 
layihə-
lər 
Qiymətli 
kağızlar 
alqısı  
İstehsalın 
modernləş-
məsi 
layihələri  
 
Portfel investisiyalar 
 
Yeni istehsallar 
və yeni 
bazarlarla bağlı 
layihələr 
İstehsalın 
saxlanması 
layihələri  
KitabYurdu.az 
114
 


 
 
 
Kapital qoyuluşunda əsas yeri 1-ci qrup təşkil edir. Ona görə ki, o istehsal 
prosesində həlledici rol oynayır. Digər tərəfdən kənd təsərrüfatı istehsalı imkanının 
yaxşılaşdırılması kəndin sosial problemlərinin həlli ilə bilavasitə əlaqədardır. Buna 
görə qeyri-istehsal təyinatlı kapital qoyuluşu hər il genişləndirilməlidir. 
 
Kapital  qoyuluşu  növlərinə  görə  tikinti-quraşdırma  işlərinə  məsrəflərə, 
quraşdırma  tələb  edən  və  etməyən  maşın  və  avadanlıqların,  inventar  və  alətlərin 
gətirilməsinə  məsrəflərə;  çoxillik  əkmələrin  salınmasına  və  becərilməsinə 
məsrəflərə;  layihə-axtarış  işlərinə;  obyektlərin  inventar  dəyərinə  aid  edilən  sair 
kapital qoyuluşuna məsrəflərə bölünür. 
 
Tikinti-quraşdırma  işləri  iki  üsulla  podrat  və  təsərrüfat  üsulu  ilə  yerinə 
yetirilir.  Podrat  üsulla  işləri  lazımi  texnika  ilə  təcriz  edilmiş,  yüksək  ixtisaslı 
kadrlara malik ixtisaslaşmış tikinti təşkilatları yerinə yetirir. 
 
İnvestisiya  fəaliyyəti  haqqında  (Azərbaycan  Respublikası  Qanunu)  qanuna 
uyğun  olaraq  əsaslı  tikintidə  işləri  yerinə  yetirmək  üçün  dövlət  investorlara 
(investisiya fəaliyyətini həyata keçirənlərə) sifariş verir. Sifariş veriləndə bir qayda 
olaraq, müəssisə və təşkilatlar üçün bu sifarişin iqtisadi səmərəliliyi nəzərə alınır. 
Sifariş  müsabiqə  (tender)  yolu  ilə  verilir.  Həmçinin  tikinti  işlərində  investorlara 
dövlət  sifarişi  verilərkən,  qanunvericiliklə  müəyyən  güzəştlər  də  nəzərdə  tutula 
bilər.  İşlər  başa  çatandan  sonra  Respublika  dövlət  sifarişi  obyektləri  Azərbaycan 
Respublikası  Nazirlər  Kabinetinin  müəyyənləşdirdiyi  qaydada  istismara  qəbul 
olunur.  
Tender – hər hansı bir işin, xidmətin ən səmərəli üsul və aşağı xərclə yerinə 
yetirilməsi  üçün  iddiaçılar  arasından  birinin  (bir  neçəsinin)  seçilərək,  həmin  işin 
(xidmətin)  müqavilə  əsasında  ona  (onlara)  həvalə  edilməsi  məqsədilə  keçirilən 
müsabiqədir.  (Tender  haqqında  Azərbaycan  Respublikası  Qanunu.  Azərbaycan 
qəzeti.11.04.1997. İstehsal növünün təşkili üçün texniki, texnoloji, kommersiya və 
digər biliklərin məcmusu nou-hau adlanır. 
 
Çoxillik  əkmələrin  salınması  və  becərilməsi  üzrə  məsrəflər  iki  mərhələdə 
həyata keçirilir. Birincidə - əkmələrin salınması üzrə , ikincidə - çoxillik əkmələrin 
məhsuldar dövrünə qədər becərilməsi üzrə məsrəflər. 
 
Layihə  -  axtarış  işləri  üzrə  kapital  qoyuluşuna,  layihə-smeta  sənədlərinin 
gətirilməsinə, 
layihə 
tapşırıqlarının, 
texniki 
layihənin, 
smeta-maliyyə 
hesablamalarının, işçi sxemlərin hazırlanmasına xərclər aid edilir. 
 
Sair  kapital  işlərinə  və  məsrəflərə  tikintidə  yerdəyişmə,  torpaq  sahələrinin 
yaxşılaşdırılması üzrə xərclər aid edilir. 
 
Kapital qoyuluşu planlaşdırılmasına və maliyyələşdirilməsi mənbəyinə görə 
dövlətin  mərkəzləşdirilmiş;  müəssisənin  xüsusi  vəsaiti  və  bank  krediti  hesabına 
yerinə  yetirilir.  Birinci  halda  kapital  qoyuluşu  büdcə  təxsisatı,  mərkəzləşdirilmiş 
fondlar  və  ehtiyatlar  hesabına  maliyyələşdirilir  və  sosial-iqtisadi  inkişaf 
proqramında  nəzərdə  tutulur;  ikinci  halda  müəssisə  və  təşkilat  sərbəst 
müəyyənləşdirir və təsdiq edir.   
 
 
 
 
KitabYurdu.az 
115
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə